Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Müəllimlər Ġnstitutu Salyan filialı



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə27/41
tarix31.08.2018
ölçüsü1,36 Mb.
#65646
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   41

59 

 

qorumaq  üçündür,  çünki  onlar  iĢləməmiĢlər  və  qocalığa  görə  pensiya  ala  bilmirlər,  ya  da  zəruri  iĢ  stajının 



olmaması nəticəsində az miqdarda pensiya alırlar. 

Alimentin miqdarı və nikah pozulduqdan sonra onun keçmiĢ ərə (arvada) ödənilməsi qaydası keçmiĢ ər-

arvad arasındakı saziĢlə müəyyən edilə bilər. 

Aliment  ödənilməsi  barədə  ər-arvad  və  ya  keçmiĢ  ər-arvad  arasında  saziĢ  olmadıqda,  məhkəmə 

qaydasında ərə (arvada) və ya keçmiĢ ərə (arvada) ödənilməli olan aliment miqdarı məhkəmə tərəfindən keçmiĢ 

ərin  (arvadın)  ailə  və  maddi  vəziyyəti,  tərəflərin  digər  diqqətəlayiq  olan  maraqları  nəzərə  alınmaqla,  hər  ay 

ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. 

Məhkəmə  aĢağıdakı  hallarda  əri  (arvadı)  nikah  dövründə  və  nikah  pozulduqdan  sonra  maddi  yardıma 

ehtiyacı olan və əmək qabiliyyəti olmayan arvadı (əri) saxlamaq vəzifəsindən azad edə və bu vəzifəni müəyyən 

müddətlə məhdudlaĢdıra bilər: 

1.

 

Maddi yardıma ehtiyacı olan ər (arvad) əmək qabiliyyətini spirtli içkilərin, narkotik vasitələrin qəbulu 



və ya qəsdən törətdiyi cinayət əməli nəticəsində itirdikdə; 

2.

 



Aliment  ödənilməsini  tələb  edən  ər  (arvad)  ailədə  ləyaqətsiz  davrandıqda  və  ya  nalayiq  hərəkət 

etdikdə; 

3.

 

Ər-arvadın nikahda olması müddəti qısa olduqda. 



Ərin (arvadın) nalayiq hərəkət etmə məsələsini məhkəmə həll edir. Bunun üçün arvad (ər) ərin (arvadın) 

nalayiq  hərəkət  etdiyini təsdiq edən  sübutlar  təqdim  etməlidir.  Ərin  (arvadın)  nalayiq  hərəkəti  aĢağıdakılardan 

ibarət ola bilər: ər (arvad) tərəfindən xəyanət edilməsi, nikah müddətində ailə vəzifələrinə yelbeyin münasibət 

göstərilməsi, əxlaqsızlıq, uĢaqlara qarĢı qayğısızlıq, uĢaqlara amansız davranma, alkoqolizm və i.a. Qanun ərin 

(arvadın)  nalayiq  hərəkətini  yalnız  ərin  (arvadın)  birlikdə  yaĢadıqları  dövr  ilə  əlaqədar  etmir.  Nikaha  daxil 

olanadək  də  ərin  (arvadın)  nalayiq  hərəkəti  nəzərə  alına  bilər.  Y.M.Voroteykin  haqlı  olaraq  göstərir  ki,  ərin 

(arvadın) nikah pozulduqdan sonra da etdiyi nalayiq hərəkəti arvadı (əri) onu saxlamaq vəzifəsindən azad etmək 

üçün əsas ola bilər. 

Ərin (arvadın) xeyrinə tutulan alimentin miqdarını müəyyən edərkən məhkəmə ər-arvadın hər ikisinin ailə 

üzvlərinin sayını, onların yaĢını, özlərini maddi cəhətdən müstəqil təmin edə bilmələrini və i.a. nəzərə almalıdır. 

Aliment verən və ya aliment alan ərin və ya arvadın maddi və ya ailə vəziyyətini dəyiĢməsi onun həyat səviyyə-

sinə əhəmiyyətli dərəcədə təsir edə bilər (onu yaxĢılaĢdıra və ya ağırlaĢdıra bilər). Belə hallarda onların hər biri 

alimentin miqdarının dəyiĢdirilməsi haqqında məhkəməyə iddia ilə müraciət etmək hüququna malikdirlər. 

 

Ailənin başqa üzvlərinin aliment öhdəlikləri 

Ailənin  digər  üzvləri  dedikdə,  ailə  qanunvericiliyi  valideynlərdən,  ər-arvaddan  və  övladlığa 

götürülənlərdən  baĢqa,  babanı,  nənəni,  nəvələri,  doğma  qardaĢ  və  bacıları,  ögey  ata  və  ananı,  ögey  oğul  və 

qızları,  habelə faktiki  tərbiyəçiləri  və  tərbiyə  edilənləri  nəzərdə  tutur.  Göründüyü  kimi,  bu  tərkibə  qəyyumlar 

(himayəçilər) və üzərində qəyyumluq və himayəçilik müəyyən edilən Ģəxslər daxil edilmir, çünki həmin Ģəxslər 

arasında aliment hüququ və vəzifələri əmələ gəlmir. 

Ailənin  baĢqa  üzvlərinin  aliment  öhdəlikləri Ailə  Məcəlləsinin  88-93-cü  maddələri  ilə  müəyyən  edilir. 

Məcəllənin  88-ci  maddəsində  deyilir  ki,  yetkinlik  yaĢına  çatmayan  və  yardıma  ehtiyacı  olub  valideynlərdən 

saxlanılması  üçün  yardım  ala  bilməyən  qardaĢ  və  bacılar  buna  zəruri  vəsaitə  malik  yetkinlik  yaĢına  çatmıĢ 

qardaĢ və bacılardan məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və 

yardıma ehtiyacı olan yetkinlik yaĢına çatmıĢ qardaĢ və bacılar valideynlərindən, yaxud da ərindən (arvadından) 

və ya yetkinlik yaĢına çatan uĢaqlarından saxlanmaq üçün maddi yardım ala bilmədikdə onlara da eyni hüquq 

verilir. 

Yeri  gəlmiĢkən  qeyd  etmək  lazımdır  ki,  böyük  qardaĢ  və  bacıların  aliment  vəzifəsi  yalnız  onlar  kifayət 

qədər vəsaitə malik olduqda əmələ gəlir. Maddi yardım göstərmək üçün böyük qardaĢ və bacıların kifayət qədər 

vəsaiti olmadıqda, məhkəmə onlardan aliment tutulması haqqında maddi yardıma ehtiyacı olan yetkinlik yaĢına 

çatmayan qardaĢ və bacıların iddiasını rədd etməlidir. 

Hüququ  ədəbiyyatında  haqlı  olaraq  göstərilir  ki,  yetkinlik  yaĢına  çatmayan  qardaĢ  və  bacıların  xeyrinə 

aliment vermək vəzifəsi nəinki əmək qabiliyyəti olan yetkinlik yaĢına çatmıĢ qardaĢ və bacıların üzərinə, habelə 

əmək qabiliyyəti olmayan, lakin maddi yardım göstərmək imkanı olan böyük qardaĢ və bacıların də üzərinə qo-

yulur  (məsələn,  yetkinlik  yaĢına  çatmıĢ  əlil  qardaĢ  kifayət  qədər  pensiya  alır,  onun  həyatını  yardımçı 

təsərrüfatından əlavə gəliri vardır və s.). 

Deyilənləri təsdiq etmək üçün məhkəmə praktikasına istinad edək. Əmək qabiliyyəti olmayan və maddi 

yardıma ehtiyacı olan 30  yaĢlı Səkinə məhkəməyə müraciət edərək bacısı Aygündən özü üçün aliment tutulması 

haqqında qətnamə çıxarmağı xahiĢ etmiĢdir. O, bunu onunla izah etmiĢdir ki, ərinin yeri məlum olmadığına görə 

ondan maddi yardım almaq qeyri-mümkündür. Bakı Ģəhər Oktyabr rayonu Xalq məhkəməsi 15 oktyabr 1980-ci 

il  tarixli  qətnaməsində  bu  vəziyyəti  nəzərə  alaraq  maddi  yardım  göstərmək  imkanı  olan  Aygündən  Səkinin 

xeyrinə aliment tutulmuĢdur. 



60 

 

Ailə Məcəlləsinin 89-cu maddəsində deyilir ki, «Yardıma ehtiyacı olan yetkinlik yaĢına çatmayan nəvələr 



saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən 

məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan 

yetkinlik yaĢına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala 

bilmədikdə, onlara da eyni hüquq verilir». 

Yetkinlik yaĢına çatmamıĢ nəvələr öz baba və nənəsindən aĢağıdakı Ģərtlərlə aliment tələb edə bilərlər: 

1.

 



Baba və nənə kifayət qədər vəsaitə malik olduqda; 

2.

 



UĢaqların valideynləri olmadıqda və ya valideynlər öz uĢaqlarını saxlaya bilmədikdə. 

Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaĢına çatmıĢ nəvələr də aliment hüququna 

malikdir.  Lakin  belə  nəvələrin  bu  hüququ  göstərilən  iki  Ģərtdən  əlavə  onlar  öz  ərindən  (arvadından)  maddi 

yardım ala bilmədikdə əmələ gəlir. 

Baba  və  nənənin  kifayət  qədər  vəsaitə  malik  olması  o  deməkdir  ki,  onların  maddi  vəziyyəti  nəinki 

özlərinin yaĢamasını təmin etməyə, həmçinin nəvələrinə maddi yardım göstərməyə imkan verir. 

Nəvələrin  öz  valideynlərindən  maddi  yardım  ala  bilmələri  dedikdə,  qanun  və  məhkəmə  təcrübəsi  təkcə 

valideynlərin  vəsaitinin  olmaması  deyil,  həm  də  onların  öz  uĢaqlarının  saxlanması  üçün  aliment  verməkdən 

boyun qaçırması faktını nəzərdə tuturlar. Məsələn, valideyn-cavabdehin öz yaĢayıĢ yerini gizlətməsi nəticəsində 

uĢaq ondan maddi yardım ala bilər. 

Məhkəmə praktikasına müraciət edək. AzyaĢlı 3 uĢağın anası vətəndaĢ Lixaniskaya məhkəməyə müraciət 

edərək  vətəndaĢ  Lixaniskidən  (uĢaqların  babasından)  uĢaqların  saxlanması  üçün  maddi  yardımın  tutulmasını 

xahiĢ etmiĢdir. Lixaniskaya ona istinad etmiĢdir ki, o, 2-ci qrup əlildir və az məbləğdə pensiya alır, uĢaqların 

atası  isə  öz  vəzifəsini  yerinə  yetirməkdən  boyun  qaçırmıĢ  və  onun  yeri  məlum  deyil.  Cavabdeh  iddiaya  qarĢı 

etiraz  edərək  göstərmiĢdir  ki,  o  yetkinlik  yaĢına  çatmıĢ  oğlunun  hərəkətləri  üçün  məsuliyyət  daĢımamalıdır. 

RSFSR Ali  Məhkəməsinin  mülki  iĢlər  üzrə  məhkəmə  kollegiyası  yuxarıdakıları nəzərə  alaraq  göstərmiĢdir ki, 

iĢdən göründüyü kimi, cavabdeh Lixaniski iddiaçının uĢaqlarının babasıdır. UĢaqların atası aliment verməkdən 

gizlənir.  Ġddiaçının  isə  uĢaqları  saxlamağa  vəsaiti  yoxdur.  Belə  halda,  məhkəmə  kifayət  qədər  vəsaitə  malik 

babanı maddi yardıma ehtiyacı olan yetkinlik yaĢına çatmayan nəvələrinə kömək göstərməyə məcbur edə bilər. 

Ailə Məcəlləsinin 90-cı maddəsində deyilir ki, «Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan baba 

və nənə saxlanmaq üçün yetkinlik yaĢına çatmayan övladlarından və ya ərindən (arvadından) maddi yardım ala 

bilmədikdə,  zəruri  vəsaitə  malik  nəvələrdən  məhkəmə  qaydasında  aliment  verilməsini  tələb  etmək  hüququna 

malikdirlər». 

Nəvələrin əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan baba və nənəni saxlamaq vəzifəsi aĢağıdakı 

iki Ģərt mövcud olduqda əmələ gəlir: 

1.

 



Nəvələr kifayət qədər vəsaitə malik olduqda; 

2.

 



Babanın və nənənin öz yetkinlik yaĢına çatmıĢ uĢaqlarından və ya arvadından (ərindən) yardım almaq 

imkanı olmadıqda. 

Beləliklə, alimentə ehtiyacı olan baba və nənə öz uĢaqlarından və ya arvadından (ərindən) maddi yardım 

ala  bildiyi  halda,  onlar  ailənin  digər  üzvlərindən:  o  cümlədən  öz  nəvələrindən  aliment  tələb  edə  bilməzlər. 

Məhkəmə təcrübəsinə müraciət edək. 

Korsakov  Ģəhər  xalq  məhkəməsi  Sukrutovanın  iddiasını  təmin  edərək,  onun  xeyrinə  nəvələrindən 

V.A.Sukrutovadan  hər  ay  10  manat  və Anikinadan  5  manat  tutulması  haqqında  qətnamə  çıxarmıĢdır.  Saxalin 

vilayət  məhkəməsinin  rəyasət  heyəti  həmin  iĢ  üzrə  məhkəmənin  qətnaməsini  düzgün  hesab  etməmiĢ  və 

göstərmiĢdi  ki,  iddiaçı  ailə  baĢçısını  itirdiyi  üçün  hər  ay  21  manat  pensiya  alır  və  onun  dörd  nəfər  yetkinlik 

yaĢına  çatmıĢ  uĢağı  vardır.  Xalq  məhkəməsi  iddiaçının  bütün  uĢaqlarının  maddi  vəziyyətini  tam  və  hərtərəfli 

tədqiq  etməmiĢ  və  bunun  da  nəticəsində  o,  kifayət  qədər  əsas  olmadan  nənəni  saxlamaq  vəzifəsini  nəvələrin 

üzərinə qoymuĢdu. 

Ailə  Məcəlləsinin  92-ci  maddəsi  ögey  oğul  və  qızların  ögey  ata  və  ananı  saxlamaq  vəzifəsini  əhatə  edir. 

Burada deyilir ki, «Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan ögey ata və ana oğul və qızlarını tərbiyə 

etmiĢlərsə  və  ya  saxlamıĢlarsa  və  özlərinin  yetkinlik  yaĢına  çatan  övladlarından  və  ya  ərindən  (arvadından) 

saxlanmaq  üçün  maddi  yardım  ala  bilmirlərsə,  əmək  qabiliyyəti  olan  və  yetkinlik  yaĢına  çatmıĢ  ögey  oğlu  və 

qızlarından məhkəmə qaydasında saxlanmaq üçün təminat verilməsini tələb edə bilərlər. 

Ögey ata və ana ögey oğul və qızları 5 ildən az tərbiyə etmiĢ və ya saxlamıĢlarsa, habelə ögey oğul və 

qızların tərbiyəsi üzrə öz vəzifələrini lazımınca yerinə yetirməmiĢlərsə, məhkəmə ögey oğul və qızları ögey ata 

və ananı saxlamaq vəzifəsindən azad edə bilər». 

Biz  yuxarıda  qeyd  etdik  ki,  ailənin  digər  üzvləri,  o  cümlədən  ögey  ata  (ana)  müəyyən  hallarda  ögey 

oğlunu (qızını) saxlamağa borcludur. Məsələn, vətəndaĢ Validə məhkəməyə müraciət edərək göstərmiĢdir ki, əri 

öləndən bir neçə il keçdikdən sonra o, vətəndaĢ Kamran ilə nikah bağlamıĢ və onlar bir ailədə birgə yaĢamıĢlar. 

Kamran onun birinci ərindən olan uĢağı tərbiyə etmiĢ və saxlamıĢdır. Lakin son zamanlar Kamran evdən getmiĢ 

və azyaĢlı ögey oğluna maddi yardım göstərməkdən imtina etmiĢdir. Ġddiaçı 2-cı qrup əlildir və uĢağı saxlamaq 



Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə