Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə22/40
tarix08.07.2018
ölçüsü1,56 Mb.
#54229
1   ...   18   19   20   21   22   23   24   25   ...   40

 
Bu  üsuldan  istifadə edilərkən  öyrəniləcək  mövzuya aid əsas söz (və  ya söz 
birləşməsi) lövhəyə yazılır. Şagirdlər həmin söz ilə bağlı ilk xatırladıqları fikirləri 
söyləyir və həmin fikirlər müəllim tərəfindən lövhədə
 
qeyd edilir. Mövzu ilə bağlı 
olan  sözlər  deyilən  fikirlərin  arasından  seçilir  və  əlaqələndirilir,  onlardan  anlayış 
və  yaxud  ideya  çıxarılır.  Bu  anlayış    əsasında  yeni  materialın  öyrənilməsinə 
başlanır. Bu üsul həm də şifahi formada tətbiq edilə bilər. 
Müzakirə  
Müzakirə  mövzu  ətrafında  ideya,  məlumat,  təəssürat,  təhlil  və  təkliflərin 
qarşılıqlı  mübadiləsidir.  Onun  əsas  vəzifəsi  problemi  təhlil  edərək  həlli  yolunu 
tapmaq,  düzgün  qərar  qəbul  etmək  üçün  imkan  yaratmaqdır.  Müzakirə  dinləmək, 
təqdim  etmək,  sual  vermək  mədəniyyətini  formalaşdırır,  şagirdlərin  məntiqi  və 
tənqidi təfəkkürünü, şıfahi nitqini inkişaf etdirir. 
Müzakirə  apararkən  əvvəlcədən  şagirdlərə  müzakirə  qaydaları  xatırladılır. 
Mövzu  aydın  şəkildə  ifadə  olunur.  Müzakirə  prosesini  inkişaf  etdirən  suallar 
vermək  və  şagirdlərin  cavablarını  nəzərdən  keçirməklə  müəllim  müzakirəni 
tənzimləyir.  Bu  zaman  cavabı  “Bəli”  və  ya  “xeyr”  olan  qapalı  suallar  vermək 
məqsədəuyğun hesab edilmir. 
Müzakirədə  mövzuya aid “Nə baş verdi?  Nə üçün baş  verdi?  Bu başqa cür 
ola  bilərdimi  və  necə?  Siz  bu  vəziyyətdə  nə  edərdiniz?  Sizin  fikrinizcə,  həmin 
obraz  nə  hiss  etdi?  Siz  bu  şəraitdə  nə  hiss  edərdiniz?  Bu,  düz  idimi?  Nə  üçün?” 
kimi  suallardan istifadə olunur. 
 
Rollar üzrə oyun 
Rollar  üzrə  oyun  hər  hansı  bir  problemə  müxtəlif  nöqteyi-nəzərdən 
yanaşmağı tələb  edir.  Bu  üsul  şagirdlərə  hadisələrin  iştirakçısı  olmaq  və  mövcud 
vəziyyətə başqalarının  gözu ilə baxmaq  imkanı  verir. 
Müəllim    rollu  oyunlardan  istifadə  edərkən  əldə  etmək  istədiyi  məqsədi, 
oyunun  mövzusunu,  ssenarisini    və  oyunda  iştirak  edəcək  obrazları  əvvəlcədən 
müəyyənləşdirir,    ifa  olunacaq  rolların  mətni  yazılmış    kartlar  hazırlayır.  Rollar 


 
bölüşdürüldükdən    sonra    digər  şagirdlərdən    kimin    aparıcı,  kimin  müşahidəçi 
olacağını  planlaşdırır. 
Hazırlaşmaq üçün şagirdlərə  vaxt verir. 
Oyun  nümayiş  etdirildikdən  sonra    müəllim    qoyulmuş  problemlə  bağlı 
müzakirə təşkil edir. 
  
 
Venn diaqramı
 
 
 
 
 
 
Əşya  və  ya  hadisələri  müqayisə  etmək,  onların  oxşar  və  fərqli  cəhətlərini  
müəyyənləşdirmək üçün bu üsuldan istifadə olunur. 
Venn diaqramından istifadə prosesi aşağıdakı mərhələlər üzrə aparılır. 
1.
 
Müqayisə olunacaq əşya və hadisələr müəyyənləşdirilir. 
2.
 
Kəsişən dairələr  çəkilir (ortada yazmaq üçün yer saxlanır). 
3.
 
I və III dairədə müqayisə olunacaq obyektlər qeyd  olunur. 
4.
 
Şagirdlər    təlimatlandırılır  (təlimatda  nəyin  müqayisə  olunacağı  və 
dairələrdə  oxşar  və  fərqli  cəhətlərin  necə  qeyd  olunacağı  barədə 
danışılır). 
5.
 
Müqayisə  olunan  obyektlər    təsvir  edilir:  fərqli  cəhətlər  sağ  və  sol 
tərəfdə, oxşar cəhətlər kəsişmə dairəsində qeyd olunur. 
6.
 
Müqayisə nəticəsində fikirlər  ümumiləşdirilir. 
  
 Layihələrin hazırlanması 
   Layihələrin  hazırlanması  müxtəlif  mövzuların  müstəqil  şəkildə  tədqiq 
edilməsidir.  Şagirdlər  öz  layihələrini təqdim  etməzdən əvvəl  uzun  müddət onun 
üzərində işləyirlər. Layihələr şagirdlərin tədqiqat vərdişlərinin, biliklərə müstəqil 
 


 
yiyələnmə  bacarıqlarının  formalaşmasında  mühüm  rol  oynayır,  onlara  müstəqil 
şəkildə öz fəaliyyət proqramlarını qurmağa, habelə öz vaxtını və işini qrafik üzrə 
planlaşdırmağa  kömək  edir.  Bu  üsul  həmçinin    şagirdlərin  bir-biri  ilə,  eləcə  də 
məktəbdən  kənarda  müxtəlif  adamlarla  qarşılıqlı  əlaqəsi  üçün  şərait  yaradır, 
hadisələrin  hər  hansı  bir  aspektini  daha  dərindən  anlamağa  imkan  verir,  əlavə 
ədəbiyyatdan istifadə etməyə istiqamətləndirir. 
  Layihələr  hazırlayarkən    müəllim  mövzu  və  ya  problemi  müəyyən  edir  və 
sinfə  bunlardan  birini  seçmək  imkanı  verir.  Problem  həmçinin  sinif  tərəfindən 
“əqli hücum” üsulu ilə seçilə bilər.  
Problem konkret olmalıdır. Müəllim və şagirdlər birlikdə layihə üzərində işin 
başlama  və  başa  çatma  müddətini,  istifadə  olunacaq  əyani  vasitələri 
(ədəbiyyatlar,  mənbələr,  təsviri  vasitələr  və  s.)  bunları  əldə  etmək  yollarını,  iş 
formalarını (fərdi yoxsa, qrup şəklində) müəyyən edirlər. 
   
İş  prosesində  müəllim  suallara  cavab  verə  və  ya  yol  göstərə  bilər.  İşin 
icrasına isə şagirdlər özü cavabdehdir.  
Tədqiqatın  nəticəsi  hesabat,  xəritə,  illüstrasiya,  fotoşəkillər  cədvəllər, 
qrafiklər, formasında ifadə oluna bilər.  
  Sorğu vərəqləri və müsahibə 
Bu  üsullar  araşdırılan  məsələ  ilə  bağlı  fakt  və  hadisələr  haqqında  müəyyən 
qrupların ictimai rəyini öyrənmək məqsədilə aparılır. 
Sorğu  vərəqi  araşdırılan  məsələ  ilə  bağlı    tərtib  edilir  və  burada    suallar 
qoyulur. Sorğuda iştirak edənlər bu vərəqi müstəqil doldururlar.  
Müsahibə isə araşdırılan məsələ ilə bağlı məlumat almaq  üçün aparılır. 
Bu  üsullardan  istifadə  edərkən  aşağıdakı  mərhələlərin  gözlənilməsi 
məqsədəmüvafiq hesab edilir: 
1.
 
 Problemi müəyyən etmək. 
2.
 
 İşi təşkil etmək (sorğu və ya müsahibə keçirmək üçün suallar hazırlamaq). 
3.
 
 Məlumatları toplamaq (sualların cavablarını toplamaq). 
4.
 
 Əldə edilmiş məlumatları  təhlil etmək və ümumləşdirmək. 
   


Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə