Azərbaycan respublikasi döVLƏt neft şİRKƏTİ


OFŞOR (DƏNİZDƏ) NƏQLİYYAT



Yüklə 3,11 Mb.
səhifə37/40
tarix26.01.2018
ölçüsü3,11 Mb.
#22458
1   ...   32   33   34   35   36   37   38   39   40

5. OFŞOR (DƏNİZDƏ) NƏQLİYYAT


    1. İŞLƏR ofşor ərazidə görülərkən ŞİRKƏT PODRATÇININ təmin etdiyi işçilər üçün bütün marşrut və tibbi yardım nəqliyyatını və Müqavilədə və ona Əlavələrdə Forması adlı Bölmə 1-ə 1 saylı Əlavədə müəyyən olunduğu kimi ŞİRKƏT tərəfindən yaradılmış vertolyot və təchizat bazası ilə İŞ SAHƏSİ arasında vertolyot və təchizat qayığı ilə daşınması mümkün olan, PODRATÇI tərəfindən təmin olunan avadanlıq və materiallar üçün nəqliyyatı PODRATÇIYA təmin edir.




    1. PODRATÇI tərəfindən tələb olunan marşrutdan kənar nəqliyyata görə haqq yalnız ŞİRKƏTİN seçimindən asılı olaraq PODRATÇIDAN tutula bilər.



6. PODRATÇININ MƏLUMATLILIĞI


    1. PODRATÇI MÜQAVİLƏYƏ daxil olmazdan əvvəl İŞİN həddi və xüsusiyyəti çərçivəsində PODRATÇININ xidmətlər, işçi heyəti, material və avadanlıq, zavod, İŞ üçün tələb olunan istehlak məhsulları və ləvazimatlar, Muzd adlanan maddəsində müəyyənləşdirilən tariflərin və qiymətlərin düzgünlüyü və qənaətbəxşliyi, iqlim, dəniz, digər su və hava şəraiti də daxil olmaqla (lakin bunlarla məhdudlaşmamaqla) ümumi və yerli şəraiti və İŞİN irası və tərəqqisinə təsir edən digər məsələləri nəzərə aldığı güman edilir.




    1. PODRATÇI tərəfindən işə mənfi təsir edən məsələlərin nəzərə alınmaması onu MÜQAVİLƏ ilə müəyyən olunmuş öhdəliklərindən azad etmir.


7. PODRATÇININ ŞİRKƏTİ / ŞİRKƏTİN PODRATÇINI MƏLUMATLANDIRMASI
7.1 PODRATÇI ŞİRKƏTİ MÜQAVİLƏDƏ çatışmayan, buraxılan, ziddiyyətli və ya ikimənalı olduğunu və ya tətbiq olunan hüquqa zidd olduğunu hesab etdiyi hər şeylə bağlı dərhal xəbərdar etməlidir. ŞİRKƏT bu deyilənlərə yenidən baxmalı və PODRATÇI İŞİN deyilənlərin təsirinə məruz qala biləcək hər hansı hissəsinə başlamadan əvvəl lazımi təlimatlar verməlidir. PODRATÇI hər hansı bu cür təlimat nəticəsində ləngiməyə və/və ya əlavə xərclərə məruz qaldığını göstərə bilərsə, ŞİRKƏT 14-cü Maddənin müddəalarına uyğun olaraq DƏYİŞİKLİK etməlidir.


    1. Müqavilənin Sağlamlıq, Təhlükəsizlik və Ətraf mühit tələblərindən və 36-ci Maddənin müddəalarından əlavə, PODRATÇI İŞİN yerinə yetirilməsi ilə əlaqədar baş verən hər hansı hadisələrlə bağlı ŞİRKƏTİ ləngimədən xəbərdar etməlidir. PODRATÇI, həmçinin, İŞİN və ya MÜQAVİLƏNİN yerinə yetirilməsinə təsir edə biləcək, baş verən hər hansı digər hadisələrlə də bağlı ŞİRKƏTİ xəbərdar etməlidir.




    1. PODRATÇI ŞİRKƏTİ işin hər hansı təklif olunan və ya faktiki dayanması, istehsalat mübahisələri və ya İŞİN yerinə yetirilməsinə və ya tamamlanmasına təsir edən və ya təsir edə bilən digər məsələlər barədə dərhal xəbərdar etməlidir.

ŞİRKƏT tərəfindən tələb olunduqda, PODRATÇI həmçinin, minimal ödəniş tarifləri, müavinətlər, həvəsləndirmələr, iş saatları, ödənişsiz məzuniyyət müddətləri və iş vaxtından əlavə iş də daxil olmaqla, lakin təkcə bunlarla məhdudlaşmamaqla istehsalat münasibətləri ilə əlaqədar İŞLƏ bağlı digər məlumatları da ŞİRKƏTƏ verməlidir.




    1. ŞİRKƏT PODRATÇIYA MÜQAVİLƏYƏ uyğun olaraq İŞİ düzgün yerinə yetirməsi üçün PODRATÇININ ŞİRKƏTDƏN əsaslı olaraq tələb etdiyi və istədiyi, İŞƏ aidiyyatı olan bütün məlumatları ləngimədən verməlidir.




  1. TAPŞIRIQ VƏ SUBPODRATÇILIQ




    1. Tapşırıq




  1. ŞİRKƏTİN MÜQAVİLƏNİ və ya onun bir hissəsini və ya MÜQAVİLƏDƏKİ hər hansı fayda və mənafeyini ŞİRKƏTİN ORTAĞINA və ya FİLİALINA vermək səlahiyyəti vardır. Bundan əlavə, ŞİRKƏT yuxarıda qeyd edilənləri PODRATÇININ razılığı olmadan hər hansı bir üçüncü şəxsə də verə bilər.




  1. PODRATÇI öhdəsinə götürür ki, yuxarıda qeyd edilənlərin verilməsi zamanı,o, gecikmədən MÜQAVİLƏDƏKİ mənafeyini rəsmi şəkildə müvafiq tərəfə verəcək, və bu, həmin şəxsin ŞİRKƏTİN MÜQAVİLƏDƏ nəzərdə tutulan bütün öhdəliklərini yazılı şəkildə qəbul etməsindən sonra qüvvəyə minir.




  1. PODRATÇI nə MÜQAVİLƏNİ, nə onun hər hansı bir hissəsini, nə də ki, MÜQAVİLƏDƏKİ hər hansı faydasını və ya mənafeyini ŞİRKƏTİN əvvəlcədən verilmiş razılığı olmadan, üçüncü şəxsə vermir.




    1. Subpodratçılıq

a) PODRATÇI İŞİ bütövlükdə subpodratçıya verə bilməz. PODRATÇI İŞİN hər hansı bir hissəsini, ŞİRKƏTİN əvvəlcədən verilmiş razılığı olmadan, subpodratçıya verə bilməz.




  1. MÜQAVİLƏDƏ bu barədə qeyd olub-olunmamasından asılı olmayaraq, SUBPODRAT müqaviləsi bağlamazdan əvvəl, ŞİRKƏT SUBPODRAT müqaviləsinin formasını, hansı SUBPODRATÇININ seçildiyini, İŞİN SUBPODRAT müqaviləsinə daxil olan hissəsini nəzərdən keçirmək üçün adekvat imkana malik olmaldır.

ŞİRKƏTDƏN SUBPODRATÇIYA ödənilən məbləğin əvəzinin PODRATÇIYA ödənilməsi tələb edildiyi zaman, MÜQAVİLƏDƏ SUBPODRATÇININ haqqının ödənilməyi üçün nəzərdə tutulan bütün qaydalara riayət edilir və bu halda, ŞİRKƏTİN SUBPODRAT müqaviləsinin bütün müvafiq aspektlərini nəzərdən keçirmək səlahiyyəti vardır.




  1. Heç bir SUBPODRAT müqaviləsi ŞİRKƏTİN və ya ORTAQLARIN üzərinə hər hansı növ öhdəlik qoya bilməz. Bununla belə, PODRATÇI SUBPODRATÇININ SUBPODRAT müqaviləsinə tətbiq edildiyi dərəcədə MÜQAVİLƏNİN öhdəliklərinə və şərtlərinə riayət etməsini təmin etməlidir.

Hər bir SUBPODRAT müqaviləsində ŞİRKƏTİN MÜQAVİLƏYƏ və ya İŞƏ xitam verdiyi halda SUBPODRATÇININ SUBPODRAT müqaviləsini ŞİRKƏTƏ həvalə etmək hüququ açıq şəkildə təmin edilməlidir.




  1. PODRATÇI SUBPODRATÇININ bütün işləri, hərəkətləri, hərəkətsizlikləri və çatışmazlıqlarına görə elə məsuliyyət daşıyır ki, sanki bunlar PODRATÇININ işləri, hərəkətləri, hərəkətsizlikləri və çatışmazlıqlarıdır.




  1. PODRATÇININ İŞÇİLƏRİ




    1. PODRATÇI İŞİN MÜQAVİLƏNİN müddəalarına uyğun olaraq icra edilməsi və başa çatdırılmasını təmin etmək üçün hər zaman kifayət qədər işçi ilə təmin etməyi öhdəsinə götürür.




    1. Bütün işçilər onlardan tələb edilən işi görmək üçün istehsalat praktikasına uyğun olaraq səriştəli, qabiliyyətli, bacarıqlı və təcrübəli olmalıdırlar. PODRATÇI bu işçilərin bütün müvafiq bacarıqlarını yoxlamalıdır.




    1. PODRATÇININ ƏSAS işçiləri MÜQAVİLƏDƏ müəyyən olunmuşdursa, onlar ŞİRKƏTİN əvvəlcədən verilmiş razılığı olmadan əvəz edilə bilməz. Hər hansı əvəz edən şəxs işi təhvil alanadək ağlabatan müddətdə əvəz ediləcək şəxslə işləməlidir.




    1. PODRATÇI vasitəçi işçilərin və ya İŞ ilə əlaqədar olaraq təmin etdiyi digər şəxslərin gördükləri hər hansı İŞƏ görə elə məsuliyyət daşıyır ki, sanki İŞ PODRATÇININ işçiləri tərəfindən görülmüşdür.




    1. PODRATÇI özünün və ya hər hansı SUBPODRATÇININ İŞİN icrası ilə məşğul olan bütün işçilərinin immiqrasiya qanunları da daxil olmaqla qüvvədə olan qanunlara əməl etmələrinə və tələb olunduğu halda MÜQAVİLƏ dövründə etibarlı iş icazəsinə malik olmalarına təminat verir. Tələb olunduğu zaman işçi İŞİN icrasına başlamazdan əvvəl bu cür iş icazələrinə aid məlumatlar ŞİRKƏTƏ təqdim edilməlidir.




    1. ŞİRKƏTİN İŞİN hansısa bir hissəsi ilə məşğul olan istənilən şəxsin




    1. öz vəzifələrini həyata keçirmək üçün kifayət qədər bacarığı olmadığını və ya səhlənkar olduğunu; və ya




    1. ŞİRKƏTİN maraqları ilə ziddiyət təşkil edən və ya bu maraqlara ziyan vuran fəaliyyətlə məşğul olduğunu; və ya




    1. Müqavilənin müəyyən etdiyi Sağlamlıq, Təhlükəsizlik və Ətraf Mühit müvafiq təhlükəsizlik qaydalarına uyğun gəlmədiyini və ya davamlı olaraq sağlamlıq, təhlükəsizlik və ətraf mühitə zərər yetirə biləcək şəkildə davrandığını

müəyyən etmək üçün ağlabatan səbəbləri vardırsa, o zaman, ŞİRKƏT bu cür şəxslərin İŞ SAHƏSİNDƏN kənarlaşdırılmasını PODRATÇIDAN tələb edə bilər.


Belə şəxslər dərhal İŞ SAHƏSİNDƏN kənarlaşdırılmalıdır. Yuxarıda vurğulanan səbəblərdən hər hansı birinə görə kənarlaşdırılan hər hansı şəxs ŞİRKƏTİN əvvəlcədən verilmiş razılığı olmadan yenidən İŞƏ və ya ŞİRKƏTİN hər hansı digər işinə cəlb edilə bilməz.
PODRATÇI 24 saat və ya ŞİRKƏT ilə razılaşaraq daha uzun müddət ərzində bu cür şəxslərin uyğun şəkildə əvəz edilməsini təmin edir.


  1. DİGƏR ŞƏXSLƏR İLƏ ƏMƏKDAŞLIQ

10.1 İŞİN icra edilməsi dövründə ŞİRKƏT İŞ SAHƏSİNDƏKİ fəaliyyəti ilə əlaqədar olaraq digər podratçıların xidmətindən istifadə edə bilər. PODRATÇI digər podratçıların İŞ SAHƏSİNƏ sərbəst şəkildə girişlərinə icazə verir, onlarla əməkdaşlıq edir və lazım olan bütün ləvazimatları onlara təqdim edir.


10.2 14-cü Maddəyə uyğun olaraq, əgər PODRATÇI Maddə 10.1-ə riayət etməsinin nəticəsində ləngidiyini və/və ya əlavə xərcə məruz qaldığını sübut edərsə, hansıki təcrübəli podratçı əvvəlcədən müəyyən edə bilməzdi, ŞİRKƏT və PODRATÇI MÜQAVİLƏYƏ DƏYİŞİKLİK haqqında danışıqlara başlamalıdırlar.

11 PROQRAM
11.1 PODRATÇI İŞİN cədvələ uyğun həyata keçirilməsi və bunun tərəqqisinə müstəqil şəkildə nəzarətə görə məsuliyyət daşıyır.
PODRATÇI ƏSAS TARİXLƏRİN CƏDVƏLİNƏ uyğun olaraq İŞİN icrası və tamamlanmasını nəzərdə tutan, MÜQAVİLƏNİN hər bir tələbinə cavab verən təfsilatlı iş planı təqdim edir.



    1. PODRATÇI Maddə 11.1-də qeyd edilən təfsilatlı iş planını buna aid olan bütün sənədlər ilə birlikdə baxılması üçün ŞİRKƏTƏ təqdim edir. ŞİRKƏT tərəfindən təsdiq edildiyi təqdirdə, bu iş planı PROQRAMA çevrilir.




    1. PODRATÇI bu PROQRAMDAN davamlı olaraq İŞİN icrası barədə məruzə vermək, İŞİN icrasının cədvəlini tərtib etmək, İŞİN icrasını proqnozlaşdırmaq və buna nəzarət etmək üçün əsas kimi istifadə edir.




    1. DƏYİŞİKLİKLƏRİ və İŞİN faktiki tərəqqisini nəzarətdə saxlamaq üçün, PODRATÇI davamlı olaraq təfsilatlı iş planını və buna aid olan bütün sənədləri yeniləyir və baxılması üçün mütəmadi olaraq bunları ŞİRKƏTƏ təqdim edir. Yenilənmiş iş planı ŞİRKƏT tərəfindən təsdiq edildikdə PROQRAMA çevrilir. Hər bir ayrıca vaxtda ancaq bir PROQRAM mövcud olur.




    1. ŞİRKƏTİN qənaətinə görə, PODRATÇIYA DƏYİŞİKLİK tərtib edilməsini tələb etmək səlahiyyəti verməyən səbəbdən İŞİN icrasının surəti İŞİN ƏSAS TARİXLƏRİN CƏDVƏLİNƏ əsasən İŞİN icrasına və tamamlanmasına imkan yaratmırsa, ŞİRKƏT PODRATÇIYA xəbərdarlıq edir və PODRATÇI öz təklifləri barədə ŞİRKƏTƏ məlumat verir və İŞİN və ya bunun bir hissəsinin İŞİN ƏSAS TARİXLƏRİN CƏDVƏLİNƏ uyğun şəkildə tamamlanması üçün zəruri olan addımları atır.


12 TEXNİKİ MƏLUMAT
12.1 ŞİRKƏT Sənədlər və Layihələrə əsasən və ya MÜQAVİLƏNİN hər hansı bir hissəsində göstərildiyi qaydada TEXNİKİ MƏLUMAT təqdim edir və ya İŞİN icrası zamanı PODRATÇIYA İŞİN icrası və tamamlanması üçün zəruri olan dəyişdirilmiş və ya əlavə TEXNİKİ MƏLUMAT təqdim edir və PODRATÇI bu TEXNİKİ MƏLUMATA riayət etməlidir.
12.2 PODRATÇI İŞİN ƏSAS TARİXLƏRİN CƏDVƏLİNƏ uyğun şəkildə icrası və tamamlanmasını həyata keçirmək üçün növbəti TEXNİKİ MƏLUMATLARA lazımi diqqət yetirməlidir.


    1. PODRATÇIDAN eskiz, layihə, hesablama, məruzə və tövsiyə etmək tələb edildikdə və ya bunların hazırlanması İŞİN icrası və tamamlanması üçün zəruri olduqda PODRATÇI bütün bu sənədləri ŞİRKƏTİN tələb etdiyi zaman baxılması və şərh edilməsi üçün ŞİRKƏTƏ təqdim edir. Bu cür nəzarəti həyata keçirmək üçün ŞİRKƏTƏ MÜQAVİLƏDƏ nəzərdə tutulan, İŞİN tərəqqisini ləngitməyən müddət (əgər belə bir müddət nəzərdə tutulmayıbsa ağlabatan müddət) verilir.




    1. PODRATÇI İŞİN yerinə yetirilməsi məqsədilə TEXNİKİ MƏLUMATI müvafiq bütün sənədlər və layihələr ilə birlikdə İŞ SAHƏSİNDƏ saxlayır. ŞİRKƏTİN NÜMAYƏNDƏSİ və ya onun səlahiyyət verdiyi digər şəxs istədiyi vaxt bu məlumatı əldə edə bilər.




    1. PODRATÇI TEXNİKİ MƏLUMATI İŞİN SPESİFİKASİYASINDA qeyd edildiyi qaydada yoxlayır. ŞİRKƏT PODRATÇININ bu yoxlamanı cəld və lazımi qaydada aparılmasına göstərdiyi laqeydlik nəticəsində meydana çıxan hər hansı bir xərc və/və ya gecikməyə görə məsuliyyət daşımır.




    1. PODRATÇI İŞİN TAMAMLANMASI və ya İŞƏ və ya MÜQAVİLƏYƏ xitam verildikdən sonra ŞİRKƏTİN tələb etdiyi təqdirdə TEXNİKİ MƏLUMATIN bütün nüsxələrini ŞİRKƏTƏ qaytarır.



  1. YOXLAMA VƏ SINAQDAN KEÇİRMƏ

13.1 MÜQAVİLƏDƏ nümunələrin təqdimatı nəzərdə tutulduğu zaman, materiallar İŞƏ cəlb olunmazdan əvvəl PODRATÇI bu materialların nümunələrini təqdim edir.


Həmçinin, PODRATÇI MÜQAVİLƏDƏ nəzərdə tutulmayan, lakin, ŞİRKƏTİN tələb etdiyi nümunələri təqdim edir və bu halda nümunələrin təqdimatı ŞİRKƏTİN hesabına həyata keçirilir, bu şərtlə ki, nümunələrin təqdim edilməsinə tələbat PODRATÇININ nöqsanı nəticəsində meydana çıxmamışdır.
13.2 PODRATÇI MÜQAVİLƏDƏ nəzərdə tutulan bütün yoxlama və sınaqları həyata keçirir. ŞİRKƏTİN tələb etdiyi təqdirdə, PODRATÇI MÜQAVİLƏNİN tələblərinə riayət olunduğunu təsdiq etmək üçün istənilən növ material və avadanlığı yoxlayır, sınaqdan keçirir və ya təkrar sınaqdan keçirir. PODRATÇI sınağın nəticələrini və yoxlamaya dair məruzələri əldə edən kimi bunların təsdiq edilmiş nüsxələrini ŞİRKƏTƏ təqdim edir.
ŞİRKƏT PODRATÇININ həyata keçirdiyi yoxlama və sınaqlarda iştirak etmək hüququna malikdir. PODRATÇI ŞİRKƏTİ öz hüququnu həyata keçirməyi üçün vaxtında xəbərdar etməlidir.
Əgər ŞİRKƏT PODRATÇININ bildirdiyi tarixdə sınaq və ya yoxlamada vaxtında iştirak edə bilməmişdirsə, PODRATÇI bu sınaq və yoxlamanı ŞİRKƏTİN iştirakı olmadan həyata keçirə bilər.
ŞİRKƏTİN müvafiq sənədlər ilə birlikdə material və avadanlıqlar da daxil olmaqla, lakin bunlarla məhdudlaşmır, İŞİN icrası üçün PODRATÇININ təqdim etdiyi bütün şeyləri sınaqdan keçirmək və yoxlamaq hüququ var.
ŞİRKƏTİN razılığı olmadan İŞİN heç bir hissəsi nəzərdən kənarda qalmamalıdır və ya örtülməməlidir. PODRATÇI İŞİN nəzərdən kənarda qalmalı və ya üzəri örtülməli hissəsininin yoxlanılmasını həyata keçirmək məqsədilə ŞİRKƏTİN icazəsini almaq üçün ŞİRKƏTƏ bildiriş göndərir. ŞİRKƏT gecikmədən buna öz razılığını verməlidir. Bununla belə, ŞİRKƏTİN hər zaman PODRATÇIDAN İŞİN istənilən hissəsinin aşkara çıxarılmasını və bunun bərpa edilməsini və ya ŞİRKƏT yoxladıqdan və sınaqdan keçirdikdən sonra aşkara çıxarılmasını tələb etmək hüququ vardır.
13.4 ŞİRKƏTİN MÜQAVİLƏNİN müəyyən bir tələbi və ya tələblərinə uyğun gəlməyən, məhsul, xidmətlər, materiallar və ya avadanlıq qüsurları da daxil olmaqla, lakin bunlarla məhdudlaşmayan, İŞİN və ya təkrar görülən işin istənilən hissəsini qəbul etməmək hüququ vardır. ŞİRKƏTİN işi qəbul etmədiyinə dair bildirişini aldıqdan sonra PODRATÇI dərhal İŞİN qüsurlu hissəsini təkrar icra etməyə, bərpa etməyə və ya əvəz etməyə başlamalıdır və MÜQAVİLƏNİN tələblərinə cavab verməyən digər hissələrin olmadığına əmin olmaq üçün İŞİN qalan hissəsini yoxlamalı və sınaqdan keçirməlidir.
13.5 ŞİRKƏTİN İŞİ yoxlamaması və ya sınaqdan keçirməməsi və ya buna şahidlik etməməsi və ya qüsurları aşkara çıxarmaması, nə də ki, MÜQAVİLƏNİN tələblərinə uyğun olmayan şəkildə icra edilmiş İŞİ rədd etməməsi PODRATÇINI MÜQAVİLƏDƏ nəzərdə tutulan məsuliyyət və öhdəliklərdən azad etmir.
13.6 PODRATÇI Maddə 13.4-də nəzərdə tutulan öhdəliklərə əməl etmədiyi təqdirdə, ŞİRKƏTİN səlahiyyəti vardır ki, PODRATÇIYA bu barədə xəbər verərək, PODRATÇININ bunlar ilə bağlı olan məsuliyyətini öz üzərinə götürsün və bu cür öhdəliklərin icrası zamanı çəkdiyi bütün xərcləri PODRATÇIDAN geri alsın.


14. DƏYİŞİKLİK
14.1 ŞİRKƏTİN təlimat vermək hüququ


  1. ŞİRKƏTİN hüququ vardır ki, istənilən zaman İŞƏ keyfiyyətdə, formada, xarakterdə, növdə, mövqedə və ölçüdə əlavələri, çıxarışları, əvəz etmələri və dəyişiklikləri ehtiva edən düzəliş etmək üçün PODRATÇIYA təlimat versin.

  2. Maddə 14.1(a)-ya əsasən verilən təlimat DƏYİŞİKLİYİ təşkil edir. ŞİRKƏTİN tələb etdiyi təqdirdə, PODRATÇI belə bir DƏYİŞİKLİYİ aldığı zaman , hətta MÜQAVİLƏ DƏYƏRİNƏ və/və ya ƏSAS TARİXLƏRİN CƏDVƏLİNƏ ediləcək düzəlişin həcmi müəyyən edilməmişdirsə belə, dərhal təlimat verildiyi kimi hərəkət etməlidir




    1. ÜMUMİ DƏYİŞİKLİK

  1. DƏYİŞİKLİK tərtib edilməzdən qabaq, ŞİRKƏT PODRATÇIDAN smeta təqdim edilməsini tələb edə bilər.

  2. MÜQAVİLƏ DƏYƏRİNDƏ və/və ya ƏSAS TARİXLƏRİN CƏDVƏLİNDƏ düzəliş ancaq DƏYİŞİKLİYİN nəticəsində edilir.

  3. PODRATÇININ ŞİRKƏTİN MÜQAVİLƏYƏ əsasən PODRATÇININ MÜQAVİLƏYƏ uyğun olaraq bütün öhdəliklərinə əməl etməsini təmin etmək üçün verdiyi təlimatı, qərarı və ya aktı icra etmək üçün DƏYİŞİK tələb etmək səlahiyyəti yoxdur.

  4. DƏYİŞİKLİK bu DƏYİŞİKLİKDƏ açıq şəkildə nəzərdə tutulmadığı təqdirdə tərəflərin hüquq və öhdəliklərinə təsir etmir. İstənilən növ DƏYİŞİKLİK MÜQAVİLƏNİN bütün bəndləri ilə tənzimlənir.

    1. PODRATÇININ DƏYİŞİKLİK tərtib edilməsini tələb etmək hüququ

  1. Əgər PODRATÇI hesab edirsə ki, 14.3.i və 14.3.ii halları baş vermişdirsə, o zaman , PODRATÇI bu hadisənin təsirinə məruz qalmış işi davam etdirməzdən öncə, ləngimədən yazılı şəkildə ŞİRKƏTDƏN DƏYİŞİKLİK təklif edə bilər. Bu cür tələbdə, müvafiq tarixlər və MÜQAVİLƏNİN PODRATÇIYA DƏYİŞİKLİK almaq səlahiyyəti verən maddə və ya maddələr də daxil olmaqla, baş verən hadisə təfsilatlı şəkildə göstərilməlidir. Bu cür hadisələrə aşağıdakılar daxildir, lakin bunlarla məhdudlaşmır:

  1. ŞİRKƏTİN tərtib etdiyi layihə və ya spesifikasiyalarda mövcud olan və ya mövcud olmayan təlimat İŞİN dəyişdirilməsidir;




  1. MÜQAVİLƏNİN ŞİRKƏT tərəfindən DƏYİŞİKLİYİN tərtib edilməsini xüsusi olaraq nəzərdə tutan maddəsinə əsasən meydana çıxan məsələlər.

  1. Əgər PODRATÇI, DƏYİŞİKLİK almaq səlahiyyəti verən hadisənin baş verdiyini düşünürsə və ya bunu düşünmək üçün ağlabatan səbəb olduğu halda, Maddə 14.3 (a)-ya uyğun olaraq DƏYİŞİKLİK tərtib edilməsi tələbini təqdim etmirsə və/və ya Maddə 14.2 (a)-ya uyğun olaraq smeta təqdim etmirsə, yalnız ŞİRKƏTİN mülahizəsinə əsasən, PODRATÇI DƏYİŞİKLİK almaq hüququndan və MÜQAVİLƏ DƏYƏRİNDƏ və/və ya ƏSAS TARİXLƏRİN CƏDVƏLİNDƏ düzəliş etmək ilə bağlı hər hansı hüquqdan məhrum edilir.

  2. ŞİRKƏT PODRATÇIDAN DƏYİŞİKLİK tərtib edilməsi tələbini və smetanı aldıqdan sonra ağlabatan müddət ərzində PODRATÇIYA aşağıdakılardan birini bəyan edən bildiriş göndərir:

  1. Təklif edilən DƏYİŞİKLİK və ya onun bir hissəsi prinsip olaraq qəbul edilmişdir, bu halda ŞİRKƏT DƏYİŞİKLİK tərtib edir, və/və ya

  2. tələb edilən və ya onun bir hissəsi MÜQAVİLƏYƏ əsasən PODRATÇININ öhdəliklərinə daxildir və buna görə də rədd edilir, və/və ya

  3. tələb edilən və ya onun bir hissəsi bəyan edilmiş digər səbəblərə görə rədd edilir.

PODRATÇI ŞİRKƏTİN rədd etdiyi DƏYİŞİKLİYİN və ya onun bir hissəsinin tərtib ediməsini tələb etməyə davam edərsə, PODRATÇI Maddə 14.5-ə əsasən İŞİN icrasına davam etməlidir.




    1. MÜQAVİLƏ DƏYƏRİNƏ və ƏSAS TARİXLƏRİN CƏDVƏLİNƏ edilən Düzəlişlər

DƏYİŞİKLİK ilə əlaqədar MÜQAVİLƏ DƏYƏRİNƏ və ƏSAS TARİXLƏRİN CƏDVƏLİNƏ düzəliş edilməsi aşağıdakı şəkildə həyata keçirilir:


Mümkün olduğu təqdirdə DƏYİŞİKLİYİN MÜQAVİLƏ DƏYƏRİNƏ və ƏSAS TARİXLƏRİN CƏDVƏLİNƏ təsiri (əgər varsa) təlimat tərtib edildikdən və ya işin icrası başlamazdan əvvəl Maddə 14.2 (a)-ya uyğun olaraq, PODRATÇININ hazırladığı smetadan istifadə etməklə razılaşdırılır.

PODRATÇININ hazırladığı smeta ilə bağlı razılaşma əldə edilməsə, ŞİRKƏT DƏYİŞİKLİYİN təsirini aşağıdakı prinsiplərə uyğun olaraq müəyyən edir:



  1. iş MÜQAVİLƏDƏ qiyməti müəyyən edilmiş iş ilə eyni xarakterə malikdirsə və eyni şərtlər altında icra edilirsə, bu iş MÜQAVİLƏDƏ nəzərdə tutulan müvafiq tariflər və qiymətlərlə dəyərləndirilir.

ƏSAS TARİXLƏRİN CƏDVƏLİNDƏKİ gecikmə və/və ya düzəlişlərin tarif və qiymətləri Müqavilənin Muzd adlanan maddəsində nəzərdə tutulduğu halda, bu tarif və qiymətlər uyğun yerlərdə istifadə olunur,




  1. iş MÜQAVİLƏDƏ qiyməti müəyyən edilmiş iş ilə eyni xarakterə malik deyildirsə və eyni şərtlər altında icra edilmirsə və ya MÜQAVİLƏDƏ müvafiq tariflər və qiymətlər nəzərdə tutulmamışdırsa, o zaman, ədalətli dəyərləndirmə həyata keçirilir




  1. DƏYİŞİKLİYİN ƏSAS TARİXLƏRİN CƏDVƏLİNƏ göstərdiyi təsir ilə əlaqədar olaraq Maddə 14.1 (a)-ya əsasən işin icrasının sürətləndirilməsi təlimatı da daxil olmaqla, bütün müvafiq faktorlar nəzərə alınmaqla ədalətli və ağlabatan düzəliş edilir



    1. Mübahisəli DƏYİŞİKLİKLƏR

a) Əgər nə vaxtsa PODRATÇI MÜQAVİLƏ DƏYƏRİNDƏ və/və ya ƏSAS TARİXLƏRİN CƏDVƏLİNDƏ, ŞİRKƏT tərəfindən tərtib edilən DƏYİŞİKLİYƏ, ŞİRKƏT tərəfindən müəyyən edilmiş düzəlişlərdən əlavə, düzəliş edilməsini tələb etmək niyyətindədirsə, PODRATÇI bu cür

tələbə səbəb olan hadisənin baş verməsindən dərhal sonra niyyəti barədə yazılı bildiriş verir.
İddia qaldırılmasına səbəb olan hadisələrə aşağıdakılar daxildir, lakin bunlarla məhdudlaşmır:


  1. ŞİRKƏTİN PODRATÇI tərəfindən tələb edilən DƏYİŞİKLİYİ rədd etməsi;

  2. DƏYİŞİKLİYİN MÜQAVİLƏ MƏBLƏĞİNƏ və/və ya ƏSAS TARİXLƏRİN ÇƏDVƏLİNƏ göstərdiyi təsiri müəyyən etmək mümkün olmadıqda.

Bu cür hadisə baş verdikdən sonra, PODRATÇI qaldırmaq istədiyi iddianın əsaslandırılması üçün zəruri olan protokol tərtib etməlidir.


  1. PODRATÇI hər ayın sonunda bütün bu iddiaların mümkün olduğu qədər ətraflı hesabatını ŞİRKƏTƏ göndərməlidir.

  2. Əgər PODRATÇI Maddə 14.5 (a) və 14.5 (b)-nin şərtlərinə uyğun olaraq bildiriş vermirsə və/və ya protokol və hesabatları ŞİRKƏTƏ təqdim etmirsə, birtərəfli qaydada ŞİRKƏTİN mülahizəsinə əsasən, PODRATÇI MÜQAVİLƏ DƏYƏRİNDƏ və/və ya ƏSAS TARİXLƏRİN ÇƏDVƏLİNDƏ düzəliş etmək ilə bağlı iddia qaldırmaq hüquqdan məhrum edilir.

  3. MÜQAVİLƏ DƏYƏRİNƏDƏ və/və ya ƏSAS TARİXLƏRİN ÇƏDVƏLİNDƏ düzəlişlərlə bağlı hər hansı bir məsələ yekunlaşmamışdırsa, ŞİRKƏT MÜQAVİLƏNİN müvafiq şərtlərini və digər bütün faktorları nəzərə alaraq, ŞİRKƏT və PODRATÇININ hüquqlarına xələl yetirmədən, ədalətli və ağlabatan hesab etdiyi şəkildə düzəliş edir. ŞİRKƏT PODRATÇIYA öz qərarı barədə məlumat verir və bu qərara uyğun olaraq bütün müvafiq ödənişləri edir.

14.6 Əgər PODRATÇI ona DƏYİŞİKLİK almaq səlahiyyəti verən hadisənin baş verdiyini düşünürsə və Maddə 14.3 (b) və/və ya 14.5 (c)-in şərtlərinə əsasən DƏYİŞİKLİK almaq hüququndan məhrum olmuşdursa, PODRATÇI istənilən vaxt bu məsələləri ŞİRKƏT ilə müzakirə edə bilər. ŞİRKƏT bu məsələlərin hər hansı biri ilə bağlı DƏYİŞİKLİK tərtib edilib-edilməməsi qərarını öz mülahizəsinə əsasən verir.





  1. Yüklə 3,11 Mb.

    Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə