Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə27/40
tarix08.07.2018
ölçüsü1,56 Mb.
#54229
1   ...   23   24   25   26   27   28   29   30   ...   40

 
Müəllim  şagirdlərə  verilmiş  nümələrdə  qara  hərflərlə  işarələnmiş  sözlərin  fərqini 
müəyyənləşdirmələrini tapşırır. 
 
Gülümsərov oxumamış alimdir. 
Dərslərini oxumamış gəzməyə getmə. 
Başını üzməmiş buradan get. 
 
Allah bilib, dəvəyə qanad verməyib. 
Səhvini başa düşüb üzr istəmək istədi, amma artıq gec idi. 
Ayılanda ətrafında heç kimi görmədi, hamı çıxıb getmişdi. 
 
Uşaqda nə günah, günah belə şeyləri ona deyəndədir. 
 
Göyçayın gülöyşə narından çantam tutunca  yığdım. 
Yol boyunca ağaclar  əkilmişdi. 
 
Bu xəbəri eşidər-eşitməz sənin yanına gəldim. 
Kor tutduğunu buraxmaz.  
 
Məktubu dönə-dönə oxudum. 
 
Min Qazaxda köhlən ata, 
Yalmanına yata-yata, 
At qan - tərə bata-bata 
Göy yaylaqlar belinə qalx, 
Kəpəz dağdan Göy gölə bax. (S.Vurğun) 
 
Sonra şagirdlər müəllimin köməyi ilə feli bağlamaların hansı  mənanı ifadə etdiyini 
göstərir. 
Onlar çörəyi tikə-tikə kəsib yeyirdilər. 


 
Mən indi gələ bilmirəm, imtahanlarımı qurtarıb gələcəyəm. 
Kəndlilər alovun çoxaldığını görüb yaman əl-ayağa düşmüşdülər. 
Azadlıq hissi insanın qəlbində həvəs oyadaraq yaşayıb-yaratmağa ruhlandırır. 
Şahid ifadələri ilə tanış olmamış (tanış olmadan) sizə heç nə deməyəcəyəm. 
Rüstəm  kişi  onun  nəzərə  çarpan  tutqunluğuna  əhəmiyyət  vermədən  birbaşa 
mətləbə keçdi. 
Ağsaqqal sözü dinləmədən heç nə əldə etmək olmaz.  
Qaraca qız tökülmüş meyvələri yığarkən gözü qara pişiyə sataşdı. 
Həyat səni güldürəndə gülmüsən, 
Hünərin var, ağladanda gül görüm. (B.Vahabzadə) 
Havanın qaraldığını görüncə ağlamağa başladı. 
Özünə gələr-gəlməz başını qaldıraraq gözləri ilə dostunu axtardı. 
 
 
Tədqiqatın davamı. 
Şagirdlərə  qrup  şəklində  işləmək  üçün  aşağıdakı  tapşırılaq  əks  olunmuş  iş 
vərəqləri paylanılır  və cümlələri sintaktik  və  morfoloji təhlil etməyi,  feli bağlama 
və feli bağlama tərkiblərini tapmaq tapşırılır. 
“SƏHƏR” qrupu  
Cavan  gələndə itlərə həmişə bir şaqqa ət gətirərdi. 
“ARZU”  qrupu  
Çaparlar  qayıdarkən  qoca  palıd  onların  sir-sifətindən  başa  düşdü  ki,  pis  xəbərlə 
gəliblər. 
“GƏLƏCƏK” qrupu  
Uşağın ağladığını görüb çox qəzəbləndi. 
“DOST” qrupu  
Biz kənddən qayıdanda yağış yağırdı. 
Məlumatın mübadiləsi. 
Qruplar onlara verilmiş tapşığı verilmiş vaxtda yerinə yetirib təqdim edirlər. 
 


 
Məlumatın müzakirəsi. 
Təqdim olunmuş məlumatlar suallar əsasında müzakirə edilir. 
 
Nəticə və ümumiləşdirmə. 
Şagirdlər  feli  bağlamanı  digər  nitq  hissələrindən  fərqləndirir.  Cümlədə  verilmiş 
omonim  şəkilçili  sözlərin  oxşar  və  fərqli  cəhətlərini  göstərir,  feli  bağlamaları  və 
feli  bağlama  tərkiblərini  tapır,  feli  bağlamaların  yazılışı  ilə  bağlı  qaydalara  əməl 
edir, durğu işarələrindən yerində istifadə edir.  
Yaradıcı tədbiqetmə. 
Şagirdlərə  verilmiş  mətndəki  feli  bağlama  və  feli  bağlama  tərkiblərini  tapmaq  və 
onların omonim olduqları şəkilçilərlə müqayisə edib yazmaq tapşırılır. 
 
Qiymətləndirmə. 
Qrupların  fəaliyyəti  ulduz  işarələri  vasitəsilə  meyarlar  cədvəlinə  əsasən 
qiymətləndirilir:  
 
IX sinif 
 
Standart: 4.1.1, 4.1.3.  
Mövzu: Qarşılaşdırma budaq cümləsi. 
Məqsədlər:  
1. Mürəkkəb cümlənin növlərini fərqləndirir.  
2.  Qarşılaşdırma  budaq  cümləsinin  quruluşu,  onun  məna  və  qrammatik 
xüsusiyyətlərini bilir. 
3. Mürəkkəb cümlədə durğu işarələrindən istifadə edir.  
4.  Axtarış  aparır,  problemli  vəziyyətdən  çıxış  yolu  tapır,  müstəqil  fikir 
söyləyir. 
İnteqrasiya:  
İş forması:  Kollektiv və qrup işi. 
          İş üsulu: Beyin həmləsi, Venn diaqramı. 


 
Resurs:  Test kitabçası, sxemlər, vatman kağızı, ağ vərəqlər, flomaster. 
 
 
Dərsin gedişi 
1. Motivasiya. 
Tədqiqat işlərinə zəmin hazırlamaq üçün sıralar üzrə antonim sözlərə qarşılıq 
tapmaq yarışı keçirilir. Sözlər  müəllim tərəfindən təklif olunur. Daha çox qarşılıq 
tapan sıra qalib hesab olunur. Müxtəlif fərziyyələrdən sonra şagirdlər araşdırılacaq 
problemi müəyyən edir: 
Şagirdlərin diqqəti vatman kağızında yazılıb yazı taxtasında asılmış cümlələrə 
cəlb  olunur  (cümlələrin biri  qarşılaşdırma  əlaqəli  tabesiz  mürəkkəb  cümlə,  digəri 
isə qarşılaşdırma əlaqəli tapeli müərəkkəb cümlə olur): 
1. Babamın yaşı altmışı ötmüşdü, lakin ona əllidən artıq yaş vermək olmazdı 
(İ.Əfəndiyev). 
2. Babamın yaşı altmışı ötsə də, ona əllidən artıq yaş vermək olmazdı. 
 “Bu  cümlələrin  quruluşunda,  mənasında  və  qrammatik  xüsusiyyətlərində 
oxşar və fərqli cəhətlər varmı?” 
          Tədqiqat sualı:  
          Qarşılaşdırma  əlaqəli  tabeli  mürəkkəb  cümlənin  əsas  xüsusiyyətləri 
hansılardır? 
        Tədqiqatın aparılması. 
Qrup iş formasından istifadə edilir. Qruplar cümlə üzvlərinin adlarına əsasən 
təşkil olunur (eyni cümlə üzvlərini seçmiş uşaqlar eyni qruplarda toplanır). 
Qruplara  üzərində  Venn  diaqramı  çəkilmiş  və  “açar”  rolu  oynayacaq 
köməkçi, yönəldici suallar olan vərəqlər, həmçinin ağ vərəq və flomaster paylanır. 
Suallar təxminən aşağıdakı kimi olur: 
Cümlədə ifadə olunan fikirlər eyni, yoxsa müxtəlifdir? 
Sinonimlik nədir?  
Cümlənin quruluşca növləri hansılardır?  
Hər iki cümləni təşkil edən sadə cümlələr arasında məna əlaqələri necədir? 
Mürəkkəb cümlənin hansı növləri var? və s. 


Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə