29
zifədən getdikdə üç ay ərzində növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkiləri keçirilir. Bu
halda Azərbaycan Respublikasının yeni Prezidenti seçilənədək Azərbaycan Respublikası Prezidentinin
səlahiyyətlərini Azərbaycan Respublikasının BaĢ Naziri icra edir. Onu da yadda saxlamaq lazımdır ki, bir çox
ölkələrdə yeni prezident seçilənədək prezidenti vitse-prezident – prezidentin müavini əvəz edir. Bu müddət
ərzində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edən Azərbaycan Respublikasının BaĢ
Naziri istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdikdə Azərbaycan
Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Milli Məclisinin sədri icra edir.
Konstitusiyada göstərilir ki, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikası
Milli Məclisinin sədrinin icra etməsi mümkün olmadıqda Azərbaycan Respublikası Milli Məclisi Azərbaycan
Respublikası Prezidentinin səlahiyyətlərinin baĢqa vəzifəli Ģəxs tərəfindən icrası haqqında qərar qəbul edir.
Bütün bunlar onu göstərir ki, Respublikanın hakimiyyət orqanında belə gözlənilməz təsadüflər olduqda
Konstitusiyamızın 105-ci maddəsinin göstəriĢlərindən istifadə edilməlidir.
Azərbaycan Respublikası Prezidentinin toxunulmazlığı
Tarix boyu dövlət baĢçısı hörmət və nüfuz sahibi olmuĢdur. Xalq dövlət baĢçısına qayğı göstərir, onu
sevir, onun sağlam, gümrah, müdrik, ağıllı, bacarıqlı olmasını arzulayır. Dövlət baĢçısının toxunulmazlığının
qanunla qorunmasının kökü məhz bununla izah olunmalıdır. Dövlət baĢçısının toxunulmazlıq hüququnun
qorunması xalqın arzu və istəyindən irəli gəldiyinə görə bu fikir Konstitusiyamızda belə ifadə olunmuĢdur.
«Azərbaycan Respublikasının Prezidenti toxunulmazlıq hüququna malikdir. Azərbaycan Respublikası
Prezidentinin Ģərəf və ləyaqəti qanunla qorunur» (maddə 106).
Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaĢdırılması
ĠnkiĢaf etmiĢ ölkələrin Konstitusiyalarında olduğu kimi, bizim Konstitusiyamızın 107-ci maddəsində də
Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaĢdırılması qaydaları müəyyənləĢdirilmiĢdir. Belə ki,
Azərbaycan Respublikasının Prezidenti ağır cinayət törətdikdə, onun Konstitusiya Məhkəməsinin təĢəbbüsü ilə
Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 gün müddətində verilən rəyi əsasında Azərbaycan
Respublikasının Milli Məclisi qarĢısında irəli sürülə bilər.
Deməli, əgər Prezident ağır cinayət törədərsə, onun vəzifədən kənarlaĢdırılması təĢəbbüsü hüququ
Konstitusiya Məhkəməsinə verilir. Sonra Azərbaycan Respublikasının Ali Məhkəməsi bu məsələni 30 gün
müddətində Azərbaycan Respublikasının Milli Məclisi qarĢısında irəli sürür.
Bəs Milli Məclis qarĢısında irəli sürülən bu məsələ barədə hansı qayda əsasında qərar qəbul edilə bilər?
Bu məsələ ilə əlaqədar Konstitusiyanın 107-ci maddəsinin 2-ci bəndində deyilir:
«Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 95 səs çoxluğu ilə qəbul olunmuĢ qərar
əsasında Azərbaycan Respublikasının Prezidenti vəzifəsindən kənarlaĢdırıla bilər». Bu qərarı Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin sədri imzalayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
həmin qərarın imzalanmasına bir həftə ərzində tərəfdar çıxmazsa, qərar qüvvəyə minmir. Burada belə bir
məsələyə diqqət yetirilməlidir ki, Milli Məclisin deputatlarının 95 səs çoxluğu ilə qəbul edilmiĢ qərarına
baxmayaraq, Konstitusiyamız Məhkəmə hakimiyyətinə də çox böyük səlahiyyətlər vermiĢdir. Bu faktlar,
hakimiyyətin üç hissəyə – icra hakimiyyətinə, məhkəmə hakimiyyətinə və qanunvericilik hakimiyyətinə bərabər
Ģəkildə bölündüyünü göstərir.
107-ci maddənin üçüncü bəndində göstərilir ki, Azərbaycan Respublikası Prezidentinin vəzifədən
kənarlaĢdırılması haqqında qərar Azərbaycan respublikası Konstitusiya məhkəməsinin Azərbaycan
respublikasının milli məclisinə müraciət etdiyi gündən baĢlayaraq 2 ay ərzində qəbul olunmuĢdur. Bu müddətdə
göstərilən qərar qəbul edilməsə, Azərbaycan respublikasının prezidentinə qarĢı irəli sürülmüĢ ittiham rəd edilmiĢ
sayılır.
Öyrəndiyimiz bu mövzudan "vəzifədən getmək" anlayıĢı ilə "vəzifədən kənarlaĢdırmaq" anlayıĢının
fərqini bilməlisiniz.
Prezident öz səlahiyyətlərini səhhəti ilə əlaqədar daimi icra edə bilmədikdə vəzifədən getmiĢ sayılır.
Prezident ağır cinayət törətdikdə qanunla onu vəzifədən kənarlaĢdırırlar.
Azərbaycan Respublikası Prezidentinin təminatı
Konstitusiyada Azərbaycan Respublikası dövlətinin idarə edilməsinin səmərəli təĢkili və dövlətçiliyimizi
təmkinləĢdirmək məqsədi ilə Azərbaycan respublikası Prezidentinə təminatlar verilmiĢdir. Həmin təminatlar onu
ailənin bir sıra iqtisadi problemlərindən azad edir. Bu da ona dövlətin idarə edilməsinin və dövlət quruculuğu
iĢinin səmərəli təĢkilində zəmin yaradır. Bu məsələ konstitusiyamızın 108-ci maddəsində öz əksin belə
tapmıĢdır:
«Azərbaycan respublikasının Prezidenti və onun ailəsi dövlət hesabına təmin edilir. Azərbaycan respublikası
Prezidentinin və onun ailəsinin təhlükəsizliyini xüsusi mühafizə xidmətləri təmin edir»
30
Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətləri
Azərbaycanın dövlətinin baĢçısı - Prezident öz fəaliyyətini Konstitusiya ilə ona verilmiĢ səlahiyyətlər
çərçivəsində həyata keçirir.
Azərbaycan respublikasının milli məclisinə seçkiləri təyin edir. Yəni qanunverici orqana seçkilərin
Konstitusiyamızın tələbləri əsasında keçirilməsi müəyyən edir.
Azərbaycan respublikasının dövlət büdcəsinin Azərbaycan respublikası milli məclisinin təsdiqinə təqdim
edir.
Dövlət iqtisadi və sosial proqramlarını, yəni ölkənin Ġqtisadiyyatı ilə əlaqədar proqramları təsdiq edir.
Sosial problemlərinə bağlı məsələlərin həllinə yönəldilmiĢ proqramların təsdiqi ilə Prezidentin səlahiyyətlərinə
daxil edilmiĢdir.
Azərbaycan Respublikasının baĢ nazirini vəzifəyə təyin edir. Prezident baĢ nazir vəzifəsinə irəli sürdüyü
Ģəxs haqqında təqdimat yazır. Milli Məclisin səs çoxluğu ilə razılığı əldə olunduqdan sonra Prezident həmin
Ģəxsi BaĢ nazir vəzifəsinə təyin edir. Azərbaycan, respublikasının BaĢ nazirini vəzifədən azad etmək də
Azərbaycan, Respublikasının Prezidentinin səlahiyyətlərinə daxildir.
Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlərini vəzifəyə
təyin edir və vəzifədən azad edir. Müəyyən çətinliklər, ziddiyyətlər olduqda və zəruri hallarda Azərbaycan
Respublikası Nazirlər Kabinetinin iclaslarına sədrlik edir.
Azərbaycan Respublikasının dövlət büdcəsində icra hakimiyyəti üçün nəzərdə tutulmuĢ xərclər
çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları yaradır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin
qərar və sərəncamlarını mərkəzi və yerli icra hakimiyyəti orqanlarının aktlarını ləğv edir. Belə ki, Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərən-
camları Konstitusiyaya uyğun olmadıqda prezident həmin qərar və sərəncamları ləğv etmək səlahiyyətindən
istifadə edir. Eləcə də mərkəzi və yerli icra hakimiyyəti orqanlarının aktları mövcud qanunvericiliyə uyğun
olmadıqda Prezident tərəfindən ləğv edilir.
Azərbaycan Respublikasının Konstitusiya məhkəməsi, Azərbaycan Respublikasının ali məhkəməsi və
Azərbaycan Respublikasının iqtisadi məhkəməsi hakimlərinin vəzifəyə təyin edilməsi haqqında Azərbaycan
Respublikası Prezidenti Azərbaycan Respublikası milli məclisinə təqdimat verir. Milli məclisdə səs çoxluğu
əsasında bəyənildikdən sonra prezident tərəfindən vəzifəyə təyin edirlər.
Prezident Azərbaycan Respublikasının baĢ prokurorunun Azərbaycan Respublikasının Milli Məclisinin
razılığı ilə vəzifəyə təyin edir və vəzifədən azad edir. Eləcə də Azərbaycan Respublikasının digər
məhkəmələrinin hakimlərini də təyin edir.
Azərbaycan Respublikası Milli Bankı Ġdarə Heyəti üzvlərini milli məclisin razılığı ilə vəzifəyə təyin edir
və vəzifədən azad edir.
Azərbaycan Respublikası Prezidentinin Ġcra Aparatını təĢkil edir və onun rəhbərini təyin edir.
Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndələrini vəzifəyə təyin edir və vəzifədən
azad edir. Azərbaycan Respublikasının xarici ölkələrində və beynəlxalq təĢkilatlarda diplomatik
nümayəndələrinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinə məlumat verir, Azərbaycan
Respublikasının xarici ölkələrdə və beynəlxalq təĢkilatlarda diplomatik nümayəndələrini təyin edir və geri
çağırır.
Dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələr bağlayır, dövlətlərarası beynəlxalq
müqavilələri təsdiq və ləğv olunmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir və
təsdiqnamələri imzalayır.
Referendum təyin edir. Referendum keçirilməsi səlahiyyətini Azərbaycan Respublikası Prezidentinə
verilməsi xüsusi əhəmiyyəti kəsb edir. Konstitusiyanın qəbulu, respublikanın tale yüklü problemlərinin həlli
kimi məsələlər referendum yolu ilə həll olunur.
Azərbaycan Respublikasının Prezidenti qanunları, fərmanları imzalayır və dərc edir, eləcə də vətəndaĢlıq
məsələlərini həll edir.
Azərbaycan dövlətindən siyasi sığınacaq istəyənlərə siyasi sığınacaq məsələlərini həll edir.
Azərbaycan Respublikasının Prezidenti əfv etmək, dövlət təltifləri ilə təltif etmək, ali hərbi və ali xüsusi
rütbələr vermək, ümumi və qismən səfərbərlik elan etmək, habelə səfərbərlik üzrə çağırılanları tərtib etmək
səlahiyyətlərinə də malikdir. Prezidentə habelə Azərbaycan Respublikası vətəndaĢlarının müddətli hərbi xidmətə ça-
ğırılması və müddətli hərbi xidmətdə olan hərbi qulluqçuların həyata buraxılması barədə qərarlar qəbul etmək
səlahiyyətləri verilmiĢdir.
Prezident Azərbaycan Respublikasının Təhlükəsizlik ġurasını yaradır. Azərbaycan Respublikası silahlı
qüvvələrinin təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsinə razılıq verilməsi barədə Azərbaycan
Respublikasının Milli Məclisinə təqdimat verir. Eləcə də fövqəladə və hərbi vəziyyət elan edir.