Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Müəllimlər Ġnstitutu Salyan filialı



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə17/41
tarix31.08.2018
ölçüsü1,36 Mb.
#65646
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   41

38 

 

 



MÖVZU 6. 

 

ƏMƏK HÜQUQUNUN ƏSASLARI 

 

Plan: 

1.

 

Əmək hüququnun anlayıĢı və predmeti. 



2.

 

Əmək müqaviləsinin anlayıĢı və əhəmiyyəti. 



3.

 

Əmək müqaviləsinin bağlanmasının qaydası. 



4.

 

Əmək müqaviləsinin xitam verilməsi əsasları. 



5.

 

ĠĢçinin təĢəbbüsü ilə əmək müqaviləsinin pozulması. 



6.

 

ĠĢəgötürənin təĢəbbüsü ilə əmək müqaviləsinin ləğv edilməsi. 



7.

 

Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları.  



8.

 

ĠĢ vaxtı. 



9.

 

Ġstirahət vaxtı. 



10.

 

Əmək və icra intizamı. 



 

Ədəbiyyat 

1.

 



Azərbaycan Respublikası Konstitusiyası. Bakı, «Hüquq ədəbiyyatı» nəĢriyyatı, 2002. 

2.

 



Ġsmayılov  M.  Azərbaycan  Respublikası  Konstitusiyasının  və  hüquqlarının  əsasları.  Bakı,  Qanun, 

2002. 


3.

 

Rəsulov M., Qasımov A., Ġsmayılov Ġ. Əmək hüququ. Bakı, 1996. 



4.

 

Azərbaycan Respublikasının Əmək Məcəlləsi. Bakı, «Hüquq ədəbiyyatı» nəĢriyyatı. 1999. 



 

 

 



1.

 

Əmək hüququnun anlayıĢı və predmeti 

 

Ġstənilən cəmiyyətin maddi əsasını insanların əmək fəaliyyəti təĢkil edir. Əmək insanların yaĢaması üçün 



əbədi  tibbi  Ģəraitdir.  Ġnsan  bütün  kəĢflərinə,  əldə  etdiyi  nailiyyətlərinə  görə  ilk  növbədə  əməyə  minnətdar 

olmalıdır. 

Ġstehsalat iĢtirakçıları arasında yaranan münasibətlər hüquqla tənzim edilir. Əmək hüquq normaları əmək 

prosesinin özünü deyil, insanların əmək fəaliyyəti prosesində yaranan münasibətləri məhz tənzim edir. 

Ümumi  hüquq  nəzəriyyəsindən  məlumdur  ki,  hüququn  sahələrə  və  institutlara  ayrılması  üçün  baĢlıca 

meyar vardır. Bunlardan 1-si hüquqi nizamasalmanın predmeti, digəri isə metodudur. Məhz bu iki meyar hüquq 

sisteminin sahələrə bölünməsi üçün əsasdır. Hər hansı hüquq sahəsinin predmeti dedikdə onun öyrəndiyi ictimai 

münasibətlərin dairəsi baĢa düĢülür. Hüquqi tənzimlənmənin metodu dedikdə isə həmin hüquq sahəsinin tənzim 

etdiyi ictimai münasibətlərə təsir üsulları baĢa düĢülür. Məhz hüquqi tənzimetmə predmetinə və metoduna görə 

hüquq sahələri bir-birindən fərqləndirilir. 

Əmək hüququnun predmetini əmək münasibətləri təĢkil edir. Hüququn müstəqil sahəsi kimi əmək hüququ 

vətəndaĢların əməyə olan qabiliyyətinin realizəsi zamanı yaranan ictimai əmək münasibətlərini tənzim edir. Bu 

münasibətlər əmək hüququnun subyektləri olan iĢçi və iĢəgötürən arasında yaranır. 

Əmək hüquq münasibəti iĢtirakçılarının bir-birindən nə iqtisadi və nə də baĢqa asılılığı yoxdur. Onlar öz 

istəklərinə  görə  tərəfdaĢ  –kontragent  seçən  bərabərhüquqlu  subyektlərdir.  Yalnız  bu  subyektlərin  qarĢılıqlı 

surətdə iradələri ifadə edildikdə və mənafeləri razılaĢdırıldıqda istehsal vasitələrinin iĢçi qüvvəsi ilə birləĢməsi 

prosesi  mümkün  ola  bilər.  Lakin  belə  birləĢmə  öz  növbəsində  birgə  fəaliyyətin  vahid  məqsədə  və  iradəyə  - 

rəhbərin iradəsinə tabe olmağı nəzərdə tutur. Əmək hüquq münasibəti subyektlərinin göstərilən tabeçiliyi birgə 

kollektiv əməyin tətbiqi ilə əlaqədardır. Asılı deyildir, əmək kollektivinin tamhüquqlu üzvüdür və qanun, habelə 

bağlamıĢ olduğu fərdi müqavilə Ģərtləri müstəqil məsuliyyət daĢıyır. 

Beləliklə,  əmək  hüquq  münasibətləri  subyektlərinin  qarĢılıqlı  münasibəti  əmək  prosesində  müəyyən 

asılılıq və tabeçiliklə bərabərliyin üzvü surətdə uzlaĢması ilə səciyyələnir. 



 

2. Əmək müqaviləsinin anlayıĢı və əhəmiyyəti 

 

a) Əmək müqaviləsinin anlayıĢı. Əmək müqaviləsi əmək hüquq dilində əsasən üç aspektdə öyrənilir. 



1. VətəndaĢların Konstitusiya əmək hüququnun realizəsinin forması, yəni fəhlə və ya qulluqçularının əməyi 

haqqında saziĢ kimi; 




39 

 

2.  Əmək  hüquq  münasibətlərinin  yaranmasının  və  müəyyən  müddətdə  mövcud  olmasının  əsası,  yəni 



hüquqi fakt kimi; 

3. Əmək hüququnun xüsusi hissəsinin bir institutu, yəni iĢçilərin iĢə qəbulu, baĢqa iĢə keçirilməsi və iĢdən 

çıxarılmasını tənzim edən hüquq normalarının sistemi kimi öyrənilir. 

VətəndaĢların  Konstitusiyada  təsbit  edilmiĢ  əmək  hüququnun  realizəsinin  əsas  forması  əmək 

müqaviləsidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci açıq tərifi verilmiĢdir. Orada 

deyilir  ki,  əmək  müqaviləsi  –  iĢəgötürənlə  iĢçi  arasında  fərdi  qaydada  bağlanan  əmək  münasibətlərinin  əsas 

Ģərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Bu müqaviləyə görə iĢçi daxili əmək 

nizam  qaydalarına  tabe  olmaqla  müəyyən  ixtisas  dərəcə  və  ya  vəzifə  üzrə  iĢ  görməyi  öhdəsinə  götürür, 

iĢəgötürən isə iĢçiyə əmək haqqı verməyi və əmək qanunvericiliyində və tərəflərin saziĢində nəzərdə tutulmuĢ iĢ 

Ģəraitini təmin etməyi öhdəsinə götürür. 

Deməli, əmək müqaviləsi iki tərəfli əqd olub, konkret Ģəxsin konkret müəssisə ilə həmin istehsalda iĢçinin 

əməyi  haqqında  saziĢdir.  Bundan  baĢqa  əmək  müqaviləsi  əmək  hüquq  münasibətinin  yaranmasının  əsasını və 

mövcud  olmasının  forması  kimi  müqavilə  tərəflərinin  hüquq  və  vəzifələrini  müvafiq  əmək  hüquq  münasibəti 

subyektlərinin hüquq və vəzifələri ilə sıx bağlayır. 

b)  Əmək  müqaviləsinin əhəmiyyəti.  Hər  bir əmək  müqaviləsi böyük  əhəmiyyət  kəsb  edir.  Onun  hüquqi 

əhəmiyyəti hər Ģeydən əvvəl ondadır ki, əməyin tətbiqi üzrə hüquq münasibətlərinin yaranması və inkiĢafı üçün 

lazımdır. 

1. Əmək müqaviləsi konkret iĢəgötürənlə iĢçi arasında əmək münasibətlərinin yaranması üçün əsasdır; 

2. Əmək hüquq münasibəti bağlanmıĢ əmək müqaviləsinin qüvvədə olduğu vaxt ərzində mövcuddur. Əmək 

müqaviləsi tərəfindən qarĢılıqlı hərəkətlərinin müəyyən olunması üçün hüquqi əsasdır; 

3.  Əmək  müqaviləsi  mövcud  əmək  qanunvericiliyinə  uyğun  surətdə  tərəfləri  müəyyənləĢdirərək 

rəsmiləĢdirilir; 

4.  Əmək  müqaviləsi  əmək  hüquq  münasibətlərinin  subyekti  olan  hər  bir  iĢçinin  mövcud  əmək 

kollektivində iĢ yerini və peĢə, yaxud ixtisas üzrə vəzifəsini birləĢdirir. Bundan baĢqa, əmək müqaviləsi iĢçinin 

mövcud əmək Ģəraitini fərdiləĢdirir ki, bu da fəhlə və qulluqçunun vəziyyətini ağırlaĢdıran, yaxud pisləĢdirən 

halların qarĢısının alınmasında böyük rol oynayır. 



 

 

3. Əmək müqaviləsinin bağlanma qaydası 

 

Əmək  müqaviləsi  bağlanılarkən  heç  bir  ayrı-seçkiliyə  yol  verilməməlidir.  Əmək  Məcəlləsinin  42-ci 



maddəsində deyilir ki, əmək müqavilələri sərbəst bağlanır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə 

bilməz. Əmək müqaviləsinin tərəflərindən biri iĢəgötürən, digəri isə iĢçidir. 

15 yaĢına çatmıĢ hər bir Ģəxs kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiĢ 

qaydada  fəaliyyət  qabiliyyəti  olmayan  Ģəxs  hesab  edilmiĢ  Ģəxslə  əmək  müqaviləsi  bağlanıla  bilməz.  Tam 

fəaliyyət qabiliyyəti olmayan Ģəxs iĢəgötürülən ola bilməz. 

Əmək  müqaviləsinin  məzmunu  dedikdə  isə  tərəflərin  hüquq  və  vəzifələrinin  həcmini  müəyyənləĢdirən 

bütün Ģərtlərin məcmusu baĢa düĢülür. Bu Ģərtlər aĢağıdakılardan ibarətdir: 

a) bilavasitə qanunvericiliklə müəyyən olunan Ģərtlər; 

b) tərəflərin saziĢi ilə müəyyən edilən Ģərtlər. 

Bilavasitə  qanunvericiliklə  müəyyən  edilən  Ģərtlər  dedikdə,  tərəflərin  iradəsindən  asılı  olmayan  və 

dəyiĢdirilə  bilməyən  Ģərtlər  anlaĢılır.  Məsələn, iĢ  vaxtının  müddəti, istirahət  vaxtının,  məzuniyyətin  minimum 

müddəti,  əmək  haqqının  minimum  məbləği  və  s.  qabaqcadan  qanunvericiliklə  müəyyənləĢdirilir. 

Qanunvericiliklə müəyyən edilən Ģərtlər əmək müqaviləsinin tərəfləri olan iĢəgötürənin və iĢçilərin təĢəbbüsü ilə 

dəyiĢdirilə bilməz. Bu Ģərtlər tərəflərin hər ikisi üçün məcburi xarakter daĢıyır, yəni onlar həmin Ģərtlərlə əməl 

etməyə borcludurlar. 

Tərəflərin saziĢi ilə müəyyən olunan Ģərtlər mahiyyətinə görə iki yerə bölünür: 

a) zəruri Ģərtlər (bəzən buna məcburi Ģərtlər də deyilir); 

b) əlavə Ģərtlər. 

Adından  da  göründüyü  kimi,  zəruri  Ģərtlər  olmadan  əmək  müqaviləsi  bağlana  və  real  əmək  hüquq 

münasibəti yarana bilməz. 

Əmək  Məcəlləsinin  43-cü  maddəsinin  2-ci  bəndində  deyildiyi  kimi,  əmək  müqaviləsində  mütləq 

aĢağıdakı əsas Ģərtlər və məlumatlar göstərilməlidir: 

a) iĢçinin soyadı, atasının adı və ünvanı; 

b) iĢəgötürənin adı, ünvanı; 

c) iĢçinin iĢ yeri, vəzifəsi (peĢəsi); 

ç) əmək müqaviləsinin bağlandığı və iĢçinin iĢə baĢlamalı olduğu gün; 




Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə