42
qətnamə (qərar) qəbul edilərsə, onda iĢəgötürən tərəfindən məhkəmənin qətnaməsi (qərarı) dərhal icra edilərək
o, əvvəlki vəzifəsinə və ya razılığı ilə baĢqa vəzifəyə (iĢə) bərpa olunmalıdır.
8. ĠĢ vaxtı
Əmək hüquq üçün o xarakterikdir ki, iĢ vaxtı əmək münasibətlərinin ünsürü kimi çıxıĢ edir və hüquqi
cəhətdən tənzim edilir. Əmək hüququ üzrə iĢ vaxtı dedikdə, iĢçinin kollektiv və fərdi əmək müqaviləsinə, habelə
daxili əmək nizam qaydalarına uyğun surətdə iĢəgötürənin sərəncamlarının və əmək öhdəliklərinin
(vəzifələrinin) yerinə yetirilməsinə sərf olunan vaxt baĢa düĢülür. Məhz bu vaxt hüquqi cəhətdən tənzim edilir.
Əmək hüququ üzrə iĢ vaxtına belə bir tərif də vermək olar ki, iĢ vaxtı iĢçinin əmək müqaviləsinə və daxili
əmək nizam qaydalarına uyğun olaraq iĢəgötürənin sərəncamında olduğu və əmək vəzifələrini yerinə yetirdiyi
vaxtdır. ĠĢ vaxtının növləri və tənzimlənməsi qaydaları aĢağıdakılardan ibarətdir:
1. Tam iĢ vaxtı və onun müddəti.
Tam iĢ vaxtı müddəti Əmək Məcəlləsi ilə nəzərdə tutulmuĢ həftəlik və gündəlik iĢ saatları ərzində
iĢçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiĢ zamandır. Gündəlik normal iĢ vaxtının
müddəti səkkiz saatdan artıq ola bilməz. Gündəlik iĢ vaxtına uyğun olan həftəlik normal iĢ vaxtının müddəti 40
saatdan artıq müəyyən edilə bilməz.
2. Həftəlik tam iĢ vaxtının müəyyən edilməsi.
Bir qayda olaraq, iki istirahət günü olan beĢgünlük iĢ həftəsi müəyyən edilir. Ġstehsalın, iĢin, xidmətin və
əmək Ģəraitinin xarakterindən asılı olaraq iĢəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı həftəlik tam iĢ vaxtının
müddəti çərçivəsində altıgünlük iĢ həftəsi müəyyən edə bilər. Altıgünlük iĢ həftəsində həftəlik norma 40 saat
olduqda gündəlik iĢ vaxtının müddəti yeddi saatdan, həftəlik norma 36 olduqda, iĢ vaxtının müddəti 6 saatdan və
həftəlik norma 24 saat olduqda gündəlik iĢ vaxtının müddəti 4 saatdan çox ola bilməz.
3. QısaldılmıĢ iĢ vaxtı.
ĠĢçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaĢı, səhhəti, əmək Ģəraiti, əmək funksiyasının xüsusiyyətləri və
digər hallar nəzərə alınaraq Əmək Məcəlləsi ilə və müvafiq normativ hüquqi aktlarla, habelə əmək müqaviləsinin,
kollektiv müqavilənin Ģərtləri ilə qısaldılmıĢ iĢ vaxtı müəyyən edilə bilər. QısaldılmıĢ iĢ vaxtının müddəti həftə
ərzində 16 yaĢadək iĢçilər üçün 24 saatdan, 16 yaĢdan 18 yaĢadək iĢçilər və 1-ci və 2-ci qrup əlil olan iĢçilər üçün,
həmçinin habelə və yaĢyarımadək uĢağı olan qadınlar üçün 36 saatdan artıq olmamalıdır.
4. Əmək Ģəraiti zərərli olan iĢlərdə çalıĢan iĢçilər üçün iĢ vaxtının qısaldılmıĢ müddəti.
Əmək Ģəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat
amilləri mövcud olan əmək Ģəraitli istehsalatlarda, peĢə və vəzifələrdə çalıĢan iĢçilərə həftədə 36 saatdan çox
olmayan qısaldılmıĢ iĢ vaxtı müəyyən edilir. Həmin istehsalatların peĢə və vəzifələrin siyahısı müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
5. Natamam iĢ vaxtı.
Əmək Məcəlləsinin 94-cü maddəsinin tələbinə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək
münasibətləri prosesində iĢçi ilə iĢəgötürənin qarĢılıqlı razılığı ilə natamam iĢ vaxtı natamam iĢ günü, yaxud
natamam iĢ həftəsi müəyyən edilə bilər. Natamam iĢ vaxtının müddəti və onun qüvvədə olduğu zamanın –
ayının, ilin davamiyyəti tərəflərin razılığı ilə müəyyən edilir.
ĠĢçinin səhhəti və fizioloji vəziyyəti (hamiləlik, əlillik), habelə xroniki xəstəliyi olan uĢağının və digər
ailə üzvünün səhhəti müvafiq tibbi rəyə görə əmək funksiyasının natamam iĢ vaxtında yerinə yetirilməsini tələb
edərsə, habelə 14 yaĢına çatmamıĢ, yaxud 16 yaĢınadək əlil uĢağı olan qadınlara ərizələrilə iĢəgötürən natamam
iĢ vaxtı (iĢ günü, yaxud iĢ həftəsi) müəyyən edilməlidir.
Bir qayda olaraq tam olmayan iĢ vaxtı iĢçinin xahiĢi ilə müəyyən olunur. Əgər belə bir iĢ vaxtının tətbiq
olunmasının təĢəbbüskarı iĢəgötürən olarsa, onda o, bu barədə iĢçini ən azı iki ay qabaqcadan xəbərdar
edilməlidir.
Natamam iĢ vaxtı barəsində əmək müqaviləsi bağlanması iĢçilər üçün əmək hüquqları barəsində hər hansı
məhdudlaĢdırmaya səbəb olmur. Natamam iĢ vaxtında iĢləyən Ģəxslər ümumi qayda üzrə məzuniyyət
hüququndan tam istifadə edirlər. Bu Ģəxslərin əmək stajla ümumi əsaslarla hesablanır, yəni iĢlənilmiĢ faktiki
müddəti onların ümumi və fasiləsiz əmək stajına daxil edilir.
Natamam iĢ vaxtında iĢləyən Ģəxslərin iĢ (növbə) vaxtı müddəti bir qayda olaraq 4 saatdan, beĢ və altı
günlük iĢ həftəsinin müddəti müvafiq olaraq 20-24 saatdan az olmamalıdır.
9. Ġstirahət vaxtı
43
Əmək hüququ üzrə istirahət vaxtı dedikdə, iĢçinin öz əmək vəzifələrini yerinə yetirməkdən azad olunduğu
və öz mülahizəsinə görə istədiyi vaxt baĢa düĢülür. Ġstirahət vaxtını iki əlamət xarakterizə edir. Birinci əlamət
odur ki, iĢçi bu zaman öz əmək vəzifələrini yerinə yetirməkdən azad olunur və ikinci əlamət isə budur ki, iĢçi
həmin vaxtdan məhz öz mülahizəsinə görə istədiyi kimi istifadə edir. Ġstirahət vaxtının aĢağıdakı növləri vardır:
1. ĠĢ günü ərzində olan fasilələr;
2. ĠĢ günü arası (növbəarası) fasilələr;
3. Həftəlik istirahət günü;
4. Bayram günləri və məzuniyyətlər.
Əmək Məcəlləsinin 103-cü maddəsində istirahət və nahar üçün fasilənin hüquqi cəhətdən tənzim edilməsi
təsbit edilmiĢdir. Maddədə göstərilir ki, iĢ günü (növbəsi) ərzində iĢçilərə istirahət və nahar etmək üçün fasilə
verməlidir. Fasilənin verilməsi vaxtı və davamiyyəti müəssisədaxili intizam qaydaları, növbə cədvəlləri və ya
əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir. Əmək Ģəraitinin xarakterinə görə iĢi dayandırmaqla
fasilənin vaxtını və davamiyyətinin müəyyən etmək mümkün olmadıqda iĢçiyə nahar etməyə Ģərait yaratmalıdır.
ĠĢçinin bir iĢ günü ilə növbəti iĢ günü arasındakı gündəlik istirahət vaxtı azı 12 saat olmalıdır. Növbəti iĢ
vaxtı rejimində iĢçilərin istirahət vaxtının müddəti müvafiq növbə cədvəlləri ilə tənzimlənir. Ġstirahət və nahar
fasilələrin müddəti iĢ vaxtına daxil edilmir. Ġstirahət və nahar istirahətlərindən iĢçi öz mülahizəsi ilə istədiyi kimi
istifadə edə bilər.
Hər bir iĢçiyə həftələr arası fasiləsiz istirahət günlərində istifadə etməyə Ģərait yaradılmalıdır.
Həftələrarası istirahət günlərinin sayı beĢgünlük iĢ həftəsində iki gün, altıgünlük iĢ həftəsində isə bir gün
olmalıdır. Həftəlik fasiləsiz istirahət müddəti 42 saatdan az olmamalıdır.
10. Əmək və icra intizamı
Əmək intizamı hər bir ümumi iĢin, hər bir birgə əməyin ən zəruri Ģərtlərindən biridir. Hər bir birgə əmək
iĢçilərlə iĢəgötürənlərin ümumi qəbul olunmuĢ intizama tabe olmalarını tələb edir. Əmək hüquq elmi əmək intizamını
hüquqi kateqoriya kimi öyrənir və tənzim edir.
Əmək qanunvericiliyinə görə müəssisələrdə əmək müqavilələri habelə bağlanmıĢ kollektiv müqavilələr üzrə
tərəflərin öhdəliklərin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, əmək qanunvericiliyinin tələblərinin
gözlənilməsi və əmək intizamının təmin edilməsi məqsədilə müəssisə dəxili intizam qaydaları qəbul edilə bilər.
Əmək Məcəlləsinin 183-cü maddəsində deyilir. Müəssisə daxili intizam qaydalarına, bir qayda olaraq,
aĢağıdakılar daxil edilir:
a) Müəssisənin adı, təĢkilatı-hüquqi forması, fəaliyyət növü, hüquqi ünvanı;
b) ĠĢ vaxtının nahar və digər istirahət fasilələrinin baĢlandığı və qurtardığı saatlar;
c) Növbə cədvəlləri və onun tənzimlənmə qaydaları;
ç) Əmək Ģəraitinin təmin edilməsi qaydaları;
d) Əmək və icra intizamının, əmək vəzifələrinin yüksək səviyyədə yerinə yetirilməsində fərqlənmiĢ
iĢçilərin, əmək kollektivlərinin mükafatlandırılması Ģərtləri və qaydaları;
e) Əmək və icra intizamını pozmuĢ iĢçilərə əlavə intizam tənbehi tətbiq edilməsinin Ģərtləri və qaydaları.
Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri.
ĠĢəgötürən və iĢçi müəyyən edilmiĢ vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə
etdikdə, yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə
nəzərdə tutulmuĢ hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
ĠĢçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, iĢçi
əsas vəzifələrini yerinə yetirmədikdə, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiĢ vəzifələrini,
müəssisədaxili intizam qaydalarını pozduqda iĢəgötürən ona aĢağıdakı intizam tənbehlərindən birini verə bilər:
a) Töhmət vermək;
b) Sonuncu xəbərdarlıqla Ģiddətli töhmət vermək;
c) Kollektiv müqavilələrdə nəzərdə tutulmuĢdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq
Ģəraitilə cərimə etmək;
ç) Əmək müqaviləsini bu məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək, yəni iĢçi özünən əmək
funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə.
ĠĢəgötürən intizam tənbehini verərkən iĢçinin Ģəxsiyyətini, kollektivdə nüfuzunu, peĢəkarlıq səviyyəsini,
onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Yuxarıda sadalanan intizam tənbehlərindən hər hansı biri
tətbiq olunmadan iĢçiyə yazılı və Ģifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.
Ġntizam tənbehinin verilməsi qaydaları.
Ġntizam tənbehi verilməmiĢdən əvvəl iĢəgötürən iĢçidən yazılı izahatın verilməsini tələb edir. ĠĢçinin
yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.