Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında Konsulluq Konvensiyası



Yüklə 177,41 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix01.09.2018
ölçüsü177,41 Kb.
#66286
1   2   3   4   5   6   7

Qəbul edən dövlətin razılığı olan hallar istisna edilməklə, o nə qəbul edən dövlətin vətəndaşı 

ola bilməz, nə də göndərən dövlətin vətəndaşı olmadığı təqdirdə, qəbul edən dövlətdə daimi 

yaşayan şəxs ola bilməz. Öz funksiyalarını yerinə yetirərkən o, qəbul edən dövlətin müdafiəsi 

altında olur, şəxsi toxunulmazlıqdan istifadə edir, bu və ya digər formada nə həbs edilə, nə də 

tutulub saxlanıla bilməz.

6.   Göndərən   dövlət,   onun   diplomatik   nümayəndəlikləri   və   konsulluqları ad   hoc konsulluq 

kuryerlərini   təyin   edə   bilərlər.   O   halda   bu   maddənin   5-ci   bəndinin   müddəaları,   konsulluq 

kuryerinin   ona   etibar   edilmiş   valizanı   aidiyyəti   üzrə çatdırdığı   andan   sənəddə   göstərilən 

immunitetlərinin dayandırılması istisna olmaqla tətbiq edilir.

7. Konsulluq valizası liman və aeroporta istiqamət alan və ora gəlməyə icazəsi olan mülki 

təyyarə komandirinə tapşırıla bilər. O, valizanı təşkil edən yerlərin sayını göstərən sənədlə rəsmi 

təchiz edilir, lakin o, konsulluq kuryeri sayılmır. Qəbul edən dövlətin səlahiyyətli yerli hakimiyyət 

orqanlarının razılığına  əsasən konsulluq öz  işçilərindən birini təyyarə komandirindən  valizanı 

bilavasitə və maneəsiz qəbul etməyə, yaxud ona təhvil verməyə göndərə bilər.

M a d d ə       1 8

Konsulluğun vəzifəli şəxslərinin şəxsi toxunulmazlığı

1.

 



Konsulluğun vəzifəli şəxsi və onların ailə üzvləri şəxsi toxunulmazlıqdan istifadə edirlər. 

Onlar bu və ya digər formada həbs edilə və tutulub saxlanıla bilməzlər.

2.

 

Qəbul edən dövlət konsulluğun vəzifəli şəxslərinə və onların ailə üzvlərinə hörmət etməli və 



onların şəxsi azadlığına və ləyaqətinə hər hansı qəsdlərdən xəbərdarlıq üçün bütün zəruri tədbirlər 

görməlidir.

M a d d ə       1 9

Yurisdiksiyaya qarşı immunitetlər

Konsulluğun  vəzifəli şəxsləri  və  onların  ailə  üzvləri  qəbul  edən  dövlətdə aşağıdakı  mülki 

iddialar istisna olunmaqla, cinayət, mülki və inzibati yurisdiksiyaya qarşı immunitetdən istifadə 

edirlər:


1.

  

Konsulluğun vəzifəli şəxsləri tərəfindən göndərən dövlətin agenti simasında bilavasitə və ya 



dolayısı ilə öz üzərinə öhdəlik götürmədən bağladığı müqavilələrdən irəli gələn hallarda.

2.

  



Yol-nəqliyyat vasitələri, gəmi və təyyarə ilə bağlı bədbəxt hadisələr nəticəsində üçüncü tərəfə 

vurulan zərərə görə.

M a d d ə       2 0

Şahid ifadəsini vermək öhdəliyi

1.

  



Konsulluq işçiləri məhkəmə və inzibati işlərin baxılması zamanı şahid ifadəsi vermək üçün 

çağırıla bilərlər. Konsulluq əməkdaşı və ya xidmət personalı işçisi bu maddənin 3-cü bəndində 

nəzərdə tutulan hallar istisna olmaqla, şahid ifadəsi verməkdən imtina edə bilməz. Konsulluğun 

vəzifəli   şəxsi   şahid   ifadəsi   verməkdən   imtina   edərsə,   ona   qarşı   heç   bir   məcburiyyət   və   cəza 

tədbirləri tətbiq edilə bilməz.

2.

  



Konsulluğun vəzifəli şəxsindən şahid ifadəsi verməyi tələb edən orqan vəzifələrini yerinə 

yetirmək üçün  ona maneə yaratmaqdan çəkinməlidir. Bu orqan imkan  daxilində konsulluğun 

vəzifəli şəxsinin ifadəsini yaşadığı yerdə, konsulluqda dinləyə və ya yazılı qaydada qəbul edə bilər.

3.

  



Konsulluq işçiləri öz vəzifələrini yerinə yetirmələrinə dair şahid ifadəsi verməyə və ya buna 

aid   rəsmi   yazışmaları   təqdim   etməyə   borclu   deyillər.   Onlar   göndərən   dövlətin   milli 

qanunvericiliyini izah edən şahid ifadəsi verməkdən imtina etmək ixtiyarına da malikdirlər.



M a d d ə       2 1

İmtiyazlardan və immunitetlərdən imtina edilməsi

1.

  



Göndərən dövlət konsulluq işçilərinin və onların ailə üzvlərinin 18, 19 və 20-ci maddələrdə 

nəzərdə tutulan imtiyazlarından və immunitetlərindən imtina edə bilər.

2.

  

Bu maddənin 3-cü bəndində nəzərdə tutulan hal istisna olmaqla, belə imtina müəyyən yazılı 



şəkildə qəbul edən dövlətə bildirilməlidir.

3.

  



Konsulluğun   vəzifəli   şəxsi   və   ya   konsulluq   işçisi   tərəfindən,   yurisdiksiyaya   qarşı 

immunitetdən istifadə etməklə məhkəmə işi qaldırılması, 19-cu maddəyə uyğun olaraq, bilavasitə 

əsas   iddia   ilə   bağlı   hər   hansı   qarşılıqlı   iddiaya   münasibətdə   onun   yurisdiksiyaya   qarşı 

immunitetinə istinad etmək hüququndan məhrum edir.

4.

  

Mülki və ya inzibati işlər üzrə yurisdiksiyadan imtina etmək məhkəmə qərarlarının nəticəsi 



olan icra hərəkətlərinin  yerinə yetirilməsi ilə bağlı immunitetdən imtina demək deyildir. Belə 

hərəkətlərə münasibətdə ayrıca imtina zəruridir.

M a d d ə       2 2

Xarici vətəndaş sifətində qeydiyyata düşməkdən və yaşayış icazəsi almaqdan azad edilmə

1.

  



Konsulluq vəzifəli şəxsləri, konsulluq əməkdaşları və onlarla birlikdə yaşayan ailə üzvləri 

qəbul edən dövlətin xarici vətəndaşların qeydiyyatına dair qanun və qaydalarında nəzərdə tutulan 

bütün öhdəliklərdən və yaşayış icazəsi almaqdan azad edilirlər.

2.

  



1-ci   maddənin   müddəaları   göndərən   dövlətdə   daimi   xidmətdə   olmayan   konsulluq 

əməkdaşına, habelə belə əməkdaşın ailə üzvlərinə tətbiq edilmir.

M a d d ə       2 3

İşləməyə görə icazə almaqdan azad edilmə

1.

  



Konsulluğun   işçiləri   göndərən   dövlət   üçün   görülən   işlərin   yerinə   yetirilməsilə   əlaqədar 

qəbul edən dövlətin qanun və qaydaları ilə müəyyən edilən xarici vətəndaşların əmək fəaliyyətinə 

görə icazə almaq vəzifəsindən azad edilirlər.

2.

  



Konsulluğun vəzifəli şəxslərinin xüsusi ev xidmətçiləri və konsulluq əməkdaşları qəbul edən 

dövlətdə gəlir əldə etmək məqsədilə heç bir fəaliyyətlə məşğul olmadıqları halda bu maddənin 1-ci 

bəndində nəzərdə tutulan vəzifələrdən azad edilirlər.

M a d d ə       2 4



Sosial təminata aid istisnalar

1Bu maddənin 3-cü bəndində nəzərdə tutulan hallar istisna olmaqla, qəbul edən dövlətdə 

qüvvədə olan sosial təminat haqqında qərarlar göndərən dövlət üçün görülən işlərlə əlaqədar 

olaraq, konsulluq işçilərinə və onlarla birlikdə yaşayan ailə üzvlərinə şamil edilmir.

2. Bu maddənin birinci bəndində nəzərdə tutulan istisnalar eləcə də yalnız konsulluq işçilərinin 

xidmətində olan xüsusi ev xidmətçilərinə aşağıdakı şərtlərlə aid edilir:

a)

  

onlar qəbul edən dövlətin vətəndaşları və bu dövlətdə daimi yaşayan deyillər;



b)

  

qəbul   edən   dövlətdə   və   ya   üçüncü   dövlətdə   qüvvədə   olan   sosial   təminat   haqqında 



müddəalar onlara aid edilmədikdə.

3.

   



Bu  maddənin  ikinci  bəndində  nəzərdə  tutulan  istisnalar  şamil  edilməyən  şəxsləri   əmək 

fəaliyyətinə cəlb edən konsulluq işçiləri iş fəaliyyətinə cəlb edənin üzərinə düşən öhdəlikləri yerinə 

yetirməlidir.



Yüklə 177,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə