116
predmetləri istehsal prosesində öz formasını dəyişir, əmək məhsuluna çevrilir.
Əmək məhsulu müxtəlif istifadə üsulları üçün hazırlanır.
Əmək hazırlığı
– ümumtəhsil məktəblərində və müvafiq ali təhsil ocaqlarında
şagirdlərə (tələbələrə) texnika, xidmət, kənd təsərrüatı və s. əmək sahələrinə dair
bilik, bacarıq və vərdişlər aşılamağı nəzərdə tutan fəndir. Ümumtəhsil
məktəblərində əmək hazırlığı peşə vermək məqsədi daşımır; o şagirdləri müxtəlif
peşələrlə, bu peşələrin insana verdiyi tələblərlə və s. tanış edir; peşəqabağı ümumi
hazırlıq verir.
Əmək tərbiyəsi
– gənc nəsildə əməksevərlik və cəmiyyət üçün faydalı əməyə
hazırlıq tərbiyə edilməsidir. Əmək tərbiyəsi əqli, əxlaqi və fiziki tərbiyə ilə sıx
əlaqədardır. O, uşaqlara elmi qanun və qanunauyğunluqların tətbiqini öyrətməklə
yanaşı, həm də onlara insan əməyinə, əməyin nəticələrinə, əmək adamlarına
hörmət, məhsula qayğıkeş, qənaətcil olmaq hissləri aşılayır. Ailədə və
məktəbəqədər müəssisələrdə başlayır, məktəbdə – müxtəlif formalarda davam
etdirilir.
Dostları ilə paylaş: