Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə3/26
tarix14.10.2017
ölçüsü0,69 Mb.
#4638
1   2   3   4   5   6   7   8   9   ...   26

 

 



 

 

 

 

 

 

1.2. Məzmun xətləri 

 

Fənn üzrə məqsəd və vəzifələrin həyata keçirilməsi üçün aşağıdakı məzmun 

xətləri müəyyənləşdirilir: 

 



Dinləyib-anlama 

 



Danışma 

 



Oxu 

 



Yazı 

 

Dinləyib-anlama 

Dövlət  dili  kimi  Azərbaycan  dilinin  təlimində  dinləyib-anlama 

bacarıqlarının  formalaşdırılması  vacib  amil  kimi  meydana  çıxır.  İbtidai  təhsil 

səviyyəsində mənimsədilmiş ilkin bacarıqlar əsas və orta təhsil səviyyələrində daha 

da  inkişaf  etdirilir.  Şagirdlər  təlim  prosesindəki  bütün  danışıqları,  o  cümlədən 

dialoji  və  monoloji  nitq  nümunələrini,  oxunmuş  elmi-kütləvi  və  bədii  mətnləri, 

radio-televiziya  verilişlərini,  məktəb  tədbirlərindəki  çıxışları  dinləyib  başa  düşür, 

eşitdiklərinə  münasibət  bildirirlər.  Bütün  bunlar  şagirdlərə  əldə  etdikləri 

bacarıqlardan  danışma  zamanı  istifadə  etməyə,  məktəbdə,  cəmiyyətin  digər 

sahələrində  dinlədiklərini  anlamaqla  fəaliyyətlərini  daha  düzgün  qurmağa  imkan 

yaradır. 



Ümumi nəticələr 

Şagird: 

 



danışanı dinləyir və onu anladığını büruzə verir; 


 



 

dinlədiyi söz, ifadə və cümlələrin mənasını izah edir; 

 

dinlədiyi  müxtəlif  janrda  və  üslubda  olan  mətnləri  anladığını  nümayiş 



etdirir; 

 



danışanın nitqindəki əsas faktları seçə bilir. 

 

Danışma 

Danışma  dinləyib-anlama  məzmun  xətti  üzrə  əldə  olunmuş  bacarıq  və 

vərdişlərin  inkişafı  üçün  zəmin  yaradır.  Şagirdlər  eşitdiklərini  ifadə  etmək  üçün 

danışma məzmun xətti üzrə bacarıqlardan istifadə edirlər. 

Danışma  nitq  fəaliyyəti  növlərindən  biri  olmaqla  yanaşı,  ünsiyyət  və 

əlaqənin  əsasını  təşkil  edən  bacarıqlardan  ibarət  xətt  kimi  Azərbaycan  dili 

təliminin  məzmununda  əhəmiyyətli  yer  tutur.  Təhsilin  bütün  səviyyələrini 

əlaqələndirən  bu  məzmun  xətti  ünsiyyət  üçün  zəruri  olan  cümlə  qurmaq,  şifahi 

mətn  tərtib  etmək,  dialoji  və  monoloji  nitq  formalarından  istifadə  etmək,  nəqli, 

təsviri,  mühakimə  xarakterli  şifahi  məlumatlar  və  təqdimatlar  hazırlamaq 

bacarıqlarının formalaşdırılmasını təmin edir.  

 

Ümumi nəticələr 

Şagird: 

 



dil  vahidlərindən  istifadə  edərək  müstəqil  surətdə  şifahi  mətnlər  qurur, 

fikirlərini sərbəst ifadə edir; 

 

ünsiyyət prosesində nitqin müxtəlif formalarından məqsədyönlü  istifadə 



edir; 

 



müşahidə etdiyi əşya və hadisələri şifahi təsvir edir; 

 



dinlədiyi mətnin məzmununu məntiqi ardıcıllıqla nəql edir; 

 



müxtəlif məzmunlu tədbirlərdə yaş səviyyəsinə uyğun təqdimatlar edir.  

 

Oxu 

Oxu  məzmun  xətti  ümumi  təhsilin  bütün  səviyyələrində  istifadə  olunmaqla 

onları əlaqələndirir. Şagirdlərin müxtəlif mənbələrdən istifadə etməklə həyat şəraiti 




 

10 


üçün  lazım  olan  fakt  və  hadisələri  öyrənmə  imkanlarını  genişləndirir.  Lüğət 

ehtiyatlarının  zənginləşdirilməsi,  ilkin  oxu  texnikasının,  düzgün  tələffüz,  sürətli, 

düzgün, şüurlu, ifadəli oxu  vərdişlərinin formalaşdırılması təmin olunur. Oxunmuş 

müxtəlif  növdə,  üslubda  olan  mətnlərin  məzmunu  üzərində  iş  aparmaqla  fakt  və 

hadisələri  qruplaşdırmaq,  müqayisə  etmək,  oxşar  və  fərqli  cəhətlərini 

müəyyənləşdirmək,  onlara  münasibət  bildirmək  üçün  şərait  yaranır.  Şagirdlər 

idraki və hissi bacarıqlara yiyələnmək üçün imkanlar əldə edirlər. 

Ümumi nəticələr 

Şagird: 

 



oxuduğu mətndə sözlərin mənasını izah edir; 

 



orfoepiya  qaydalarını,  vurğu,  intonasiya  və  fasiləni  gözləməklə  mətni 

düzgün oxuyur; 

 

Azərbaycan  dilində  olan  mətnlər  üzərində  işləyir,  onların  məzmunu 



haqqında mülahizələrini bildirir; 

 



elmi-kütləvi və bədii mətnləri ifadəli oxuyur. 

 

Yazı 

İnsanlar  yazı  vasitəsi  ilə  həyat  boyu    ictimai,  iqtisadi  və  mədəni  sahələrdə 

əldə  etdikləri  nailiyyətləri  ümumiləşdirir,  elmi,  bədii  yaradıcılıq  işləri  aparır, 

özünün  tarixini  yaradır,  onu  gələcək  nəsillər  üçün  sistemləşdirir,  qoruyub 

saxlayırlar.  Dilin  özünəməxsusluğunu,  zənginliyini  mühafizə  edirlər.  Yazı 

Azərbaycan  dili  təlimində  ən  zəruri  bacarıqları  əhatə  edir,  oxu  üzrə  fəaliyyətlərin 

həyata keçirilməsinə imkan yaradır. Buna görə də yazı dövlət dili kimi Azərbaycan 

dili təlimində məzmun xətlərindən biri kimi qəbul olunur. 

Yazı  məzmun  xətti  kimi  Azərbaycan  dili  təlimində  ilkin  yazı  texnikasının, 

orfoqrafik,  durğu  işarəsi  qaydalarının,  dil  vahidlərindən,  onun  üslubi  imkanların-

dan, nitqin  müxtəlif  formalarından  istifadə bacarıqlarının  mənimsənilməsini təmin 

edir. 

 

Ümumi nəticələr 



 

11 


Şagird: 

 



yazılı  nitqində  orfoqrafiya,  qrammatika  və  durğu  işarəsi  qaydalarını 

tətbiq edir; 

 

öz fikirlərini sərbəst, yazılı ifadə edir; 



 

dil  vahidlərindən  istifadə  etməklə  müxtəlif  əməli  yazı  bacarıqlarını 



nümayiş etdirir; 

 



müxtəlif  mənbələrdən  istifadə  edərək  yazılı  çıxış  və  təqdimatlar 

hazırlayır. 



 

 

 

1.3. Məzmun xətləri üzrə təlim nəticələri 



 

İbtidai təhsil səviyyəsində məzmun xətləri  üzrə təlim  nəticələri 

Dinləyib-anlama 

Şagird:    

 



danışanı dinləyir və ona münasibət bildirir; 

 



nitq səslərini, söz və cümlələri fərqləndirir; 

 



sadə şifahi müraciətləri dinləyir və ona münasibət bildirir; 

 



dinlədiyi  kiçikhəcmli  mətnləri  (hekayə,  nağıl,  şeir,  tapmaca  və  s.) 

anladığını nümayiş etdirir. 



 

Danışma 

Şagird: 

 



öyrəndiyi söz, ifadə, cümlə modelləri əsasında fikirlərini ifadə edir; 

 



müşahidə  etdiyi  və  maraqlarına  uyğun  olan  kiçik  fakt  və  hadisələri  şərh 

edir; 


 

şəkil və illüstrasiyalar əsasında cümlə və mətn qurur. 



 

müəllim və yoldaşları ilə şifahi ünsiyyət qurur. 



 

Oxu 

Şagird: 

 



öyrəndiyi yeni sözləri fərqləndirir, onların mənalarını izah edir; 

 



mətni səlis və düzgün oxuyur; 

 



mətndəki əsas fakt və fikirləri müəyyənləşdirir; 

 



oxuduğu mətnin məzmununa münasibət bildirir. 


Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə