Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə194/220
tarix31.12.2021
ölçüsü1,2 Mb.
#81170
1   ...   190   191   192   193   194   195   196   197   ...   220
17 Texnologiya-kurikulum

Ə 
Əlvan  metallar
  –  dəmirdən  başqa  bütün  metalların  texniki  adıdır.  Bunlara 
qeyri-dəmir  metallar  da  deyirlər.  Aşağıdakı  qruplara  ayrılır:  yüngül  metallar 
(alüminium,  maqnezium,  titan  və  s.);  ağır  metallar  (mis,  nikel,  kobalt,  qurğuşun, 
qalay, sink  və s.); çətinəriyən  metallar (volfram,  molibiden,  xrom  və s.); qiymətli 
metallar (qızıl, gümüş və platin); nadir metallar, radiaktik metall və s. 
Əmək
 – insanın məqsədəuyğun fəaliyyətidir. Bu prosesdə insan əmək alətinin 
köməyi  ilə  təbiətə  təsir  göstərir  və  ondan  öz  tələbatını  ödəmək  üçün  zəruri  olan 
istehlak  dəyərləri  yaratmaq  məqsədilə  istifadə  edir.  Əmək  insan  həyatının  əbədi 
təbii  şərtidir.  Əmək  insanın  özünün  formalaşmasında  həlledici  rol  oynamışdır. 
Məhz əmək sayəsində insan yüksək şüur səviyyəsinə yüksələ bilmişdir. Əməyin ən 
sadə və vacib cəhətləri bunlardır: məqsədəuyğun fəaliyyət, yaxud özü üçün əmək; 
əmək  predmeti  və  əmək  vasitələri.  Əmək  predmeti  ilə  əmək  vasitələri  birlikdə 
istehsal  vasitələrini  təşkil  edir.  Əmək  prosesi  insanların  təbiətə  təsiri  ilə 
məhdudlaşmır.  İnsanlar  maddi  nemətlər  yaratmaqdan  ötrü  öz  aralarında  əlaqə  və 
münasibətlərə – istehsal münasibətlərinə başlayırlar. 
Əmək alətləri 
– istehsal vasitələrinin başlıca hissəsidir. Buraya maşın, cihaz, 
mühərrik və s. daxildir. Bunların köməyi ilə istehsal prosesində əmək əşyaları emal 
olunur,  məhsul  hazırlanır.  Əmək  alətləri  məhsuldar  qüvvələrin  mühüm  tərkib 
hissəsidir.  
Əmək  bölgüsü
  –  cəmiyyətin  inkişafı  prosesində  əmək  fəaliyyətinin 
keyfiyyətcə  differensiasiyasıdır.  Əmək  bölgüsü  məhsuldar  qüvvələrin  inkişaf 
səviyyəsinə  və  istehsal  münasibətlərinin  xarakterinə  uyğun  olaraq  müxtəlif 
formalarda mövcuddur. Əmək bölgüsünün təzahürü fəaliyyət mübadiləsidir. Əmək 
bölgüsü  həm  cəmiyyət,  həm  də  müəssisə  daxilində  mövcud  olub,  bir-birilə 
əlaqədardır və bir-birindən asılıdır. 
Əmək gigiyenası
 – gigiyena elminin bir bölməsidir. Əmək proseslərini, insanı 
əhatə edən istehsalat mühitini və onun təsirini öyrənir, istehsalatda sağlam iş şəraiti 
yaradır, peşə xəstəliklərinin qarşısını almaq üçün əməli tədbirlər hazırlayır. Əmək 
gigiyenası  əməyin  elmi  təşkili  ilə  sıx  bağladır.  İş  şəraiti  temperatur,  rütubət, 
müxtəlif şüa növləri, vibrasiya, səs, sənaye zəhərləri, toz və s.-nin insan və heyvan 
orqanizminə  təsiri  öyrənildikdə  eksperimental  fiziologiya  və  patologiya 
üsullarından, o cümlədən mərkəzi sinir sisteminin funksional vəziyyəti və ali sinir 
fəaliyyətinin  öyrənilmə  üsullarından  geniş  istifadə  olunur.  Azərbaycanda  əmək 
gigiyenası məsələlərini Əmək Gigiyenası və Peşə Xəstəlikləri İnstitutu öyrənir. 

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   190   191   192   193   194   195   196   197   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə