45
Venn diaqramı. Venn diaqramı nisbətən kəsişən iki və ya daha artıq çevrə
üzərində qurulur. Çevrələrin üst-üstə düşdüyü hissədə nə isə yazmaq üçün kifayət
qədər yer olur. Həmin yerdə fərqli, yaxud ümumi cəhətlər qeyd edilir. Məsələn,
şagirdlər IV sinifdə “Mənsubiyyət şəkilçilərini” öyrənirlər və bu mövzunu rus
dilində “Личные местоимения в родительном падеже” mövzusu ilə müqayisə
etməli olurlar. Bu zaman müəllimin aşağıdakı məzmunda Venn diaqramına
müraciət etməsi problemin həllini asanlaşdırır.
kitabım Hər ikisi
моя книга
aidlik
bildirir
Metaforik düşünmə. Metaforik düşünmə interaktiv metodlardan biri kimi
fikirləşməyə, müqayisələr aparmağa, müəyyən anlayışların oxşar cəhətlərini
meydana çıxarmağa imkan verir. Azərbaycan dili fənni üzrə fəndaxili və
fənlərarası inteqrasiya imkanlarının reallaşmasına şərait yaradır. Xüsusən dövlət
dili kimi Azərbaycan dilinin ana dili ilə müqayisədə mənimsənilməsinin
səmərəliliyini artırır.
Xəbərlik Şəxslərə görə dəyişir. Оконча-
ние сказуе-
şəkilçıləri Xəbər vəzifəsində işlənir мости
(şagird-əm) (Я ученик)
İsmi xəbər olur
İNSERT. İNSERT üsulundan dərsin dərketmə mərhələsində istifadə
olunur. Oxu zamanı şagirdlərin öz qavrayışını yoxlamasına imkan yaradır. Fəal
dərketməni inkişaf etdirir. Bu üsuldan istifadə iki mərhələdə həyata keçirilir.
46
+
?
Birinci, üzərində əməliyyat aparılacaq mətn, istifadə olunacaq zəruri işarələr ( bu
işarələr şagirdlərin yaşına və hazırlıq səviyyəsinə görə müxtəlif ola bilər) müəyyən
olunur. İkinci, şagirdlər tapşırığın məzmunu ilə tanış olur və onu yerinə yetirirlər.
Məsələn,
Əvvəldən bildiyiniz bir məlumatı təsdiq edən əlavə məlumatlara rast
gəlmisinizsə, yoxlama işarəsi (v) qoyun.
Oxuduğunuz məlumatlar əvvəllər bildiyinizi rədd edirsə, yaxud ona
ziddirsə, mənfi (-) işarəsi qoyun.
Müsbət (+) işarəsi o zaman qoyulur ki, rast gəldiyiniz məlumatın bir
qismi sizin üçün təzə olsun.
Qarışıq, yaxud haqqında əlavə məlumat almaq istədiyiniz məsələ
varsa, qarşısına sual (?) işarəsi qoyun.
Məsələn:
“Aytənin rəfiqəsi Nigar ad günündə ona nə hədiyyə olunduğunu soruşdu.
Aytən bağışlanan hədiyyələri sadaladı: gəlincik, kitab, qələm və pişik.
Nigar təəccübləndi:”Axı pişik nə deyil, kimdir.”
Aytən cavab verdi: “Azərbaycan dilində heyvanlar nə? sualına cavab verir.”
Şagirdlərə izah edilir ki, hər sətrin, yaxud hər fikrin qarşısında işarələr
qoymaq lazım deyil. Sadəcə, məlumata ümumi münasibət bildirmək lazımdır.
Rollu oyunlar. Rollu oyunlar təlim qeyri-dildə olan məktəblərdə
Azərbaycan dili tədrisinin səmərəliliyini yüksəldir. Şagirdlərə özləri və
ətrafdakılar haqqında şifahi məlumat əldə etməyə, danışıq səslərini, sözləri düzgün
tələffüz etməyə imkan verir. İfadəli nitq bacarıqlarının formalaşması və inkişafına
təsir göstərir.
Diskussiya. Təlim diskussiyası konkret problem üzrə fikirləri mübadilə
etməkdir. Bu metodun köməyi ilə şagirdlər Azərbaycan dili üzrə yeni biliklərə
yiyələnir, öz mövqelərini müdafiə edirlər. Təlim diskussiyasının başlıca funksiyası
47
şagirdlərin idraki marağını stimullaşdırmaqdır. O həm də təhsilverici,
inkişafetdirici, tərbiyəedici və nəzarətedici-təshihedici kimi köməkçi funksiyaları
da yerinə yetirir.
Təlim diskussiyasının səmərəliliyinin mühüm şərtlərindən biri onun həm
məzmun, həm də forma cəhətdən əsaslı şəkildə hazırlanmasıdır. Məzmun etibarilə
şagirdlər qarşıdakı diskussiya ilə bağlı lazım olan biliklər əldə etməlidirlər. Forma
cəhətdən isə şagirdlər biliklərini ifadə etmək qaydalarına hazırlaşmalıdırlar. Onlar
müəyyən biliklərə malik olmayanda aparılan diskussiya mənasız və məzmunsuz
olur. Şagirdlər öz fikirlərini ifadə etmək bacarığına malik deyilsə, opponentlərini
inandıra bilmirsə, onda diskussiya cəlbedici xarakter daşımır.
Diskussiyalar məlum olan materialın məzmununu zənginləşdirməkdə, onu
qaydaya salmaqda və möhkəmləndirməkdə şagirdlərə kömək edir. Müəllim bu
üsuldan istifadə etməklə şagirdlərinin biliklərinin möhkəmliyi və dərinliyi
haqqında etibarlı məlumat alır.
Şagirdlər diskussiyalarda iştirak etməklə kommunikativ, nitq bacarıqlarını
inkişaf etdirmək imkanı qazanırlar.
2.3. Müəllimin təlim fəaliyyətinin planlaşdırılmasına dair nümunələr
İllik planlaşdırmanın yaradılması müəllimlərin qarşısında duran ən mühüm
vəzifədir. Planlaşdırma əsas məqsədləri müəyyənləşdirmək və onlara nail olmaq
üçün müəllimlərin fəaliyyət istiqamətidir. İllik planlaşdırmada tədris vahidinin nə
zaman və hansı ardıcıllıqla tədris ediləcəyi göstərilir. Eyni zamanda, hər bölməyə
ayrılacaq vaxtı göstərilir. Fənnin planlaşdırılması ardıcıllığı aşağıdakı kimidir:
1. Tədris ediləcək tədris vahidlərini məzmun standartlarına əsasən müəyyən
etmək;
2. Tədris vahidlərinin ardıcıllıq prinsiplərini müəyyənləşdirmək (Tədris
vahidlərinin ardıcıllıqla müəyyənləşdirilməsi dedikdə, məzmunun ardıcıllığı
(asandan çətinə doğru), xronoloji ardıcıllıq (zaman ardıcıllığı), məntiqi ardıcıllıq
(əvvəlcə, o anlayışlar öyrədilir ki, onlar növbəti anlayışların açılmasında mühüm
əhəmiyyət daşıyır) nəzərdə tutulur).