Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə21/40
tarix08.07.2018
ölçüsü1,56 Mb.
#54229
1   ...   17   18   19   20   21   22   23   24   ...   40

 
9.
 
Dərsin hər mərhələsinə sərf olunacaq vaxtı müəyyənləşdirmək. 
10.
 
Qiymətləndirmə standartlarına əsasən vasitələr hazırlamaq.  
11.
 
Dərs üçün lazım olan resursları (təchizatı) müəyyən etmək. 
 
      İş formaları 
İş formaları dedikdə
 
fərdi, cütlərlə, kollektiv və qrup işi nəzərdə tutulur.  
      Kollektiv iş 
        Kollektiv  iş  təlim  prosesində  ən  çox  istifadə  edilən  iş  formalarından  biridir. 
Bu  zaman  şagirddə  kollektivlə  işləmək  bacarıqları  inkişaf  etdirilir.  Nəticədə 
şagirddə  eqoizm  və  s.  kimi  mənfi  hislərin  yaranmasının  qarşısı  alınır,  o,  özünü 
cəmiyyətin üzvü hiss edir. 
      Qruplarla  iş 
Şagirdlər  (3-6  nəfər)  qrup  halında  birləşir  və  hər  hansı  problemi  həll  etmək 
üçün birgə fəaliyyətə cəlb olunurlar. Qrup işi şagirdlərə öz fikirlərini söyləməyə və 
başqalarını  dinləməyə,  özünün  və  digərlərinin  işini  qiymətləndirilməyə  imkan 
yaradır.  Bundan  əlavə,  onlar  eyni  bir  məsələ  ilə  bağlı  müxtəlif  baxış  və 
yanaşmaların olması barədə təsəvvürə yiyələnirlər. 
Cütlərlə iş 
Dərs  prosesində  şagirdlər  iki-iki  işləyir,  təlim  tapşırıqlarının  yerinə 
yetirilməsində  birgə  fəaliyyət  göstərirlər.  Bu,  onlara  bir-birini  daha  yaxşı  başa 
düşməyə, əməkdaşlıq etməyə, məsuliyyətlərini dərk etməyə imkan yaradır. 
Fərdi iş 
Fərdi  iş  forması  təlim  zamanı  şagirdin  fəaliyyətini  izləmək,  sərbəst 
düşünməsini,  maraq  dairəsini,  eyni  zamanda,  hər  bir  şagirdin  mənimsəmə 
qabiliyyətinin digərinə nisbətən daha az və ya daha çox olduğunu müəyyən etməyə 
imkan yaradır. 
 
Fəal  təlim  üsulları 
Fəal  təlim zamanı istifadə olunan üsullar təlim strategiyalarının qurulmasında 
və  təhsilin  həyata  keçirilməsində  əhəmiyyətli  yer  tutur.  Pedaqoji    ədəbiyyatlarda 


 
Bilirəm 
İstəyirəm biləm 
Öyrəndim 
onun  müxtəlif  növlərinin  olduğu  göstərilir.  Məsələn,  beyin  həmləsi,  BİBÖ, 
klaster(şaxələndirmə),  anlayışın  çıxarılması,  söz  assosasiyaları,  müzakirə, 
akvarium, rollar üzrə oyun, Venn diaqramı, layihələrin hazırlanması və s.  
Beyin həmləsi  
Bu  üsul  əqli  hücum  da  adlandırılır.  Şagirdlərdə  yeni  mövzuya  maraq 
oyatmaq,  habelə  onların  nəyi  yaxşı  (və  ya  pis)  bildiklərini  aydınlaşdırmaq 
məqsədilə  bu  üsuldan    istifadə  olunur.  Hazırlanmış  sual  lövhədə  yazılır,  yaxud 
şifahi  şəkildə  şagirdlərin  diqqətinə  çatdırılır.  Şagirdlər  suallara  əsasən  fikirlərini 
bildirirlər.  Bütün  ideyalar  şərhsiz  və  müzakirəsiz  yazıya  alınır.  Yalnız  bundan 
sonra söylənilmiş ideyaların müzakirəsi, şərhi və təsnifatı başlayır. Aparıcı ideyalar  
yekunlaşdırılır, şagirdlər söylənmiş fikirləri  təhlil edir, qiymətləndirir.  
BİBÖ – Bilirəm/İstəyirəm bilim/Öyrəndim 
BİBÖ aşağıdakı mərhələlər üzrə aparılır: 
1.
 
Problem müəllim tərəfindən elan edilir. 
2.
 
Müəllim  lövhədə  3  sütundan  ibarət  cədvəl  qurur  və  aşağıdakı  bölmələri 
qeyd edir: – Bilirəm/İstəyirəm bilim/Öyrəndim 
 
 
3.
 
Şagirdlər  problemlə bağlı  bildiklərini söyləyir və cavablar birinci sütunda 
qeyd olunur. 
4.
 
 Həmin məsələ ilə bağlı bilmək istədikləri isə ikinci sütuna yazılır. 
5.
 
 Dərsin sonunda bir daha həmin cədvələ diqqət yetirilir və mövzu ilə bağlı  
öyrəndikləri  üçüncü sütunda qeyd edilir. 
 
 


 
 
 
Auksion 
    Müəllim  öyrənilən  məsələni  müəyyən  edərək  şagirdləri  auksionun  keçirilmə 
qaydaları  haqqında  təlimatlandırır.  Öyrənilən  əşya  və  ya  hadisənin  xüsusiyyətləri 
ardıcıl şəkildə adlandırılır. 
Hamı  növbə  ilə  əşya  və  ya  hadisə  haqqında  fikir  söyləyir:  hər  bir  fikirdən 
sonra  müəllim  sayır:  “bir,  iki”.  Bu  zaman  başqa  iştirakçı  tez  təklif  verə  bilər. 
Sonuncu  təklif  verən  qalib  sayılır.  Fikirlər  bir-birini  təkrarlamamalıdır.  Bunun 
üçün  hamı  bir-birini  dinləyir.  Bu  zaman  başqa  şagird  tez  yeni  fikir  söyləyə  bilər. 
Oyunda axırıncı mümkün  cavabı verən şagird “Auksion”u qazanır.  
Məsələn:  
M: Adlardan fel düzəldən şəkilçiləri deyin. 
Ş: 
- la

- laş

- lan

- ar

M: “-ar
2
” bir..., “-ar
2
” iki   
Ş: 
- al
2
 (-l) 
 
       
Klaster (şaxələndirmə) 
Müəllim  tərəfindən  lövhədə  və  ya  iş  vərəqlərində  dairə  çəkilir  və  onun 
mərkəzində  yazılmış  anlayış  ilə  bağlı    söz  və  ya  ifadələr  söyləmək  şagirdlərə 
tapşırılır. Mərkəzdə yazılmış anlayışdan  başlayaraq hər növbəti söz onunla  əlaqəli 
sözlər xətlərlə birləşdirilir.  Vaxt bitənə qədər mümkün qədər çox fikir yazmaq və 
onları əlaqələndirmək tövsiyə olunur.Vaxt bitəndən sonra alınan klaster  müzakirə 
edilir və ümumiləşdirmə aparılır. 


 
 
Suallar 
Suallar  dərs  prosesində  tədqiqatların  səmərəli  qurulmasını  stimullaşdırır. 
Şagirdlərin idrak fəallığının artırılmasında böyük  rol oynayır.  
Sualların sayının 4-5 arasında olması məqsədəuyğundur. Sualların qoyuluşu 
tənqidi   təfəkkürün  inkişafına  doğru  yönəldilməli,  məntiqi ardıcıllıq  gözlənilməli, 
məzmunlu və mövzu ilə bilavasitə əlaqəli olmalıdır. 
Mühazirə 
Mühazirə  məlumatın    müəllimdən  şagirdə  ötürülmə  üsuludur.  Bu  üsuldan 
mövzu ilə bağlı  məzmunun  zənginləşdirilməsi, tamamlanması məqsədilə  istifadə 
etmək məqsədəuyğundur. Belə qısa mühazirələr 10-15 dəqiqə ərzində aparılır. 
Mühazirə  ilə    bağlı    aşağıdakı  məsələlərə  nəzər  yetirmək 
məqsədəmüvafiqdir: 

 
mühazirənin məqsəd və vəzifələrini dəqiq müəyyənləşdirmək; 

 
plan tərtib etmək və onu şagirdlərə paylamaq (və ya lövhədə yazmaq); 

 
əyani və texniki vasitələrdən  istifadə etmək. 
Müəllim  mühazirə  prosesini  verbal  (suallar  vermək)  və  vizual  (şagirdlərin 
sifətlərinin ifadəsini və jestlərini müşahidə etmək) tənzimləməlidir. 
Anlayışın müəyyən edilməsi 
Bu  üsul  oyun  -  tapmaca  formasında  keçirilir  və  şagirdlərdə  yüksək  fəallıq 
yaradır.  Müəllim    lövhədə  kart  asır,  onun  arxasında  şagirdlərin  tapacağı  anlayışı 
yazır.  Kartın  yazı  olmayan    tərəfini  şagirdlərə  göstərir  və  gizlədilmiş  anlayışın 
xüsusiyyətlərinə aid 2 və ya 3 yönəldici söz sadalayır və ya yazır. Şagirdlər həmin 
xüsusiyyətlərə uyğun olaraq gizlədilmiş anlayışı tapırlar. 
Əgər  şagirdlər  anlayışı  tapmaqda  çətinlik  çəksələr,  müəllim  əlavə  olaraq 
yeni xüsusiyyətlər sadalayır. 
Şagirdlər  öz  fərziyyələrini  dedikdən  sonra  müəllim  bu  tapmacanın  tapılıb-
tapılmamasını hamıya çatdırır və kartlarda yazılan sözləri açıqlayır.  
  
Söz assosiasiyaları 


Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə