Azərbaycan respublikasi döVLƏt neft şİRKƏTİ


DƏYMİŞ ZİYAN və DƏBBƏ PULU



Yüklə 3,11 Mb.
səhifə40/40
tarix26.01.2018
ölçüsü3,11 Mb.
#22458
1   ...   32   33   34   35   36   37   38   39   40

34. DƏYMİŞ ZİYAN və DƏBBƏ PULU
34.1 Əgər PODRATÇI Müqavilədə müəyyən edilən İŞLƏRİ ƏSAS TARİXLƏRİN CƏDVƏLİNDƏ nəzərdə tutulan tarixlərdə tamamlaya bilməzsə və/və ya Maddə 34.1-də müəyyən edilmiş Dəbbə Pulu başlığı altında müəyyən edilən işlərlə bağlı MÜQAVİLƏNİN tələblərinə cavab verə bilməzsə PODRATÇI ŞİRKƏTƏ Dəbbə Pulu görə məsuliyyət daşıyır. Dəbbə Pulu həcmi Müqavilədə müəyyənləşdirlir.
34.2 PODRATÇININ bu Müqaviləyə əsasən Dəbbə Pulu məbləğini ödəmə öhdəliyi cərimə olaraq deyil, PORATÇININ Müqavilə öhdəliklərinə əməl etməməsi nəticəsində ŞİRKƏTƏ dəymiş ziyanın və itkilərin əvvəlcədən hesablanmış ilkin məbləğini təşkil edir.


35.MÜBAHİSƏLƏRİN HƏLLİ
35.1 ŞİRKƏT və PODRATÇI arasında MÜQAVİLƏ və ya İŞ ilə bağlı meydana çıxan mübahisələr aşağıdakı qaydalara uyğun olaraq həll edilir:


    1. mübahisə ilk öncə ŞİRKƏTİN NÜMAYƏNDƏSİ və PODRATÇININ NÜMAYƏNDƏSİNƏ yönəldilir, hansı ki, öz növbələrində mübahisə obyekti olan məsələni müzakirə edir və razılığa gəlmək üçün bütün ağlabatan cəhdləri edirlər;




    1. əgər Maddə 35.1(a)-ya əsasən razılaşma əldə edilməsə, mübahisə Müqavilədə müəyyən edilmiş iki şəxsə yönəldilir. Bu şəxslərdən biri ŞİRKƏT, biri isə PODRATÇI tərəfindən təyin edilir. Tərəflər təyin etdikləri şəxsləri digər tərəfə məlumat verməklə dəyişə bilərlər;




    1. əgər Maddə 35.1(b)-yə əsasən razılaşma əldə edilməsə, mübahisə ŞİRKƏTİN və PODRATÇININ İcraçı Direktorlarına və ya Rəhbərliklərinin vasitəsi ilə həll edilməyə yönəldilir.

35.2 Əgər Maddə 35.1(c)-yə əsasən razılaşma əldə edilməsə, tərəflər mübahisəni öz aralarında razılaşdırdıqları Mübahisələrin Alternativ Həlli forması ilə həll edilə bilərlər.


35.3 Hər hansı bir mübahisə barədə razılaşma əldə edilməsə, Maddə 35.4-ə əsasən tərəflərdən hər biri mübahisəni həll etmək üçün istənilən vaxt Azərbaycan Respublikasının qanunlarına müvafiq olaraq Məhkəməyə müraciət edə bilər.
35.4 Maddə 35.3-ə əsasən mübahisənin Məhkəmələrə yönəldilməsindən əvvəl mübahisə ilə əlaqədar məhkəmə işinə başlamaq istəyən tərəfin bundan öncə Maddə 35.1 (a), (b) və (c)-də qeyd olunan qaydalara riayət etməsi və bunları tamamlamağa cəhd etməlidir.
35.5 Hansısa bir məsələ və ya məsələlər mübahisə obyekti olan zaman, PODRATÇI İŞİN icrasına davam etdirir və tamamlanmasını həyata keçirir və həm PODRATÇI, həm də ŞİRKƏT MÜQAVİLƏNİN şərtlərinə riayət edir.

36. SAĞLAMLIQ, TƏHLÜKƏSİZLİK VƏ ƏTRAF MÜHİT
36.1 ŞİRKƏT sağlamlıq, təhlükəsizlik və ətraf mühit (bundan sonra “STƏ” adlandırılır) ilə bağlı məsələlərə böyük önəm verir və tələb edir ki, PODRATÇI QRUPU STƏ-nin ən yüksək standartlarına əməl və riayət etsin.
36.2 PODRATÇI İŞİN icra edilməsi üçün zəruri olan bütün əməliyyatların və metodların müvafiqliyi, stabilliyi və təhlükəsizliyi üçün tam məsuliyyət daşıyır və STƏ–nin şərtlərinə ciddi şəkildə riayət edir. PODRATÇI STƏ ilə bağlı tədbirlərin təşkil edilməsi və bu tədbirlərin sənədlərinin hazırlanması üçün ŞİRKƏT ilə əməkdaşlıq edir.
36.3 Sağlamlıq, Təhlükəsizlik və Ətraf Mühit standartlarının tələblərinə riayət edilməməsi və ya hər hansı bir materialdakı STƏ risklərinin tənzimlənməsi ilə əlaqədar ŞİRKƏTİN ağlabatan tələbinin icra edilməməsi ŞİRKƏTƏ əsas verir ki, İŞİN və ya MÜQAVİLƏNİN hər hansı bir hissəsinin Maddə 29.1(b)-yə əsasən ləğv edilməsi üçün bildiriş versin.
36.4 PODRATÇI İŞ SAHƏSİNDƏ baş verən fövqəladə hadisənin lazımi şəkildə qarşısının alınması üçün ŞİRKƏT ilə əməkdaşlıq edir və təhlükə olduğu zaman dərhal insan həyatının və əmlakın qorunması üçün zəruri olan tədbirlər görür.

Tərəflərin səlahiyyətli nümayəndələri Müqaviləni aşağıda göstərilən tarixdə iki nüsxədə imzalayırlar:


PODRATÇI ŞİRKƏT
Adı: Adı:
Vəzifəsi: Vəzifəsi:
Tarix: Tarix:


  1. ARDNŞ-nin SOCASS – 022.2011 Standartı


Əlavə II

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin

_______ il tarixli, __ nömrəli əmri ilə
təsdiq edilmişdir






Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin standartlaşma sistemi

Ehtimal olunan dəyərin müəyyən edilməsinə dair standart

(SOCARSS – 022.2011)





    1. Standartlaşmanın məqsədi – növbəti il üçün malların (işlərin və xidmətlərin) satın alınması üzrə təchizat planının (proqnozunun) hazırlanmasında, eləcə də müsabiqə təkliflərinin qiymətləndirilməsində istifadə ediləcək ehtimal olunan dəyərin müəyyən edilməsinə dair münasibətlərin tənzimlənməsi.

    2. Ehtimal olunan dəyər – satın alan təşkilat tərəfindən satınalmaların maliyyələşdirilməsini düzgün planlaşdırmaq məqsədilə, satın alınan malların (işlərin və xidmətlərin) bu standarta uyğun olaraq müəyyən edilən bazar qiyməti.

    3. Məsul şəxs – ARDNŞ-nin qurumlarında fəaliyyət göstərən ixtisaslaşmış təchizat bölməsinin əməkdaşı.

    4. Satınalma Komitəsinin nümayəndəsi – ehtimal olunan dəyərin müəyyən edilməsi üzrə satın alan təşkilat tərəfindən həyata keçirilən prosedurlara və tədbirlərə nəzarəti həyata keçirən Satınalmalar Komitəsinin katibi.

    5. Ehtimal olunan dəyərin müəyyən edilməsi üsulları – malların (işlərin və xidmətlərin) ehtimal olunan dəyərinin müəyyən edilməsi üçün potensial malgöndərənlərə (podratçılara) sorğuların göndərilməsi, informasiya vasitələrindən istifadə edilməsi, əvvəl bağlanmış müqavilələrin təhlil edilməsi və müstəqil qiymətləndiricinin xidmətlərinin cəlb edilməsi üsullarından istifadə olunur.

    6. Sorğuların göndərilməsi – potensial malgöndərənlərdən (podratçılardan) mallar (işlər və xidmətlər) üzrə müvafiq dövr üçün cəlb edilmiş kommersiya təkliflərinin aşağıdakı tələblər nəzərə alınmaqla təhlil edilməsi:

  • ARDNŞ-nin qurumlarının hər il təqdim etdiyi potensial malgöndərənlərin (podratçıların) siyahısı Satınalmalar Komitəsi tərəfindən təsdiq edilməli və bu siyahıya əlavə və dəyişikliklərin edilməsi eyni qaydada rəsmiləşdirilməlidir;

  • Potensial malgöndərənlərin (podratçıların) siyahısı hazırlanarkən onların analoji malların (işlərin və xidmətlərin) təqdim edilməsində müsbət təcrübəsinin, malgöndərən istehsalçı olmadığı halda konkret istehsalçı ilə onun münasibətlərini təsdiq edən sənədlərin, işlərin yerinə yetirilməsini təklif edən podratçıların müvafiq texniki vasitələrə və kadr potensialına malik olması imkanlarının, malgöndərənlər (podratçılar) xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə məşğul olduqda onlarda belə razılığın mövcudluğu nəzərə alınmalıdır.

  • Kommersiya təkliflərinin konfidensiallığını təmin etmək üçün onların əvvəlcədən müəyyən edilən vaxtadək malgöndərənlər (podratçılar) tərəfindən müvafiq qaydada imzalanması və möhürlənmiş bağlı zərflərdə təqdim edilməsi üçün tədbirlər görülməlidir;

  • Zərflər Satınalmalar Komitəsinin nümayəndəsinin müəyyən etdiyi vaxtda nümayəndənin iştirakı ilə məsul şəxslər tərəfindən açılmalı və qiymətə təsir göstərə biləcək bütün hallar nəzərə alınmaqla təkliflər üzrə məlumatlar müvafiq aktla rəsmiləşdirilməlidir;

  • Bu üsul ilə təqdim edilmiş kommersiya təklifləri və onların qiymətləndirilməsi üzrə sənədlərin bir nüsxəsi məsul şəxsdə, digəri isə Satınalmalar Komitəsinin nümayəndəsində ən azı bir il müddətində saxlanmalıdır;

  • Bu üsulunun tətbiq edilməsi ilə əlaqədar prosedurlarda iştirak edən mütəxəssislərin məlumatların yayılması ilə bağlı məsuliyyəti müəyyən edilməlidir.

  1. İnformasiya vasitələrindən istifadə edilməsi – malların (işlərin və xidmətlərin) dəyəri barədə məlumatların internet, rabitə və digər vasitələrlə əldə edilməsi. Bu üsul ilə yanaşı potensial malgöndərənlərə (podratçılara) sorğuların göndərilməsi üsulu hər bir halda tətbiq edilməlidir.

    1. Əvvəl bağlanmış müqavilələrin təhlil edilməsi - analoji malların (işlərin və xidmətlərin) satın alınması üzrə əvvəl bağlanmış müqavilələrin dəyərinin əsas götürülməsi. Bu üsul o zaman tətbiq edilir ki, həmin müqavilələrin bağlanması zamanı keçirilmiş müsabiqələrdə ehtimal olunan müqavilə dəyəri potensial malgöndərənlərə (podratçılara) sorğuların göndərilməsi üsulunun tətbiq edilməsi nəticəsində müəyyən olunmuşdur.

    2. Müstəqil qiymətləndiricinin xidmətinin cəlb edilməsi – ARDNŞ-nin Satınalmaların təşkili və idarə edilməsi üzrə normativ sənədlərinə uyğun olaraq cəlb edilmiş müstəqil qiymətləndirici tərəfindən yuxarıda qeyd olunan üsullar da daxil olmaqla beynəlxalq neft-qaz əməliyyatlarında tətbiq edilən təcrübəyə əsaslanaraq aparılmış qiymətləndirmə nəticəsində dəyərin müəyyən edilməsi.

    3. Konfidensiallığın təmin edilməsi – Satınalma Komitəsinin nümayəndəsi, satın alan təşkilatın rəhbəri, onun sahə üzrə müavini, eləcə də məsul şəxs tərəfindən yazılı və ya şifahi, vizual və ya elektron, maqnit daşıyıcıları və ya rəqəmsal format daxil olmaqla, lakin bunlarla məhdudlaşdırılmadan istənilən  formada bu standartın məqsədləri üçün  əldə edilmiş məlumatların konfidensiallığı təmin edilməlidir. Ehtimal olunan dəyər ilə bağlı məlumatların konfidensial saxlanması vəzifəsi məlumatlara çıxışı olan işçilərin vəzifə təlimatlarında nəzərə alınması üçün işəgötürən tərəfindən tədbirlər görülməlidir.

    4. Satınalma müsabiqəsində potensial malgöndərənlərin (podratçıların) iştirakı - Ehtimal olunan müqavilə dəyərinin müəyyən edilməsində əsas olmuş təklifləri təqdim edən potensial malgöndərənlərin (podratçıların) müsabiqəyə dəvət olunmaları təmin edilməlidir. Həmin malgöndərənlərə (podratçılara) dəvət sənədlərinin göndərilməsi, həmin sənədlərin onlar tərəfindən qəbul edilməsi və digər tədbirlərin görülməsi müvafiq qaydada sənədləşdirilməli və müsabiqənin nəticələrinə dair protokola əlavə edilməlidir.

    5. Satınalma prosedurlarının dayandırılması - Potensial malgöndərənin (podratçının) müvafiq qaydada səlahiyyət verdiyi törəmə müəssisəsi, agenti, filialı, nümayəndəsi, subpodratçısı, distributoru və yaxud müvafiq müqavilə əsasında onu təmsil edən digər üçüncü şəxs vasitəsilə satın alma əməliyyatlarında iştirak etməsi halları istisna olmaqla bu standartın 01.11 bəndi ilə müəyyən olunmuş tələblər təmin edilmədikdə satınalma müqaviləsi qüvvəyə minənədək Satınalma Komitəsinin qərarı ilə müvafiq satınalma prosedurları dayandırıla bilər.

    6. Məsuliyyət – Satınalma Komitəsinin nümayəndəsi, satın alan təşkilatın rəhbəri, onun müavini, ixtisaslaşmış təchizat bölməsinin əməkdaşı bu standartın tətbiq edilməsinə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.



Səhifə /

Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə