Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə28/40
tarix08.07.2018
ölçüsü1,56 Mb.
#54229
1   ...   24   25   26   27   28   29   30   31   ...   40

 
Uşaqlar  problemin  həllinə  çalışırlar.  Müəllim  isə  imkandan  istifadə  edərək 
Venn diaqramını yazı taxtasına da çəkir. 
       Məlumatın mübadiləsi 
Şagirdlər onlara təqdim olunmuş cümlələri və “açar” sualları birlikdə oxuyur, 
fikir  mübadiləsi  edir,  bir-birinin  dəlil  və  sübutlarını  dinləyirlər.  Ümumi  rəyə 
gələrək  Venn  diaqramını  işləyirlər.  Sinfə  veriləcək  informasiyanı  dəqiqləşdirirlər. 
İnformasiyanı  təqdim  edəcək  şəxsi  seçirlər.  Tədqiqat  işi  başa  çatandan  sonra 
qruplar öz liderləri vasitəsi ilə məlumatı təşkil edib müəllimə və bütün sinfə təqdim 
edirlər. Onlar öz fikirlərini yazı taxtasında çəkilmiş Venn diaqramına yazırlar. 
      
Məlumatın müzakirəsi  
Bütün  qrupların  rəy  və  fikirləri  dinlənilir.  Müzakirələr  aparılır.  Bu  işdə 
bütün sinif iştirak edir. Qarşılıqlı dialoqla yanlış cavablar sıradan çıxarılır. Düzgün 
cavablar əsaslandırılır. 
  
Ümumiləşdirmə və nəticəçıxarma 
Müəllimin  köməyi  ilə  düzgün  cavablar  ümumiləşdirilir.  Nəticə  kimi  Venn 
diaqramının son variantı meydana çıxır: 
 
 
 
 
 
 
 
 
 
 
 
Müəllim  2-ci  cümlənin  qarşılaşdırma  budaq  cümləsi  olduğunu  söyləyir  və 
onun mahiyyəti barədə məlumat verir. 
Müəllim  daha  sonra  qarşılaşdırma  budaq  cümləsinin  quruluşu  və  qrammatik 
xüsusiyyətlərinin  aydınlaşdırılması  üçün  uşaqların  diqqətini  vatman  kağızına 
Tabesiz 
mürəkkəb 
cümlə 
Tabeli 
mürəkkəb 
cümlə 
   1
. Sinonimlik təşkil edirlər. 
2. Quruluşca mürəkkəb 
cümlələrdir. 
3. Hər iki cümlənin tərəfləri 
arasında qarşılaşdırma əlaqəsi 
mövcuddur. 
cümlə
 


 
çəkilmiş sxemlərə cəlb edir. Sxemlərə əsasən qarşılaşdırma budaq cümlələrini baş 
cümləyə  bağlayan  vasitələri  müəyyən  etməyi  və  nümunələr  söyləməyi  tapşırır. 
(bunu üçün bütün siniflə iş forması seçilir). 
 

 
Budaq  cümlə  əvvəl  gəlir  və  baş  cümləyə  “nə  qədər”  bağlayıcı  sözü,  -sa  (-sə) 
şəkilçisi və da (də), belə ədatları ilə bağlanır. Məs.: 
1. Bunların suyu nə qədər sərin ola da, bizim bulaqlara çatmaz. 
2. O (nə qədər) çalışsa belə, bu işi bacarmaz. (“nə qədər” işlənməyə də bilər) 
2. Hərçənd (hərçənd ki – düzdür, doğrudur) -------    
----------   -----------    ----------    -----------------, 
amma (ancaq, lakin) -----------
----------- ----------. 

 
Budaq  cümlə  baş  cümləyə  hərçənd,  hərçənd  ki  (düzdür,  doğrudur)  sözləri  ilə 
bağlanır,  baş  cümlənin  əvvəlində  amma,  ancaq,  lakin  qarşılaşdırma 
bağlayıcılarından biri işlənir. Məs.: 
1. Hərçənd (düzdür) sifəti arıq görünürdü, amma bədəncə dolu adam idi. 
2. Doğrudur, (hərçənd) Aslan uşaq idi, lakin o hər işin öhdəsindən gələ bilirdi. 
Sonra müəllim diqqəti şərt budaq cümləsi ilə qarşılaşdırma budaq cümləsinin 
fərqinə cəlb edir. 
1. Kəndə gəlmək istəsən, mənə mütləq xəbər elə. 
2. Məktub onu sarsıtsa da, cavab yazmağı lazım bilmədi. 
O bildirir ki: 

 
Şərt budaq cümləsində şərt məzmunu olur, qarşılaşdırma budaq cümləsində 
isə şərt məzmunu olmur. 

 
Şərt  budaq  cümləsi  sadələşmir,  qarşılaşdırma  budaq  cümləsi  isə 
xüsusiləşmiş zərfliklərin köməyi ilə sadələşə bilir. 
İzah  nümunələrin  müqayisəsi  əsasında  aparılır.  Mövcud  nümunələr  əsasında 
qarşılaşdırma  budaq  cümləsində  durğu  işarələrinin  işlənməsi  barədə  də  məlumat 
verilir.  
 
       Yaradıcı tətbiqetmə 
1. ---- ---- (nə qədər) ---- sa (sə) da (də) (belə), 
-------- -------  ------ . 


 
Bütün sinfə müxtəlif variantda test çalışmaları verilir. Düşünmə mərhələsinin 
başlandığı bu mərhələdə şagirdlər əldə etdikləri bilikləri tətbiq edirlər. 
 
Qiymətləndirmə və refleksiya 
Test  çalışmaları  şablon  üsulunun  tətbiqi  ilə  qısa  zaman  ərzində  yoxlanılır. 
Beləliklə,  mövzunun  şagirdlər  tərəfindən  dərs  prosesində  mənimsənilmə 
səviyyəsinin  müəyyən  edilməsi,  şagirdlərin  bütünlüklə  qiymətləndirilməsi  üçün 
imkan  yaranır.  Biliklər  şəraitə  uyğun  olaraq  ya  qrup,  ya  da  fərdi  şəkildə 
qiymətləndiriıir. 
Başa  çatmış  prosesin  şüurda  inikası  –  refleksiya  üçün  aşağıdakı  kimi 
suallardan istifadə edilir: 
1. Biz nəyi öyrənirik? 
2. Qarşılaşdırma budaq cümləsi baş cümləyə hansı vasitələrlə bağlanır? 
3. Belə cümlələr sadələşə bilərmi? və s. 
Sonda  müəllim  şagirdlərə  dərs  haqqında  öz  təəssüratlarını  (esse)  yazmağı 
tapşırır.  (Dərs  necə  keçdi,  sizin  xoşunuza  gəldimi?  Siz  bu  dərsdə  öz 
fəaliyyətinizdən razı qaldınızmı? Nə təklifiniz var?) 
Vərəqlərin yığılması və ev tapşırıqlarının verilməsi ilə dərs yekunlaşır. 
 
X sinif 
 
Standart: 4.1.1., 4.1.2. 
Mövzu: Müasir Azərbaycan ədəbi dilinin normaları. 
Məqsədlər:  
Müasir Azərbaycan ədəbi dilinnin normalarını fərqləndirir. 
İnteqrasiya: Az-t. 1.2.2., 1.2.4. 
İş forması:  kollektiv və fərdi  
İş üsulu: beyin həmləsi, mühazirə, müzakirə 
Resurs: dərslik, iş vərəqləri. 
 


 
Dərsin gedişi 
 
Motivasiya. 
Proyektorda  mətn  təqdim  olunur.  Şagirdlərə  səhv  yazılmış  və  düzgün 
yerində  işlənməyən  sözləri  tapmaq  tapşırılır.  Mətndəki  səhv  yazılmış,  yersiş 
işlənmiş  sözlər,  yerində  işlənməyən  cümlə  üzvləri  tapılır  və  yeni  dərsin  adı 
müəyyənləşdirirlir.  
Tədqiqat sualı: 
1.Ədəbi dilin normaları hansılardır? 
2.Fonetik, leksik və qrammatik normanın xüsusiyyətləri nədən ibarətdir? 
 Tədqiqatın aparılması. 
Müəllim  tədqiqat  aparmaq  məqsədilə  şagirdlərə  fərdi  şəkildə  paylayıcı 
materiallar  verir  və  mətndəki  orfoqrafiq  səhvləri,  yerində  və  məqamında 
işlədilməmiş  sözləri,  qrammatik  səhvləri  -  söz  birləşmələri  və  cümlə  üzvləri 
arasındakı  sintaktik  əlaqələrin  pozulması  hallarını,  eyni  zamanda  inversiyanı 
tapmağı tapşırır. Tədqiqat işi fərdi şəkildə keçirilir. 
 
 Məlumatın mübadiləsi 
      Şagirdlər əldə etdikləri nəticələri oxuyur. 
Məlumatın müzakirəsi 
Müzakirələr  aparılır.  Bu  işdə  bütün  sinif  kollektiv  iştirak  edir,  yanlış  fikirlərə 
düzəlişlər edirlər. 
Nəticə və ümumiləşdirmə 
Müəllimin  köməyi  ilə  düzgün  cavablar  ümumiləşdirilir  və  qruplaşdırılır.  Nəticə 
aşağıdakı şəkildə qeyd olunur. 
1. Dilimiz özünün sabit ədəbi dil normalarına malik olması ilə dünyanın digər 
inkişaf etmiş dillərindən geri qalmır. Azərbaycan ədəbi dilinin üç norması var: 
1) fonetik normalar; 
2) leksik normalar; 
3) qrammatik normalar.  


Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə