Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə16/26
tarix14.10.2017
ölçüsü0,69 Mb.
#4638
1   ...   12   13   14   15   16   17   18   19   ...   26

 

50 


Mövzu:  “Payız” 

Məqsəd:    

Payız  fəsli  haqqında məlumat vermək 

Düzgün tələffüz , yazı , müqayisə etmək bacarığı formalaşdırmaq 

İnteqrasiya:   T-i. 1.1.1; 2.2.1.; A-d. 1.2.5; 2.2.6; 4.1.8.                                        

İş forması: qrup işi, kollektivə iş 

İş üsulu:  müzakirə, beyin həmləsi 

Təchizat: dərslik, plakatlar, işçi vərəqləri və markerlər  

Dərsin gedişi:  

Motivasiya  

Sinfə  rəngli  yarpaqlar gətirilir  və şagirdlərə sual  verilir: “Yarpaqların  rəngləri  nə 

üçun  müxtəlifdir?”  Düzgün  cavab  alındıqdan  sonra  payız  fəsli  ilə  əlaqədar  yeni 

sözlərin tərcüməsi lövhədən  asılır. ”Payız fəslinin daha hansı əlamətləri var?”sualı 

verilir. 

Məlumatın mübadiləsi və müzakirəsi 

 Şagirdlər    iki  qrupa  bölünür  və  onlara  işçi  vərəqləri  təqdim  olunur.  Birinci  qrupa 

şəkillərə  əsasən  payiz  və  yaz  fəsillərinin    əlamətlərini,    ikinci  qrupa  fəsillərin 

müsbət  və  mənfi  cəhətlərini  yazmaq  tapşırılır.  Cavablar  qrup  liderləri  tərəfindən 

təqdim  edilir.        Müəllim  şagirdlərin  fikirlərini  ümumiləşdirir  və  fərdi  şəkildə  

“Qızıl payız” mövzusunda esse yazmağı tapşırır. Esselər oxunur. 



Qiymətləndirmə. Meyar cədvəlinə əsasən şagirdlər qiymətləndirilir. 

Ev tapşırığı.   Payız yarpaqlarından  ikebana (bəzədilmiş səbət) düzəltmək. 

 

VI sinif 

Standart :  1.1.1., 3.1.1.  

Mövzu:     İsmin halları 

İnteqrasiya:  X-d. 3.1.4., Az-t. 3.1.4. 

 Dərsin məqsədi:  

1) İsmin halları haqqında ümumi məlumat almaq, sözləri isimin hallarına görə 

fərqləndirmək;  

2) İsmin hallarını düzgün işlətməklə mətn qurmaq və onu redaktə etmək  bacarığını 

formalaşdırmaq.       

İş üsulu: beyin həmləsi, müzakirə, mühazirə. 

İş forması: kollektiv və qrup işi. 

Resurs: dərslik , proyektor, kompyuter, iş vərəqləri.           

Dərsin gedişi:  

Motivasiya 



 

51 


    

Şagirdlər proyektorda verilən cümlələri oxuyur və hansı səhvləri müşahidə 

etdiklərini söyləyirlər. 

1. Leyla  anası  həkimdir. 

2. Həkim  xəstə  baxdı. 

3. Səməd  həkim  tanıdı. 

4. Poliklinika  xəstə az idi. 

5. O, xəstə soruşdu. 

Şagirdlər fikirlərini söylədikdən sonra müəllimin köməyi ilə nümunələrdəki 

səhvlər müəyyənləşdirilir və düzgün variant ekrana gətirilir. 

1. Leylanın  anası  həkimdir.  

2. Həkim xəstə  baxdı. 

3. Səməd  həkim tanıdı. 

4. Poliklinikada  xəstə az idi. 

Tədqiqat sualı: 

Azərbaycan dilində ismin hansı halları var və sözlər ismin hallarına görə necə 

dəyişir? 

Tədqiqatın aparılması. 

Öncə, müəllim ismin halları haqqında məlumat verir. Eyni zamanda, həmin 

məlumatlar proyektorda göstərilir. 

  

“Göründüyü kimi, isimlər cümlədə asılı olduğu sözün tələbi ilə formaca 



dəyişir, yəni bu zaman müəyyən qrammatik şəkilçilər qəbul edir. 

İsimlərin əlaqəyə girdiyi sözlərin tələbi ilə dəyişməsi hallanma adlanır. 

Dilimizdə ismin altı halı var və hər bir hal özünəməxsus sualları, xüsusiyyətləri ilə 

seçilir. 

 Siz rus dili dərslərinizdə də hallanma (падеж) haqqında məlumat almısınız. 

Rus dilində də ismin altı halı var: 

1. Именительный 

2. Родительный 

3. Дательный 

4. Винительный 

5. Творительный 



 

52 


6. Предложный 

  

Azərbaycan dilində isə belədir: 



                            Sualları:                            Şəkilçiləri: 

1. Adlıq hal         kim? nə? hara?                      - - - - - - - 

2. Yiyəlik hal      kimin? nəyin? haranın?           -ın

3. Yönlük hal      kimə? nəyə? haraya?                -a



4. Təsirlik hal     kimi? nəyi? haranı?                  -ı

4

  

5. Yerlik hal        kimdə? nədə? harada?              -da



6. Çıxışlıq hal      kimdən? nədən? haradan?       -dan

2” 

 

Proyektorda bəzi alınma sözlərin Azərbaycan dilində necə işləndiyi  göstərilir və 



kollektiv şəkildə cümlədə işlədərək dəyişmə xüsusiyyətlərinə diqqət yetirilir. 

 

Почта- poçt                               Витрина- vitrin 



Конфета- konfet                       Кассета- kaset 

Котлета- kotlet                        Контора- kontor 

Схема- sxem                              Лента- lent 

Машина- maşın                        Аптека- aptek 

Газета- qəzet                            Резина- rezin 

Анкета- anket                          Тонна- ton 

Группа- qrup                            Фабрика- fabrik 

 

Sonra müəllim tədqiqatı davam etdirmək məqsədilə şagirdlərə qruplar şəklində 



oturmağı tapşırır və hər qrupa ayrılıqda tapşırıq verir. 

I qrup 

Maşın və dəniz sözlərini cümlədə işlədin və necə dəyişdiyini izah edin.  

II qrup 

Verilmiş söz birləşmələrini cümlədə işlədin və birinci tərəfin necə dəyişdiyini izah 

edin. 

Ağacı əkmək, ağaca çıxmaq, ağacdan enmək, ağacda oturmaq, ağacın yarpaqları 



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə