|
Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutuƏməliyyat
– işçi yerində fəhlənin yerinə yetirdiyi texnoloji prosesin müəyyən
hissəsidir.
Əmtəə17 Texnologiya-kurikulumƏməliyyat
– işçi yerində fəhlənin yerinə yetirdiyi texnoloji prosesin müəyyən
hissəsidir.
Əmtəə
– satış üçün istehsal olunmuş əmək məhsuludur. Əmtəə zahiri bir
predmetdir, müəyyən insan tələbatını ödəyir. Dəyəri pulla ölçülür.
Ərintilər
– iki və daha çox komponentin birgə əridilməsindən alınan bərk və
ya maye sistemlərdir.
Metal ərintilər
metallardan (məsələn, mis və sinkin ərintisi
olan bürüncdən), yaxud metal və az miqdarda qeyri-metal qarışığından (məsələn,
dəmirin karbonla ərintilərindən alınan çuqun və poladdan) ibarət ola bilər.
Qeyri-
metal ərintilər
qeyri-metal maddələrindən, məsələn, təbii (qranit, bazalt) və süni
(şüşə, posa) silikatlardan, duzların və üzvi maddələrin ərintilərindən ibarətdir.
Əriş
– parçanın uzununa, bir-birinə paralel yerləşən saplarıdır, parçanın
özülünü təşkil edir. Toxucu dəzgahında əriş və arğac saplarının qarşılıqlı
toxunması nəticəisndə parça alınır. Əriş üçün nisbətən yüksək keyfiyyətli liflərdən
hazırlanmış, daha çox burulmuş möhkəm saplar seçilir.
Dostları ilə paylaş: |
|
|