Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə26/40
tarix08.07.2018
ölçüsü1,56 Mb.
#54229
1   ...   22   23   24   25   26   27   28   29   ...   40

 
Qiymətləndirmə. 
Qrupların fəaliyyəti müəyyənləşdirilmiş meyarlar üzrə qiymətləndirilir. 
 
 
VII sinif 
 
Standart: 2.1.1., 4.1.2., 4.1.4. 
Mövzu: Feli bağlama haqqında ümumi məlumat 
Məqsəd:  
1. Feli bağlama şəkilçilərini tanıyır.  
2. Cümlədə feli bağlamaları və feli bağlama tərkiblərini tapır. 
3.  Feli  bağlamaların  yazılışı  ilə  bağlı  qaydalara  əməl  edir,  durğu  işarələrindən 
yerində istifadə edir.  
İnteqrasiya: Ə. 1.1.1., 2.1.1. 
İş forması: kollektiv və qrup işi. 
İş üsulu: beyin həmləsi. 
Resurs: İKT, dərslik, paylayıcı material. 
 
Dərsin gedişi 
Motivasiya. 
       Proyektor vasitəsilə hərəkətdə olan təsvir nümayiş etdirilir 
və şagirdlərə sualla müraciət olunur:  
M: Hərəkət haqqında nə demək olar?  
Ş: necə? 
Ş: hara? 
Ş: nə vaxt? 
Ş: nə qədər? 
M: Fel feli izah edə bilərmi?  
Şagirdlərin cavabı əsasında yeni dərsin mövzusu müəyyənləşdirilir. 
Tədqiqat sualı:  


 
1.
 
Feli bağlama düzəldən şəkilçilər hansılardır? 
2.
 
Feli bağlamanın felə və zərfə aid xüsusiyyətlərini müəyyənləşdirin.  
       
        Tədqiqatın aparılması. 
Tədqiqat sualına cavab tapmaq məqsədi ilə qruplara tapşırıqlar verilir:  
1.Verilmiş cümlədə əsas hərəkəti izah edən fel formalarını tapıb hansı şəkilçi 
vasitəsilə düzəldiyini müəyyənləşdirin. 
2. Bu sözlərin felə və zərfə aid olan xüsusiyyətləri göstərin. 
 
“SƏHƏR” qrupu 
H.Əliyevin əvəzsiz  xidmətləri qiymətləndirilərək bu boru kəmərinə onun adı 
verildi. 
Gülnaz da atasının razı olduğunu hiss edib gülümsündü. 
 
“ARZU”  qrupu 
Çörəyini yemədən (yeməmiş) həyətə getmə. 
Bilmədən dediyi bu söz böyük narahatlığa səbəb oldu. 
“GƏLƏCƏK” qrupu 
İnsan  səhv  edəndə  bunu  hamı  görür,  yalan  danışanda  isə  çox  az  adam  görə 
bilir. 
Baxdıqca hüsnünə doymayır gözüm, 
Təbrizim, Təbrizim, gözəl Təbrizim! 
Rəvayətə görə, o, Çaldıran döyüşünə gedərkən rəssam Behzadı və usta Sultan 
Məhəmmədi  mağarada gizlədir. 
 
“DOST” qrupu 
Şəhərdə axıdılan qanları gördükdə onun dili tutulur. 
Məktubu yazdırınca mənə xəbər ver. 
Əynini geyinər-geyinməz qapı döyüldü.  
 


 
 
Qruplar işlərini təqdim edirlər. 
 Məlumat mübadiləsi. 
 Qruplar təyinatı üzrə işlərini təqdim edir. 
        Məlumatların müzakirəsi:  
        Şagirdlər suallar əsasında müzakirəyə   başlayır. 
 
Nəticə  və  ümumiləşdirmə:  Qrup  işlərinin  yekunu  və  dərslikdəki  məlumata 
əsasən belə nəticəyə gəlinir ki, feli bağlama şəkilçiləri aşağıdakılardır:  
-ıb
4
  
-araq
2  
 
-madan

 
-a
2
 ... -a
2
  
-anda
2
  
-dıqca
4
  
-arkən
2
  
-dıqda
4
  
-ınca
4
  
-ar
2
...  -maz
2
 
 Feli bağlamanın felə və zərfə aid olan xüsusiyyətləri:  
 
Felə aid xüsusiyyətlər 
Zərfə aid xüsusiyyətlər 

 
Hərəkət bildirir. 

 
Təsirli və təsirsiz olur. 

 
Təsdiq və inkarda olur. 

 
Feli  qrammatik  məna  növlərindən 
birində olur. 

 
Ətrafına  söz  toplayaraq  tərkib  əmələ 
gətirir. 

 
Hərəkətin  tərzini,səbəbini  zamanını 
bildirir. 

 
Zərfin suallarına cavab verir. 

 
Cümlədə zərflik olur.  
 
 


 
 
Yaradıcı tədbiqetmə 
Şagirdlərə  istənilən  mətndə  feli  bağlamaları seçmək, onların mənasını  izah etmək 
və şəkilçilərini göstərmək tapşırılır. 
 
 
Qiymətləndirmə.  Qrupların  fəaliyyəti  ulduz  işarələri  vasitəsilə  meyarlar 
cədvəlinə əsasən qiymətləndirilir:  
 
                                            VII sinif 
 
Standart: 2.1.1., 4.1.2., 4.1.4. 
Mövzu: Feli bağlamanın digər nitq hissələrindən fərqləndirilməsi. 
Məqsəd:  
1. Feli bağlamanı digər nitq hissələrindən fərqləndirir.  
2. Cümlədə omonim şəkilçili sözlərin oxşar və fərqli cəhətlərini göstərir. 
2. Cümlədə feli bağlamaları və feli bağlama tərkiblərini tapır. 
3.  Feli  bağlamaların  yazılışı  ilə  bağlı  qaydalara  əməl  edir,  durğu  işarələrindən 
yerində istifadə edir.  
İnteqrasiya: Ə. 1.1.1., 2.1.1
İş forması: kollektivlə iş və qrup işi. 
İş üsulu: beyin həmləsi. 
Resurs: iş vərəqləri, İKT. 
 
Dərsin gedişi 
Motivasiya 
Proyektorda  göstərilmiş  mətndə  işarənlənmiş  sözlərin  struktur-semantik 
xüsusiyyətləri müəyyənləşdirilir. 
Tədqiqat sualı:  
Feli bağlamanın digər nitq hissələrindən fərqləndirən xüsusiyyətlər hansılardır? 
Tədqiqatın aparılması. 


Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə