F Fabrik – maşın sisteminin tətbiqinə əsaslanan sənaye müəssisəsidir, iri
maşınlı istehsal formasıdır. Siyasi-iqtsiadi mənada bu anlayış zavod anlayışının
eynidir. Adətən, yüngül və hasilat sənayesi sahələrinin müəssisələri fabrik adlanır
(məs., toxuculuq fabriki və s.). Fabrikə keçilməsinin çıxış (manufaktura
emalatxanasından fabrikə keçid) nöqtəsi iş maşınının meydana gəlməsi və maşın
sisteminin inkişafı olmuşdur.
Faner –
1) bir-birinə yapışdırılmış iki və ya daha çox şpon lövhəsindən hazırlanmış
taxta materialıdır. Bunun üçün ən çox ağcaqayın, şam, qızılağac və fıstıq ağacı
şponundan istifadə edilir. Şponları yapışdırmaq üçün sintetik termoreaktiv
yapışqan və ya təbii yapışqan işlədilir. Lövhələrin qalınlığı müxtəlif: 3–4 mm-dən
10–12 mm-ə qədər olur.
117
2) lövhə şəkilli oduncaq materialıdır. Lifləri çarpaz yerləşən 3 və daha çox
yapışdırılmış qatlardan ibarətdir.