Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Müəllimlər Ġnstitutu Salyan filialı



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə26/41
tarix31.08.2018
ölçüsü1,36 Mb.
#65646
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   41

57 

 

Ailə Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsində deyilir ki, valideynlər əmək qabiliyyəti olmayan və 



maddi  yardıma  ehtiyacı  olan  yetkinlik  yaĢına  çatmıĢ  övladlarını  saxlamağa  borcludurlar.  18  yaĢına  çatmıĢ 

uĢaqlar aĢağıdakı Ģərtlərlə aliment almaq hüququna malikdirlər: 

a) UĢaqların əmək qabiliyyəti olmadıqda; 

b) Maddi yardıma ehtiyacı olduqda. 

Yetkinlik  yaĢına  çatmıĢ  uĢaqların  öz  valideynlərindən  aliment  almaq  hüququ  iki  Ģərt  eyni  zamanda 

mövcud olduqda əmələ gəlir. Deməli, aliment tələb etmək üçün əmək qabiliyyətinin olmaması ilə yanaĢı həm də 

maddi  yardıma  ehtiyacı  olmalıdır.  Maddi  yardıma  ehtiyac  o  deməkdir  ki,  həmin  uĢağın  yaĢamaq  üçün  Ģəxsi 

vəsaiti yoxdur, ya da kifayət deyildir. 

SSRĠ  Ali  Məhkəməsinin  mülki  iĢlər  üzrə  məhkəmə  kollegiyası  texnikum  tələbəsi  K.Ġ.Melnikovun  öz 

atasından  aliment  tutulması  haqqında  iddiası  üzrə  göstərmiĢdir  ki,  iddiaçının  aliment  almaq  hüququ  yoxdur, 

çünki o, Böyük Vətən Müharibəsinin əlili kimi pensiya alır, onun atasının ailəsi isə böyükdür. 

Ailə  Məcəlləsinin  82-ci  maddəsinin  1-ci  bəndində  deyilir  ki,  «əmək  qabiliyyəti  olan  yetkinlik  yaĢına 

çatmıĢ  övladlar  maddi  yardıma  ehtiyacı  olan  əmək  qabiliyyəti  olmayan  valideynlərini  saxlamağa  və  onlara 

qayğı göstərməyə borcludurlar». 

Yetkinlik  yaĢına  çatmıĢ  uĢaqların  böyük  əksəriyyəti  öz  valideynlərini  könüllü  saxlayır  və  onların 

qayğısına  qalırlar. Aliment  ödənilməsi  barədə  saziĢ  olmadıqda,  əmək  qabiliyyəti  olmayan  və  maddi  yardıma 

ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaĢına çatmıĢ övladlardan məhkəmə 

qaydasında tutulur. 

AĢağıdakı iki Ģərt mövcud olduqda valideynlərin öz 18 yaĢına çatmıĢ uĢaqlarından aliment almağa ixtiyarı 

vardır: 


1.

 

Valideynlərin əmək qabiliyyəti olmadıqda; 



2.

 

Onların maddi yardıma ehtiyacı olduqda. 



VətəndaĢların əmək qabiliyyətinin olmaması pensiya haqqında Azərbaycan Respublikası Qanununa görə, 

onların yaĢından asılı olmayaraq səhhətinə əsasən müəyyən edilir. Yetkinlik yaĢına çatmıĢ uĢaqlarından nəinki 

1-ci və 2-ci qrup əlil valideynlərin, habelə 3-cü qrup əlil valideynlərin də aliment almağa ixtiyarı vardır. 

Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi 

vəziyyəti, ailə vəziyyəti və tərəflərin diqqətəlayiq digər maaĢları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit 

pul məbləğində müəyyən edilir. 

Alimentin məbləği müəyyən olunarkən məhkəmə tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik 

yaĢına çatmıĢ övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını 

nəzərə almağa haqlıdır. 

Valideynlərin  öz  valideynlik  vəzifələrini  yerinə  yetirməməsi  məhkəmə  tərəfindən  müəyyən  olunarsa, 

uĢaqlar  əmək  qabiliyyəti  olmayan  və  maddi  yardıma  ehtiyacı  olan  valideynlərini  saxlamaq  vəzifəsindən azad 

edilə bilərlər. 

UĢaqlar valideynlik hüquqlarından məhrum edilən valideynlərinə aliment ödəməkdən azad edilirlər. 

Yuxarıda  deyildiyi  kimi,  valideynlər  öz  uĢaqlarını  tərbiyə  etmək  və  saxlamaq  vəzifələrini  yerinə 

yetirməkdən  qəsdən  boyun  qaçırdıqda,  onlar  uĢaqlardan  aliment  tələb  edə  bilməzlər.  Lakin  valideyn  üzürlü 

səbəbə  görə  (xəstəlik  və  i.a)  uĢaqların  tərbiyəsi  ilə  məĢğul  ola  bilməmiĢ  və  onların  saxlanması  üçün  vəsait 

verməmiĢdirsə,  o,  yetkinlik  yaĢına  çatmıĢ  uĢaqlarından  aliment  tələb  edə  bilər.  Beləliklə,  ailə  qanunvericiliyi 

valideynlərin uĢaqlarından aliment almaq hüququnu onların öz valideynlik vəzifələrini yerinə yetirmələrindən 

asılı edir. 

Yuxarıda  göstərilənlərlə  əlaqədar  aĢağıdakı  xarakterik  misalı  gətirmək  yerinə  düĢərdi.  VətəndaĢ  Paval 

Aleksandroviç Savin öz uĢaqların Ġqra, Mixailə, Nikaoloya və Pavelə qarĢı iddia ərizəsi ilə məhkəməyə müraciət 

etmiĢdir. Ərizədə deyilirdi: cavabdehlərin hamısı doğma övladlarımdır, lakin onlar mənə heç bir maddi yardım 

etmirlər.  RSFSR  Nikah  və Ailə Məcəlləsinin  77-ci  maddəsinə  və  ərizədə  Ģərh  edilənlərə əsasən  cavabdehlərin 

hər birindən ayda 5 manat məbləğində mənim xeyrimə aliment tutulmasını xahiĢ edirəm. Məlum olmuĢdur ki, 

vətəndaĢ  Savin  vaxtilə  uĢaqları  barəsində  heç  bir  qayğı  göstərməmiĢ,  ömründə  yalnız  bir  dəfə  –  məhkəməyə 

iddia ərizəsilə müraciət edərkən özünü ata kimi qələmə vermiĢdir. 

Savinin  iddiası  ilə  əlaqədar  onun  oğlu  Pavelin  nifrətlə  dolu  ədalətli  izahatını  ancaq  ürək  ağrısı  ilə 

oxuyuruq. Oxuduqca gözümüz önündə rollar dəyiĢir: övlad cavabdehdən iddiaçıya, ata isə iddiaçıdan cavabdehə 

çevrilir. 

Viktor vicdansız atalarının evində keçirmiĢ olduqları uĢaqlıq həyatlarının faciəli tarixindən danıĢır. Ana və 

uĢaqlar  onlar  nələr  görməmiĢlər?  Müntəzəm  sərxoĢluq,  köpək,  ata  söyüĢü,  ələ  salmaq,  istehza,  masqaraya 

qoyma və ancaq insan ləyaqətini alçaldan hərəkətlər… 

Ata insanlıq simasını itirmiĢ, ailəni köməksiz qoymuĢdur. Lakin baĢsız qalan ailəyə sovet məktəbi, onları 

əhatə edən xeyirxah insanlar, əsl sovet adamları kömək etdi. Ailənin dörd oğlu döyüĢ əlaçısı olmuĢ, mehriban 

ailə qurmuĢ, ata olmuĢlar. 



58 

 

P.A.Savin  vaxtilə  uĢaqlarını  taleyin  ümidinə  atıb  getdiyi  halda,  indi  onlardan  aliment  almağa  nail  ola 



bilərmi? Əlbəttə yox. 

 

Ər-arvadın və keçmiş ər-arvadın aliment öhdəlikləri 

Aliment  öhdəliyi  sözün  tam  mənasında  qəti  Ģəxsi  xarakter  daĢıyır,  çünki  bu  öhdəlik  aliment  verən  və 

aliment  alan  subyektlərin  Ģəxsiyyəti  ilə  üzvi  surətdə  bağlıdır.  Buna  görə  də,  aliment  öhdəliyinin  subyektləri 

yalnız  qanunda  göstərilən  Ģəxslər  ola  bilər. Aliment  alan  və  ya  aliment  verən  Ģəxs  öldükdə,  aliment  öhdəliyi 

xitam  edilir,  bu  da  aliment  öhdəliyinin  Ģəxsi  xarakter  daĢıması  ilə  izah  olunur.  Aliment  öhdəliklərinin  Ģəxsi 

xarakteri  həm  də  ondan  ibarətdir  ki,  aliment  mümkün  olmadığı  kimi,  aliment  hüququnu  da  digər  Ģəxslərə 

vermək olmaz. Aliment öhdəliyi yetkinlik yaĢına çatmıĢ Ģəxsin əmək qabiliyyəti bərpa olunduqda və ya onun 

maddi yardıma ehtiyacı aradan qalxdıqda xitam edilir. 

Aliment öhdəlikləri davam edən hüquq münasibətdir. Bu, o deməkdir ki, aliment almağa ixtiyarı olan Ģəxs 

bu hüququnu hər bir vaxt həyata keçirə bilər. 

Azərbaycan  Respublikası  Ailə  Məcəlləsinin  14-cü  fəsli  «ər-arvadın»  və  keçmiĢ  ər-arvadın  aliment 

öhdəliklərinə həsr edilmiĢdir. Məcəllənin 84-cü maddəsində göstərilir ki, ər və arvad bir-birinə maddi cəhətdən 

kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad  arasında alimentin ödənilməsi 

barədə saziĢ olmadıqda aĢağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə 

qaydasında tələb etmək hüququna malikdirlər. 

1.

 



Əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 

2.

 



Hamiləliyi dövründə və ümumi uĢaqların doğulduğu gündən üç il ərzində arvad; 

3.

 



Əlil ümumi uĢağa qulluq edən və ehtiyacı olan ər və ya arvad – uĢaq 18 yaĢına çatana qədər: 

4.

 



1-ci qrup əlil ümumi uĢağa qulluq edən və ehtiyacı olan ər və ya arvad. 

Aliment  öhdəliyi  qanunla  müəyyən  edildiyi  üçün  bu  öhdəlik  ər-arvadın  razılığı  ilə  deyil,  ancaq  onun 

əmələ gəlməsi Ģərtləri aradan qalxdıqda xitam olunur. 

Ər-arvad  bir-birinə  maddi  yardım  göstərməyə  borcludur.  Ər-arvadın  bu  qarĢılıqlı  vəzifəsi  nikahın 

vətəndaĢlıq  vəziyyəti  aktlarını  qeydə  alan  dövlət  orqanlarında  bağlandığı  vaxtdan  əmələ  gəlir.  Ər-arvadın  bu 

vəzifəsi  onlar  ayrı  yaĢadıqları,  hətta  nikah  münasibətləri  faktiki  xitam  olunduqda  da  saxlanılır.  Belə  yardım 

verməkdən  imtina  etdikdə,  əmək  qabiliyyəti  olmayan  və  maddi  yardıma  ehtiyacı  olan  ər  (arvad)  məhkəmə 

vasitəsilə arvadından (ərindən) maddi yardım (aliment) tələb etməyə haqlıdır. 

Ərin (arvadın) maddi yardıma ehtiyacı əmək qabiliyyətinin itirilməsi ilə bağlı olmalıdır. Pensiya yaĢına 

çatmayan və səhhətinə görə iĢləməyə qabiliyyəti olan ər (arvad) iĢləmək istəmədiyindən maddi yardıma ehtiyac 

hiss etdikdə o, arvadından (ərindən) aliment tələb edə bilməz. 

Ər (arvad) maddi yardım göstərmək imkanı olan arvadından (ərindən) aliment tələb edə bilər. Bu imkanın 

olmaması,  hətta  əmək  qabiliyyəti  olmayan  və  maddi  yardıma  ehtiyacı  olan  ərin  (arvadın)  xeyrinə  onun 

arvadından (ərindən) aliment almağa qeyri-mülki edir. 

Buna  görə  də,  aliment  haqqında  məsələyə  baxarkən  cavabdeh  ərin  (arvadın)  maddi  yardım  göstərmək 

imkanı nəzərə alınmamalıdır. Bundan baĢqa, hər iki tərəfin maddi Ģəraiti, digər qazancı (gəliri), ailəsinin tərkibi 

və s. də nəzərə alınmalıdır. 

Hamiləlik dövründə və uĢaq doğulduqdan sonra 3 il müddətində arvad maddi yardım göstərmək imkanı 

olan  ərindən  məhkəmə  vasitəsilə  özü  üçün  maddi  yardım  (aliment)  almaq  hüququna  malikdir.  Bu  halda  da 

arvadın maddi köməyə ehtiyacı olası nəzərə alınmalıdır. UĢaq doğulduğu vaxtdan 3 il keçəndən sonra arvad özü 

üçün maddi yardımı ərindən ümumi əsaslar üzrə, yəni əmək qabiliyyətini itirdikdə və maddi yardıma ehtiyacı 

olduqda tələb etməyə haqlıdır. 

Əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ayrılmıĢ ər (arvad) nikah pozulduqdan sonra 

da keçmiĢ arvadından (ərindən) maddi yardım almaq hüququna malikdir. 

Ailə  Məcəlləsinin  85-ci  maddəsində  göstərilir  ki,  aĢağıdakı  Ģəxslər  nikah  pozulduqdan  sonra  məhkəmə 

qaydasında  zəruri  vəsaitə  malik  olan  keçmiĢ  ərdən  (arvaddan)  aliment  ödəməyi  tələb  etmək  hüququna 

malikdirlər. 

1.

 



Hamiləlik dövründə və ümumi uĢaqlarının doğulduğu gündən 3 il ərzində keçmiĢ arvad; 

2.

 



Yetkinlik yaĢına çatmıĢ əlil ümumi uĢağa və ya uĢaqlıqdan 1-ci qrup əlil olan ümumi uĢağa qulluq edən 

və maddi yardıma ehtiyacı olan keçmiĢ ər (arvad); 

3.

 

Nikah pozulana qədər və ya pozulduğu gündən 1 il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma 



ehtiyacı olan keçmiĢ ər (arvad); 

4.

 



Ər-arvad  uzun  müddət  nikahda  olmuĢlarsa,  nikah  pozulduğu  andan  5  il  müddətindən  gec  olmayaraq 

pensiya yaĢına çatmıĢ və maddi yardıma ehtiyacı olan keçmiĢ ər (arvad). 

Bu  ayda  əsasən  uzun  müddət  nikah  münasibətlərində  olmuĢ  ev  təsərrüfatı  ilə,  uĢaqlarını  tərbiyəsi  ilə 

məĢğul  olan,  boĢanandan  sonra  isə  yaĢamaq  üçün  vasitəsiz  qalmıĢ  qoca  qadınlara  aiddir,  onların  mənafeyini 




Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə