Azərbaycan respublikasi döVLƏt neft şİRKƏTİ



Yüklə 3,11 Mb.
səhifə25/40
tarix26.01.2018
ölçüsü3,11 Mb.
#22458
1   ...   21   22   23   24   25   26   27   28   ...   40

MADDƏ 3

LAYİHƏÇİ
3.1. Xidmətlər

      1. Layihəçi, bundan sonra təsvir olunduğu kimi, Sifarişçinin adından müəyyən xidmətlərə təminat verməlidir. Layihəçi Podratçının inşaat vasitələri, metodları, texnikası, ardıcıllığı və ya icra üsullarına yaxud da təhlükəsizlik tədbirləri və proqramda təsadüfi hadisələrə görə məsuliyyət daşımayacaq. Layihəçi, Podratçının Müqavilə Sənədlərinə əsasən həyata keçirdiyi İşin icrası və ya təminatı zamanı yol verdiyi qüsura, Podratçının, hansısa subpodratçının, təchizatçının, və ya İşin icrası və təminatı ilə məşğul olan digər şəxs və ya təşkilatın fəaliyyəti və yerinə yetirmədiklərinə görə məsuliyyət daşımayacaq.

      2. Layihəçi, bu Müqavilənin təmin etdiyi kimi, Sifarişçini Layihənin bütün mərhələlərinin planlaşdırılması üçün peşəkar memarlıq və mühəndislik xidmətləri və inşaat müddətində peşəkar planlaşdırma xidmətləri ilə təmin etməlidir. Sahib Sifarişçi və Layihəçi arasındakı Razılaşmaya əsasən xidmətlərə adi memarlıq və inşaat, konstruksiya, mexanika və elektrika layihələndirmə xidmətləri daxil olmalıdır.

      3. Layihəçi işçi cizgiləri, nümunələri və baxılacaq digər sənədləri yoxlamalıdır , lakin Layihəçi baxışı yalnız, Müqavilə Sənədlərində göstərildiyi fəaliyyət rolu olaraq, Layihənin və tamamlanmış Layihənin planlaşdırmasının məzmununun uyğunluğunu yoxlamaq üçün olacaq, və genişlənərək inşaat vasitələri, metodları, texnikaları, ardıcıllığı və ya icra üsullarına yaxud da təhlükəsizlik tədbirləri və ya proqramda təsadüfi hadisələrə tətbiq olunmayacaq. Ayrı bir elementin yoxlanılması, o məxsus olduğu detalın müsbət rəy alınmasının göstəricisi deyil. Layihəçiun nəzərdən keçirdiyi bu kimi sənədlərin nəticələri İR tərəfindən Podratçıya həvalə olunacaq. Podratçı Müqavilə Sənədləri və İşin müvafiq hissəsinin təsdiq olunmuş işçi cizgiləri, nümunələr və ya digər baxılacaq sənədlər olmadan heç bir iş görməyəcək.

      4. Cizgilər, spesifikasiya və ya Layihəçi tərəfindən hazırlanmış digər Müqavilə Sənədlərində səhvlər, əskikliklər və ya mübahisəli məsələlər aşkarlanarsa, Layihəçi aydınlaşdırıcı düzəlişlər və ya əlavə sənədlər hazırlayacaq və tələb olunarsa konsultasiyalar keçirəcək. Bu məlumat Podratçıya İR tərəfindən verilməlidir.

      5. Burada qeyd olunan məhdudiyyətlər baxımından Layihəçi bu Layihə ilə bağlı öhdəliklərini Sifarişçiyə çatdırmaq üçün əraziyə baş çəkə bilər.

      6. Layihəçi Podratçı, subpodratçılar və təchizatçılarla yalnız İR vasitəsi ilə, ya da onun iştirakı ilə əlaqə saxlaya bilərlər.

      7. Sifarişçinin tələbi ilə Layihəçi bu layihə ilə bağlı əlavə xidmətlərlə təmin etməlidir. İşə bağlı olan bu cür əlavə xidmətlərin hər biri İR tərəfindən uyğunlaşdırılacaq.

      8. Layihəçi avadanlıq və ya sistemlərin başlanma, sınaq, nizamlama və tarazlama kimi ilk fəaliyyəti zamanı yardıma təminat verəcək.



MADDƏ 4

PODRATÇI
4.1 İşə Sahəsinə Giriş

4.1.1 Sifarişçi, İnşaat Rəhbəri, Layihəçi, sınaq agentlikləri, müvafiq dövlət nəzarəti orqanları və Sifarişçi və ya İnşaat Rəhbəri tərəfindən təyin olunmuş digər tərəflər istənilən zaman İşə sahəsinə giriş hüququ olmalıdır. Podratçı giriş üçün müvafiq və təhlükəsiz şəraiti təmin etməlidir.


4.2 Podratçının Müqavilə Sənədlərini Nəzərdən Keçirməsi

4.2.1 Təklif verməklə, Podratçı razılaşmışdır ki, Müqavilə Sənədləri, o cümlədən Müqavilə Sənədlərinin tərkib hissəsi olmuş və Sifarişçi və ya İnşaat Rəhbəri tərəfindən verilmiş hər hansı əlavə yazılı göstərişlər müəyyən olunduğu qədər dəqiq, davamlı və tam aydınlaşdırılmışdır. Bu Müqavilənin icra olunduğu müddətdə, Podratçı hər hansı yanlışlıq, ziddiyyətlilik, o cümlədən hər hansı adi tikinti praktikasına, qanuna, fərmana, qaydaya, nizamnaməyə və ya İşin icra olunması ilə bağlı hər hansı dövlət orqanının verdiyi əmrə zidd hallar aşkar edərsə bu haqda İnşaat Rəhbərinə hesabat verməlidir. Podratçı İşin icra edilməsi və istəyə uyğunluğunu təmin etmək üçün Sifarişçi və ya Sifarişçinin adından hazırlanmış və təqdim edilmiş Müqavilə sənədlərinin uyğunluğunu və tamlığını yoxlamaqda məsuliyyət daşıyır.


4.3 Nəzarət və Tikinti Prosesləri

4.3.1 Podratçı İşin Müqavilə Sənədlərinin tələblərinə uyğun şəkildə həyata keçirilməsi üçün lazım olan belə bacarıq və təcrübələrə diqqət ayırmaq və tətbiq etmək yolu ilə İşi məsuliyyətlə və səmərəli şəkildə yoxlamalı, nəzarət etməli və rəhbərlik etməlidir. Podratçı İşin tikilməsi üçün vasitələr, metodlar, texniki üsullar, ardıcıllıqlar və prosesləri üçün məsuliyyət daşımalıdır. Podratçı bütün tamamlanmış İşlərin Müqavilə Sənədlərinin tələblərinə cavab verməsini yoxlamağa məsuliyyət daşımalıdır.



      1. Podratçı İşə nəzarət, rəhbərlik və istiqamətləndirmə üçün tam ştatda işləyən və orda daimi iş rəhbəri barədə Sifarişçiyə və İR-nə məlumat verməlidir. İş rəhbəri qabaqcadan Yazılı bildiriş olmadan və o, Sifarişçi və/və ya İR tərəfindən təsdiqlənmədən dəyişdirilməməlidir. İş rəhbərinin fəaliyyəti ilə bağlı qərarlar obyektiv səbəblərə əsaslanmalıdır. İş rəhbəri Podratçının ərazidə nümayəndəsi olmalı və onun adından fəaliyyət göstərmək səlahiyyətinə malik olmalıdır. İş rəhbərinə verilən bütün göstərişlər Podratçıya verilmiş kimi hesab olunmalıdır. Sifarişçi və /və ya İR tələb edərsə, Podratçı idarəetmə cədvəli və idarəetmə heyətinə daxil olan işçi heyətinin və onların məsuliyyət daşıdığı sahələrin siyahısı ilə təmin etməlidir. Iş rəhbərinə qarşı olan bütün qeydlər Podratçının idarəetmə heyətinə ünvanlanmış hesab olunmalıdır. İş rəhbəri Müqavilə müddəti bitənədək, İş tamamlananadək yaxud da İR və ya Sifarişçi tərəfindən xitam verilənədək həftədə beş (5) gündən, gündə səkkiz (8) saatdan az olmayaraq, İşin icra olunduğu müddətdə Layihə ərazisində qalmalıdır. İş müddətində iş rəhbəri başqa işdə istifadə olunmamalıdır.

      2. Layihəçiyə yaxud Sifarişçi ünvanlanmış hər cür əlaqə İR vasitəsi ilə Podratçı tərəfindən təmin olunmalıdır.

      3. Podratçı öz subpodratçıları, təchizatçıları və Podratçının adına İşi təmin və icra edən bütün digər şəxslər və təşkilatların İşdəki fəaliyyətinə və yerinə yetirmədikləri işlərə görə yalnız özü məsuliyyət daşımalıdır.

      4. Podratçının İşi Müqavilə Sənədlərinə əsasən icra etmək məsuliyyəti mübahisə olunmazdır və onun əhəmiyyəti Layihəçi, İR və ya Podratçıdan başqa digər şəxslərin fəaliyyəti və öhdəlikləri vasitəsi ilə azaldılmamalıdır.

      5. Podratçı bütün cizgilərin, spesifikasiyaların, əlavələr, yazılı düzəlişlər, dəyişiklik haqqında əmrlər, bəyənilmiş işçi cizgiləri, nümunələri və baxışa təqdim olunmuş sənədlər, yazılı izahatlar və dəyişiklik haqqında sənədlərinin əsilləri və işlək nüsxəsi ərazidə təhlükəsiz yerdə yaxşı vəziyyətdə saxlanmalıdır və inşaat müddəti ərzində baş vermiş bütün dəyişikliklərin göstərilməsi ilə təmin edilməlidir. Bu sənədlər və işlək nüsxələr, tikinti cizgiləri da daxil olmaqla, İR və Layihəçiun rəy bildirməsi üçün əldə oluna bilən olmalıdır və iş tamamlandıqdan sonra İR-nə çatdırılmalıdır.

    1. İşçi Qüvvəsi və Materiallar

      1. Podratçı İşə nəzarəti və təşkilatı həyata keçirmək və İşin Müqavilə Sənədlərinə uyğun şəkildə icra olunması üçün müvafiq, uyğun ixtisaslaşmış işçi heyətini təmin etməlidir. Podratçı həmişə ərazidə qayda-qanun və nizam-intizamı qoruyub saxlamalıdır. İşçi heyətinin təhlükəsizliyi və ya mühafizəsi halları istisna olmaqla, ərazidə və ya yaxınlıqdakı İş və ya mülkiyyət, Müqavilə Sənədlərində başqa cür göstərilən digər hallar istisna olmaqla, ərazidəki işlər normal iş saatlarında icra olunmalıdır. Podratçı özünün Sifarişçiyə və ya İR-nə öncədən etdiyi yazılı bildirişdən ən azı iyirmi dörd (24) saat sonra onların verdiyi yazılı razılıq olmadan Şənbə, Bazar və ya qanuni bayramlarda İşin əlavə vaxtda icra olunmasına yol verməməlidir. Podratçı bütün materiallar, avadanlıqlar, işçi qüvvəsi, nəqliyyat, inşa avadanlığı və maşınları, alətlər, cihazlar, yanacaq, enerji, işıq, istilik, telefon, su, sanitar şərait və İşin təminatı, icrası, sınaqdan keçirilməsi, başladılması və tamamlanması üçün lazım olan bütün digər şərait və əlavələrə görə məsuliyyət daşımalıdır.

      2. Bütün İşlər tikinti norma və qaydalarına uyğun məharətlə və keyfiyyətli şəkildə icra olunmalıdır.

      3. Podratçı İşin Müqavilə Sənədlərinin tələblərinə uyğun təmin və icra olunmasından ötrü hər zaman müvafiq və keyfiyyətli işçi heyətinə təminat verməlidir və bu tələblərə cavab verməyən hər kəsi və ya təşkilatı dərhal ərazidən uzaqlaşdırmalıdır. Podratçı hər vaxt öz işçiləri arasında ciddi nizam-intizam və qayda-qanunu qoruyub saxlamalı və öz subpodratçılarından, təchizatçılarından və ya İşin təminatı və ya icrasını həyata keçirən digər şəxslərdən eynisini tələb etməlidir. Sifarişçi və/və ya İR Podratçıdan bacarıqsız, diqqətsiz və ya digər halda arzu olunmaz hesab etdiyi belə şəxs və müəssisənin Layihədən uzaqlaşdırılmasını yazılı şəkildə tələb edə bilər.

    1. Ərazinin İstifadəsi

      1. Podratçı inşaat proseslərinin, avadanlıqların, material və avadanlıqların saxlanma anbarlarının istifadəsini Layihə ərazisində, Müqavilə Sənədləri ilə müəyyən olunmuş və istifadəsinə icazə verilmiş torpaq və sahələrdə, eyni zamanda qanun, nizamnamələr, özəl torpaqlardan keçmə hüququ verən sənədlər, lisenziyalar və sertifikatların icazə verdiyi digər torpaq və ərazilərlə məhdudlaşdırmalı və sahələrə girişi inşaat avadanlıqları, digər material və avadanlıqlarla çətinləşdirməməlidir. Podratçı İşin icrası nəticəsində belə ərazi və sahələrdə baş verən dağıntı, yaxın ərazi və sahələrin sahibləri və sakinlərinə dəymiş zərərə görə məsuliyyət daşımalıdır.

      2. Podratçı avadanlığın hər hansı bir hissəsinin yüklənməsi zamanı zərər dəyə biləcək şəkildə yükləməməli və ya buna yol verməməlidir. Podratçı İşin hansısa hissəsini və ya qonşu mülkiyyəti, onları gərgin vəziyyətə sala biləcək və ya təzyiq altında qoya biləcək vəziyyətə yol verməməlidir.

    2. Ərazinin qorunması

      1. İşin irəliləyişi zamanı Podratçı inşaat ərazisini istifadə olunmuş materiallar, zibil və İş nəticəsində ortaya çıxan tikinti tullantıları kütləsindən qorumalıdır. İş tamamlandıqda, Podratçı bütün istifadə olunmuş materialları, zibili və tikinti tullantılarını, həmçinin alətləri, cihazları, inşaat avadanlıqlarını, maşınları və qalıq materialları inşaat ərazisindən çıxarmalı və ərazini istifadə üçün tam təmiz şəkildə qoyub getməlidir. Podratçı Müqavilə Sənədləri ilə təyin olunmayan dəyişiklik edilmiş mülkiyyəti tam şəkildə əvvəlki vəziyyətinə qaytarmalıdır.

      2. Əgər Podratçı İş tamamlanana qədərki müddətdə təmizliyi bitirə bilmirsə, Sifarişçi Paraqraf 4.6.1. təminat verdiyi kimi hərəkət edə bilər və ya bu işin idarə olunması xərcləri Podratçının hesabına yazılmalıdır yaxud da onun Sabit Xidmət Haqından çıxılmalıdır.

    3. İcazələr, Ödənişlər və Xəbərdarlıqlar

      1. Podratçı İşin icrası üçün tələb olunan, subpodratçı və təchizatçılarının xüsusi inşaat lisenziyaları və icazələri xaric olmaqla digər inşaatla bağlı bütün icazə və lisenziyaları əldə etməlidir və onların haqqını ödəməlidir. Podratçı başlanğıc qiymətinə, o olmazsa, Müqavilədə verilənlərə müvafiq şəkildə, İşin davam etdirilməsi üçün lazımi dövlət ödənişləri və təftiş haqqını ödəməlidir. Podratçı kommunal xidmət sahiblərinin İşə qoşulma və ayrılması üçün bütün xərclərini ödəməlidir. Podratçı tərəfindən “Xərclər üstəgəl Sabit Xidmət Haqqı” müqaviləsinin müvafiq prinsipi əsasında layihənin icrası və yerinə yetirilməsi səbəbindən çəkilən bütün xərclər Podratçıya, bu müqavilənin icra üsuluna müvafiq olaraq, hər mütəmadi ödəniş dövründə ödənilməlidir.

      2. Podratçı, İşin icrasına əlaqədar olaraq, bütün dövlət qanunlarına və normativlərə əməl etməlidir. Nə Sifarişçi, nə İR, nə də Layihəçi, müvafiq qanun və nizamnamələrlə dəqiq tələb olunduğu hallar istisna olmaqla, Podratçının hər hansı bir qanun və qaydalara uyğunluğunun idarə olunmasına görə məsuliyyət daşımamalıdır.

    1. Maliyyə güzəştləri

Nəzərdə tutulmayıb.

4.9. İşçi cizgiləri, Nümunələri və Baxışa təqdim olunmuş digər sənədlər

4.9.1. Podratçı İR-ni bütün işçi cizgiləri, nümunələri və baxışa təqdim olunmuş digər sənədlərin yeddi (7) nüsxəsi ilə təmin etməlidir. Bu sənədlərdə, Podratçının baxışa təqdim olunmuş sənədlər baxımından, öz öhdəliklərini Müqavilə Sənədləri altında yerinə yetirməsi haqqında möhür və ya xüsusi yazılı təsdiq olmalıdır. İR-nin tələb edə biləcəyi kimi, istifadəsi planlaşdırılan bütün baxışa təqdim olunmuş sənədlər material, təchizat, kataloq nömrələri kimi müvafiq rəqəmlərlə və aydın şəkildə müəyyən olunmalıdır. İşçi cizgiləri, nümunələri və baxışa təqdim olunmuş digər sənədlərdə verilən bütün rəqəmlər kəmiyyətlərin, ölçülərin, təqdim olunan işlərin, tərtibat göstəricilərinin, materiallar və oxşar rəqəmlərin İR və Layihəçi tərəfindən məlumatı nəzərdən keçirməsini mümkün etməsi üçün tamamlanmalıdır.

4.9.2. Podratçı, Müqavilə Sənədlərinin tələb etdiyi kimi, cizgiləri, nümunələri və baxışa təqdim olunmuş sənədləri İR-nə elə dəqiqliklə təqdim etməlidir ki, İşdə gecikmə halları baş verməsin.



4.9.3. Hər bir işçi çizgilərini , nümunə və baxışa təqdim olunmuş digər sənədi təqdim etməzdən öncə Podratçı bütün kəmiyyətlərin, ölçü vahidlərinin, dəqiq müəyyən olunmuş iş meyarları, quraşdırma tələbləri, materiallar, kataloq nömrələri və oxşar rəqəmləri müəyyən və təsdiq etməli, hər bir iş çertyojunun, nümunənin və baxışa təqdim olunmuş digər sənədlərin bir-biri və Müqavilə Sənədlərinin tələbləri ilə üst-üstə düşməsini yoxlamalı və uzlaşdırmalıdır.

      1. Hər bir təqdimat zamanı Podratçı İR-nə hər bir iş çertyojunun, nümunənin və baxışa təqdim olunmuş digər sənədlərin Müqavilə Sənədlərinin tələblərindən fərqlənən cəhətləri haqqında yazılı rəy verməli, bundan əlavə o, İR-nin nəzərdən keçirməsi təsdiq etməsi üçün iş Cizgilərinə, nümunələrə və baxışa təqdim edilmiş digər sənədlərdə edilmiş hər bir dəyişiklik haqqında Baxışa Təqdim olunmuş Sənədlər Jurnalında xüsusi qeyd aparmalıdır.

      2. Sifarişçi adından fəaliyyət göstərən şəxs tərəfindən keçirilən işçi cizgiləri, nümunələr və baxışa təqdim olunmuş digər sənədlərə baxış, Paraqraf 4.9. 4. tələb olunduğu kimi, edilən dəyişikliyi baxış zamanı yazılı şəkildə İR-nin diqqətinə çatdırıb, hər bir iş çertyoju, nümunə və baxışa təqdim olunmuş digər sənədlərin təsdiqi ilə birgə hər bir dəyişiklik haqqında yazılı qeyd almayıncayadək, Podratçının heç bir məsuliyyətini azaltmır. İR və ya Layihəçi tərəfindən keçirilən baxış Podratçının işçi cizgilərində, nümunələrdə və baxışa təqdim olunmuş digər sənədlərdə yol verilən səhvlərə və buraxılmış hissələrə görə məsuliyyətini azaltmır.

      3. İR, işçi cizgiləri, nümunələr və baxışa təqdim olunmuş digər sənədlər İR-nə baxış üçün təqdim olunduğu tarixdən etibarən iyirmi bir (21) gün ərzində onlara baxış keçirməli və təsdiq və ya inkarın səbəbi haqqında yazılı şəhadətnamə ilə birlikdə Podratçıya qaytarmalıdır.

      4. Podratçı işçi cizgiləri, nümunələr və baxışa təqdim olunmuş digər sənədlərə İR və ya Layihəçi tərəfindən tələb olunan düzəlişləri etməli və tələb olunan sayda nüsxə ilə birlikdə yenidən baxışa təqdim etməlidir. Podratçı yenidən baxışa təqdim etdiyi hər bir sənəddə yazılı şəkildə öncəki baxış zamanı tələb olunan düzəlişlərin təkrarı və ya hər bir əlavəni yazılı şəkildə göstərməlidir.

      5. Müqavilə Sənədləri ilə tələb olunan işçi cizgiləri, nümunələr və ya baxışa təqdim olunmuş digər sənədlər, yenidən baxış keçirilmiş, təsdiqlənmiş və Podratçıya qaytarılmış sənədlərlə bağlı icra olunmuş hər hansı bir İşə görə edilən risk, çəkilən xərc və daşınan məsuliyyət yalnız Podratçının üzərinə düşəcək.

      6. İşçi cizgiləri, nümunələr və baxışa təqdim olunmuş digər sənədlər yenidən baxış və ya təsdiq prosesinin heç bir hissəsində, formasında və ya mərhələsində Müqavilə Sənədlərini təsis etmir.

    1. İşin Bölünməsi və Birləşdirilməsi

4.10.1. Podratçı İşin müxtəlif hissələrinin müvafiq olaraq bir yerə yığılması və vahid bir tam təşkil etməsi üçün, tələb olunan yerdə, onun bütün bölmə, yığma və birləşdirilməsi işlərini həyata keçirməlidir.

      1. Podratçı digərlərinin işini kəsmə, qazıma və ya onların işini digər bir formada dəyişdirməklə təhlükə altına qoymamalı və İR və təsiri ola biləcək digərlərinin yazılı razılığı olmadan onların işini kəsməməli və ya dəyişdirməməlidir.

4.11. İşə Zərər

      1. Əgər Podratçı, onun subpodratçılarından, təchizatçılarından hansısa biri, və ya Podratçının adına İşin təmin və icra olunmasını həyata keçirən digər şəxs və təşkilat Sifarişçinin işi və ya mülkiyyətinə, ərazidəki digər podratçının işinə və mülkiyyətinə, ərazidəki digər tikili və ya ləvazimatlara xələl yetirərsə, onda Podratçı belə zərəri dərhal öz xərcləri hesabına aradan qaldırmalı və bilməlidir ki, Sifarişçi tərəfindən bunun əvəzi ödənilməyəcək.

    1. Ödənişlər, Müəllif Xidmət Haqları və Patentlər

      1. Podratçı İşlə əlaqəsi olan və ya İş üçün vacib hesab olunan bütün lisenziya xərcləri və müəllif Xidmət Haqlarına diqqət yetirməli, bütün maliyyənin İşin icrası yaxud patent və ya müəllif hüquqlarının subyekti olan hansısa ixtira, tərtibat, emal, istehsal və ya alətin işə qoşulması zamanı istifadə olunmasına, Sifarişçiyə, Layihəçia və İR-nə zərər dəyməsinə görə məsuliyyət daşımalıdır.

      2. Əgər İşin icrası zamanı istifadə olunması üçün xüsusi ixtira, tərtibat, emal, istehsal və ya alətin işə qoşulması Müqavilə Sənədlərində dəqiq müəyyən edilibsə, və əgər Sifarişçinin, İR-nin və ya Layihəçinin məlumatı olduğu təqdirdə, onun istifadəsi başqalarına lisenziya xərcləri və ya müəllif Xidmət Haqqı ödənilməsinə gətirib çıxaran patent və müəllif hüquqlarının subyektidirsə, onda belə hüquqların mövcudluğu Müqavilə Sənədlərində öz əksini tapmalıdır.

    2. Zəmanət

      1. Bütün material və avadanlıqlar, Müqavilə Sənədlərində başqa cür göstərildiyi hallar istisna olmaqla, yüksək keyfiyyətli və yeni olmalıdır. Podratçı material və avadanlıqların növü və keyfiyyəti ilə bağlı tələb olunan sınaqlar və ya digər inandırıcı dəlillər haqqında hesabatla İRni təmin etməlidir. Müqavilə Sənədlərində başqa cür təmin olunan hallar istisna olmaqla, bütün material və avadanlıqlar müvafiq təchizatçının göstərişlərinə əsasən tətbiq edilməli, sazlanmalı, nizama salınmalı, birləşdirilməli, təmizlənməli, istifadə edilməli və şərtləşdirilməlidir. Bununla belə, bu cür göstərişlərdən hansısa birinin təmin olunması İR-nin, Layihəçinin və ya onların məsləhətçilərinin, vasitəçilərinin, işçilərinin üzərinə İşin təmin və icra olunması zamanı rəhbərlik, idarə etmə və ya istiqamətləndirmə ilə bağlı və ya onların öz üzərilərinə Paraqraf 2.2.6 və ya 3.1.1. verdiyi təminatlara zidd məsuliyyət götürmələri üçün heç bir səlahiyyət və vəzifə təyin olunmasına təsir etməməlidir.

      2. Podratçı bütün İşlərin Müqavilə Sənədlərinə əsasən həyata keçirilməsinə və qüsurun olmayacağına zəmanət və təminat verməlidir. Bütün qüsurlu İşlər, yerində olub-olmamağından asılı olmayaraq, Müqavilə Sənədlərində təmin olunduğu kimi, rədd edilə, düzəliş edilə və ya qəbul edilə bilər.

    3. Vergilər

      1. Podratçı Sabit Xidmət Haqqı üçün bütün vergilərin öz hesabına ödənilməsinə cavabdehdir.

      2. Podratçı ilk növbədə, İşin icrası müddətində, Azərbaycan Respubliaskının vergi qanunvericiliyinə müvafiq olaraq Podratçı tərəfindən ödənilməsi tələb olunan bütün ƏDV, istehlak, istifadə, xidmət və digər buna bənzər vergiləri ödəməlidir.

    4. Zəmanətlər

      1. Podratçı, Sifarişçini, İR-ni, Layihəçini, digər podratçıları və onların məsləhətçilərini, vasitəçilərini və Podratçının işçilərini hansısa subpodratçı və onların fəaliyyətinə görə məsuliyyət daşıdığı şəxs və təşkilatların ehtiyatsızlıq və ya hərəkətsizlik də daxil olmaqla, səbəbindən asılı olmayaraq baş verən ardıcıl və mülkiyyətə dəyən maddi ziyandan nəticələnən itkilər dolayı itkilər və ya əldən çixmiş fayda da daxil olmaqla, İşin icrası zamanı ortaya çıxan və ya ondan nəticələnən xərclər, məsrəflər və vəkillərin xidmət haqları da daxil olmaqla, bütün iddia, tələb, zərər və itkilərə qarşı qorumalı, ziyandan müdafiə etməli və bu cür zərərləri ödəməlidir.

      2. Sifarişçi, İR və ya Layihəçi və ya onların məsləhətçiləri, vasitəçiləri və işçilərinə qarşı Podratçı, hansısa subpodratçı, onlar tərəfindən İşin təmin və icra olunması üçün işə götürülmüş hər hansı bir şəxs və ya təşkilat, yaxud fəaliyyətinə görə məsuliyyət daşıya biləcəkləri şəxs tərəfindən iddia irəli sürülərsə, 4.15.1. bəndində müəyyən edilən Podratçının zəmanət öhdəliyinin məbləi və növü Azərbaycan Respublikası qanunlarına əsasən Podratçıya, hər hansısa subpodratçı, digər şəxs və ya təşkilata tərəfində ödənilməli olan kompensasiya və ya müavinətlə məhdudlaşmayacaqdır.

      3. Qanunun icazə verdiyi çərçivədə, Paraqraf 4.15.1.-də təmin edilən Podratçı tərəfində təmin edilən zəmanətlər bu cür iddialar, tələblər, xahişlər, qiymətlər, xərclər və ödənişlər qeyd olunan şəxs və ya müəssisə tərəfindən baş verib-verməməyindən asılı olmayaraq tətbiq ediləcək.

    5. Sınaqlar və təftişlər

      1. Podratçı, mütəmadi olaraq, İR-nə İşin bütün tələb olunan təftiş, sınaq və ya baxışa hazır olduğu haqda bildiriş verməlidir. Podratçı, İR və Layihəçinin Müqavilə Sənədləri və Dövlət Tikinti Normativlərinə əsasən tələb etdiyi bütün sınaq və təftişləri həyata keçirməkdə məsuliyyət daşıyır.

      2. Əgər mühakimə hüququ olan hər hansı dövlət orqanlarının qanun və ya qaydaları iş və ya onun bir hissəsi ilə əlaqədar xüsusi təftiş, sınaq və ya baxış keçirilməsini tələb edirsə, Podratçı buna görə tam məsuliyyət daşımalı, əlaqədar olan bütün xərcləri ödəməli və Sifarişçini və/və ya İR-ni qəbzlər, tələb olunan təftiş, sınaq və ya baxış sertifikatları ilə təmin etməlidir. Podratçı, eyni zamanda, Layihəçi və İR-nin İşdə istifadə olunacaq material və avadanlıqların əvəz edilməsi ilə bağlı və ya öncədən Podratçının İşlə bağlı əldə etdiyi material və ya avadanlıqların dəyişdirilməsi ilə bağlı təklifi qəbul etməsi ilə əlaqədar tələb olunan təftiş və ya sınaq keçirilməsi ilə bağlı bütün xərcləri də ödəməlidir.

      3. Səlahiyyəti olan hər hansı bir dövlət orqanlarının qanun və ya qaydaları ilə tələb olunan hallar istisna olmaqla, bütün təftiş, sınaq və ya baxışlar Sifarişçi və İR- tərəfindən qəbul ediləcək təşkilatlar tərəfindən icra ediləcək.

      4. Məhz Podratçının mənfəəti üçün keçirilən sınaq və təftişlərə görə yalnız Podratçı özü məsuliyyət daşıyacaq.

    6. Mövcud Qurğular, Tikililər və Fiziki Şərait

      1. Podratçı İşin növü və yeri ilə ətraflı şəkildə tanış olmalı, İşə təsir edə biləcək, qurğular, tikililər və şəraitin diqqətlə yoxlanılmasına və təftiş olunmasına görə məsuliyyət daşımalıdır. Bunlara daxildir: materialların nəqli, təhvili, çatdırılması və qorunub saxlanması; işçi qüvvəsinin mümkünlüyü; su və elektrikin mümkünlüyü; şose yollarının və İşə digər yolların mümkünlüyü, şərait və istifadəsi; hava şəraiti; yeraltı və yerüstü imkanların növü və yerləşməsi; Layihə ərazisində və ora yaxın sahələrdə yeraltı və yerüstü imkanların növü və yerləşməsi; Sifarişçinin İşə təsir edə biləcək digər müqavilələri Layihə sahəsinə daxil etməsi və Podratçıdan koordinasiya və qrafik qurmaq tələbi; və İşin icrası zamanı istifadə olunacaq avadanlıqların, material və ya ehtiyatların növü, yararlılığı və qorunub saxlanması. Podratçı İşə təsiri olan qanunun bütün nizamnamələri, məcəllələri, fərmanları və əsasnamələrini təyin etməli və onlarla ətraflı tanış olmalıdır.

      2. Sahədə və ya qonşu ərazilərdə mövcud yeraltı və yerüstü şəraitlə bağlı müəyyən məlumat və rəqəmlər Müqavilə sənədlərində göstərilməlidir. Podratçı məlumatın kifayət qədər olub-olmamağını müəyyən etməli və sahədə Mövcud olan yeraltı və yerüstü şəraitlə ətraflı tanış olması üçün lazım ola biləcək əlavə araşdırmalar aparmalıdır.

      3. Podratçıya, Layihəçi tərəfindən Müqavilə Sənədlərinin hazırlanması zamanı istifadə olunmuş və Podratçıya təqdim olunmuş ərazidə və ya qonşu sahələrdə yeraltı və yerüstü şəraitin araşdırılması və yoxlanması ilə bağlı hesabatda göstərilən faktlara əsaslanan məlumatın dəqiqliyinə etibar etmək hüququ verilməlidir.

      4. Əgər Podratçı inanırsa ki:

        1. Podratçıya etibar etmək hüququ verilən faktlara əsaslanan məlumat dəqiq deyil; və ya

        2. Sahədə və ya qonşu ərazilərdəki mövcud yeraltı və ya yerüstü şərait Müqavilə sənədlərində qeyd olunanlardan fərqlənir, onda Podratçı, bu haqda xəbərdar olduqdan sonra və bununla bağlı hansısa işin icrasına başlamamışdan öncə, Paraqraf 5.3.1. təmin etdiyi fövqəladə hallar istisna olmaqla, fərq barədə dərhal İR-nə yazılı xəbərdarlıq etməlidir.

      5. İR münasib şəraiti nəzərdən keçirməli, Layihəçi ilə məsləhətli şəkildə müvafiq əlavə tədqiqat, araşdırma və ya yoxlamaların lazım olub-olmadığını müəyyən etməli, qeyri dəqiqlik və ya fərq haqqında Sifarişçi yazılı məsləhət verməlidir. Əgər İR, Layihəçi ilə məsləhətləşərək, müəyyən edirsə ki, mövcud yeraltı və yerüstü şərait, imkanlar və ya tikililər Müqavilə Sənədlərində göstərildiyindən əhəmiyyətli dərəcədə fərqlənir, sahədə və ya qonşu ərazilərdə Podratçının xəbərdar olması və ya etibar edə bilməsi gözlənilməyən yeraltı və yerüstü şərait mövcuddursa, onda İR və Layihəçi Müqavilə Sənədlərinin nə dərəcədə dəyişdiriləcəyini müəyyən etməlidir. Maddə 9-un təminatlarına əsasən Podratçıya Xidmət Haqqı və ya Müddətdə dəyişiklik etmək hüququ verilməlidir. Maddə 5-də təmin olunduğu kimi, Podratçı belə şəraitin təhlükəsizliyi və mühafizəsinə görə məsuliyyət daşımalıdır.

    7. Asbestlər, PXD-lər, Neft, Zərərli Tullantılar və Radioaktiv Maddələr

      1. Sifarişçi İş sahəsi podratçıya təhvil verilənədək, İşlə bağlı sahədə yerləşən insanlara və mülkiyyətə ciddi zərər verə biləcək asbestlər, PXD-lər, neft, zərərli tullantılar və ya radioaktiv maddələr aşkarlanmasına görə məsuliyyət daşıyacaq. Sifarişçi Podratçı, subpodratçılar, təchizatçılar və ya Podratçının fəaliyyətinə görə məsuliyyət daşıdığı digər şəxslər tərəfindən Layihə sahəsinə gətirilmiş belə materiallara görə məsuliyyət daşımayacaq.

      2. Podratçı belə zərərli şəraitlə bağlı, onun təsiri olan ərazidə dərhal bütün İşləri dayandırmalı və bu haqda Sifarişçini və İR-ni xəbərdar etməlidir (daha sonra yazılı bildiriş təqdim etməlidir). Sifarişçi belə zərərli şəraitin dəyərləndirilməsi və lazım olarsa düzəliş addımı atılması üçün ixtisaslaşmış mütəxəssis dəvət etməyin Sifarişçi üçün vacib olub-olmaması ilə bağlı dərhal İR ilə məsləhətləşməlidir. Sifarişçi lazımi icazələri əldə edib, belə şəraitin yaxud onun təsiri olmuş ərazidə İşin yenidən başladılması üçün təhlükəsizləşdirilməsi və ya neytrallaşdırılması haqda Podratçıya yazılı xəbərdarlıq verməyincəyə, yaxud İşin təhlükəsiz şəkildə yenidən başladılması üçün xüsusi şərait yaratmayıncaya qədər və ya sonra, Podratçıdan belə zərərli şərait və ya onun təsiri olmuş ərazidə İşin başladılması tələb olunmamalıdır. Əgər Sifarişçi və Podratçı məbləğ və müddətdə düzəliş edilməsi, İşin dayandırılması və ya Podratçının İşi dayandırmağa razılıq verdiyi xüsusi şərait nəticəsində Müqavilə qiyməti və Müqavilə müddətində razılığa gələ bilmirlərsə, Paraqraf 9.3. və 9.4. təminat verildiyi kimi, Podratçının tələbi ilə düzəliş edilməlidir.

      3. Əgər Podratçı, belə xüsusi yazılı xəbərdarlıqdan sonra təhlükəsizliyinə əmin olmadığını əsas tutaraq İşi yenidən başlatmağa, belə xüsusi şərait altında işi başlatmağa razılıq vermirsə, onda Sifarişçi İşin zərərli şərait və onun təsir etdiyi sahə ilə əlaqədar olan hissəsinin İşdən kənarlaşdırılması haqda əmr verə bilər. Əgər Sifarişçi və Podratçı məbləğ və müddətdə düzəliş edilməsi, İşin belə hissəsinin kənarlaşdırılması nəticəsində Müqavilə qiyməti və Müqavilə müddətində razılığa gələ bilmirlərsə, onda müzakirə Paraqraf 16.5.-in təminatına əsaslanmalıdır. Paraqraf 2.4-ə əsasən, Sifarişçi İşin kənarlaşdırılmış hissəsinin özünün və ya başqalarının gücünə icra edə bilər.


Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə