Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»


Dekart  varlığa münasibətdə "fikirləşirəm, deməli, mövcudam"



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə6/18
tarix11.07.2023
ölçüsü0,54 Mb.
#119491
1   2   3   4   5   6   7   8   9   ...   18
295 felsefe m N3felsefede varliq ve materiya problemi qiyabi

 
Dekart 
varlığa münasibətdə "fikirləşirəm, deməli, mövcudam"
 
tezisi ilə çıxış etmiş. Kanta görə varlıq 
"bizim anlayışımızın və mühakimələrimizin əlaqələrinin ən mühüm vasitəsidir". Hegeldə isə 
varlıq-mütləq ideyanın, ruhun "'özü-özündən yüksəlməsi prosesi",
 
obyektiv ideal gerçəklikdir. 
Marksist fəlsəfi konsepsiya isə varlığa birtərəfli olaraq, əsasən onun maddi-təbii tərəflərinin 
obyektiv reallığı kimi baxırdı. 



 
Sual 2. Materiyanın elmi-fəlsəfi anlayışı 
Fundamental fəlsəfi kateqoriya olan materiya fəlsəfi və təbii-elmi biliklər sistemində 
mühüm yer tutur. Bu onunla bağlıdır ki, bütün təbiət elmləri materiyanın konkret növlərini
onların strukturunu, xassələrini, hərəkət və inkişaf qanunlarını öyrəndiyi kimi, heç bir fəlsəfi 
təlimdə "materiya" anlayışına və onunla bağlı olub mühüm dünyagörüşü əhəmiyyəti kəsb edən 
varlıq və təfəkkür, təbiət və ruh, maddi və ideal, habelə hərəkət, məkan və zaman 
kateqoriyalarına müraciət etmədən keçinə bilməz. 
Materiya anlayışı mühüm fəlsəfi kateqoriya kimi insanı əhatə edən aləmin öyrənilməsi 
prosesində işlənmişdir. Öz əməli fəaliyyətində canlı və cansız təbiətin bir-birlərindən kəmiyyət 
və keyfiyyətcə fərqlənən çox müxtəlif predmet və hadisələri ilə qarşılaşan insanları lap 
qədimdən belə bir məsələ düşündürmüşdür: Dünyadakı müxtəlif cisim və hadisələri bir-birilə 
bağlayan maddi əsas varmı, dünyanın sonsuz müxtəlifliyinin vəhdəti haqqında danışmaq 
olarmı? Həyat təcrübəsinin, sonralar, isə həm də elmi biliklərin inkişafı gedişində filosoflar belə 
bir ümumi əsasın olması fikrinə gəlmişlər. Bu ümumi əsas onların hamısının insan şüurundan 
xaricdə və ondan asılı olmadan mövcud olmalarıdır. Məhz insan şüurundan xaricdə və ondan 
asılı olmadan obyektiv reallıq kimi mövcud olanı ifadə etmək üçün fəlsəfədə materiya anlayışı 
işlədilir. Onun haqqında ilk təsəvvürlər hələ qədim fəlsəfədə irəli sürülmüşdür. 
Materiyanın növləri, quruluşu və xassələri barədə o zaman irəli sürülən və təbiətşünaslığa 
aid olan bu məsələ onun tərəfindən, həm də təbiətin eksperimental tədqiqi əsasında, təbiət 
haqqında məsələləri zəruri təcrübi faktlara əsaslanmayan əqli quraşdırmalar vasitəsi ilə həll 
etməyə çalışan və özünü "elmlər elmi" kimi qələmə verən naturfəlsəfə mövqeyindən həll 
olunurdu. Həmin mövqedən çıxış edərək bütün mövcudatın ilk əsasını tapmağa çalışan Qədim 
Dövr materialistləri belə əsas kimi götürdükləri materiyanı onun bilavasitə duyğu ilə qavranılan 
konkret növlərindən birinə, yaxud bir neçəsinə müncər edirdilər. Məsələn, Qədim Şərq (Misir, 
Hind, Çin) fəlsəfəsində od, su, torpaq, hava və s. kimi ünsürlər bütün şeylərin əmələ gəldiyi və 
məhv olaraq çevrildiyi ilk əsas kimi götürülürdü. Şeylərin bu ilk əsasmı və başlanğıcını Qədim 
Yunan fəlsəfəsində Milet məktəbinin (e.ə.VI-V əsrlər) nümayəndələrindən Fales suda, 
Anaksimen havada görürdü. Həmin filosofları nəzərdə tutaraq Aristotel yazmışdı ki, onlar 
ancaq bir maddi başlanğıcı, məhz bütün şeylərin ibarət olduğu hər şeyin əmələ gəldiyi və məhv 
olaraq ona çevrildiyi şeyi bütün cisimlərin başlanğıcı saymışlar. Həmin məktəbin digər 
nümayəndəsi Anaksimandr isə şeyləri əmələ gətirən ilk əsası-materiyam onun konkret hissi 
formalarından hər hansı birinə müncər etməyərək hər şeyin əsasında sonsuz, qeyri-müəyyən və 
daim dəyişilən maddi başlanğıc olan "apeyronun" durduğunu söyləyirdi. Bununla da o, 
materiyanın fəlsəfi anlayışının işlənməsi yolunda ilk addım atmışdı. Qədim dövrün görkəmli 



dialektiki olan Heraklit isə odu hər şeyin başlanğıcı sayaraq bildirmişdir ki, bütün şeylər oddan 
əmələ gəlir və məhv olaraq ona çevrilir. 
Beləliklə, həmin filosofların fikrincə, bütün şeylər yaransalar da heçdən deyil, başqa 
cisimlərdən yaranır və heçliyə deyil, başqa şeylərə çevrilir. Buradan müasir elmin də qəbul 
etdiyi belə nəticə çıxırdı ki, əbədi şeylər yoxdur, ancaq onların əsasında duran, bütün şeylərin 
təşkil olunduğu ilk əsas vardır. Bu ilk əsası ifadə etməkdən ötrü fəlsəfədə 

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə