Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Müəllimlər Ġnstitutu Salyan filialı



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə11/41
tarix31.08.2018
ölçüsü1,36 Mb.
#65646
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   41

24 

 

Azərbaycan  Respublikasının  Milli  Məclisinin  83  deputatının  səlahiyyətləri  təsdiq  edildikdən  sonra 



Azərbaycan  Respublikasının  Milli  Məclisinin  ilk  iclası  həmin  gündən  baĢlayaraq  bir  həftədən  gec  olmayaraq 

çağırılır. 

Azərbaycan  Respublikası  Konstitusiyasının  88-ci  maddəsinin  2-ci  bəndində  deyilir  ki,  Azərbaycan 

Respublikasının  Milli  Məclisinə  seçkilərdən  sonra  martın  10-dək  onun  83  deputatının  səlahiyyətləri  təsdiq 

edilməzsə,  Azərbaycan  Respublikası  Milli  Məclisinin  ilk  iclasının  keçirilmə  vaxtının  Azərbaycan 

Respublikasının Konstitusiya Məhkəməsi müəyyən edir. 

88-ci maddəsinin 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasının növbədənkənar sessiyaları Milli 

Məclisin sədrinin, Azərbaycan Respublikası Prezidentinin və ya Azərbaycan Respublikası Milli Məclisinin 42 

deputatının tələbi ilə çağırılır. 

88-ci  maddəsinin  3-cü  bəndində  göstərilir  ki, Azərbaycan  Respublikası Milli  Məclisinin  növbədənkənar 

sessiyasının  gündəliyini  müvafiq  olaraq  onun  çağırılmasını  tələb  edənlər  müəyyənləĢdirir.  Bu  gündəlikdəki 

məsələlərə baxıldıqdan sonra növbədənkənar sessiyasının iĢi bitir. 



 

Azərbaycan  Respublikası  Milli  Məclisin  deputatlığından  məhrumetmə  və  Milli  Məclisin 

deputatlarının səlahiyyətlərinin itirilməsi 

Konstitusiyamızın  89-cu  maddəsi  ilə  Azərbaycan  Respublikası  Milli  Məclisi  deputatlığından 

məhrumetmə  və  Azərbaycan  Respublikası  Milli  Məclisinin  deputatlarının  səlahiyyətlərinin  itirilməsi  təsbit 

edilmiĢdir. 

Azərbaycan Respublikası Milli Məclisinin deputatı aĢağıdakı hallarda mandatından məhrum edilir: 

1.

 



Seçkilərin keçirilməsi zamanı səslərin düzgün hesablanmadığı aĢkar olunduqda; 

2.

 



Azərbaycan  Respublikası  vətəndaĢlığından  çıxdıqda  və  ya  baĢqa  dövlətin  vətəndaĢlığını  qəbul 

etdikdə; 

3.

 

Cinayət törətdikdə və məhkəmənin qanunu hökmü qüvvəyə minmiĢ olduqda; 



4.

 

Dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və baĢqa ödəniĢli 



fəaliyyətlə məĢğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla); 

5.

 



Özü  imtina  etdikdə  Milli  Məclisin  deputatları  öz  səlahiyyətlərini  daimi  icra  edə  bilmədikdə  və 

qanunda nəzərdə tutulmuĢ digər hallarda onların səlahiyyətləri itirilir. 

Azərbaycan  Respublikası  Milli  Məclisinin  deputatlarının  toxunulmazlığı  Konstitusiyamızın  90-cı 

maddəsi ilə təsbit edilmiĢdir. 

Səlahiyyət müddəti ərzində Azərbaycan Respublikası Milli Məclisi deputatının Ģəxsiyyəti toxunulmazdır. 

Azərbaycan  Respublikası  Milli  Məclisinin  deputatı  səlahiyyəti  müddəti  ərzində  cinayət  baĢında 

yaxalanma hallarından baĢqa, cinayət məsuliyyətinə cəlb edilə bilməz. 

Milli  Məclisin  deputatı  tutula  bilməz,  onun  barəsində  məhkəmə  qaydasında  inzibati  tənbeh  tədbirləri 

tətbiq edilə bilməz. 

Milli Məclisin deputatları axtarıĢa məruz qala bilməz, Ģəxsi müayinə edilə bilməz. 

Azərbaycan Respublikası Milli Məclisinin deputatı cinayət baĢında yaxalanarsa tutula bilər. Belə olduqda 

Milli  Məclisin  deputatını  tutan  orqan  bu  barədə  dərhal  Azərbaycan  Respublikasının  BaĢ  prokuroruna  xəbər 

verməlidir. 

Azərbaycan  Respublikası  Milli  Məclisinin  deputatının  toxunulmazlığına  yalnız  Azərbaycan 

Respublikasının BaĢ prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə 

xitam verilə bilər. 



 

Milli Məclisin deputatlarının məsuliyyətə cəlb olunmasına qoyulan qadağanlar 

Konstitusiya ilə Milli Məclisin  deputatları  Milli  Məclisdəki fəaliyyətinə,  səs  verməyə  və  söylədiyi  fikrə 

görə məsuliyyətə cəlb oluna bilməzlər. Razılığı olmadan onlardan bu hallarla əlaqədar izahat, ifadə tələb edilə 

bilməz. Bu hal respublikada demokratiya, aĢkarlıq və plüralizm üçün Ģərait yaradır. 



 

Milli Məclisin müəyyən etdiyi ümumi qaydalar 

Qanunverici hakimiyyət fəaliyyətini aĢağıdakı məsələlərə dair ümumi qaydalarla müəyyən edir. 

Bu,  konstitusiyada  təsbit  edilmiĢ  insan  və  vətəndaĢ  hüquqlarından  və  azadlıqlarından  istifadə,  bu 

hüquqların  və  azadlıqların  dövlət  təminatından  ibarətdir.  Həmin  məsələyə  yalnız  Konstitusiya  qanunu  ilə 

əlavələr edilə bilər. 

Azərbaycan  Respublikası  Prezidentinin  seçkiləri, Azərbaycan  Respublikası  Milli  Məclisinə  seçkilər  və 

Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarının statusu, referendum məsələlərinə dair qanunlar 83 

səs çoxluğu ilə qəbul edilir. 

AĢağıdakı məsələlərə dair qanunlar 63 səs çoxluğu ilə qəbul edilir: 

1.

 



Məhkəmə quruluĢu və hakimlərin statusu, prokurorluq, vəkillik və notariat; 


25 

 

2.



 

Məhkəmə icraatı, məhkəmə qərarlarının icrası; 

3.

 

Bələdiyyələrə seçkilər və bələdiyyələrin statusu; 



4.

 

fövqəladə vəziyyət rejimi, hərbi vəziyyət rejimi; 



5.

 

Dövlət təltifləri; 



6.

 

Fiziki və hüquqi Ģəxslərin statusu; 



7.

 

Mülki hüquq obyektləri; 



8.

 

Mülki müqavilələr, nümayəndəlik və varislik; 



9.

 

Mülkiyyət hüququ, o cümlədən dövlət, xüsusi və bələdiyyə mülkiyyətinin hüquqi rejimi, əsli mülkiyyət 



hüququ, digər əĢya hüququ və ödəniĢli hüquq; 

10.


 

Ailə münasibətləri, o cümlədən himayəçilik və qəyyumluq; 

11.

 

maliyyə fəaliyyətinin əsasları, vergilər, rüsumlar və ödəniĢlər; 



12.

 

Bazar iqtisadiyyatının keçidlə əlaqədar əmək münasibətlərinin tənzim edilməsi və sosial təminat; 



13.

 

Cinayətlərin, baĢqa hüquq pozuntularının müəyyən edilməsi, onların törədilməsinə məsuliyyətin təyin 



edilməsi; 

14.


 

Müdafiə və hərbi qulluq, dövlət qulluğu, təhlükəsizliyin əsasları, ərazi quruluĢu, dövlət sərhədi rejimi; 

15.

 

Beynəlxalq müqavilələrin təsdiqi və ləğvi, rabitə və nəqliyyat iĢi, statistika, gömrük iĢi, ticarət iĢi və 



birja fəaliyyəti, bank iĢi, mühasibat və sığortaya dair ümumi qaydalar. 

Bu  da  onu  göstərir  ki,  qanunvericilik  hakimiyyətinə  cəmiyyətin  daha  məsuliyyətli  və  geniĢ  sahəsi 

tapĢırılmıĢdır. 

 

Milli Məclisin həll etdiyi ümumi məsələlər 

Konstitusiyamızın  95-ci  maddəsi  ilə Azərbaycan  Respublikasının  Milli  Məclisinin  həll  etdiyi  məsələlər 

təsbit edilmiĢdir. Həmin maddə ilə Milli Məclisin səlahiyyətinə aid olan məsələlər müəyyənləĢdirilmiĢdir. 95-ci 

maddədə göstərilən məsələlərin geniĢliyi və əhatəliliyi Azərbaycanda qanunvericilik hakimiyyətinin geniĢ səla-

hiyyətlərə malik olduğunu göstərir. 

Milli Məclisin səlahiyyətinə aĢağıdakı məsələlərin həlli aiddir. 

1.

 

Azərbaycan Respublikası Milli Məclisinin iĢinin təĢkili; 



2.

 

Azərbaycan  Respublikası  Prezidentinin  təqdimatı  ilə  Azərbaycan  Respublikası  diplomatik 



nümayəndəliklərinin təsis edilməsi; 

3.

 



Ġnzibati ərazi bölgüsü; 

4.

 



Dövlətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi; 

5.

 



Azərbaycan  Respublikası  Prezidentinin  təqdimatına  əsasən  Azərbaycan  Respublikası  dövlət 

büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarət; 

6.

 

Azərbaycan  Respublikası  Prezidentinin  təqdimatı  ilə  Azərbaycan  Respublikasının  Ġnsan  hüquqları 



üzrə müvəkkilin seçilməsi. 

Konstitusiyada nəzərdə tutulmuĢ hallarda Azərbaycan Respublikası Prezidentinin fərmanlarının təsdiqi də 

Milli Məclisin səlahiyyətinə daxildir. Bundan əlavə Respublika Prezidentinin təqdimatlarına əsasən Azərbaycan 

Respublikasının  BaĢ  nazirinin  vəzifəyə  təyin  edilməsinə  razılıq  verilməsi,  eləcə  də Azərbaycan  Respublikası 

Konstitusiya  Məhkəməsi,  Azərbaycan  Respublikası  Ali  Məhkəməsi  və  Azərbaycan  Respublikası  Apelyasiya 

məhkəməsi hakimlərinin təyin edilməsi də Milli Məclisin həll etdiyi məsələlərdəndir. 

Respublika Prezidentinin təqdimatlarına əsasən Respublikasının BaĢ Prokurorun vəzifəyə təyin olunması 

və  vəzifədən  azad  edilməsinə  razılıq  verilməsi,  eləcə  də  hakimlərin  vəzifədən  kənarlaĢdırılması,  Nazirlər 

Kabinetinə  etimad  məsələsi,  respublika  Milli  Bankı  Ġdarə  heyəti  üzvlərinin  vəzifəyə  təyin  və  vəzifədən  azad 

edilməsi Milli Məclisin həllinə verilir. 

Respublika Prezidentinin müraciətinə əsasən müharibə elan edilməsinə və sülh bağlanması məsələlərinə 

razılıq verilməsi də Milli Məclisin səlahiyyətlərinə daxildir. 

Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsinin  təqdimatına  əsasən  Azərbaycan  Respublikası 

Prezidentinin impenment qaydasında vəzifədən kənarlaĢdırılması Milli Məclisdə müzakirə olunub təsdiq edilir. 

Ġmpenment  qaydası,  prezident  vəzifəsini  icra  edə  bilmədikdə,  öz  ərizəsi  ilə  tutduğu  vəzifədən  getmədikdə, 

qanunu yolla prezidentin vəzifədən kənarlaĢdırılmasıdır. 

 

Qanunvericilik təĢəbbüsü hüququ 

Azərbaycan Respublikası Milli Məclisində qanunvericilik təĢəbbüsü hüququ Milli Məclisin deputatlarına, 

Azərbaycan  Respublikası  Prezidentinə,  Azərbaycan  Respublikası  Milli  Məclisinə,  Azərbaycan  Respublikası 

Prokurorluğuna və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə mənsubdur. 

Azərbaycan Respublikasının Konstitusiyası, qanunların imzalanmaq üçün təqdim olunması müddətlərini 

aĢağıdakı qaydada müəyyənləĢdirmiĢdir: 




Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə