Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Müəllimlər Ġnstitutu Salyan filialı



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə15/41
tarix31.08.2018
ölçüsü1,36 Mb.
#65646
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   41

33 

 

cəlb edilə bilməz, onun barəsində məhkəmə tətbiq edilə bilməz, axtarıĢa məruz qala bilməz, Ģəxsi müayinə edilə 



bilməz. 

Azərbaycan Respublikasının BaĢ naziri cinayət baĢında yaxalanarsa tutula bilər. Belə olduqda onu tutan 

orqan  bu  barədə  dərhal  Azərbaycan  Respublikasının  BaĢ  prokuroruna  xəbər  verməlidir.  BaĢ  nazirin 

toxunulmazlığına yalnız BaĢ  prokurorun təqdimatına əsasın Azərbaycan Respublikasının Prezidenti tərəfindən 

xitam verilə bilər. 

Yerlərdə  icra  hakimiyyətini  yerli  icra  hakimiyyətlərinin  baĢçıları  həyata  keçirirlər.  Ġcra  hakimiyyəti 

baĢçılarını  Azərbaycan  Respublikasının  Prezidenti  vəzifəyə  təyin  və  vəzifədən  azad  edir.  Yerli  icra 

hakimiyyətlərinin səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti müəyyən edir. 

 

 



34 

 

 



MÖVZU 5.3. 

 

MƏHKƏMƏ HAKĠMĠYYƏTĠ,   

ONUN QURULUġU VƏ SĠSTEMĠ 

 

Plan: 

1.

 

Məhkəmə hakimiyyətinin həyata keçirilməsi. 



2.

 

Azərbaycan Respublikasında Məhkəmə hakimiyyətini həyata keçirən orqanlar və onların fəaliyyəti. 



3.

 

Azərbaycan Respublikasının prokurorluğu. 



 

Ədəbiyyat 

1.

 



Azərbaycan Respublikasının Konstitusiyası. Bakı, 2002 

2.

 



Ġsmayılov Ġ. Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları. Bakı, 2002 

3.

 



BarnoĢov A.M. Teoriə razdeleniə vlastey: stanovlenie, razvitie, primenenie. Tomsk, 1988. 

4.

 



Ələsgərov  M.N.  Müstəqil  Azərbaycanının  ilk  demokratik  Konstitusiyası.  «Azərbaycan»  qəzeti,  25 

oktyabr 1995. 

5.

 

Xropanök V.N. Teoriə qosudarstva i prava. Moskva, 1997. 



6.

 

Əsgərov Z.A. Hüquqi dövlətin Konstitusiyası hansı prinsiplərə əsaslanmalıdır. «Azərbaycan» qəzeti, 



25 oktyabr 1992. 

 

 



 

Məhkəmə hakimiyyəti, onun quruluĢu və sistemi 

Dövlət və hüquq tarixi elmindən bizə məlumdur ki, cəmiyyətin ən qədim dövlətində, xüsusilə, Ģərqdə o 

dövr  üçün  mövcud  qaydaları  pozanları  məhkəmə  yolu  ilə  cəzalandırırdılar.  Ümumiyyətlə  cəmiyyətdə 

məhkəmələrin  yaranması,  təĢəkkülü  və  inkiĢafı  təqsirkarların  ədalətli  mühakiməsi  və  onların  ədalətli 

cəzalandırılması nəticəsinə gətirib çıxarmıĢdır. 

Quldarlıq  dövlətlərində  ilk  dövrlərdə  dövlətin  idarəetmə  funksiyaları  ayrılmamıĢdır.  Quldarlar  sinfinin 

eyni orqanları həm idarəetməni həyata keçirir, hərbi qüvvələrə rəhbərlik edir, həm də  məhkəmə funksiyalarını 

icra  edirdilər.  Lakin  dövlətin  inkiĢafı  və  qəbilə  münasibətlərinin  aradan  qalxması  ilə  eyni  vaxtda  məhkəmə 

orqanı  da  formalaĢmağa  baĢladı. Afina  və  Roma  quldarlıq  respublikalarında  e.ə.  III-I  əsrlərdə  məhkəmə  artıq 

müdiriyyətdən  ayrılmıĢdır.  Məhkəmə  kollegiyaları  fəaliyyət  göstərirdi.  Orta  əsrlərdə  isə  antik  dövlətlərin 

məhkəmə  quruluĢları  daha  da  təkmilləĢdi.  Orta  əsrlərdə  məhkəmə  sisteminin  mərkəzləĢməsi  və  məhkəmənin 

fəaliyyətin dövlətin rolunun artması mərkəzin hakimiyyətin möhkəmlənməsi monarxiyanın güclənməsi ilə bağlı 

idi. 

Məhkəmə dövlət orqanıdır. Bu orqan məhkəmə ədalət məhkəməsini həyata keçirməklə müəyyən edilmiĢ 



hüquq  qaydasını  pozan  nöqsanlar  barəsində  dövlət  məcburiyyəti  tədbirlərini  tətbiq  etməklə  qanunçuluğu 

qoruyur.  Tarixdə  məhkəmə  dövlətlə  birgə  yaranıb,  lakin  dövlət  mexanizminin  inkiĢafı  ilə,  xüsusi  dövlət 

orqanlarının təĢkili ilə müstəqil orqana çevrilir. 

Azərbaycan  Respublikasının  Konstitusiyasına  görə  ədalət  məhkəməsini  həyata  keçirən  məhkəmələrin 

fəaliyyəti  qanunçuluğun  və  hüquq  qaydasının  hərtərəfli  möhkəmləndirilməsinə,  cinayət  və  hüquq  pozmaların 

qarĢısının  alınmasına  yönəldilir.  Məhkəmələrin  iĢlərinin  təkmilləĢdirilməsi  və  qaydaya  salınması 

Konstitusiyamızda və digər qanunvericilik aktlarında da öz əksini tapmıĢdır. Belə ki, bu istiqamətdə iĢ məhkəmə 

quruluĢu haqqında qanunvericilik aktında da göstərilmiĢdir. Azərbaycanda məhkəmələr, Azərbaycan Respubli-

kasının  Konstitusiyası  və  digər  mövcud  qanunlarla  Azərbaycan  vətəndaĢlarına  elan  olunmuĢ  və  hüquq  və 

azadlıqlarının,  dövlət  müəssisələrinin,  xüsusi  mülkiyyətin,  idarələrin,  təĢkilatların,  əmək  kollektivlərinin, 

kooperativ  təĢkilatların  və onların  birliklərinin, digər ictimai  təĢkilatların  hüquqlarını  və  mənafelərini  qoruyur. 

Məhkəmələr öz fəaliyyətlərini Konstitusiyamıza və digər qanunlarımıza, əmək intizamına əməl etməklə, dövlət 

və  ictimai  vəzifəni  vicdanla  yerinə  yetirmək,  vətəndaĢların  hüququna,  Ģərəf  və  ləyaqətinə,  Vətənə  hörmət 

ruhunda qururlar. 

Konstitusiyamızın 125-ci maddəsi məhkəmə hakimiyyətinin həyata keçirilməsinə həsr edilmiĢdir. Həmin 

maddədə göstərilir ki, Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız 

məhkəmələr həyata keçirirlər. 

Azərbaycan  Respublikasında  məhkəmə  hakimiyyətini  aĢağıdakı  adları  sadalanan  məhkəmələr  həyata 

keçirirlər: 

1.

 



Azərbaycan Respublikasının Konstitusiya məhkəməsi; 

2.

 



Azərbaycan Respublikasının Ali məhkəməsi; 


35 

 

3.



 

Azərbaycan Respublikasının Apelyasiya məhkəməsi; 

4.

 

Azərbaycan Respublikasının ümumi məhkəmələri; 



5.

 

ĠxtisaslaĢdırılmıĢ məhkəmələr; 



Azərbaycanda  məhkəmə  hakimiyyəti  Konstitusiya,  mülki  və  cinayət  məhkəmə  icraatı  vasitəsilə  və 

qanunla  nəzərdə  tutulmuĢ  digər  vasitələrlə  həyata  keçirilir.  Dövlət  idarəçiliyi  ilə  əlaqədar  qanunların  icrasına 

Konstitusiya  məhkəməsində  baxılır.  Ġdarələrin,  təĢkilatların  və  müəssisələrin  qlobal  mübahisəli  məsələləri  də 

iqtisad məhkəmələrində həll edilir. Digər məhkəmələr öz vəzifələrini aĢağıdakı yolla həyata keçirirlər. 

1.

 

Məhkəmə iclasında mülki iĢlərə baxmaq və həll etməklə; 



2.

 

Məhkəmə  iclasında  cinayət  etməkdə  təqsirli  Ģəxslər  barəsində  qanunla  müəyyən  edilmiĢ  cəza 



tədbirlərini tətbiq etməklə, yaxud təqsirli olmayanlara bəraət qazandırmaqla. 

 

Hakimliyə namizədlərə aid tələblər 

Azərbaycan Respublikasında hakim olmaq istəyənlər hansı tələblərə cavab verməlidirlər? 

1.

 



YaĢı 30-dan aĢağı olmamalıdır; 

2.

 



Seçkilərdə iĢtirak etmək hüququna malik olmalıdır; 

3.

 



Ali hüquq təhsili olmalıdır; 

4.

 



HüquqĢünas ixtisası üzrə 5 ildən artıq iĢ stajı olmalıdır; 

5.

 



Azərbaycan Respublikasının vətəndaĢı olmalıdır; 

6.

 



Hakimlər heç bir baĢqa seçkili və təyinatlı vəzifə tuta bilməzlər; 

7.

 



Elmi,  pedaqoji  yaradıcılıq  fəaliyyətindən  baĢqa  heç  bir  sahibkarlıq,  kommersiya  və  digər  ödəniĢli 

fəaliyyətlə məĢğul ola bilməzlər; 

8.

 

Siyasi partiyalara üzv ola bilməzlər, vəzifə maaĢından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə 



görə aldığı vəsaitdən baĢqa məvacib ala bilməzlər. 

Yuxarıda sadalanan tələbləri təhlil etdikdə aydın olur ki, insanın taleyini həll etmək çətin, mürəkkəb və 

məsuliyyətlidir.  30  yaĢında  normal  inkiĢaflı  insan  yetkin  ağıla  və  geniĢ  dünyagörüĢünə  malik  olur. Ali  təhsil 

həmin sahənin nəzəri məsələlərinə bələd olmaq üçün gərəkdir. BeĢ ildən çox həmin sahə üzrə iĢ etimadının tələb 

olunması həmin Ģəxsin bir mütəxəssis kimi formalaĢması üçün vacib Ģərtdir. Siyasi partiyalarda olmaması tələbi, 

dünya  təcrübəsində  özünü  artıq  doğruldub.  Güc  strukturlarında  iĢləyənlərin  hər  hansı  bir  siyasi  partiyaların 

mənafeyini müdafiə etmə ixtiyarları yoxdur. Elmi pedaqoji və yaradıcılığından baĢqa fəaliyyətlə məĢğul olmağa 

icazə verilməsi onların daha səmərəli fəaliyyətlərinə təminat yaratmaq üçündür. 



 

Hakimlərin müstəqilliyi ədalət mühakimlərinin həyata keçirilməsinin əsas prinsipləri və Ģərtləri 

O  Konstitusiyamıza  görə  hakimlər  müstəqildir  heç  kəsə  tabe  deyillər  hər  kəsin  qarĢısında  cavabdeh 

deyildir. Yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər. Hakimlər səlahiyyətləri 

müddətində  dəyiĢilməzdir.  Konstitusiyamız  hakimlərdən  iĢlərə  qərəzsiz  ədalətlə  tərəflərin  hüquq  bərabərsizli-

yinə faktlara əsasən və qanuna müvafiq baxmağı tələb edir. 

Azərbaycanda ədalət mühakiməsi vətəndaĢların qanun və məhkəmə qarĢısında bərabərliyi əsasında həyata 

keçirilir. Yəni ədalət məhkəməsində heç bir ayrı seçkilik nəzərə alınmır. Günahkarlar ancaq qanunla mühakimə 

olunurlar. 

Bunun məhkəmələrdə iĢlərin icrasının açıq aparılır. ĠĢə qapalı iclasda baxılmasına o haqda icazə verilir ki 

məhkəmə  ancaq  icranın  dövlət  peĢə  və  kommersiya  sirrinin  açılmasına  səbəb  olmasını  güman  edir  ya  da 

vətəndaĢlarının Ģəxsi və ya ailə həyatının müxtəlifliyini qoruyub zəruriyətinin mövcudluğunu müəyyən edir. 

Məhkəmə icrasının istənilən mərhələsində müdafiə hüququ müəyyən olunur. 

Konstitusiyaya görə ədalət məhkəməsi təqsirsizlik prezumsiyasına əsaslanır. 

Prezumsiya  -  latın  sözü  olub  mənası  praesumtio  -  güman  ehtimal  etməkdir.  Həmin  vəziyyətdə  təqsiri 

qanunla  müəyyən  olunmuĢ  qaydada  sübut  edilməyindən  müttəhim  təqsirsiz  sayılır.  Təqsirsizlik  prezumsiyası 

cinayət  prosesinin  mühüm  demokratik  prinsiplərindən  biridir.  Bu  hal  Ģəxsiyyətin  hüquqlarının  müdafiəsini 

təmin  edir,  əsassız  ittiham  və  məhkum  olunması  istisna  edir.  Bu  prinsip  müttəhimin  konstitusiyada  təsdiq 

edilmiĢ müdafiə hüququdur. Azərbaycan Respublikasında məhkəmə icraatı Azərbaycan Respublikasının dövlət 

dilində və müvafiq yerin əhalisinin çoxluq təĢkil etmə hissəsinin dilində aparılır. ĠĢin iĢtirakçısı olub məhkəmə 

icraatının aparıldığı dili bilməyən Ģəxslərin iĢin materialları ilə tam tanıĢ olmaq, məhkəmədə tərcüməçi vasitəsi 

ilə iĢtirak etmək və məhkəmədə ana dilində çıxıĢ etmək hüququ təmin edilir. 

 

Hakimlərin toxunulmazlığı 

Hakim  –  Azərbaycan  Respublikasında  məhkəmə  orqanının  tərkibinə  qanunla  müəyyən  edilmiĢ  qaydada 

seçilmiĢ vəzifəli Ģəxsdir. 

Əsas  qanunumuzda  hakimlərin  toxunulmazlığı  təsdiq  edilmiĢdir.  Bu  ona  görə  edilmiĢdir  ki,  qanunların 

aliliyi, qanunların pozulmazlığı təmin olunur. 



Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə