Azərbaycan respublikasi döVLƏt neft şİRKƏTİ



Yüklə 3,11 Mb.
səhifə35/40
tarix26.01.2018
ölçüsü3,11 Mb.
#22458
1   ...   32   33   34   35   36   37   38   39   40

21. QANUNLAR VƏ QAYDALAR
21.1 PODRATÇI İŞ və ya İŞ SAHƏSİ üzərində yurisdiksiyaya malik olan Azərbaycan Respublikasının qanunlarına və ya inzibati orqanın tətbiq olunan bütün qanunları, qaydaları və təlimatlara riayət etməidir.
21.2 PODRATÇI İŞİN icrası üçün, yalnız ŞİRKƏT tərəfindən əldə edilə bilənlər istisna olmaqla, qanunlar, qaydalar və təlimatların tələb etdiyi bütün lisenziya, icazə, müvəqqəti icazə və etibarnamələri əldə edir.

21.3 MÜQAVİLƏNİN QÜVVƏYƏ MİNMƏ TARİXİNDƏN sonra hər hansı bir qanun, qayda və təlimatda edilən dəyişiklik İŞİN icrası ilə bağlı PODRATÇININ xərclərini artırar və ya azaldarsa, MÜQAVİLƏ QİYMƏTİNƏ ya tərəflər arasında razılaşmaya əsasən digər şəkildə düzəliş edilə biər.




22. TƏZMİNATLAR
22.1 PODRATÇI ŞİRKƏT QRUPUNU aşağıda qeyd edilənlər ilə bağlı olan bütün iddialardan, itkilərdən, zərərdən, xərclərdən (məhkəmə xərcləri daxil olmaqla) və öhdəliklərdən qoruyur, müdafiə edir, bunları ödəyir və ŞİRKƏT QRUPUNUN zərərsizliyini təmin edir:
a) PODRATÇI QRUPUNA məxsus olan, onun tərəfindən icarəyə götürülən, kirayəyə götürülən və ya digər şəkildə təmin edilən PODRATÇI QRUPUNUN əmlakının MÜQAVİLƏNİN icrası və icra edilməməsi ilə bağlı olaraq və ya bunun nəticəsində meydana çıxan itkisi və ya buna dəymiş ziyan; və
b) ölüm və ya xəstəlik daxil olmaqla, PODRATÇI QRUPU tərəfindən işə götürülən hər hansı bir şəxsin MÜQAVİLƏNİN icrası və icra edilməməsi ilə bağlı olaraq və ya bunun nəticəsində məruz qaldığı şəxsi tələfat; və
c) MÜQAVİLƏNİN digər şərtlərinə əsasən, PODRATÇI QRUPUNUN ehtiyatsızlığı və ya vəzifələrinə riayət etməməsi səbəbilə hər hansı bir üçüncü tərəfin ölüm və ya xəstəlik daxil olmaqla, şəxsi tələfatı və ya əmlakının itkisi və buna dəymiş ziyan. Maddə 22.2(c)-nin məqsədləri baxımından, “üçüncü tərəf” dedikdə ŞİRKƏT QRUPU və ya PODRATÇI QRUPUNUN üzvü olmayan şəxs başa düşülür.

22.2 PODARTÇININ MÜQAVİLƏYƏ və qanuna əsasən digər öhdəlikləri məhdudlaşdırılmazsa, PODRATÇI MÜQAVİLƏNİN QÜVVƏYƏ MİNMƏ TARİXİNDƏN DAİMİ İŞİN hamısı və müvafiq hissəsi ilə bağlı TƏHVİL VERMƏ SERTİFİKATI və ya İŞİN BAŞA ÇATDIRILMASI SERTİFİKATININ alınması tarixinə kimi, hansı ki, bu tarixdə və ya tarixlərdə məsuliyyət ŞİRKƏTƏ keçir, olan müddət ərzində DAİMİ İŞƏ görə məsuliyyət daşıyır. TƏHVİL VERMƏ SERTİFİKATI və ya İŞİN BAŞA ÇATDIRILMASI SERTİFİKATININ alınması tarixindən əvvəl DAİMİ İŞİN itki və ya ziyan dəyərsə, PODRATÇI ŞİRKƏT tərəfindən təlimat aldığı zaman bunu yenidən quraşdırı, bərpa edir və ya eynisi ilə əvəz edir. İŞIN yenidən quraşdırılması, bərpa edilməsi və ya eynisi ilə əvəz edilməsi zərurətinə yalnız ŞİRKƏT QRUPUNU səbəb olmuşdursa, bunlar ŞİRKƏTİN hesabına həyata keçirilir.


22.3 PODRATÇI ŞİRKƏT QRUPUNU MÜQAVİLƏNİN icrası və icra edilməməsi ilə əlaqər olan və ya bunun nəticəsində meydana çıxan PODRATÇI QRUPUNUN yerlərində baş verən və ya PODRATÇI QRUPUNUN əmlakının və avadanlığının (dəniz gəmiləri də daxil olmaqla, lakin bununla məhdudlaşmamaqla) səbəb olduğu çirklənmə ilə bağlı olaraq qaldırılmış istənilən xarakterdəki iddialardan qoruyur, müdafiə edir, bunları ödəyir və ŞİRKƏT QRUPUNUN zərərsizliyini təmin edir.
22.4 Əgər tərəflərdən hər hansı biri yuxarıda qeyd olunan təzminatlarla bağlı iddiaya gətirib çıxara biləcək hər hansı hadisə barədə məlumat əldə edərsə, o digər tərəfi də bu barədə xəbərdar etməli və hər iki tərəf bu hadisənin araşdırılması üçün tam şəkildə əməkdaşlıq etməlidir.


23. PODRATÇI TƏRƏFİNDƏN EDİLƏN SIĞORTA
23.1 PODRATÇI minimum olaraq Maddə 23-də qeyd edilən sığortaları edir və zəmanət verir ki, onlar MÜQAVİLƏ dövrü ərzində tam olaraq qüvvədə olacaq. Bütün sığortalar ŞİRKƏTİN qənaətbəxş hesab etdiyi təcrübəli və nüfuzlü sığortaçılarda edilir və İşə götürənlərin Məsuliyyətin\İşçilərin Təzminatının Sığortasından başqa bütün sığortalara (SUBPODRATÇILAR tərfindın edilən sığortalar da daxil olmaqla) ŞİRKƏT, ORTAQLAR və ŞİRKƏTİN və ORTAQLARIN FİLİALLARI əlavə sığorta olunanlar daxil edilir. Maddə 23-ə əsasən tələb edilən bütün sığortalar MÜQAVİLƏYƏ əsasən PODRATÇINI öhdəlikləri ölçüsündə, sığorta şirkətinin MÜQAVİLƏ ilə əlaqədar olaraq ŞİRKƏT, ORTAQLAR və ŞİRKƏTİN və ORTAQLARIN FİLİALLARI qarşı subroqasiya hüquqları da daxil olmaqla, hər hansı bir müraciət hüququndan imtina etməsini təmin etməlidir. Mümkün olduğu təqdirdə, bu sığortalarda nəzərdə tutulur ki, bu sığortaların ləğvi və ya onların əhatə dairəsində maddi dəyişikliklər baş verdikdən sonra barədə ŞİRKƏTƏ 30 gündən çox olmayan müddətdə bildiriş verilir. Maddə 23-ün şərtləri heç bir şəkildə PODRATÇININ öhdəliklərini məhdudlaşdırmır.
23.2 Maddə 23.1-ə əsasən tələb edilən sığortalar (bunlar İŞƏ uyğun olduğu dərəcədə) aşağıdakı şəkildə edilir:

a)tətbiq edilən qanunvericiliyin tələb etdiyi minimum məbləğdə edilən, ofşor işlərinə görə (tələb edildikdə) əhatə dairəsi genişləndirilə bilən və Müqavilədə müəyyən edildiyi qaydada daha böyük məbləğdə edilə bilən, PODRATÇININ İŞİN icra edilməsində iştirak edən işçilərinin yaralanması və ya ölümü əhatə edən İşə götürənlərin Məsuliyyətinin və\və ya ( İŞİN icra edildiyi və ya işçilərin işə götürüldüyü yerin yurisdiksiyası eyni şeyi tələb edirsə)İşçilərin Məsuliyyətinin Sığortası.


b) Müqavilədə və ya onun Əlavələrində müəyyən edilən məbləğdən az olmayan məbləğdə edilən MÜQAVİLƏNİN icrası ilə əlaqədar həyata keçirilən PODRATÇININ əməliyyatları zamanı baş verən qəza və ya qəza zəncirini əhatə edən Üçüncü Tərəfin Ümumi Məsuliyyətinin sığortası
c) tətbiq edilən yurisdiksiyanın tələb etdiyi qaydada Üçüncü Tərəf və Sərnişin Öhdəliyi sığortası və digər mühərrik sığortası
d) Müqavilə müəyyən edilən məbləğdən az olmayan məbləğdə edilən, İŞİN icrasında PODRATÇI QRUPU tərəfindən istifadə edilən bütün gəmilərlə əlaqədar müharibə riski və (e) bəndində göstərilən dərəcədə toqquşma məsuliyyəti daxil olmaqla Dəniz Gəmisi və Aparat sığortası
e) Müqavilə və ya onun Əlavələrdə müəyyən edilən məbləğdən az olmayan məbləğdə edilən,

İŞİN icrasında PODRATÇI QRUPU tərəfindən əldə edilən, icarəyə və kirayəyə götürülən bütün gəmi və gəmi avadanlığı ilə əlaqədar qəza və korlanma halının aradan qaldırılması və neft çirklənməsi məsuliyyəti daxil olmaqla Mühafizə və Təminat Sığortası

f) Müqavilədə və ya onun Əlavələrində müəyyən edilən digər sığortalar

23.3 Tələb edildikdə, PODRATÇI ŞİRKƏTİ sığorta edildiyinə dair sübutla təmin edir.


23.4 PODRATÇI SUBPODRATÇILARIN icra etdikləri işə uyğun olaraq lazımi şəkildə sığortalanmaları təmin edir.
24. DAİMİ İŞƏ NƏZARƏT VƏ SIĞORTA
24.1 Maddə 24.2-dən asılı olaraq, lakin MÜQAVİLƏYƏ və qanuna əsasən PODRATÇININ digər öhdəliklərinə zərər vurmadan, PODRATÇI MÜQAVİLƏNİN QÜVVƏYƏ MİNMƏ TARİXİNDƏN DAİMİ İŞİN müvafiq hissəsinin TAMAMLAMA TARİXİNƏ qədər, hansı ki, bu tarixdə və ya tarixlərdə məsuliyyət ŞİRKƏTƏ keçir, DAİMİ İŞƏ görə məsuliyyət daşıyır. TAMAMLAMA TARİXİNDƏN əvvəl DAİMİ İŞİN müvafiq hissəsində itki və ya zərər olarsa, ŞİRKƏTİN təlimat verdiyi təqdirdə, PODRATÇI yenidən inşa edir, təmir edir və ya eynisi ilə əvəz edir.
24.2. TAMAMLAMA TARİXİNDƏN əvvəl DAİMİ İŞİN müvafiq hissəsində itki və ya zərər olarsa, ŞİRKƏTİN təlimat verdiyi təqdirdə, PODRATÇI yenidən inşa edir, təmir edir və ya eynisi ilə əvəz edir və ŞİRKƏT bu cür təkrar inşa, edir, təmir və ya eynisi ilə əvəz etməyə görə Maddə 14-ə uyğun olaraq DƏYİŞİKLİK tərtib edir.
24.3 ŞİRKƏT məzmunu (çıxarışlar daxil olmaqla) Müqavilədə müəyyən edilən Tikintinin Şirkətə aid riskləri sığortasını təmin edir. Bu sığortaya əsasən İŞ ilə bağlı olaraq ödənilə bilən çıxarışlara görə məsuliyyət PODRATÇININ hesabına olur. Maddə 24-ün şərtləri MÜQAVİLƏYƏ əsasən PODRATÇININ məsuliyyətini heç bir şəkildə məhdudlaşdırmır.

24 DOLAYI İTKİ
Maddə 24-ün məqsədləri üçün, “Dolayı itki” dedikdə:


    1. Azərbaycan qanunvericiliyinə əsasən nəticəvi və dolayı itki; və




    1. Yaımbənd (i)-də göstərilənlərə aid olmayan birbaşa və ya dolayı və MÜQAVİLƏNİN QÜVVƏYƏ MİNMƏ TARİXİNDƏ əvvəlcədən görünən və ya görünməyən istehsal itkisi və/və ya ləngiməsi, məhsul itkisi, fayda itkisi, gəlir, mənfəət itkisi və ya (əgər varsa) əldən çıxmış fayda,

başa düşülür.


MÜQAVİLƏNİN hər hansı müddəaya baxmayaraq və MÜQAVİLƏ ilə müəyyən edilən (əvvəlcədən müəyyənləşdirilmiş xitam etmə ödənişləri də daxil olmaqla) razılıq əsasında aradan qaldırılan zərərlər istisna olmaqla, ŞİRKƏT PODRATÇI QRUPU ŞİRKƏTLƏR QRUPUNUN öz dolayı itkisindən qoruyur, müdafiə edir və PODRATÇI ŞİRKƏTLƏR QRUPUNU PODRATÇI QRUPUN MÜQAVİLƏNİN icrasından və ya icra olunmamasından irəli gələn və ya onunla bağlı olan öz dolayı itkisindən qoruyur, müdafiə edir və bu cür zərərlərin əvəzini ödəyir.
26. MƏXFİLİK
26.1 PODRATÇI ŞİRKƏTİN ilkin razılığı olmadan:
a) MÜQAVİLƏNİN mövzusu ilə bağlı ictimai nəşr etməyəcək və ya bəyanat verməyəcək, və ya
b) PODRATÇIYA MÜQAVİLƏNİN öhdəliklərini icra etməsi üçün zəruri olan hallar istisna olmaqla, layihələr, rəqəmlər və komputer proqramları daxil olmaqla, lakin bunlarla məhdudlaşmayan :
i) MÜQAVİLƏ ilə əlaqədar olaraq ŞİRKƏT tərəfindən və ya ŞİRKƏTİN, onun ORTAQLARININ və ya onun FİLİALLARININ adından PODRATÇIYA verilən,və ya

ii) MÜQAVİLƏYƏ uyğun olaraq ŞİRKƏTDƏ toplanan, və ya



  1. İŞİN icrası ilə əlaqədar olaraq PODRATÇININ hazırladığı

məlumatları istifadə etməyəcək, nüsxəsini çıxarmayacaq, üçüncü tərəfə açıqlamayaq və ya üçüncü tərəfin xeyri üçün istifadə etməyəcək və ya üçüncü tərəfin bu məlumatları istifadə etməsinə, tanış olmasına və ya nüsxəsini çıxarmasına imkan verməməyi öhdəsinə götürür.

26.2 Maddə 26.1-in şərtləri:
a) ictimaiətə bəlli olan məlumatın bir hissəsi olan, və ya
b) MÜQAVİLƏNİN tapşırılmasından əvvəl PODRATÇIYA məxsus olan və ŞİRKƏT qarşısında məxfilik öhdəliyinin obyekti olmayan, və ya
c) üçüncü tərəfdən alınan, hansıki, qanuni olaraq ona məxsusdur və bunu açıqlamamaq öhdəliyi yoxdur, və ya
d) hər hansı bir qanun, qayda və ya İŞ və ya müvafiq fond birjasının tələblərinə əməl etmək üçün acıqlanması tələb olunan, və ya
e) İŞ TAMAMLANDIQDAN ən az beş il sonra PODRATÇI tərəfindən istifadə edilən və ya açıqlanan

məlumatlara tətbiq edilmir.


26.3 PODRATÇI zəmanət verir ki, Maddə 26-ın şərtləri bütün SUBPODRAT MÜQAVİLƏLƏRİNƏ daxil edilməlidir və PODRATÇININ və ya SUBPODRATÇININ məmurları, işçiləri və agentləri buna riayət edəcəkdir.
26.4 PODRATÇI tərəfindən verilən və PODRATÇININ gizli saxlanılmasını istədiyi bütün məlumatların məxfi olduğu aydın şəkildə işarələnir bu şərtlə ki, PODRATÇININ qiymətləndirmə və ticarət sirri ilə bağlı olan məlumatları PODRATÇI tərəfindən bu şəkildə işarələnməsə belə ŞİRKƏT tərəfindən gizli saxlanılır. Bu cür gizli məlumatlarla bağlı ŞİRKƏTİN səlahiyyəti vardır ki:
a) bunu ŞİRKƏT QRUPUNA açıqlasın və onların bu məlumatdan istifadə etmələrinə icazə versin
b) əsasnamə və ya digər qanuni tələblərə əsasən açıqlasın
c) PODRATÇININ ilkin razılığını almaqla, hansıki ağlabatan səbəb olmadan verilməyə və ya gecikdirilə bilməz, İŞİN icrası ilə bağlı olan layihənin həyata keçirilməsi üçün zəruri olan dərəcədə üçüncü tərəflərə açıqlasın və ya onlara bu məlumatdan istifadə etməyə icazə versin.
Yuxarıda qeyd edilənlərlə yanaşı, ŞİRKƏT zəmanət verir ki, onun məmurları, işçiləri və agentləri PODRATÇININ MÜQAVİLƏ ilə bağlı və ya onun icrası nəticəsində meydana çıxan məxfi məlumatlarını MÜQAVİLƏNİN İCRA MÜDDƏTİNİN BAŞLANMASI TARİXİNDƏN sonrakı beş il ərzində qorumaq üçün bütün ağlabatan tədbirləri görəcəkdir. Şübhə qalmamsı üçün qeyd edilir ki, Maddə 26.4-ün şərtləri MÜQAVİLƏYƏ uyğun olaraq ŞİRKƏTƏ verilən məlumatlara tətbiq edilmir.

27. GÖMRÜK PROSEDURLARI
27.1 Tətbiq edilməsi mümkün olduğu zaman, ŞİRKƏT və PODRATÇININ hər biri MÜQAVİLƏNİN tələb etdiyi material, mallar, alətlər, avadanlıq və təchizatların idxalı, ixracı və təkrar idxalı üçün Azərbaycan Respublikası gömrük qanunvericiliyinə uyğun olaraq müvafiq gömrük orqanlarına müraciət edirlər.
27.2 PODRATÇI İŞİN icrası üçün lazım olan, gömrük nəzarətindən keçən malları Azərbaycan Respublikası gömrük qanunvericiliyinə uyğun olaraq maksimum yararlanmağa imkan verəcək şəkildə idxal, ixrac və təkrar idxal etməyi və əsasən təmin edilməli olan material, mallar, alətlər, avadanlıq və təchizatların İŞ YERİNƏ gətirilməsini üzərinə götürür.
27.3 ŞİRKƏT və PODRATÇI, kimin gömrük nəzarətindən keçən malların ticarətçisi və kimin bu malların sahibi (mülkiyyətçisi deyil) olmasından asılı olaraq ayrı-ayrılıqda gömrük qaydalarına riayət edilməsinə görə cavabdehdirlər və məsuliyyət daşıyırlar.
27.4 Maddə 26-in məqsədləri baxımından, İŞ YERİ dedikdə neft və/və ya qaz axtarışının və ya hasilatının həyata keçirildiyi ofşor ərazi və ya gəmi nəzərdə tutulur.
27.5 PODRATÇI MÜQAVİLƏYƏ əsasən tələb edilən və PODRATÇI tərəfindən idxal və ya ixrac edilən material, mallar, alətlər, avadanlıq və təchizatlar üçün bütün idxal\ixrac vergiləri və gömrük rüsumlarını ödənməli olan və ya ödənilə bilən vaxtda ödəyir. PODRATÇI İŞİN icrasına başlamazdan əvvəl bunun üçün vacib olan müvafiq orqanın verdiyi idxal\ixrac lisenziyalarına malik olmalıdır.
27.6 MÜQAVİLƏYƏ əsasən materiallar və avadanlıq ŞİRKƏTƏ satıldıqda PODRATÇI gömrük nəzarətindən keçən mallar ilə bağlı bu malların gömrük rüsumlarını minimuma endirmək və ya təmamilə aradan qaldırmaq məqsədilə ŞİRKƏT üçün vacib ola biləcək, bu malların mənşəyi, gömrük statusu və gömrük nömrəsi də daxil olmaqla, bütün məlumatı göstərən və təsdiqləyən bütün sənədləri hazırlayır və ŞİRKƏTƏ təqdim edir;

28. TƏHVİL VERMƏ VƏ İŞİN TAMAMLANMASI
28.1 PODRATÇI hesab edirsə ki, Müqavilədə və ya onun Əlavələrində hər biri üçün ayrı-ayrılıqda tamamlama müddəti nəzərdə tutulan İŞİN hamısı və ya bir hissəsi əsaslı şəkildə başa çatdırılmışdır və MÜQAVİLƏDƏ nəzərdə tutula biləcək yekun testləri uğurla keçmişdir, PODRATÇI ŞİRKƏTƏ bu barədə məlumat verir və TAMAMLAMA SERTİFİKATI (TƏHVİL-TƏSLİM AKTI) tərtib edilməsini tələb edir.
28.2 ŞİRKƏT mümkün olduğu təqdirdə bildirişi aldıqdan sonrakı 30 gün ərzində:
a) ya İŞİN hamısı və ya bir hissəsi üçün TAMAMLAMA SERTİFİKATI (TƏHVİL-TƏSLİM AKTI) tərtib edir,
b) ya da ki, PODRATÇININ nöqsanı nəticəsində İŞİN hamısı və ya bir hissəsində əmələ gələn qüsur barədə PODRATÇIYA məlumat verir.
28.3 Maddə 28.2(b)-yə əsasən verilmiş bildirişdə hər bir qüsurun xarakteri ayrılıqda göstərilir və PODRATÇININ MÜQAVİLƏNİN hansı hissəsi və ya hissələrində nəzərdə tutulan öhdəliklərə əməl etmədiyi qeyd edilir.
PODRATÇI belə bildiriş aldıqdan sonra dərhal qüsurları aradan qaldırmalıdır. PODRATÇI, qüsurları aradan qaldırdıqdan sonra Maddə 28.1-ə əsasən ŞİRKƏTƏ məlumat verir.


29. QÜSURLARIN ARADAN QALDIRILMASI

29.1 PODRATÇI zəmanət verir ki, o, İŞİ MÜQAVİLƏNİN şərtlərinə əsasən icra edəcək və DAİMİ İŞDƏ heç bir qüsur olmayacaq.


29.2 Əgər ŞİRKƏT Maddə 28-ə əsasən TAMAMLAMA TARİXİNDƏN əvvəl və ya sonra və Müqavilədə nəzərdə tutulan Qüsurların Aradan Qaldırlması Dövründə PODRATÇIYA qüsur olduğu barədə məlumat verərsə, PODRATÇI ŞİRKƏTİN tələblərinə və Maddə 29.3-ə uyğun olaraq, PODRATÇI QRUPUNUN nöqsanı nəticəsində meydana çıxan İŞ qüsurlarını aradan qaldırmaq üçün bütün tədbirləri öz hesabına görür .
Maddə 29-un şərtlərinə əsasən PODRATÇI İŞİN hər hansı bir hissəsini təkrar icra edərsə, düzəldərsə və ya əvəz edərsə, Maddə 29 işin təkrar icra edilən, düzəldilən və ya əvəz ediən hissəsinə tətbiq olunur. Bu iş ilə bağlı Müqavilədə və ya onun Əlavələrində nəzərdə tutulan Qüsurların Aradan Qaldırlması Dövrü MÜQAVİLƏYƏ əsasən bu təkrar icra edilmə, düzəldilmə və ya əvəz edilmə başa çatdırıldıqda başlayır, bu şərtlə ki, Qüsurların Aradan Qaldırılması Dövrü Müqavilədə və ya onun Əlavələrində nəzərdə tutulan müddətdən uzun olmayacaqdır..
29.3 PODRATÇI qüsurları vaxtında aradan qaldırmaq üçün zəruri tədbirləri həyata keçirmək istəmədiyi halda və ya bunu edə bilmirsə, ŞİRKƏT PODRATÇININ qüsurları aradan qaldırması üçün zəruri tədbirləri həyata keçirməsinin onun maraqlarına ziyan vura biləcəyini müəyyən edə bilər. Bu halda ŞİRKƏT PODRATÇININ Maddə 29.2-də nəzərdə tutulan öhdəliklərini öz üzərinə götürə bilər. Bu halda ŞİRKƏT PODRATÇIYA bununla bağlı məlumat verir və ŞİRKƏTİN səlahiyyəti vardır ki, bu cür öhdəliklərin icra edilməsinin birbaşa nəticəsi olaraq ŞİRKƏTİN məruz qaldığı əlavə xərcləri PODRATÇIDAN geri alsın.
29.4 Maddə 29.2 və 29.3-ün məqsədləri baxıından, PODRATÇI MÜQAVİLƏDƏ ŞİRKƏT tərəfindən təmin edilməsi nəzərdə tutulan malların xərcinə görə ŞİRKƏT qarşısında məsuliyyət daşımır.
29.5 Maddə 29.2 və 29.3-da nəzərdə tutulanlarla baxmayaraq, PODRATÇI aşağıda nəzərdə tutulanlara görə məsuliyyət daşımır :

i) DAİMİ İŞİN müvafiq təmir xərcləri, və ya

ii) aşağıda qeyd edilənlərin nəticəsində meydana çıxan qüsurların aradan qaldırılması görə xərclər:


  1. ŞİRKƏT həyata keçirdiyi səhv əməliyyat

  2. PODRATÇININ TEXNİKİ MƏLUMATA əsaslanaraq gördüyü iş

  3. MÜQAVİLƏDƏ və ya DƏYİŞİKLİKLƏRDƏ nəzərdə tutulanlardan fərqli iş şəraiti;

  4. ŞİRKƏTİN təmin etdiyi materiallarda və avadanlıqdakı qüsurlar.



30. XİTAM
30.1 ŞİRKƏTİN aşağıda qeyd edilən səbəblərə görə zəruri hesab etdiyi istənilən vaxtda və ya vaxtlarda İŞİN hamısına və ya bir hissəsinə və ya MÜQAVİLƏYƏ xitam vermək hüququ vardır:


  1. ŞİRKƏTİN tərəfindən istənilən vaxt; və ya




  1. Maddə 30.2-yə əsasən PODRATÇI tərəfindən qüsurlara yol verildikdə; və ya




  1. PODRATÇI iflasa uğradıqda və ya öz kreditorları ilə hazırlıq və ya tədbirlər gördükdə və ya bağlanmaqla bağlı qərar qəbul edilərkən (birləşmə və ya yenidən qurulma məqsədləri ilə olanlar istisna olmaqla) və ya könüllü bağlanması ilə bağlı qətnamə qəbul edilərkən və ya biznesinin və ya layihənin müvəqqəti Ləğvedici, Qəbuledici, İnzibatçı və ya İdarəedicisinin təyin olunarkən və ya girov qoyulmuş əmlaka sahiblik girovla təmin edilən cari borc əsasında borc iltizamı ilə digər şəxslərə keçərkən.

.
30.2 PODRATÇI tərəfindən qüsura yol verildiyi halda və ŞİRKƏT tərəfindən İŞİN bir hissəsinə və ya hamısına və ya MÜQAVİLƏYƏ xitam verilməsi qərarı verildikdən əvvəl, ŞİRKƏT PODRATÇIYA bu nöqsanı təfsilatlı şəkildə izah edən bildiriş göndərir. Əgər PODRATÇI bildirişi aldıqdan sonra bu nöqsanın aradan qaldırılması üçün ŞİRKƏTİ təmin edən hərəkətlərə başlamır və sonradan bunu davam etdirmirsə ŞİRKƏT Maddə 30.1-in şərtlərinə əsasən xitam verilməsi ilə bağlı bildiriş göndərə bilər.
30.3 ŞİRKƏT PODRATÇIYA İŞİN bir hissəsinə və ya hamısına və ya MÜQAVİLƏYƏ xitam verilməsi ilə bağlı bildiriş göndərdikdə,bu bildiriş orada qeyd edilən tarixdə qüvvəyə minir (əgər belə bir tarix qeyd edilməmişdirsə bu bildirişin alındığı tarix) və bu tarixdə PODRATÇI dərhal:


  1. bildirişdə qeyd edilən şəkildə İŞİN hamısının və ya bir hissəsinin icrasını dayandırır;




  1. ŞİRKƏTƏ və ya onun təyin etdiyi şəxsə İŞİ və ya İŞİN müvafiq hissəsini qəbul etməsi üçün İŞ SAHƏSİNƏ girişinə tam şərait yaradır;




  1. ŞİRKƏTİN arzuladığı dərəcədə ŞİRKƏTƏ və ya onun təyin etdiyi şəxsə İŞ ilə əlaqədar olaraq PODRATÇININ əldə etdiyi və ya daxil olduğu hüquqlar, səlahiyyətlər, öhdəliklər və SUBPODRAT MÜQAVİLƏLƏRİNİ verir.

  2. Maddə 30.3(b)-nin tələbləri istisna olmaqla, ŞİRKƏT əksini tələb etmədiyi halda, PODRATÇININ avadanlıq və materiallarını İŞİN və ya bunun müvafiq hissəsinin icra edildiyi sahədən dərhal kənarlaşdırır.

MÜQAVİLƏYƏ xitam verildiyi tarixdən sonrakı 30 gün ərzində PODRATÇI TEXNİKİ MƏLUMATIN bütün müvafiq hissələrini və layihə, spesifikasiya, rekvizasiya, hesablama, proqram siyahısı, montaj planları, cədvəllər, kompüter yazıları, disklər və PODRATÇI və ya SUBPODRATÇI tərəfindən hazırlanmış bütün mühüm yazılar və digər məlumat və sənədləri ŞİRKƏTƏ təqdim etməlidir.

Maddə 30.1(b) və ya 30.1(c)-yə əsasən xitam verildiyi halda, ŞİRKƏTİN hüququ vardır ki, İŞİN və ya onun müvafiq hissəsini digər podratçılar vasitəsi ilə başa çatdırsın.
30.4 Maddə 30.1(a)-ya əsasən xitam verildikdə, MÜQAVİLƏYƏ uyğun olaraq PODRATÇININ İŞİN bir hissəsinin icrası üçün ödənişi həmin Müqavilədə nəzərdə tutulan digər ödəniş ilə birlikdə almaq hüququ vardır və ya belə bir şərt nəzərdə tutulmadıqda xitam verilmə tarixində tərəflər arasına razılaşdırılan ağlabatan xərcləri almaq hüququ vardır.
30.5 İŞİN bir hissəsinə Maddə 30.1(b)-yə əsasən xitam verildikdə, PODRATÇININ MÜQAVİLƏYƏ uyğun olaraq yalnız Müqavilədə nəzərdə tutulan İŞİN bir hissəsinin icrası üçün ödənişi almaq səlahiyyəti vardır. Xitam verilməsi nəticəsində ŞİRKƏTİN məruz qaldığı bütün ağlabatan əlavə xərclər PODRATÇININ hesabına ödənilir.
30.6 İŞİN hamısına və ya MÜQAVİLƏYƏ Maddə 30.1(b) və ya Maddə 30.1(c)-yə əsasən xitam verildikdə aşağıdakı şərtlər tətbiq olunur:
a) Maddə 28-də qeyd edilən Qüsurların Aradan Qaldırılması Dövrü başa çatana qədər ( hesab edilir ki, İŞİN BAŞA ÇATDIRILMASI TARİXİ ƏSAS TARİXLƏRİN CƏDVƏLİNDƏ qeyd edilən tarix olmalıdır) və bundan sonra BAŞA ÇATDIRILMA xərcləri və PODRATÇININ nöqsanı və ya xitam verilməsinə səbəb olan halların nəticəsində meydana çıxan bütün digər xərclər hesablanana qədər PODRATÇININ ŞİRKƏTDƏN hər hansı bir məbləğdə pul almaq hüququ yoxdur.

b)MÜQAVİLƏNİN şərtlərinə əsasən məbləğ çıxılandan sonra və çıxılan məbləğdən asılı olaraq PODRATÇININ yalnız MÜQAVİLƏYƏ uyğun olaraq xitam vermə tarixinə qədər icra edilmiş İŞİN bir hissəsinin icrası üçün Müqavilədə nəzərdə tutulan ödənişi almaq hüququ vardır; və


c)PODRATÇININ yol verdiyi qüsurun və ya xitam verilməsinə səbəb olan digər halların birbaşa nəticəsi olaraq ŞİRKƏT tərəfindən çəkilən hər hansı digər ağlabatan xərclər PODRATÇI tərəfindən ödənilir.
30.7 a) MÜQAVİLƏYƏ xitam verildiyi zaman, tərəflərin aşağıdakı Maddələrdə nəzərdə tutulan hüquq və öhdəlikləri tam olaraq qüvvədə qalır:



    1. MÜQAVİLƏDƏ

ii) MÜQAVİLƏNİN ŞƏRTLƏRİ, Maddələr 4,5,8,17,18,19,20,21,22,23,24,25,26,27,30,31,32,34, 36, və 37




    1. Müqavilə Formasında nəzərdə tutulan əlavə Maddələr və Müqavilənin Xüsusi Şərtləri.

b) İŞİN hamısı və ya bir hissəsi xitam olunduğu zaman, MÜQAVİLƏ tam olaraq qüvvədə qalır.





      1. AUDİT VƏ SƏNƏDLƏRİN SAXLANILMASI

31.1 İŞİN icra edildiyi dövrdə və sonrakı üç il müddətində ŞİRKƏTİN və onun səlahiyyətli nümayəndəsinin istənilən ağlabatan vaxtda audit aparmaq və sorğu göndərməklə PODRATÇIDAN aşağıda qeyd olunanlarla bağlı bütün qeydlərin (kompüterdə saxlanılan məlumatlar da daxil olmaqla), kitabların, şəxsi qeydlərin, hesabların, yazışmaların, memorandumların, qəbzlərin, vauçerlərin və digər sənədlərin nüsxələrini almaq hüquqları vardır:




  1. PODRATÇI tərəfindən ŞİRKƏTƏ göndərilən ödəniş hesab fakturaları; və




  1. Bu MÜQAVİLƏNİN, icrası PODRATÇI tərəfindən audit vasitəsi ilə yoxlanıla bilən öhdəliklərin müəyyən olunduğu hər hansı müddəası.

31.2 PODRATÇI ŞİRKƏT və/və ya onun nümayəndələri ilə ŞİRKƏT tərəfindən tələb edilən audit yoxlamasının həyata keçirilməsi üçün tam şəkildə əməkdaşlıq etməlidir. ŞİRKƏT audit yoxlamasını PODRATÇIYA minimal narahatçılıq yaratmaqla həyata keçirməlidir.


31.3 PODRATÇI bütün SUBPODRATÇILARA münasibətdə eyni növ audit yoxlamasını həyata keçirmək hüququna malikdir və ŞİRKƏTİN də bu hüquqlara malik olmasına şərait yaradır.
31.4 ŞİRKƏT və PODRATÇI kompüterdə saxlanılan məlumatlar da daxil olmaqla MÜQAVİLƏ ilə bağlı bütün sənədləri və məlumatları İŞLƏRİN tamamlanması tarixindən sonrakı altı (6) il müddətində saxlamaldırlar.



      1. YÜKLÜLÜKLƏR

32.1 PODRATÇI İŞƏ və ya PODRATÇININ sahibliyində və ya İŞ SAHƏSİNDƏ olan ŞİRKƏTİN hər hansı əmlakına qarşı hər hansı yüklülük və ya girov qoymaq hüququ yoxdur.


32.2 Maddə 32-nın hər hansl digər müddəalarına xələl yetirmədən, PODRATÇI ŞİRKƏTİ SUBPODRATÇILARIN MÜQAVİLƏ ilə bağlı olan və ya onun icrasının nəticəsində meydana çıxan girov tədbirlərindən qoruyur, müdafiə edir və bu baş verdiyi halda zərərin əvəzini ödəyir.
32.3 PODRATÇI İŞƏ və ya onun hər hansı bir hissəsinə təsir edə biləcəyi ehtimal olunan yüklülük və ya həbs barədə ŞİRKƏTƏ dərhal məlumat verir.
32.4 Əgər ŞİRKƏTİN və ya onun əmlakının məruz qala biləcəyi hər hansı yüklülük və ya girov barədə sübut mövcuddursa, bunun hər hansı bir şəxs tərəfindən PODRATÇIYA qarşı və ya SUBPODRATÇI tərəfindən ŞİRKƏTƏ qarşı edilməsindən asılı olmayaraq, ŞİRKƏTİN hüququ vardır ki, bu yüklülük və ya girovun vurduğu zərəri tam şəkildə ödəyən məbləği PODRATÇIYA ödənişlərdən çıxsın.

32.5 Maddə 32-nın məqsədləri üçün, ŞİRKƏTƏ edilən istinadlara ORTAQLAR və ŞİRKƏTİN və ORTAQLARIN FİLİALLARI, PODRATÇIYA edilən istinadlara isə onun FİLİALLARI daxildir


Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə