olduğu kimi qəbul etməyi deyil, ona tənqidi yanaşmağı, öz münasibətini bildirməyi
bacaran sərbəst düşüncəli, azad- fikirli şəxsiyyətlərin yetişdirilməsini tələb edir.
Standartlar
nəticəyönümlü
və şagirdyönümlü olduğundan onların
reallaşdırılmasında fəal təlim metodlarından istifadə edilməsi məqsədəuyğun hesab
edilir. Fəal təlim şagirdlərin idrak fəaliyyətinə əsaslanan və təhsil prosesinin digər
iştirakçıları ilə əməkdaşlıq şəraitində həyata keçirilən təlimi nəzərdə tutur.
Şagirdlərin parta arxasında oturaraq kitab oxuması, iş vərəqlərini doldurması,
müəllimi dinləməsilə yanaşı, eyni zamanda kitabxanada, kompüterdə qrup və ya
fərdi şəkildə fəaliyyət göstərməsi onun əsas əlamətlərindən hesab edilir. Fəal təlim
müasir şəraitdə pedaqoji prosesin qurulmasına
yeni yanaşmadır. Belə yanaşma
tərzində təlim şagirdlərin təkcə yaddaşının yeni elmi biliklərlə (informasiya ilə)
zənginləşdirilməsinə deyil, həm də təfəkkürün inkişaf etdirilməsinə, ən mühüm
bacarıq və vərdişlərin əldə olunmasına yönəldilir. Bu zaman şagirdlər açıq sual
vermək, problemləri araşdırmaq, tədqiqat aparmaq və müzakirə etmək imkanı
qazanırlar. Onlar təlim materiallarının mənimsənilməsi prosesində fakt və
hadisələrin səbəb-nəticə əlaqələrini, qanunauyğunluqlarını aşkar etməyi, nəticə
çıxarmağı, ümumiləşdirmələr aparmağı öyrənirlər. Beləliklə, uşaqlar həm tədris,
həm də sosial xarakterli problemlərin müstəqil həllinə cəlb olunur, müxtəlif
informasiya mənbələrindən istifadə edir, sistematik olaraq müstəqil şəkildə bilik
ehtiyatını artırırlar.
Təlim prosesi uşaqda fəallığı, məntiqi düşünməyi, ətrafdakı şeylərə və
hadisələrə tənqidi yanaşmağı, müstəqil düşünməyi, müstəqil bilik almağı və fərdi
inkişaf etmək bacarığını tərbiyə etməlidir. Yəni şagirdin məntiqi, tənqidi və
yaradıcı təfəkkürü inkişaf etdirilməlidir. Bu tələbləri nəzərə alaraq elə təlim
metodlarından istifadə olunmalıdır ki, onlar özlərində aktiv, yaradıcı düşünmə
qabiliyyətini və yeni biliklərə sərbəst yiyələnməyi aşılama yollarını birləşdirmiş
olsun. Bu cəhətdən interaktiv təlim metodları çox səmərəlidir.
İnteraktiv (ingilis dilindən tərcümədə - qarşılıqli fəaliyyətə əsaslanan
deməkdir) təlim metodları, adından göründüyü kimi, şagirdləri fəallaşdırır, ənənəvi
metodda olduğu kimi, şagird biliyi hazır şəkildə deyil, bilavasitə öz subyektiv
mülahizələri əsasında mənimsəyir. Burada müəllimin əsas vəzifəsi şagirdlərə yol
göstərmək, «öyrənməyi öyrətmək»dir.
İnteraktiv (fəal) təlimin ənənəvi təlimə bir sıra üstünlükləri vardır:
Ənənəvi dərslərin xüsusiyyətləri
Müasir dərslərin xüsusiyyətləri
Diqqət bilik və bacarıqların mənim-
sənilməsinə yönəlir, şagirdlərin tərbiyə və
inkişafı çox vaxt müəllimin rəhbərliyindən
kənar həyata keçirilir.
Diqqət ilk növbədə şagirdin şəxsiyyətinin
formalaşmasına yönəlir.
Müəllimin əsas funksiyası şagirdlərə
məlumatlar çatdırmaq və onun
mənimsənilməsi üçün şərait yaratmaqdır.
Müəllim ilk növbədə təlim idrak fəaliyyətinin
əlaqələndiricisi, şagirdlərin məsləhətçisi və
köməkçisi kimi çıxış edir.
Müəllim – şagird münasibətlərində
avtoritavr üslubun üstünlüyü
Müəllim və şagird arasında əməkdaşlıq,
məktəblilərin dəlillərinə və fəaliyyətinə böyük
diqqət.
Yoxlama, yeni materialın öyrənilməsi və
möhkəmləndirilməsi mərhələləri dürüst
müəyyənləşir ki, nəticədə bilik və
bacarıqların tətbiqi təlim prosesinin
mərkəzində durmur.
Təlim məsələlərinin həlli prosesində bilik və
bacarıqların tətbiqi dərsin bütün mərhələlərində
(yeni materialın mənimsənilməsi, onun
möhkəmləndirilməsi və bilik, bacarıq
səviyyəsinin yoxlanılması) əsas yer tutur.
Nəticədə dərsin müxtəlif mərhələ və
funksiyalarının birləşməsi, təlim prosesinin
fəallaşmasına yönəlmiş sintezi baş verir.
Təlim prosesində şagirdlər arasında
ünsiyyət olmur. Müəllim-sinif və ya
müəllim-şagird ünsiyyəti üstünlük təşkil
edir.
Təlim prosesində şagirdlər arasında ünsiyyət
olur, cütlük, qrup və kollektiv şəkildə təlim
fəaliyyəti həyata keçirilir.
Dərs tədris fənni çərçivəsi ilə məhdudlanır.
Müasir nəzəriyyə müxtəlif fənlərdən dərs deyən
bir neçə müəllim tərəfindən keçirilən fənlərarası
dərsləri istisna etmir.
İnkişafetdirici və tərbiyəedici amil kimi,
əsasən, təhsilin məzmunu götürülür.
Təhsilin məzmunu ilə yanaşı şagirdlərin tərbiyə
və inkişafında təlim metodları və təşkilati
formalar da mühüm rol oynayır.
Dərs, demək olar ki, həmişə adi qaydada
keçir.
Ənənəvi olaraq digər formaların əlamətləri dərs
sayılan və ona qarşı qoyulanbəzi elenmentləri
(məsələn, seminar-dərs, oyun-dərs, yarış-dərs,
konfrans-dərs və s.) assimilyasiya edir.
Müəllim bütün fuksiyalarını saxlayır.
Müəlimin funksiyalarının bir hissəsinin
şagirdlərə verilməsi səciyyəvidir: bilik və
bacarıqların yoxlanılması və qiymətləndirilməsi
(qarşılıqlı və özünüqiymətləndirmə), işin
planlaşdırılması, tədqiqat və
özünüqiymətləndirmə elementləri.
İnteraktiv təlim metodları ilə işləmək üçün aşağıdakı prinsipləri gözləmək
lazımdır:
1. Fəal təlim üçün iş formalarının müəyyənləşdirilməsi.
2. Fəal dərsin mərhələlərinin konkretləşdirilməsi.
3. Fəal dərsin strukturunun müəyyənləşdirilməsi.
Fəal təlim metodlarının xarakterik xüsusiyyətləri:
1.
Diqqət, ilk növbədə, şagird şəxsiyyətinin formalaşdırılmasına yönəlir.
2.
Müəllim təlim fəaliyyətinin əlaqələndiricisi, şagirdlərin məsləhətçisi və
köməkçisi kimi çıxış edir.
3.
Problemin həlli prosesində şagirdlər fəal tədqiqatçı olur.
4.
Bilik və bacarıqlar şagirdlər tərəfindən müstəqil əldə edilir.
5.
Müəllim - şagird, şagird - şagird arasında əməkdaşlıq üçün şərait yaranır.
6
Dərslərin inteqrativ təşkilinə üstünlük verilir.
7
Qeyri-standart dərslərin tətbiqinə geniş yer verilir.
Fəal dərsin mərhələləri:
I mərhələ: motivasiya, problemin qoyulması
Hər bir tədqiqat problemi müəyyənləşdirməklə başlayır. Əsl problem
həmişə çoxsaylı fərziyyələr, ehtimallar doğurur və bunları yoxlamaq üçün, ilk
növbədə, tədqiqat sualının formalaşdırılması lazım gəlir. Çünki tədqiqat sualı
yeni biliklərin kəşf olunmasında bələdçi kimi çıxış edir.
Bu mərhələ şagirdləri düşünməyə, idraki fəallığa sövq etdiyindən həm də
motivasiya adlandırılır. Bu prosesdə uşaq öz fikrini “Zənnimcə”, “Mənə belə
gəlir ki”, “Mən belə hesab edirəm ki” sözlərindən istifadə etməklə ifadə edir.
Motivasiyanın uğurlu alınması üçün aşağıdakı şərtlərə əməl olunması tövsiyə
edilir:
1.
Motivasiya üçün seçilən material qeyri-adi, maraqlı olmalıdır.
2.
Fərziyyələri yoxlamaq, tədqiqat aparmaq və yaradıcılıq üçün imkan
verməlidir.
3.
Müəllim şagirdlərə yönəldici suallar verməli, fərziyyələri irəli sürərkən
onları həvəsləndirməlidir.
Dostları ilə paylaş: |