Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə12/26
tarix14.10.2017
ölçüsü0,69 Mb.
#4638
1   ...   8   9   10   11   12   13   14   15   ...   26

II.  Təlim strategiyaları 

 

Təlim  strategiyaları  -  müəllimin  təlim  prosesində  istifadə  etdiyi  forma,  üsul 

və  texnikaları  əhatə  edir.  Bu  vaxta  qədər  Azərbaycan  pedaqoji  ədəbiyyatında 

həmin  anlayışdan  istifadə  edilmirdi.  Lakin  son  vaxtlar  təhsil  islahatının  həyata 

keçirildiyi bir dövrdə fənn kurikulumları hazırlanarkən təlim strategiyası anlayışına 

müraciət edilməyə başlanılmışdır.  

Yeni  kurrikulumlarda  təlim  strategiyaları  anlayışının  işlənməsi  və  pedaqoji 

prosesin  təşkilində  ondan  daha  səmərəli  şəkildə  istifadə  olunması,  ilk  növbədə, 

əsas  pedaqoji  anlayışlardan    biri  kimi  təhsilin  müasir  tələblər  baxımından  izahını 

tələb  edir.  Başqa  sözlə,  təhsilə  təkcə  nəticə,  yaxud  sadəcə  proses  kimi  deyil,  daha 

geniş  məna  çalarına  malik  ifadə  tərzi  kimi  yanaşılması  lazım  gəlir.  Xüsusən, 

təhsilin  şəxsiyyətyönümlü  xarakteri  ona  bir  neçə  mövqedən  yanaşmağı  tələb  edir: 

təhsil dəyərdir, təhsil sistemdir, təhsil prosesdir, təhsil nəticədir.  

Təhsilə özündə dili,  mentaliteti,  milli bacarıqları, adət-ənənələri ehtiva edən 

dəyər 

kimi 


baxılır. 

Bu 


dəyərlərin 

formalaşmasında 

şəxsiyyətin 

istiqamətləndirilməsi,  mədəniyyətlilik,  kollektivçililik,  sistemlilik,  bütövlük  əsas 

aparıcı prinsiplər kimi çıxış edir. 

Özünəməxsus  sistemə  malik  olan  təhsil  pillələri

 

ilə  mövcuddur.  Gözlənilən 



nəticələri  ilə  fərqlənən  bu  pillələr  bir-birini  tamamlayır  və  ardıcıl  sıralanmaqla 

təhsilin ümumi sistemini təşkil edir. Ona görə də təhsilə bir sistem kimi baxılır. Bu 

zaman 

demokratikləşmə, 



humanistləşdirmə, 

differensasiya, 

fərdiləşmə, 

sosiallaşdırma, variativlilik və inkluzivlik aparıcı prinsiplər kimi əsas rol oynayır.  

Təhsil  insanın  sosiallaşma  prosesində  ümumbəşəri  və  milli  dəyərlərə 

yiyələnməsini davamlı bir fəaliyyət kimi əhatə etdiyindən ona həm də proses kimi 

yanaşılır.  Onun  didaktik  əsasını  isə  təbiətə  müvafiqlik,  praktiklik,  istiqamətlilik, 

variativlik,  mərhələlilik,  fərdi  ehtiyacların  nəzərə  alınması  və  fasiləsizlik  təşkil 

edir.  

Təhsil,  həmçinin,  bütövlükdə  müəllim  və  şagird  fəaliyyətinin  yekunu 



olduğundan  ona  nəticə  kimi  baxılır.  Bütöv  bir  mərhələli  prosesin  sonu  kimi 

dəyərləndirilir. 




 

40 


Yeni  fənn  kurrikulumlarında  təlim  strategiyaları  aşağıdakı  məsələləri  əhatə 

edir: 


 

pedoqoji prosesin təşkili prinsipləri 



 

fənn üzrə təlimin planlaşdırılması 



 

təlimin təşkilində istifadə olunan forma və üsullar 



 

2.1. Azərbaycan dili (dövlət dili kimi) təliminin təşkilinə verilən əsas tələblər  

 

Təlim  digər  dillərdə  aparılan  məktəblərdə  dövlət  dili  kimi  Azərbaycan 



dilinin  şagirdlərə  öyrədilməsi    milli  maraqları  əks  etdirən  vacib  məsələ  olmaqla 

mühüm  əhəmiyyətə  malikdir.  Ona  görə  də  digər  millətlərə  mənsub  olan 

vətəndaşlara  Azərbaycan  dilinin  öyrədilməsi,  ilk  növbədə,  bu  prosesdə  istifadə 

edilən  təlim  üsullarının  çevikliyi  və  effektivliyindən  çox  asılıdır.  “  Ümumi  təhsil 

pilləsinin  dövlət  standartları  və  proqramları(kurikulumları)”  sənədində  təsbit 

olunmuş aşağıdakı prinsiplər bu dilin tədrisinin pedaqoji əsasını təşkil edir. 

 

Pedaqoji prosesin tamlığı. 



 

Təlimdə bərabər imkanların yaradılması. 



 

Şagirdyönümlülük. 



 

İnkişafyönümlülük. 



 

Fəaliyyətin stimullaşdırılması. 



 

Dəstəkləyici mühitin yaradılması. 



Təlim  digər  dillərdə  aparılan  məktəblərdə  Azərbaycan  dili  tədrisinin 

təşkilində aşağıdakı  metodik tələblər nəzərə alınır. 

 

Mövcud  standartlar,  təlim  strategiyaları,  resurslar  və  qiymətləndirmə 



sistemi  nəzərə  alınmaqla,  tədris  fəaliyyətinin  perspektiv  və  cari 

planlaşdırılması. 

 

Azərbaycan  dilinin interaktiv metodlarla öyrədilməsi.  



 

Kommunikativ  təlim  şəraitinin  yaradılması,  şagirdlərin  iki-iki  və  qrup 



halında işləmələrinin təmin olunması. 

 



Şagirdlərin fərdi xüsusiyyətlərinin nəzərə alınması. 


 

41 


 

Şagirdlərin  Azərbaycan  dilini  öyrənməyə  olan  marağının  izlənilməsi  və 



inkişaf etdirilməsi. 

 



İKT və yardımçı texniki vasitələrdən istifadə olunması.  

 



Köməkçi didaktik vasitələrdən istifadə edilməsi. 

 



Nitq 

inkişafı 

üzrə 

nailiyyətlərin 



vaxtaşırı 

monitorinqi 

və 

qiymətləndirilməsi. 



 

2.2. Azərbaycan dili (dövlət dili kimi)

 

təliminin  təşkilində istifadə olunan 

forma və üsullar barədə  

Digər  fənlərin  tədrisində  olduğu  kimi,  təlim  digər  dillərdə  aparılan 

ümumtəhsil  məktəblərində  Azərbaycan  dilinin  tədrisi  prosesində  humanist  və 

demokratik  prinsiplərə  əsaslanan  yeni  təlim  texnologiyalarının  tətbiqi  ən  ciddi 

məqsədlərdən  biri  kimi  qarşıda  dayanır.  Şagirdlərin  təlim  əməyini  stimullaşdıran, 

onların  öyrənməyə  və  həyati  bacarıqlara  yiyələnməyə  marağını  şərtləndirən  fəal 

təlim prosesində aşağıdakı mərhələlər mühüm didaktik əhəmiyyət daşıyır.  

 



Düşünməyə yönəltmə mərhələsi 

 



Dərketmə mərhələsi 

 



Düşünmə mərhələsi   

Düşünməyə yönəltmə mərhələsi 

 Bu mərhələdə şagirdlər öyrəndikləri bilikləri təhlil etməyə və 

araşdıracaqları mövzu ətrafında düşünməyə sövq edilir. Şagird, ilk olaraq, mövzu 

ilə əlaqədar  biliklərinin səviyyəsini müəyyənləşdirir və bəzi hallarda bunlara yeni 

əlavələr edir.  



 Dərketmə  mərhələsi.  Bu  mərhələdə  şagirdlər  yeni  informasiya  və 

ideyalarla  təmasda  olurlar.  Əsas  məsələ  ondan  ibarətdir  ki,  əvvəlki  mərhələdə 

yaranmış fəallıq və maraq inkişaf etdirilir, şagirdlər  yeni anlayışları müəyyən edib 

mənimsəmək üçün keçmiş və yeni  biliklər arasında  əlaqə yaradırlar. 



Düşünmə  mərhələsi.  Bu  mərhələdə  şagirdlər  yeni  qazandıqları  bilikləri 

möhkəmləndirməklə yanaşı, bir neçə mühüm məqsədə nail olmaq istiqamətində də 

fəaliyyət göstərirlər. Birincisi, şagirdlər yeni ideya və informasiyaları öz sözləri ilə 

ifadə  etməyə  çalışırlar.  İkincisi,  şagirdlər  arasında  canlı  fikir  mübadiləsi  yaranır, 




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə