12
Yazı
Şagird:
davamlı və aydın yazı bacarığı nümayiş etdirir;
öyrəndiyi orfoqrafiya, durğu işarəsi qaydalarını yazısında tətbiq edir;
təqdim olunmuş mövzuda kiçikhəcmli nəqli və təsviri xarakterli yazılı
mətnlər qurur;
verilmiş mövzu üzrə kiçik təqdimatlar hazırlayır.
Ümumi orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri
1. Dinləyib-anlama
Şagird:
dinlədiyi söz, ifadə, cümlə və mətnin mənasını anladığını nümayiş etdirir;
dinlədiyi fikirlərlə bağlı mühakimələr yürüdür.
2. Danışma
Şagird:
nitqində düzgün tələffüz qaydalarına əməl edir;
nitqində müxtəlif yardımçı vasitələrdən (uyğun səs tonu, jest, mimika, nitq
etiketləri) istifadə edir;
fikirlərini nitqin müxtəlif formalarında (monoloji, dialoji) ardıcıl ifadə edir;
3. Oxu
Şagird:
mətndəki söz və ifadələrin kontekstə uyğun mənalarını izah edir;
elmi-kütləvi və bədii mətnləri düzgün və ifadəli oxuyur;
elmi-kütləvi və bədii mətnləri məzmun və strukturuna görə təhlil edir.
4. Yazı
Şagird:
13
mənbələrdən istifadə etməklə müxtəlif formalı (inşa, esse, hekayə) rabitəli
mətnlər yazır;
özünün və başqasının yazısını təkmilləşdirir;
yazısında orfoqrafiya, qrammatika və durğu işarəsi qaydalarını tətbiq edir;
əməli yazılar (elan, məktub, teleqram, izahat, ərizə, tərcümeyi-hal, arayış,
protokol, hesabat, akt) yazır.
Tam orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri
1. Dinləyib-anlama
Şagird:
müxtəlif janr və üslublarda olan mətnlərə münasibət bildirir;
dinlədiyi fikirlərlə bağlı mühakimələrini əsaslandırır;
2. Danışma
Şagird:
fikirlərini sərbəst ifadə edir;
yardımçı nitq vasitələrindən istifadə etməklə fikirlərini əsaslandırır;
fikirlərini əsaslandırmaqla müxtəlif tipli mətnlər qurur, təqdimatlar
hazırlayır.
3. Oxu
Şagird:
mətndəki söz və ifadələri üslubi xüsusiyyətlərinə görə izah edir;
üslubi xüsusiyyətlərini nəzərə almaqla mətni oxuyur;
mətni üslubi-struktur xüsusiyyətlərinə görə təhlil edir.
4. Yazı
Şagird:
14
üslubi xüsusiyyətlər nəzərə alınmaqla müxtəlif tipli (nəqli, təsviri,
mühakimə) mətnlər yazır;
üslubi xüsusiyyətləri nəzərə almaqla mətni təkmilləşdirir;
yazısında düzgün yazı qaydalarına əməl edir;
müxtəlif mənbələrdən istifadə edərək çıxışlar, təqdimatlar hazırlayır.
əməli yazılar (rəy, məruzə, referat, təqdimat) yazır.
1.4. Fəaliyyət xətləri
Ana dili üzrə məzmun standartları müəyyənləşdirilərkən aşağıdakı fəaliyyət
istiqamətləri ilə əlaqəlilik nəzərə alınmışdır:
Problemin həlli
Mühakiməyürütmə və əsaslandırma
Ünsiyyət
Tədqiqetmə
Tətbiqetmə
1.5. Məzmun standartları
I sinif
I sinfin sonunda şagird:
sadə şifahi nitq nümunələrinin məzmununu başa düşdüyünü nümayiş etdirir;
öyrəndiyi sözlərin mənasını izah etməklə onların əsasında cümlələr qurur;
müxtəlif əşyalar, sadə süjetli şəkillər və hadisələr ətrafında fikirlərini ifadə
edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dinləyib-anlama
Şagird:
1.1.Sadə şifahi nitq nümunələrinin məzmununu başa düşdüyünü nümayiş
etdirir.
15
1.1.1.Sadə şifahi göstərişləri təkrarlayır və onlara əməl edir.
1.1.2. Aydınlaşdırmaq məqsədi ilə suallar verir.
1.1.3. Adını eşitdiyi əşya və hadisəni şəkildə göstərir.
2. Danışma
Şagird:
2.1. Öyrəndiyi sözlərin mənasını izah etməklə onların əsasında cümlələr
qurur.
2.1.1. Öyrəndiyi sözün mənasını izah edir.
2.1.2. Öyrəndiyi sözlərdən birləşmə və cümlələr qurur.
2.2. Müxtəlif əşyalar, sadə süjetli şəkillər və hadisələr ətrafında fikirlərini
ifadə edir.
2.2.1. Müşahidə etdiyi əşya və hadisələri adlandırır.
2.2.2. Müşahidə etdiyi əşya və hadisələri sadə formada təsvir edir.
2.2.3. Özü, ailəsi, məktəb və yoldaşları haqqında sadə dialoqlar qurur.
II sinif
II sinfin sonunda şagird:
təqdim olunan nitq nümunələrini anlayır;
verilmiş söz və söz birləşmələrini düzgün tələffüz edir;
verilmiş nitq nümunələrindən istifadə etməklə ünsiyyət qurur;
ilkin oxu bacarıqları nümayiş etdirir;
kiçikhəcmli mətndəki sözləri lüğət vasitəsilə ana dilinə və əksinə tərcümə
edir;
ilkin yazı bacarıqları nümayiş etdirir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dinləyib-anlama
Şagird:
1.1. Təqdim olunan sadə nitq nümunələrini anladığını nümayiş etdirir.
1.1.1. Müraciətlərə uyğun sadə tapşırıqları icra edir.
1.1.2. Dinlədiyi kiçikhəcmli mətnlərdəki çətin sözləri müəyyənləşdirir.
1.1.3. Dinlədiyi kiçikhəcmli mətnlərin məzmununa aid suallar tərtib edir.
Dostları ilə paylaş: |