Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında Konsulluq Konvensiyası



Yüklə 177,41 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix01.09.2018
ölçüsü177,41 Kb.
#66286
1   2   3   4   5   6   7

4.

   


Bu maddənin birinci və ikinci bəndlərində nəzərdə tutulan istisnalar qəbul edən dövlətin 

icazə verdiyi təqdirdə, onun qəbul edən dövlətdə sosial təminat sistemində könüllü iştirakına 

maneə yaratmır.

M a d d ə       2 5



Vergi istisnaları

1.   Konsulluğun vəzifəli şəxsləri, konsulluq əməkdaşları, habelə onlarla birlikdə yaşayan ailə 

üzvləri, aşağıdakılar istisna olmaqla, qəbul edən dövlətin hər növ şəxsi, əmlak, dövlət, rayon, 

bələdiyyə vergi, yığım və rüsumlarından azaddırlar:

a)

 

əmtəə və xidmətin dəyərinə, bir qayda olaraq, daxil edilmiş dolayı vergi;



b)

 

bu Konvensiyanın 15-ci maddəsinin müddəalarında nəzərdə tutulan istisnalarla, qəbul edən 



dövlətin ərazisində yerləşən daşınmaz əmlaka görə vergi və yığımlar;

c)

 



bu Konvensiyanın 27-ci maddəsinin "b" bəndində nəzərdə tutulan istisnalarla, qəbul edən 

dövlətin miras qalmış əmlaka, vərəsəliyə və ya əmlakın keçirilməsinə görə vergi və rüsumlar;

d)

 

mənbəyi qəbul edən dövlətdə yerləşən kapitaldan alınan gəlir də daxil olmaqla, şəxsi gəlirə 



vergi   və   yığımlar,   qəbul   edən   dövlətdəki   kommersiya   və   maliyyə   müəssisələrinə   kapital 

qoyuluşuna görə vergi;

e)

 

konkret xidmət növlərindən istifadəyə görə yığımlar;



f)

  

bu Konvensiyanın 15-ci maddəsinin müddəalarında nəzərdə tutulan istisnalarla, qeydiyyat, 



məhkəmə, reyestr rüsumları, gerb yığımları və ipoteka yığımları.

2.

  



Xidmət personalı işçilərinin göndərən dövlətdə aldıqları əmək haqqı vergidən, digər yığım 

və rüsumlardan azaddır.

3.

  

Əmək haqlan qəbul edən dövlətdəki vergilərdən azad olmayan şəxsləri əmək fəaliyyətinə 



cəlb edən konsulluq işçiləri qəbul edən dövlətin qanun və qaydalarına uyğun olaraq iş fəaliyyətinə 

cəlb edənin üzərinə düşən öhdəliklərə əməl edirlər.

M a d d ə       2 6

Gömrük rüsumlarından və nəzarətdən azad edilmə

1.   Qəbul   edən   dövlət   özünün   qəbul   olunmuş   qayda-qanunlarına   uyğun   olaraq,   aşağıda 

göstərilən əşyaları bu ölkəyə gətirməyə və aparmağa icazə verir, saxlamağa görə yığım, miniklə 

daşınma   yığımı   və   buna   oxşar   xidmətlər   üçün ayrılan   yığımlar   istisna   olmaqla,   onları   bütün 

gömrük rüsumlarından, vergi və yığımlarından azad edir:

a)

  



konsulluğun rəsmi istifadəsi üçün nəzərdə tutulmuş əşyalar;

b)

  



ev avadanlığı da daxil olmaqla, konsulluğun vəzifəli şəxsinin və onunla birlikdə yaşayan ailə 

üzvlərinin   şəxsi   istifadəsi   üçün   nəzərdə   tutulan   əşyalar.   İstehlak   mallarının   miqdarı   müvafiq 

şəxslərin bilavasitə tələbatı üçün lazım olan miqdardan artıq olmamalıdır.

2.

  



Konsulluq   əməkdaşları   ilk   dəfə   ölkəyə   gətirilmiş   ev   avadanlığı   və   əşyalarla   bağlı   bu 

maddənin 1-ci bəndində nəzərdə tutulmuş imtiyazlardan və immunitetlərdən istifadə edirlər.

3.

  

Konsulluğun vəzifəli şəxsləri onlarla yaşayan və birlikdə ölkəyə gələn ailə üzvlərinin şəxsi 



baqajları yoxlamalardan azaddır. Bu baqaj yalnız bu maddənin 1-ci bəndinin "b" yarımbəndində 

nəzərdə tutulan istisnaların şamil edilmədiyi əşyaların güman olunduğuna ciddi əsaslar olduqda, 

yaxud idxalı və ixracı qəbul edən dövlətin qayda-qanunlarına uyğun olaraq qadağan edilmiş və 

eləcə də qəbul edən dövlətin karantin qaydaları ilə tənzimlənən əşyalar olduqda yoxlanıla bilər. Bu 

cür yoxlama yalnız müvafiq konsulluğun vəzifəli şəxsinin və ya onun ailə üzvünün iştirakı ilə 

aparılır.




M a d d ə       2 7

Konsulluq işçilərinin və onların ailə üzvlərinin miras qalmış əmlakı

Konsulluq işçisi və ya onunla birlikdə yaşayan ailə üzvü öldükdə qəbul edən dövlət:

1.

  

Həmin   şəxsin   ölümünədək   ölkədən   çıxarılması   qadağan   edilən   əmlak   istisna   edilməklə, 



ölənin qəbul edən dövlətdə əldə etmiş olduğu daşınan əmlakını çıxarmağa imkan verir.

2.

  



Ölmüş şəxsin qəbul edən dövlətdə konsulluq işçisi sifətində işləməsi və ya ailə üzvü kimi 

yaşaması ilə əlaqədar qəbul edən dövlətin ərazisində yerləşən miras qalmış daşınan əmlakdan 

vərəsəliyə görə, yaxud mirasa görə heç bir dövlət, rayon, bələdiyyə vergi və rüsumu tutulmur.

M a d d ə       2 8



Şəxsi mükəlləfiyyətdən azad edilmə

Qəbul   edən   dövlət   konsulluq   işçilərini   və   onlarla   birlikdə   yaşayan   ailə   üzvlərini, 

xüsusiyyətindən   asılı   olmayaraq,   əmək   və   dövlət   mükəlləfiyyətlərindən,   habelə   rekvizisiya, 

kontribusiya və hərbi düşərgələr salmaq kimi hərbi mükəlləfiyyətlərdən azad etməlidir.

M a d d ə       2 9

Konsulluq imtiyazlarının və immunitetlərinin başlanması və bitməsi

1. Konsulluğun hər bir işçisi qəbul edən dövlətin ərazisinə daxil olub təyinat ölkəsinə gedərkən 

və   ya   bu  ölkədə   olduğu   təqdirdə   öz   vəzifələrinin   icrasına   başladığı   andan   bu   Konvensiyada 

nəzərdə tutulan imtiyazlardan və immunitetlərdən istifadə edir.

2.

  

Konsulluq işçisinin onunla birlikdə yaşayan ailə üzvləri, xüsusi ev xidmətçiləri qəbul edən 



dövlətin vətəndaşları olmadıqları və bu dövlətdə yaşamadıqları təqdirdə bu maddənin birinci 

bəndinə uyğun olaraq imtiyaz və immunitetlərin ona verildiyi andan qəbul edən dövlətin ərazisinə 

gəldiyi vaxtdan və ya müvafiq olaraq ailə üzvlüyünə daxil olduğu, yaxud onun ev xidmətçiləri 

hesab olunduğu andan bu Konvensiyada nəzərdə tutulmuş imtiyazlardan və immunitetlərdən 

istifadə edirlər.

3.

  



Konsulluq işçisinin funksiyaları dayandırıldıqda, qəbul edən dövləti tərk etdiyi andan və ya 

bu dövləti tərk etmək üçün lazım olan müddət keçəndən sonra həmin şəxsin, onunla birlikdə 

yaşayan ailə üzvlərinin, yaxud xüsusi ev xidmətçilərinin imtiyazları və immunitetləri, bu hallardan 

hansı birinin tez başlandığından asılı olaraq, dayandırılır.  Lakin həmin vaxtadək, hətta silahlı 

münaqişə olduqda belə, bu imtiyazlar və immunitetlər davam edir. Bu maddənin 2-ci bəndində 

göstərilən şəxslərin imtiyazları və immunitetləri onların müvafiq olaraq həmin şəxsin ailə üzvləri 

sayılmadığı və ya öz xidmətlərini tərk etdiyi vaxtdan dayandırılır. Lakin o qeyd şərtlə ki, onlar 

lazımi müddət ərzində qəbul edən dövləti tərk etmək niyyətində olduqda, ölkədən gedənədək 

imtiyazları və immunitetləri saxlanılır.

4.

  



Lakin konsulluğun vəzifəli şəxsi və ya konsulluq əməkdaşı funksiyalarını yerinə yetirərkən 

onun yurisdiksiyaya qarşı immunitetləri heç bir müddətlə məhdudlaşdırılmadan davam edir.

5.

  

Konsulluq   işçisi   öldükdə,   onun   birlikdə   yaşayan   ailə   üzvləri   qəbul   edən   dövləti   tərk 



edənədək və ya qəbul edən dövləti tərk  etmək üçün məqbul müddət keçənədək, bu hallarda 

hansının   tez   başlamasından   asılı   olaraq,   onlara   verilmiş   imtiyaz   və   immunitetlərdən   istifadə 

etməkdə davam edirlər.

M a d d ə       3 0



Qəbul edən dövlətin qanun və qaydalarına hörmət


Yüklə 177,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə