Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Müəllimlər Ġnstitutu Salyan filialı



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə16/41
tarix31.08.2018
ölçüsü1,36 Mb.
#65646
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   41

36 

 

Hakim  cinayət  məsuliyyətinə  yalnız  qanunda  nəzərdə  tutulan  qaydada  cəlb  oluna  bilər.  Hakimlərin 



səlahiyyətlərinə hansı hallarda xitam verilə bilər? 

Hakimlərin  səlahiyyətlərinə  yalnız  qanunda  nəzərdə  tutulmuĢ  əsaslara  və  qaydalara  müvafiq  surətdə 

xitam  verilə  bilər.  Yəni  hakimlərin  vəzifədən  kənarlaĢdırılması  təĢəbbüsünü  hakimlər  cinayət  törətdikdə 

Azərbaycan  Respublikasının  Prezidenti,  Azərbaycan  Respublikasının  Ali  məhkəməsinin  rəyi  əsasında 

Azərbaycan Respublikasının Milli Məclisi qarĢısında irəli sürə bilər. Müvafiq rəyi Azərbaycan Respublikasının 

Ali məhkəməsi Azərbaycan Respublikası Prezidentinin sorğusundan sonra 30 gün müddətində təqdim etməlidir. 

Azərbaycan  Respublikasının  Konstitusiya  məhkəməsi,  Azərbaycan  Respublikası  Ali  məhkəməsi  və 

Azərbaycan  Respublikasının  Apelyasiya  məhkəməsi  hakimlərinin  iĢdən  kənarlaĢdırılması  haqqında  qərar 

Azərbaycan Respublikasının Milli Məclisində 83 - səs çoxluğu ilə qəbul edilir. 

Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. 

 

Azərbaycan Respublikasının Konstitusiya məhkəməsi 

Konstitusiyamızın 130-cu maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Konstitusiya məhkəməsi 

9 hakimdən ibarətdir. Konstitusiya məhkəməsi hakimləri hansı qayda əsasında və necə təyin olunurlar? 

Konstitusiya məhkəməsinin hakimlərini Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan 

Respublikasının  Milli  Məclisi  təyin  edir.  Konstitusiya  məhkəməsi  hansı  məsələləri  həll  etmək  hüququna 

malikdir? 

Konstitusiya  məhkəməsi  Azərbaycan  Respublikası  Prezidentinin,  Azərbaycan  Respublikası  Milli 

Məclisinin,  Azərbaycan  Respublikası  Nazirlər  kabinetinin,  Azərbaycan  Respublikası  Ali  məhkəməsinin, 

Azərbaycan  Respublikası  Prokurorluğunun,  Naxçıvan  MR-sı  Milli  Məclisinin  sorğusu  əsasında  aĢağıdakı 

məsələləri həll edir: 

1.

 

Azərbaycan  Respublikası  qanunlarının,  Azərbaycan  Respublikası  Prezidentinin  fərman  və 



sərəncamlarının, Azərbaycan  Respublikası Milli Məclisinin  qərarlarının, Azərbaycan  Respublikasının  Nazirlər 

kabinetinin  qərar  və  sərəncamlarının,  Mərkəzi  icra  hakimiyyəti  orqanlarının  normativ  hüquqi  aktlarının 

Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunu; 

2.

 



Azərbaycan  Respublikası  Nazirlər  kabinetinin  qərarlarının,  Mərkəzi  icra  Hakimiyyəti  orqanlarının 

normativ  hüquqi  aktlarının,  Azərbaycan  Respublikası  Prezidentinin  fərmanlarının  Azərbaycan  Respublikası 

qanunlarına uyğunluğunu. 

Azərbaycan  Respublikasının  Konstitusiya  məhkəməsi  digər  məsələlərin  də  həllini  təmin  edir.  Belə  ki, 

Azərbaycan  Respublikası  Ali  məhkəməsinin  qərarlarının  qanunda  nəzərdə  tutulmuĢ  hallarda  Azərbaycan 

Respublikası  Konstitusiyasına  və  qanunlarına  uyğunluğuna  baxır  və  həll  edir.  Eləcə  də  bələdiyyə  aktlarının 

Azərbaycan  Respublikası  Konstitusiyasına  və  qanunlarına,  Respublika  Prezidentinin  fərmanların, Azərbaycan 

Respublikası  Nazirlər  Kabinetinin  qərarlarına  (eləcə  də  Naxçıvan  MR-nın  Konstitusiyasına,  qanunlarına  və 

Naxçıvan MR-sı nazirlər kabinetinin qərarlarına) uyğunluğuna baxır və həll edir. 

Azərbaycan  Respublikasının  qüvvəyə  minməmiĢ  dövlətlərarası  və  hakimiyyətlərarası  müqavilələrinin 

Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğuna nəzarət edir. 

130-cu  maddənin  7-ci  bəndində  göstərirdi  Ki,  Naxçıvan  MR  Konstitusiyasının  qanunlarının  Naxçıvan 

MR  Ali  Məclisinin  qərarlarının  Azərbaycan  Respublikası  Konstitusiyasına  uyğunluğu  məsələlərinə  baxır. 

Konstitusiya  məhkəməsi  Naxçıvan  MR  qanunlarının,  Naxçıvan  Muxtar  Respublikası  Nazirlər  kabinetinin 

Qərarlarının  Azərbaycan  Respublikasının  qanunlarına  uyğunluğuna  baxır.  Eləcə  də  Naxçıvan  MR  Nazirlər 

kabinetinin  qərarlarının  Azərbaycan  Respublikası  Prezidentinin  fərmanlarına  və  Azərbaycan  Respublikası 

Nazirlər kabinetinin qərarlarına uyğunluğuna baxır və həll edir. 

Konstitusiya  məhkəməsi  qanunvericilik,  icra  və  məhkəmə  hakimiyyətləri arasında  səlahiyyətlər  bölgüsü 

ilə bağlı mübahisələrə baxır və həll edir. 

Azərbaycan  Respublikası  Konstitusiya  məhkəməsi Azərbaycan  Respublikası  Prezidentinin, Azərbaycan 

Respublikası  Milli  Məclisinin,  Azərbaycan  Respublikası  Nazirlər  kabinetinin,  Azərbaycan  Respublikası  Ali 

məhkəmənin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan MR Ali məclisinin sorğusu əsasında Azər-

baycan Respublikasının Konstitusiyasını və qanunlarını Ģərh edir. Onu da qeyd edək ki, Konstitusiyası və digər 

sorğuları filosoflar yazırlar, jurnalistlər, pubĢinistlər hüquqĢünaslar izah və Ģərh edə bilərlər. Bu izah və Ģərhlərin 

heç bir hüquqi qüvvəsi olmur. 

Əsas  qanunumuzda  göstərilir  ki,  Konstitusiya  məhkəməsinin  öz  səlahiyyətinə  dair qəbul  etdiyi  qərarlar 

Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. 

 

Azərbaycan Respublikası Ali məhkəməsi 

Konstitusiyamıza görə hakimiyyət bölgüsündə məhkəmə hakimiyyətinin özünə məxsus xüsusi çəkisi var. 

Yəni  qanunlara  əməl  edilməsi,  qanunların  aliliyinin  təmin  edilməsi  eləcə  də  cəmiyyətin  qanunlarla  idarə 

edilməsi  məsələləri  məhkəmə  hakimiyyətinin  üzərinə  düĢür.  Konstitusiyamız  məhkəmələrinin  hüquqlarını, 




37 

 

vəzifələrini  müəyyən  etmiĢdir.  Bu  baxımdan  Azərbaycan  Respublikası  Konstitusiyasının  31-ci  maddəsində 



göstərilir ki, Azərbaycan Respublikasının Ali məhkəməsi ümumi və ixtisaslaĢdırılmıĢ məhkəmənin icrasına aid 

edilən mülki cinayət və digər iĢlər üzrə ali məhkəmə orqanıdır. 

1.

 

Kasasiya qaydasında ədalət mühakiməsini həyata keçirir. 



2.

 

Məhkəmələrin praktikasına aid məsələlər üzrə izahlar verir. 



Azərbaycan Respublikası Ali məhkəməsinin hakimlərinin Azərbaycan respublikası prezidentin təqdim ilə 

Azərbaycan Respublikasının Milli məclisi təyin edir. 

 

Azərbaycan Respublikasının Apelyasiya məhkəməsi 

Məhkəmələrin  iĢinə  nəzarəti  həyata  keçirir.  Azərbaycan  Respublikasının  iqtisad  məhkəməsinin 

hakimlərini  Azərbaycan  Respublikası  Prezidentinin  təqdimatı  ilə  Azərbaycan  Respublikasının  Milli  Məclisi 

təyin edir. Hazırda bazar iqtisadiyyatına keçid dövründə iqtisad məhkəməsinin rolu və əhəmiyyəti daha da artır. 



Azərbaycan Respublikasının Prokurorluğu 

Prokurorluq  (prokutoro)  -  latın  sözü  olub  qayğısına  qalıram,  təmin  edirəm,  qarĢısını  alıram  deməkdir. 

Azərbaycan  Respublikasının  Prokurorluğu  qanunla  nəzərdə  tutulmuĢ  qaydada  və  hallarda  eyni  cür  və  dürüst 

icrasına və tətbiq olunmasına nəzarət edir. 

Prokurorluq hansı vəzifələri həyata keçirir? 

1.

 



Qanunla nəzərdə tutulmuĢ hallarda cinayət iĢi baĢlayır və istintaq aparır və ona prosessual rəhbərlik 

edir və qanunlara riayət etməsini təmin edir. 

2.

 

Məhkəmədə dövlət ittihamını müdafiə edir. 



3.

 

Məhkəmədə iddia qaldırır (ərizə verir), mülki və iqtisadi mübahisələrə dair iĢlərə baxılmasında iddiaçı 



kimi iĢtirak edir. 

4.

 



Məhkəmə qərarlarından protest edir. 

Azərbaycan Respublikası Prokurorluğu ərazi və ixtisaslaĢdırılmıĢ prokurorların Azərbaycan Respublikası 

BaĢ Prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləĢdirilmiĢ orqandır. 

Respublikanın BaĢ Prokurorunu Milli Məclisin razılığı ilə Respublika Prezidenti vəzifəyə təyin edir. BaĢ 

prokurorun  müavinlərini,  respublika  ixtisaslaĢdırılmıĢ  prokurorlarına  rəhbərlik  edən  prokurorları,  Naxçıvan 

MR-nın prokurorunu Azərbaycan Respublikası BaĢ Prokurorunun təqdimatı ilə Respublika Prezidenti vəzifəyə 

təyin  edir  və  vəzifədən  azad  edir.  Ərazi  və  ixtisaslaĢdırılmıĢ  prokurorların  Azərbaycan  Respublikası 

Prezidentinin razılığı ilə Azərbaycan Respublikasının BaĢ prokuroru vəzifəyə təyin edir və vəzifədən azad edir. 

Əlavə: 07 dekabr 1999-cu ildə Prokurorluq haqqında qanunun 8-ci maddəsində Prokurorluğun sistemi və 

təĢkili aĢağıdakı kimi müəyyənləĢdirilib: 

1.

 

Azərbaycan Respublikasının BaĢ prokurorluğu; 



2.

 

Azərbaycan Respublikasının Hərbi prokurorluğu; 



3.

 

Azərbaycan Respublikasının Nəqliyyat prokurorluğu; 



4.

 

Naxçıvan MR-nın prokurorluğu; 



5.

 

Rayon (Ģəhər) prokurorları; 



6.

 

Hərbi və nəqliyyat ixtisaslaĢdırılmıĢ prokurorları; 




Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə