Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Müəllimlər Ġnstitutu Salyan filialı



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə10/41
tarix31.08.2018
ölçüsü1,36 Mb.
#65646
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   41

21 

 

Bu qeyd edilənlərlə yanaĢı, hər bir hökm təqsirləndirici və ya bəraətləndirici olmasından asılı olmayaraq 



həqiqilik və ədalətlilik keyfiyyətlərini özündə əks etdirməlidir. 

Məlumdur ki, ancaq obyektiv həqiqəti müəyyən etdikdən sonra Ģəxs təqsirli bilinib cəzalandırıla və yaxud 

təqsirsiz bilinib bəraətləndirilə bilər. 

 

 



4. Ġnsan və vətəndaĢın əsas vəzifələri 

 

Konstitusiya  geniĢ  hüquq  və  azadlıqlar  nəzərdə  tutulduğu  bir  halda  vəzifələr  ona  nisbətdə  o  qədər  də 

geniĢ  deyil,  hüquqlar  və  azadlıqları  Konstitusiyanın  48-ci  maddəsi  əhatə  etdiyi  halda  vətəndaĢların  əsas 

vəzifələri cəmisi 9 maddədə əhatə edilmiĢdir. Buna baxmayaraq vəzifələr öz mahiyyətinə görə dərin məna yükü 

daĢıyır, hər ölkə qarĢısında öz borcunu layiqincə yerinə yetirməyi tələb edir. 

Konstitusiyanın 72-ci maddəsində təsbit edilir ki, hər bir Ģəxs dövlət və cəmiyyət qarĢısında onun hüquq 

və  azadlıqlarından  bilavasitə  irəli  gələn  vəzifələri  daĢıyır.  Qeyd  edildiyi  kimi Azərbaycan  xalqının  iradəsinə 

əsasən yaradılan yeni tipli demokratik dövlət humanizm prinsiplərinə əsaslanmaqla dünyəvi dəyərlərə bağlıdır 

və hüquqi dövlətlərə xas olan niĢanələri özündə gəzdirir. 

Ölkənin  bütün  daxili  məsələləri  yalnız  hüquqa  əsaslanaraq  idarə  edilir.  Dövlət  qarĢısında  hüquq  və 

azadlıqlardan  yaranan  vəzifələrin  yerinə  yetirilməsi  dedikdə,  hüquqa  əsaslanan  tələblərin  icrası  baĢa 

düĢülməlidir. 

Cəmiyyət  qarĢısında  hüquq  və  azadlıqlardan  yaranan  vəzifə  dedikdə  həm  qanunlardan,  həm  əxlaq 

normalarından və həm də davranıĢ qaydalarından doğan vəzifələrin icrası nəzərdə tutulur. 

Konstitusiyanın 72-ci maddəsinin üçüncü hissəsindəki göstəriĢ xüsusi əhəmiyyətə malikdir. Göstərilir ki, 

qanunu bilməmək Ģəxsi məsuliyyətdən azad etmir. Buradan belə nəticə çıxır ki, qanunları öyrənmək lazımdır ki, 

onun göstəriĢlərini biləsən, hansı hərəkətlərə qanun yol verməsini, hansıların qadağan edilməsini öyrənəsən. Bu 

tələb  vacibdir,  ona  görə  ki,  respublikamızda  hüquqi  dövlət  yaranır,  bütün  ictimai  və  hüquqi  münasibətlər  yalnız 

hüquq  normalarına-qanunlara  əsasən  nizamlanır.  Qanunu  bilməyən  Ģəxs  öz  hüquq  və  vəzifələrini  dərk  etmədiyi 

üçün cəmiyyət içərisində özünü lazımi qaydada idarə etmək imkanını itirə və hüquq pozuntusuna yol verə bilər. 

Konstitusiyada  təsbit  edilən  əsas  vəzifələrdən  biri  də  vergilər  və  baĢqa  dövlət  ödəniĢlərinin  (maddə  73) 

yerinə yetirilməsidir. Qanunla müəyyən edilmiĢ vergiləri və baĢqa dövlət ödəniĢlərini tam həcmdə və vaxtında 

nəzərdə tutulmuĢ əsaslar olmadan və qanunda göstərilmiĢ həcmdən əldə vergilər və baĢqa dövlət ödəniĢləri ödə-

məyə məcbur edilə bilməz. 

Konstitusiyanın 76-cı maddəsində təsbit edilir ki, Vətəni müdafiə hər bir vətəndaĢın borcudur. Qanunla 

müəyyən  edilmiĢ  qaydada  vətəndaĢlar  hərbi  xidmət  keçirirlər.  Vətənimiz  olan  suveren  Azərbaycanı  müdafiə 

etmək  demokratik  dövlətimizin  ən  mühüm  funksiyalarından  biridir.  Dövlət  respublikanın  təhlükəsizliyini  və 

müdafiə qabiliyyətini yüksəltmək məqsədi ilə öz ordusunu yaradır. 

 

 

 



 

 

 



 

 

 




22 

 

 



MÖVZU 5. 

 

DÖVLƏT HAKĠMĠYYƏTĠ 



 

Plan: 

1.

 



Dövlət hakimiyyətinin həyata keçirilməsinin konstitusiya hüquqi tənzimi. 

2.

 



Azərbaycan Respublikasının Milli Məclisi – parlament qanunvericilik hakimiyyəti orqanıdır. 

3.

 



Azərbaycan Respublikasında Ġcra hakimiyyəti. 

4.

 



Məhkəmə hakimiyyətinin anlayıĢı və onun həyata keçirilməsi. 

 

Ədəbiyyat 

1.

 

Azərbaycan 



Respublikasının Konstitusiyası. Bakı, «Hüquq ədəbiyyatı» nəĢriyyatı, 2002. 

2.

 



Ġsmayılov Ġ. Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları. Bakı, Qanun, 2002. 

3.

 



Əsgərov Z.A. «Konstitusiyanın mahiyyəti» haqqında // «Qanunçuluq», 1997. 

4.

 



Ələsgərov  M.H.  «Müstəqil  Azərbaycanın  ilk  demokratik  Konstitusiyası».  «Azərbaycan»  qəzeti,  26 

oktyabr 1995. 

5.

 

Əliyev ġ.M. Prezidentlik institutu. Bakı, BDU-nun nəĢriyyatı, 1994. 



6.

 

Xropanyuk B.H. Dövlət və hüquq nəzəriyyəsi. Bakı, 1995. 



 


23 

 

 



MÖVZU  5.1. 

 

KONSTĠTUSĠYA ƏSASINDA HAKĠMĠYYƏTĠN BÖLÜNMƏSĠ.  QANUNVERĠCĠLĠK HAKĠMĠYYƏTĠ 

 

Azərbaycan Respublikasında dövlət hakimiyyətinin bölünməsi. 

Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təĢkil edilir. 

Dövlətdə bir-birini tarazlaĢdıran üç hakimiyyətdən biri – qanunvericilik hakimiyyətidir. 

a) Qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir. 

b) Ġcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə məxsusdur. 

c) Məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir. 

 

Milli Məclisin say tərkibi. 

Azərbaycan Respublikasında qanunvericiliyi həyata keçirən Milli Məclis 125 deputatdan ibarətdir. 

Majoritar  sistem  (frans.matorite  -  çoxluq)  bir  sıra inkiĢaf  etmiĢ  ölkələrdə  mərkəzi  və  yerli  nümayəndəli 

orqanlar, prezident və baĢqa vəzifəli Ģəxslər seçildikdə səsvermə nəticələrini müəyyənetmə sistemidir. Majoritar 

sistemə görə, qanunla müəyyən edilmiĢ və səs çoxluğunu qazanan namizəd, həmin seçki dairəsindən seçilmiĢ 

hesab olunur. 



 

Azərbaycan Respublikası Milli Məclisi çağırıĢının səlahiyyət müddəti 

Milli Məclisin səlahiyyət müddəti 5 ildir. Milli Məclisin səlahiyyətləri onun ilk iclas günü baĢlanır və son 

iclas günü baĢa çatır. Milli Məclisin deputatlarının səlahiyyətləri yalnız Milli Məclisin səlahiyyəti müddətində 

qüvvədədir. Milli Məclisin bir çağırıĢının seçkiləri hər beĢ ildən bir noyabr ayının birinci bazar günü keçirilir. 

Milli  Məclisin  deputatlarından  çıxanların  yerinə  yeni  seçkilər  keçirilərsə,  yeni  seçilən  deputatın  səlahiyyət 

müddəti deputatlıqdan çıxanın qalan səlahiyyət müddəti ilə məhdudlaĢır. 



 

Azərbaycan Respublikası Milli Məclisin deputatlığına namizədlərə aid tələblər 

Həmin  tələblərdə  göstərilir  ki,  seçkilər  günü  18  yaĢı  tamam  olan  və  ya  yaĢı  18-dən  çox  olan  bütün 

Azərbaycan Respublikası vətəndaĢlarının Milli Məclisə deputat seçmək hüququ vardır. 

Azərbaycan  Respublikasının  yaĢı  25-dən  aĢağı  olmayan  hər  bir  vətəndaĢı  qanunla  müəyyən  olunmuĢ 

qaydada Milli Məclisin deputatı seçilə bilər. 

Din  xadimləri  və  müddətli  həqiqi  hərbi  və  ya  alternativ  xidmətdə  olanlar  Milli  Məclisə  deputat  seçilə 

bilməzlər.  Məhkumluğun  ödənilməsindən  asılı  olmayaraq  Azərbaycan  Respublikasının  Cinayət  Məcəlləsinin 

maddələrində  nəzərdə  tutulmuĢ  ağır  cinayətlərə  görə  məhkum  olunmuĢ  Ģəxslər,  məhkəmənin  qanuni  qüvvəyə 

minmiĢ hökmü ilə azadlıqdan məhkumetmə yerlərində cəza çəkənlər Milli Məclisə deputat seçilə bilməzlər. 

Fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilmiĢ vətəndaĢlar Milli Məclisə seçkilərdə iĢtirak 

etmirlər. 

Azərbaycan  Respublikasının  seçmək  hüququ  olan  hər  bir  vətəndaĢının  birmandatlı  və  çoxmandatlı 

dairələrin hər birində bir səsi var və o, iki dəfə səs verir. 

Milli  Məclisin  deputatlarını  seçicilər  bilavasitə  seçirlər.  Seçicilər  Ģəxsən  və  gizli  səs  verirlər.  Seçkilərdə 

seçicilərin öz iradəsini ifadə etməsi üzərində nəzarətə yol verilmir. 

Milli  Məclisin  deputatlığından  çıxanların  yerinə  seçkilər  Azərbaycan  Respublikasının  Milli  Məclisinin 

səlahiyyət müddətinin bitməsinə 120 gündən az müddət qalarsa keçirilir. 

Milli Məclisə seçkiləri Azərbaycan Respublikasının Prezidenti təyin edir. Milli Məclisin səlahiyyətlərinin 

qurtarmasına  ən  geci  80  gün  qalmıĢ  yeni  seçkilər  təyin  olunur.  Milli  Məclisə  seçkilər  üzrə  səsvermə  bazar 

gününə düĢməlidir. 

Milli Məclisin 100 deputatı birmandatlı seçki dairələri üzrə, bir qayda olaraq, seçicilərin birmandatlı seçki 

dairələrində  vahid  təsisçilik  norması  əsasında  seçilir.  Seçicilərin  vahid  təmsilçilik  norması  seçicilərin  ümumi 

sayının 100-ə bölünməsi yolu ilə müəyyən edilir. 

Milli  Məclisin  25  deputatı,  vahid  çoxmandatlı  seçki  dairəsi  üzrə  siyasi  partiyaların  (siyasi  partiyaların 

bloklarının) göstərdikləri deputatlığa namizədlərin siyahılarına seçicilərin vahidlikləri səslərin nisbəti əsasında 

seçilir. 

Milli Məclisin 83 deputatının səlahiyyəti təsdiq olunduqda Milli Məclis səlahiyyətlidir. 

Azərbaycan Respublikasının Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinin yoxlanması və təsdiqi. 

Seçkilərin  nəticələrinin  düzgünlüyünü  qanunla  müəyyən  olunmuĢ  qaydada Azərbaycan  Respublikasının 

Konstitusiya məhkəməsi yoxlayır və təsdiq edir. 




Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə