Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə13/26
tarix14.10.2017
ölçüsü0,69 Mb.
#4638
1   ...   9   10   11   12   13   14   15   16   ...   26

 

42 


onlar  öz  ekspressiv  (təsirli)  söz  ehtiyatını  genişləndirməyə,  həmçinin,  digər 

şagirdlərin təsəvvürləri ilə tanış olmağa imkan tapırlar.  

Azərbaycan  dili  təlimində  şagirdlərin  fəallığını,  dərslərin  maraqlı  və 

məzmunlu  olmasını  qeyri-standart  dərs  formalarından  (dərs-müzakirə,  dərs-

ekskursiya, dərs-oyun, dərs-seminar, dərs-səyahət, dərs-iclas və s.) istifadə yolu ilə 

təmin  etmək  mümkün  olur.  Bu  dərslərdə  müəllim  və  şagirdlərin  fəaliyyəti 

qoyulmuş  problemlərin  həllinə  yönəlir,  sinifdə  canlı  və  münbit  təlim  şəraiti 

yaranır.  Belə  dərslər,  əsasən,  motivasiya,  problemin  həlli,  təqdim  etmə, 

qiymətləndirmə mərhələlərindən ibarət   təşkil olunur.  

Qeyri-standart  dərs  formalarından  istifadə  aşağıdakı  xüsusiyyətlər  baxımından 

əhəmiyyətli hesab edilir:  

 



fəallığı stimullaşdırır; 

 



biliklərin  müstəqil  əldə  edilməsinə  və  onların  yaradıcı  tətbiqinə  şərait 

yaradır; 

 

problemin həllinə müstəqil və yaradıcı yanaşmağa geniş imkanlar açır; 



 

idraki müstəqilliyi təmin edir; 



 

şagirdlərdə əməkdaşlıq bacarığını gücləndirir. 



Təlim  qeyri-dildə  olan  məktəblərdə  Azərbaycan  dili    dərsləri  bir  çox  hallarda 

qruplarla  iş  formasında    aparılır.  Bu  zaman  aşağıdakı    qaydalara  istinad  etmək 

tövsiyə olunur:  

 



Qrup 

üzvlərinin 

vəzifələrini 

və 


qrupun 

liderini 

düzgün 

müəyyənləşdirmək. 



 

Birgə fəaliyyəti təmin etmək.  



 

Bir-birinin  fikrinə  hörmətlə  yanaşılması  və  müstəqil  fikirlər  söylənməsi 



üçün  imkan yaratmaq. 

 



Mübahisəyə yol vermədən, sağlam rəqabət aparmaq.  

 



Problemin həllində kompromis yollar axtarmaq. 

 



Qrupun fəallığını təmin etmək. 

Azərbaycan dili  təlimində kollektiv  iş, cütlərlə iş,  fərdlərlə iş  formalarından 

da istifadə olunması məqsədəmüvafiq hesab edilir. 



 

43 


Azərbaycan  dilinin  təlimi  prosesində  aşağıdakı  interaktiv  metodlardan 

istifadə olunması faydalı bilinir: 

 

Şaxələndirmə  



 

Beşliklər 



 

Konseptual cədvəl  



 

Venn diaqramı  



 

Metaforik düşünmə 



 

İNSERT 



 

Rollu oyunlar  



 

Diskussiya 



Şaxələndirmə. Şaxələndirmə şagirdləri mövzu ilə bağlı sərbəst düşünməyə, 

axtarış  aparmağa    sövq  edir.  Onların  idraki  fəallığına  imkan  yaradır.  Bu  üsuldan 

həmçinin  öyrənilənləri  yekunlaşdırmaq,  yeni  assosiasiyaların  meydana  gəlməsini 

stimullaşdırmaq  və  ya  yeni  təsəvvürlərin  qrafik  təsvirini  vermək  üçün  də  istifadə 

olunur.  

Şaxələnmə üsulundan istifadə zamanı aşağıdakı tələblər gözlənilir. 

 

Əsas  sözün  və  ya  ifadənin  kağızın,  lövhənin  və  ya  başqa  müstəvinin 



ortasında yazılması. 

 



Seçilmiş mövzu ilə bağlı yada düşən söz və ya ifadələrin yazılması. 

 



Söz  və  ifadələr  yazıldıqca  onların  arasında  əlaqələrin  xətlərlə  ifadə 

olunması. 

 

Verilmiş  vaxt  bitənə  qədər  mümkün  qədər  daha    çox  söz  və  ifadələrin 



yazılması. 

Beşliklər.  Beşliklər  ən  mütəhərrik  təlim  üsullarından  hesab  edilir.  Ondan 

istifadə  olunması  Azərbaycan  dilinin  nitq  vahidləri  ilə  yaxından  tanış  olmağa 

imkan yaradır. Şagirdlərin dil öyrənməyə marağını gücləndirir. 

Beşliklərdən  istifadə  zamanı  verilmiş  tapşırığı  beş  sətirdə  icra  etmək  tələb 

olunur. Tələb aşağıdakı şərtlərə əsasən yerinə yetirilir. 

1.

 



İlk sətir mövzunun bir sözlə ifadəsidir. 

2.

 



İkinci sətir mövzunun ikisözlü təsviridir. 

3.

 



Üçüncü sətir üç sözlə mövzu dairəsində hərəkəti ifadə edir. 


 

44 


4.

 

Dördüncü sətir mövzuya olan münasibəti göstərən dördsözlü ifadədir. 



5.

 

Axırıncı  sətir  isə  mövzunun  mahiyyətini  ifadə  edən  bir  sözdən  ibarət 



sinonimdir. 

 

      Nümunə: 



çiçək 

ətirli, qəşəng 

sevilən, əzizlənən, bəzəyən 

aləmə gözəllik bəxş edən 

gül 

                             

Konseptual  cədvəl.  Konseptual  cədvəldən  istifadə  zamanı  üç  və  ya  daha 

çox  məsələ,  yaxud  cəhətin  müqayisəsi  nəzərdə  tutulur.  Cədvəlin  sütunlarında 

müqayisə  ediləcək  obyektlər,  sətirlərində  isə  onların  müqayisə  olunacaq 

xüsusiyyətləri  və  özəllikləri  yerləşdirilir.  Nitq  inkişafı  üzrə  dərslərdə  bu  metoda 

çox  müraciət  olunur.  Müxtəlif  növ  yazı  işlərinin  (  ifadə,  inşa  və  s.)  aparılması 

zamanı ondan istifadə edilir. Məsələn, “Mağazada” mövzusunda nitq inkişafı üzrə 

dərs zamanı aşağıdakı cədvəldən istifadə etmək olar. 

 

  Söz  


 Tərcüməsi 

 Sinonim  

    Antonim 

 Omonim 


 gözəl 

   красивый 

qəşəng,          

göyçək, 


yaraşıqlı 

Çirkin 


   

 kök  


  морковь,  

  корень, 

  толстый 

   


   

kök- tərəvəz  

kök- nəsil  

kök- gombul 

    Sarı 

  желтый, 

  завяжи, 

  К (предлог) 

  

bağla, 


tərəf, doğru 

 

aç 



 

sarı- rəng, 

sarı-fel,  

sarı-qoşma 

 



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə