Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Müəllimlər Ġnstitutu Salyan filialı



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə13/41
tarix31.08.2018
ölçüsü1,36 Mb.
#65646
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   41

29 

 

zifədən  getdikdə  üç  ay  ərzində  növbədənkənar  Azərbaycan  Respublikasının  Prezidenti  seçkiləri  keçirilir.  Bu 



halda  Azərbaycan  Respublikasının  yeni  Prezidenti  seçilənədək  Azərbaycan  Respublikası  Prezidentinin 

səlahiyyətlərini Azərbaycan Respublikasının BaĢ Naziri icra edir. Onu da yadda saxlamaq lazımdır ki, bir çox 

ölkələrdə  yeni  prezident  seçilənədək  prezidenti  vitse-prezident  –  prezidentin  müavini  əvəz  edir.  Bu  müddət 

ərzində  Azərbaycan  Respublikası  Prezidentinin  səlahiyyətlərini  icra  edən  Azərbaycan  Respublikasının  BaĢ 

Naziri istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdikdə Azərbaycan 

Respublikası  Prezidentinin  səlahiyyətlərini  Azərbaycan  Respublikasının  Milli  Məclisinin  sədri  icra  edir. 

Konstitusiyada  göstərilir  ki,  Azərbaycan  Respublikası  Prezidentinin  səlahiyyətlərini  Azərbaycan  Respublikası 

Milli  Məclisinin  sədrinin  icra  etməsi  mümkün  olmadıqda Azərbaycan  Respublikası  Milli  Məclisi Azərbaycan 

Respublikası  Prezidentinin  səlahiyyətlərinin  baĢqa  vəzifəli  Ģəxs  tərəfindən  icrası  haqqında  qərar  qəbul  edir. 

Bütün  bunlar  onu  göstərir  ki,  Respublikanın  hakimiyyət  orqanında  belə  gözlənilməz  təsadüflər  olduqda 

Konstitusiyamızın 105-ci maddəsinin göstəriĢlərindən istifadə edilməlidir. 

 

Azərbaycan Respublikası Prezidentinin toxunulmazlığı 

Tarix  boyu  dövlət  baĢçısı  hörmət  və  nüfuz  sahibi  olmuĢdur.  Xalq  dövlət  baĢçısına  qayğı  göstərir,  onu 

sevir,  onun  sağlam,  gümrah,  müdrik,  ağıllı,  bacarıqlı  olmasını  arzulayır.  Dövlət  baĢçısının  toxunulmazlığının 

qanunla  qorunmasının  kökü  məhz  bununla  izah  olunmalıdır.  Dövlət  baĢçısının  toxunulmazlıq  hüququnun 

qorunması xalqın arzu və istəyindən irəli gəldiyinə görə bu fikir Konstitusiyamızda belə ifadə olunmuĢdur. 

«Azərbaycan  Respublikasının  Prezidenti  toxunulmazlıq  hüququna  malikdir.  Azərbaycan  Respublikası 

Prezidentinin Ģərəf və ləyaqəti qanunla qorunur» (maddə 106). 

 

Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaĢdırılması 

ĠnkiĢaf etmiĢ ölkələrin Konstitusiyalarında olduğu kimi, bizim Konstitusiyamızın 107-ci maddəsində də 

Azərbaycan  Respublikası  Prezidentinin  vəzifədən  kənarlaĢdırılması  qaydaları  müəyyənləĢdirilmiĢdir.  Belə  ki, 

Azərbaycan Respublikasının Prezidenti ağır cinayət törətdikdə, onun Konstitusiya Məhkəməsinin təĢəbbüsü ilə 

Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  30  gün  müddətində  verilən  rəyi  əsasında  Azərbaycan 

Respublikasının Milli Məclisi qarĢısında irəli sürülə bilər. 

Deməli,  əgər  Prezident  ağır  cinayət  törədərsə,  onun  vəzifədən  kənarlaĢdırılması  təĢəbbüsü  hüququ 

Konstitusiya  Məhkəməsinə  verilir.  Sonra  Azərbaycan  Respublikasının  Ali  Məhkəməsi  bu  məsələni  30  gün 

müddətində Azərbaycan Respublikasının Milli Məclisi qarĢısında irəli sürür. 

Bəs Milli Məclis qarĢısında irəli sürülən bu məsələ barədə hansı qayda əsasında qərar qəbul edilə bilər? 

Bu məsələ ilə əlaqədar Konstitusiyanın 107-ci maddəsinin 2-ci bəndində deyilir: 

«Azərbaycan  Respublikası  Milli  Məclisinin  deputatlarının  95  səs  çoxluğu  ilə  qəbul  olunmuĢ  qərar 

əsasında  Azərbaycan  Respublikasının  Prezidenti  vəzifəsindən  kənarlaĢdırıla  bilər».  Bu  qərarı  Azərbaycan 

Respublikası  Konstitusiya  Məhkəməsinin  sədri  imzalayır.  Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsi 

həmin  qərarın  imzalanmasına  bir  həftə  ərzində  tərəfdar  çıxmazsa,  qərar  qüvvəyə  minmir.  Burada  belə  bir 

məsələyə  diqqət  yetirilməlidir  ki,  Milli  Məclisin  deputatlarının  95  səs  çoxluğu  ilə  qəbul  edilmiĢ  qərarına 

baxmayaraq,  Konstitusiyamız  Məhkəmə  hakimiyyətinə  də  çox  böyük  səlahiyyətlər  vermiĢdir.  Bu  faktlar, 

hakimiyyətin üç hissəyə – icra hakimiyyətinə, məhkəmə hakimiyyətinə və qanunvericilik hakimiyyətinə bərabər 

Ģəkildə bölündüyünü göstərir. 

107-ci  maddənin  üçüncü  bəndində  göstərilir  ki,  Azərbaycan  Respublikası  Prezidentinin  vəzifədən 

kənarlaĢdırılması  haqqında  qərar  Azərbaycan  respublikası  Konstitusiya  məhkəməsinin  Azərbaycan 

respublikasının milli məclisinə müraciət etdiyi gündən baĢlayaraq 2 ay ərzində qəbul olunmuĢdur. Bu müddətdə 

göstərilən qərar qəbul edilməsə, Azərbaycan respublikasının prezidentinə qarĢı irəli sürülmüĢ ittiham rəd edilmiĢ 

sayılır. 

Öyrəndiyimiz  bu  mövzudan  "vəzifədən  getmək"  anlayıĢı  ilə  "vəzifədən  kənarlaĢdırmaq"  anlayıĢının 

fərqini bilməlisiniz. 

Prezident öz səlahiyyətlərini səhhəti ilə əlaqədar daimi icra edə bilmədikdə vəzifədən getmiĢ sayılır. 

Prezident ağır cinayət törətdikdə qanunla onu vəzifədən kənarlaĢdırırlar. 



 

Azərbaycan Respublikası Prezidentinin təminatı 

Konstitusiyada Azərbaycan Respublikası dövlətinin idarə edilməsinin səmərəli təĢkili və dövlətçiliyimizi 

təmkinləĢdirmək məqsədi ilə Azərbaycan respublikası Prezidentinə təminatlar verilmiĢdir. Həmin təminatlar onu 

ailənin bir sıra iqtisadi problemlərindən azad edir. Bu da ona dövlətin idarə edilməsinin və dövlət quruculuğu 

iĢinin  səmərəli  təĢkilində  zəmin  yaradır.  Bu  məsələ  konstitusiyamızın  108-ci  maddəsində  öz  əksin  belə 

tapmıĢdır: 

«Azərbaycan respublikasının Prezidenti və onun ailəsi dövlət hesabına təmin edilir. Azərbaycan respublikası 

Prezidentinin və onun ailəsinin təhlükəsizliyini xüsusi mühafizə xidmətləri təmin edir» 




30 

 

 



Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətləri 

Azərbaycanın  dövlətinin  baĢçısı  -  Prezident  öz  fəaliyyətini  Konstitusiya  ilə  ona  verilmiĢ  səlahiyyətlər 

çərçivəsində həyata keçirir. 

Azərbaycan  respublikasının  milli  məclisinə  seçkiləri  təyin  edir.  Yəni  qanunverici  orqana  seçkilərin 

Konstitusiyamızın tələbləri əsasında keçirilməsi müəyyən edir. 

Azərbaycan respublikasının dövlət büdcəsinin Azərbaycan respublikası milli məclisinin təsdiqinə təqdim 

edir. 

Dövlət  iqtisadi  və  sosial  proqramlarını,  yəni  ölkənin  Ġqtisadiyyatı  ilə  əlaqədar  proqramları  təsdiq  edir. 



Sosial problemlərinə bağlı məsələlərin həllinə yönəldilmiĢ proqramların təsdiqi ilə Prezidentin səlahiyyətlərinə 

daxil edilmiĢdir. 

Azərbaycan Respublikasının baĢ nazirini vəzifəyə təyin edir. Prezident baĢ nazir vəzifəsinə irəli sürdüyü 

Ģəxs  haqqında  təqdimat  yazır.  Milli  Məclisin  səs  çoxluğu  ilə  razılığı  əldə  olunduqdan  sonra  Prezident  həmin 

Ģəxsi  BaĢ  nazir  vəzifəsinə  təyin  edir.  Azərbaycan,  respublikasının  BaĢ  nazirini  vəzifədən  azad  etmək  də 

Azərbaycan, Respublikasının Prezidentinin səlahiyyətlərinə daxildir. 

Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlərini vəzifəyə 

təyin  edir  və  vəzifədən  azad  edir.  Müəyyən  çətinliklər,  ziddiyyətlər  olduqda  və  zəruri  hallarda  Azərbaycan 

Respublikası Nazirlər Kabinetinin iclaslarına sədrlik edir. 

Azərbaycan  Respublikasının  dövlət  büdcəsində  icra  hakimiyyəti  üçün  nəzərdə  tutulmuĢ  xərclər 

çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları yaradır. 

Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  və  Naxçıvan  Muxtar  Respublikası  Nazirlər  Kabinetinin 

qərar və sərəncamlarını mərkəzi və yerli icra hakimiyyəti orqanlarının aktlarını ləğv edir. Belə ki, Azərbaycan 

Respublikasının  Nazirlər  Kabinetinin  və  Naxçıvan  Muxtar  Respublikası  Nazirlər  Kabinetinin  qərar  və  sərən-

camları  Konstitusiyaya  uyğun  olmadıqda  prezident  həmin  qərar  və  sərəncamları  ləğv  etmək  səlahiyyətindən 

istifadə  edir.  Eləcə  də  mərkəzi  və  yerli  icra  hakimiyyəti  orqanlarının  aktları  mövcud  qanunvericiliyə  uyğun 

olmadıqda Prezident tərəfindən ləğv edilir. 

Azərbaycan  Respublikasının  Konstitusiya  məhkəməsi,  Azərbaycan  Respublikasının  ali  məhkəməsi  və 

Azərbaycan  Respublikasının  iqtisadi  məhkəməsi  hakimlərinin  vəzifəyə  təyin  edilməsi  haqqında  Azərbaycan 

Respublikası  Prezidenti  Azərbaycan  Respublikası  milli  məclisinə  təqdimat  verir.  Milli  məclisdə  səs  çoxluğu 

əsasında bəyənildikdən sonra prezident tərəfindən vəzifəyə təyin edirlər. 

Prezident  Azərbaycan  Respublikasının  baĢ  prokurorunun  Azərbaycan  Respublikasının  Milli  Məclisinin 

razılığı  ilə  vəzifəyə  təyin  edir  və  vəzifədən  azad  edir.  Eləcə  də  Azərbaycan  Respublikasının  digər 

məhkəmələrinin hakimlərini də təyin edir. 

Azərbaycan Respublikası Milli Bankı Ġdarə Heyəti üzvlərini milli məclisin razılığı ilə vəzifəyə təyin edir 

və vəzifədən azad edir. 

Azərbaycan Respublikası Prezidentinin Ġcra Aparatını təĢkil edir və onun rəhbərini təyin edir. 

Azərbaycan  Respublikası  Prezidentinin  səlahiyyətli  nümayəndələrini  vəzifəyə  təyin  edir  və  vəzifədən 

azad  edir.  Azərbaycan  Respublikasının  xarici  ölkələrində  və  beynəlxalq  təĢkilatlarda  diplomatik 

nümayəndələrinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinə məlumat verir, Azərbaycan 

Respublikasının  xarici  ölkələrdə  və  beynəlxalq  təĢkilatlarda  diplomatik  nümayəndələrini  təyin  edir  və  geri 

çağırır. 

Dövlətlərarası  və  hökumətlərarası  beynəlxalq  müqavilələr  bağlayır,  dövlətlərarası  beynəlxalq 

müqavilələri  təsdiq  və  ləğv  olunmaq  üçün  Azərbaycan  Respublikasının  Milli  Məclisinə  təqdim  edir  və 

təsdiqnamələri imzalayır. 

Referendum  təyin  edir.  Referendum  keçirilməsi  səlahiyyətini  Azərbaycan  Respublikası  Prezidentinə 

verilməsi  xüsusi  əhəmiyyəti  kəsb  edir.  Konstitusiyanın  qəbulu,  respublikanın  tale  yüklü  problemlərinin  həlli 

kimi məsələlər referendum yolu ilə həll olunur. 

Azərbaycan Respublikasının Prezidenti qanunları, fərmanları imzalayır və dərc edir, eləcə də vətəndaĢlıq 

məsələlərini həll edir. 

Azərbaycan dövlətindən siyasi sığınacaq istəyənlərə siyasi sığınacaq məsələlərini həll edir. 

Azərbaycan  Respublikasının  Prezidenti  əfv  etmək,  dövlət  təltifləri  ilə  təltif  etmək,  ali  hərbi  və  ali  xüsusi 

rütbələr  vermək,  ümumi  və  qismən  səfərbərlik  elan  etmək,  habelə  səfərbərlik  üzrə  çağırılanları  tərtib  etmək 

səlahiyyətlərinə də malikdir. Prezidentə habelə Azərbaycan Respublikası vətəndaĢlarının müddətli hərbi xidmətə ça-

ğırılması  və  müddətli  hərbi  xidmətdə  olan  hərbi  qulluqçuların  həyata  buraxılması  barədə  qərarlar  qəbul  etmək 

səlahiyyətləri verilmiĢdir. 

Prezident  Azərbaycan  Respublikasının  Təhlükəsizlik  ġurasını  yaradır.  Azərbaycan  Respublikası  silahlı 

qüvvələrinin təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsinə razılıq verilməsi barədə Azərbaycan 

Respublikasının Milli Məclisinə təqdimat verir. Eləcə də fövqəladə və hərbi vəziyyət elan edir. 



Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə