Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu


Cədvəlin xanalarına uyğun gələn sözlər yazın



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə25/40
tarix08.07.2018
ölçüsü1,56 Mb.
#54229
1   ...   21   22   23   24   25   26   27   28   ...   40

 
Cədvəlin xanalarına uyğun gələn sözlər yazın. 
 
X  cüt: 
Qəhrəman sözünü iki mənada cümlədə işlət.  Ad bildirən sözün altından xətt çək. 
Məlumatın mübadiləsi və müzakirəsi. 
 Cütlər işin nəticələrini təqdim edir. İş vərəqləri lövhədən asılır. Şagirdlərin 
təqdimatından sonra müəllim cavabları sistemləşdirir, şagirdlərə suallar verilir.
 

 
Hansı sözlər böyük hərflə yazılır ? 

 
Nə üçün ? 

 
Sözü böyük hərflə nə zaman yazırıq  ? 
Nəticə  və  ümumiləşdirmə:  Müəllim  şagirdlərin  diqqətini  tədqiqat  sualına 
yönəldərək qeyd edir ki,  ad bildirən sözlər yerindən asılı olmayaraq həmişə böyük 
hərflə  yazılır.  Belə  sözlərin  böyük  hərflə  yazılmasının  əsas  xüsusiyyəti  onların 
xüsusi adlar olmasıdır. Bu cür sözlər onlara verilən xüsusi adlara görə fərqlənir.    
Aşağıdakı sualların cavabı müəyyənləşdirilir. 
1.
 
Hansı söz  həmişə böyük hərflə yazılmalıdır? 
a)
 
Ağac            b) Yasəmən               c) İbrahim 
 
2.
 
Soyad bildirən söz hansıdır? 
a)
 
 Əlizadə        b) Əli                       c) Əlibəy 
 
3.
 
Hansı cərgədə ad bildirən sözlər işlənmişdir? 
a)
 
Yarpaq, Alma, Dəftər 
Ölkə adı 
Kənd adı 
Dağ adı 
 
 
 
 
 
 
 
 
 


 
b)
 
Nərgiz, Arzu, Stol 
c)
 
Məstan, Xallı, Toplan  
Yaradıcı tətbiqetmə: 
Bir neçə ad bildirən sözlər tapın və onları cümlədə işlədin. 
Qiymətləndirmə. Müəyyən olunmuş meyarlar üzrə qiymətləndirmə aparılır. 
 
 
V sinif 
Standart: 2.1.1, 2.1.2, 4.1.2 
Mövzu: Omonimlər. 
Məqsəd: 
1) Sözün həqiqi və ya məcazi mənada işləndiyini müəyyənləşdirir.  
2) Sözlərin semantik xüsusiyyətlərini izah edir.  
İnteqrasiya: Ə. 1.1.1., 2.1.1. 
İş forması: kollektiv və qrup işi  
İş üsulu: beyin həmləsi, Venn diaqramı, müqayisə sxemi. 
Resurs: iş vərəqləri, üzərində venn diaqramı və cədvəl çəkilmiş kağızlar. 
 
Dərsin gedişi 
Motivasiya 
İlk  olaraq  müəllim  lövhədə  çay,  qurd, kök,  şam  sözlərini  yazır  və  şagirdlərə 
sözlərin ifadə etdiyi mənaya uyğun şəkillər çəkməyi tövsiyə edir. Bunun üçün şa-
girdlərə əvvəlcədən hazırlanmış və üzərində adları yazılmış kağızlar paylanır. 
Tədqiqat sualı:  
Omonim sözlərin semantik xüsusiyyətləri hansılardır?  
Tədqiqatın aparılması. 
Müəllim şagirdlərə təsvirlər çəkiımiş işçi vərəqləri paylayır və onlara qrup-
larda birləşdirərək   verilmiş şəkil haqqında fikirlərini yazmağı tövsiyə edir. Müəl-
lim istiqamət verir ki, şagirdlər fikirlərini bildirərkən digər elmi biliklərdən də isti-
fadə etsinlər.  


 
İş vərəqi 1 
Çay mənbəyi və mənsəbi olan axar su kütləsidir. Dünyanın ən uzun çayı Nil, 
ən bol sulusu isə Amazondur. 
Azərbaycanda  Kür,  Araz,  Viləş  və  s.  kimi  bol  sulu çaylar  var.  Bu  çayların 
suyundan enerji mənbəyi və ya suvarma məqsədləri üçün istifadə olunur. 
İş vərəqi 2 
Çay  çoxillik  bitkidir.  İlk  vətəni  Çin  olub.  Vətənimizdə  daha  çox  Lənkəran 
çayı məşhurdur. 
Toy mərasimi zamanı bəyin qabağına çay aparmaq elimizin adətidir. 
Çay haqqında gözəl musiqilər bəstələnib. 
İş vərəqi 3 
Qurd yırtıcı heyvandır. O, təsərrüfatlara ziyan verir. 
Bir  çox  nağıllarda  və  təmsillərdə  canavar  yırtıcı  və  acgöz  insanların  obrazı 
kimi yaradılmışdır. 
İş vərəqi 4 
Qurd həşəratlar sinfinə daxildir. O, bostan bitkilərinə ziyan vurur. Amma bu-
nunla yanaşı, qurdların da təbiətdə xeyirli cəhətləri var. Tanrı təbiətdə heç nəyi ar-
tıq yaratmayıb. 
İş vərəqi 5 
Şam yandırılan cisimdir. Onu neft məhsullarından əldə edirlər. Klassik bədii 
ədəbiyyatda  şam  və  pərvanə  obrazlarına  tez-tez  rast gəlinir.  Burada  şam  eşqi  yo-
lunda cəfa çəkən aşiqə bənzədilir. 
İş vərəqi 6 
Şam ağacı dini ədəbiyyatda müqəddəs ağac kimi qeyd olunur. O, həmişə ya-
şıl olur. Şam ağacları bəzək kimi də istifadə olunur. 
 
 Məlumatın mübadiləsi. 
Qrup üzvləri verilmiş təsvir haqqında fikirlərini qeyd edirlər. Sonra ümumi-
ləşdirilmiş fikirlər lider tərəfindən təqdim olunur. 
Məlumatın müzakirəsi.  


 
Müəllim qrup üzvlərinin dediklərini ümumiləşdirib, lövhədəki diaqrama ya-
zır. Təxminən belə bir forma alınır: 
 Omonimlər 
1. Mənalar tamamilə fərqlidir. 
2. Mənaların hamısı həqiqidir. 
3. Mənalar həm eyni, həm də ayrı-ayrı nitq hissələrinə aid olur. 
4. İlkin məna ilə heç bir bağlılıq yoxdur. 
5. Hansı mənanın ilk yaranması məlum olmur. 
6. Lüğətlərdə ayrı-ayrı sözlər kimi ifadə olunur. 
 
 Nəticə və ümumiləşdirmə. 
Qrupların  təqdimatı  başa  çatdıqdan  sonra  müəllim  şagirdlərlə  frontal  sorğu 
aparır: 
- Uşaqlar, çəkdiyiniz şəkillər haqqında fikirləri dinlədik. Buradan sizə nə ay-
dın oldu? 
- Başa düşdük ki, eyni söz müxtəlif mənalar ifadə edir. 
- Bu mənalar bir-birindən tamamilə fərqlənirlər. 
- Mənaların hamısı real həyatda var. Yəni onlar həqiqi mənalardır. 
- Bəzən bir söz və 2 və daha artıq məna ifadə edə bilər. Məs: qaz. 
- Mənalar həm eyni, həm də müxtəlif nitq hissələrinə aid  ola bilər və s. 
 
Müəllim şagirdlərin fikirlərinin haqlı olduğunu qeyd edir və sonra şagirdlər-
dən bir neçəsi dərslikdəki elmi məlumatı oxuyur. Digər şagirdlər onları dinləyir. 
 
Yaradıcı tədbiqetmə 
1)  Müəllim  şagirdlərə  dərslikdəki  elmi  məlumatı  öyrənməyi  və  bədii 
mətnlərdən  tərkibində  omonim  olan  cümlələri  seçərək  onların  bildirdiyi  mənaları 
izah etməyi tapşırır. 
2) Omonimlər lüğətindən 3 və daha çox məna ifadə edən sözlər seçərək on-
ları hər bir mənada cümlədə işlətmək. 


Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə