Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə31/40
tarix08.07.2018
ölçüsü1,56 Mb.
#54229
1   ...   27   28   29   30   31   32   33   34   ...   40

 
olunması. 
 
 
III sinif 
 
 
1.1.1.  Dinlədiyi fikirləri   müqayisəli  təhlil edir.   Müəyyən məsələ ilə bağlı deyilən  müxtəlif   
fikirlərin tutuşdurulması, onların özünəməxsus 
xüsusiyyətlərinin müəyyənləşdirilməsi və 
müqayisəli  təhlil edilməsi. 
Problem,  müqayisə, təhlil, müəyyənləşdirmə, 
təhlil etmə 
1.1.2.  Dinlədiyi fikirləri təhlil etməklə 
mövqeyini şərh edir.   
Dinlədiyi müxtəlif fikirlərin qarşılaşdırılması, 
müqayisəli təhlil edilməsi və mövqeyin şərh 
olunması. 
Fikir, təhlil, müqayisə, mövqe, şərh etmə 
1.2.1. Müşahidə etdiklərini, eşitdiklərini və 
oxuduqlarını müqayisə etməklə nəql edir. 
Müşahidə etdiyi hadisələrin, eşitdiyi 
məlumatların və oxuduğu mətnlərin müqayisə 
etməklə nəql olunması. 
Hadisə, məlumat, mətn, müqayisə, nəql etmə 
1.2.2. Eşitdiyi, oxuduğu bədii nümunələri dialoq 
şəklində təqdim edir. 
Eşitdiyi bədii nümunələrin dialoq şəklində 
təqdim edilməsi. 
Dialoq, bədii nümunə, təqdim etmə  
1.2.3. Ədəbi - bədii nümunələri ifa edərkən 
müvafiq situasiyaya uyğun  jest və 
mimikalardan istifadə edir. 
Ədəbi - bədii nümunələri ifa edərkən obrazların 
xarakterinə və psixoloji vəziyyətinə uyğun jest 
və mimikalardan məqsədli istifadə edilməsi. 
Bədii əsər, obraz, xarakter, jest, mimika  
2.1.1. Mətndə rast gəldiyi yeni əşya və 
hadisələrin xarakterik əlamətlərini adlandırır. 
Mətndə rast gəldiyi yeni əşya və hadisələrin 
xarakterik əlamətlərinə (forma, ölçü, rəng, dad 
və s.) müəyyənləşdirilməsi və  adlandırılması. 
Əşya, hadisə, əlamət, ölçü, dad, rəng, 
adlandırma 
2.1.2. Mətndəki çoxmənalı sözləri fərqləndirir. 
Kontekstdən çıxış edərək çoxmənalı sözlərin 
işlənmə yerinə görə mənasının 
müəyyənləşdirilməsi və  fərqləndirilməsi. 
Çoxmənalı söz, fərqləndirilmə, 
müəyyənləşdirmə 
 
2.1.3. Sözlərin həqiqi və məcazi mənasını 
fərqləndirir.      
Sözlərin leksik mənasının müəyyənləşdirilməsi, 
çoxmənalı sözlərin məcazilik xüsusiyyətinin 
izah edilməsi, onun həqiqi mənasından 
fərqləndirilməsi.  
Həqiqi məna, məcazi məna, müəyyənləşdirmə, 
fərqləndirmə 
2.2.1. Müvafiq mətnləri düzgün, sürətli, 
intonasiya ilə (cümlə növlərinə görə) oxuyur. 
Mətnin düzgün, surətli və cümlə növlərinə (sual, 
nida, nəqli, əmr) görə intonasiya ilə oxunması. 
Nida, əmr, nəqli, sual cümləsi, düzgün, surətli 
2.2.2. Bədii və elmi-kütləvi mətnləri fərqləndirir.  Bədii, elmi - kütləvi mətnlərin 
Bədii, elmi, məlumat, fərqləndirmə 


 
müəyyənləşdirilməsi və  əlamətdar cəhətlərinə 
görə fərqləndirilməsi  
2.2.3. Mətnin geniş planını tutur. 
Mətnin giriş, əsas hissə  və nəticəsinin 
müəyyənləşdirilməsi,  geniş planının tutulması. 
Mətn, giriş, əsas hissə, sonluq, plan tutma  
2.2.4. Mətndəki əsas fikrə münasibətini bildirir. 
 
Mətni oxumaqla əsas fikrin 
müəyyənləşdirilməsi, müsbət və ya mənfi 
cəhətdən qiymətləndirilməsi. 
Müəyyənləşdirmə, münasibət, müsbət, mənfi, 
qiymətləndirmə 
2.2.5. Mətnin əsas hissələrini seçib nəql edir. 
Mətnin oxunması, oradakı əsas hissələrin 
müəyyənləşdirilməsi, məzmunun müvafiq 
ardıcıllıqla nəql edilməsi. 
Əsas hissə, mətn, nəql etmə, məzmun, ardıcıllıq, 
müəyyənləşdirmə 
3.1.1. Hüsnxət və orfoqrafiya qaydalarına riayət 
etməklə səliqəli və  sürətlə yazır.       
Müəyyən həcmli mətnin hüsnxət və  orfoqrafiya  
normalarına riayət edilməklə səliqəli, 
normativlərə uyğun, sürətlə yazılması.       
Mətn,  hüsnxət normaları, orfoqrafiya normaları, 
sürətli yazma 
3.1.2. Sadə redaktə işləri aparmaqla  mətni  
köçürür. 
 
Orfoqrafik səhvlərlə verilmiş mətn üzərində sadə 
redaktə işlərinin aparılması və  onun  
köçürülməsi. 
 
Mətn, hüsnxət, orfoqrafik səhv, redaktə 
 
3.1.3. Verilmiş mətnin  planını tutur  və 
məzmununu yazır.  
Verilmiş mətnin müvafiq planının tutulması və 
məzmununun yazılması. 
Mətn, məzmun, plan tutma 
3.1.4. Təsvir və nəqli xarakterli inşalar yazır. 
Müşahidə etdiyi, eşitdiyi, oxuduğu hadisələr 
haqqında təsvir və nəqli xarakterli inşaların 
yazılması. 
Mətn, təsvir, nəqli, inşa 
3.1.5. Sinif səviyyəsinə uyğun olaraq müəyyən 
edilən əməli yazılar (məktub, elan, anket, 
dəvətnamə) yazır. 
Sinif səviyyəsinə uyğun olaraq məktub, açıqca, 
elan, anket və dəvətnamənin yazılması. 
Əməli yazıməktub, açıqca, elan, anket, 
dəvətnamə 
4.1.1. Sait və samit səsləri xüsusiyyətlərinə  görə 
fərqləndirir. 
Sözlərdə sait və samitlərin deyilişi ilə yazılışı 
arasındakı fərqin  izah olunması, qoşasaitli və 
qoşasamitli sözlərin yazılışı və deyilişi ilə bağlı 
məqamların fərqləndirilməsi. “K” hərfinin ifadə 
etdiyi səslərin müəyyənləşdirilməsi, 
nümunələrlə ifadə edilməsi 
Sait, tələffüz, qoşasaitli və qoşasamitli sözlər, 
fərqləndirmə 
4.1.2. Sözlərin böyük  hərflə yazılışına dair 
qaydaları (bayramlar və tarixi günlər) məqamına 
Sözlərin böyük  hərflə yazılışına dair qaydaların 
(bayramlar və tarixi günlər)   mənimsənilməsi və 
Bayramlar, tarixi günlər sözlər 


 
uyğun tətbiq edir.  
məqamına uyğun  tətbiq edilməsi. 
4.1.3.Rast gəldiyi yeni sözlərin mənasını, yazılış 
və tələffüzünü  müəyyənləşdirmək üçün lüğət və 
sorğu kitablarından istifadə edir.   
Mətndə rast gəldiyi yeni sözlərin mənasını, 
yazılış və tələffüzünü müəyyənləşdirmək üçün 
lüğət və sorğu kitablarından istifadə edilməsi. 
Sözlərin mənası, müəyyənləşdirmə, lüğət və 
sorğu kitabı, istifadə etmə 
4.1.4. Qrammatik mənalarına görə (isim, sifət, 
fel, say) sözləri qruplaşdırır. 
Qrammatik mənalarına görə (isim, sifət, fel, say) 
sözlərin müəyyənləşdirilməsi,  ad, əlamət, 
hərəkət və say bildirən sözlərin fərqləndirilməsi 
və qruplaşdırılması. 
Ad, əlamət, hərəkət və say bildirən sözlər, 
fərqləndirilmə, qruplaşdırma 
4.1.5. Cümlənin formalaşmasında baş və ikinci 
dərəcəli üzvlərin rolunu sadə şəkildə izah edir. 
Cümlənin mübtəda və xəbər əsasında 
formalaşmasının, ikinci dərəcəli üzvlərin köməyi 
ilə genişlənməsinin izah edilməsi 
Mübtəda, xəbər və ikinci dərəcəli üzvlər, izah 
etmə    
4.1.6. Cümlədə sözlərin düzgün ardıcıllığını 
müəyyən edir.  
Cümlədə söz sırasının müəyyənləşdirilməsi.  
Cümlə, söz sırası, müəyyənləşdirmə 
4.1.7. Məqsəd və intonasiyanı dəyişməklə 
verilmiş cümləni müxtəlif məqamlarda işlədir. 
İntonasiyanı dəyişməklə nəqli cümlənin sual, 
nida, əmr cümləsi, sual, nida, əmr cümləsinin 
nəqli cümlə kimi işlədilməsi. 
Cümlə, nəqli, sual, əmr, nida cümləsi, 
intonasiya, işlətmə 
 
 
IV sinif 
 
1.1.1. Dinlədiyi eyni məsələlər barədə müxtəlif 
fikirləri ümumiləşdirməklə yekun   rəy bildirir. 
Müzakirə və debat zamanı dinlədiyi eyni 
məsələlər barədə müxtəlif fikirlərin analiz, 
sintez edilməsi, ümumiləşdirmələr aparmaqla 
yekun   rəyin bildirilməsi. 
Müzakirə, debat, fikir, analiz, sintez edilmə, 
ümumiləşdirmə, rəy bildirmə 
1.1.2. Dinlədiyi fikirləri əlavələri ilə inkişaf 
etdirir. 
Bilik və şəxsi təcrübəyə istinad etməklə  
dinlənilmiş fikirlərin əlavələrlə inkişaf 
etdirilməsi.  
Bilik, təcrübə, əlavə, inkişaf etdirmə 
 1.2.1. Müşahidə etdiyi, oxuduğu, eşitdiyi fakt 
və hadisələr haqqında kiçik təqdimatlar edir. 
Müşahidə etdiyi, oxuduğu, eşitdiyi hadisələr 
haqqında əldə etdiyi mənbələrdən istifadə 
etməklə məlumatın toplanılması və təqdimatın 
edilməsi. 
Hadisə, şifahi mətn, təqdimat, istifadə etmə 
1.2.2. Dialoji mətnlər qurur və təqdimatlar edir. 
Nəsr və ya nəzm əsərinin dialoq formasına 
çevrilməsi və səhnələşdirilmiş şəkildə təqdim 
edilməsi. 
Nəsr, nəzm, təqdim etmə 
1.2.3. Nitqini canlı və obrazlı etmək məqsədi ilə 
məzmuna müvafiq jest və mimikalardan istifadə 
Debat və müzakirələr zamanı nitqini canlı və 
obrazlı etmək məqsədi ilə müvafiq jest və 
İfadəli nitq, təqdimat, jest, mimika, istifadə etmə 


Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə