Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ QƏRBİ kaspi universiteti SƏRBƏst iŞ


Ян истедадлы кадрларын ишя гябулу вя ишдя сахланылмасы



Yüklə 84,68 Kb.
səhifə4/4
tarix28.04.2023
ölçüsü84,68 Kb.
#107607
1   2   3   4
21-ci əsrin dövlət qulluğu strategiyası

5. Ян истедадлы кадрларын ишя гябулу вя ишдя сахланылмасы. Ян истедадлы кадрларын мцяййян щиссясини сахламаг вя инкишафы цчцн дювлят гуллуьунда кадр планлашдырылмасы, гябулу, тящсили, инкишафы вя щявясляндирилмясиня йюнялмиш сийасят гябул едилмялидир.
Башга секторлар тяряфиндян рягабят вя гейри-пуллу мцкафатландырма ящямиййятини артырыр (мясялян, карйера имканлары вя ишя мараг кими амилляр).
6. Инсан капиталынын кейфиййятинин артырылмасы. Щяр бир дювлят органында мямурларын пешякар инкишафынын артырылмасына, фасилясиз тядрися, инновасийалары вя йени йанашмалары гябул етмяк габилиййятиня вя ишчиляр арасында билик ялдя етмякдя мараг щиссини артырмаьа йюнялмиш тялим стратеэийасы олмалыдыр.


4. Azərbaycanda Dövlət Qulluğunun İdarəetmə Şurası
Азярбайcан Республикасы Президентиниn фярмaны иля Азярбайcан Республикасынын дювлят идаряедилмяси системиндя ислащатларын апарылмасы цзря йарадылмыш дювлят комиссийасы 1999-cу илин март айында тяртиб етдийи щесабатда ислащат просесини мцшащидя етмяк, бу сащядя эюрцлян ишляри истигамятляндирмяк вя онлара нязарят етмяк мягсядиля иcра органынın йарадылмасы зярурилийиni билдирмишдир. Беля бир органын олмасы лазыми ганун лайищяляринин вя тялиматларын щазырланмасы вя онларын иcрасыны асанлашдыражагдыр. Кечид дюврцнц йашайан бир чох юлкялярдя бу cцр мясялялярин щялли dювлят гуллуьу аэентликляриня щяваля едилмишдир. Азярбайcанда щазырда Дювлят Qуллуьунуn İдаряетмя Şурасы мювcуддур ки, онун илк иcласы 2004-cц илин апрел айында кечирилмишдир.
Bildiyimiz kimi Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası istiqamətində atılan mühüm addımlardan biri dövlət qulluğu sahəsində aparılan islahatların nəticəsi olaraq, 2000-ci il 21 iyul tarixində "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edilməsi olmuşdur. Bu qanunun qəbul edilməsi ilə Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulmuşdur. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanunu 1 sentyabr 2004-cü ildə qüvvəyə minmişdir. Azərbaycan Respublikasında bu Qanunun tətbiqinə nəzarəti, dövlət qulluğunun normativ-metodiki təminatını, Azərbaycan Respublikasında dövlət qulluqçuları kateqoriyasına aid edilən şəxslərin siyahısını müəyyən etməyi Azərbaycan Respublikasının Dövlət Qulluğunun İdarəetmə Şurası həyata keçirir. Şura 18 nəfər üzvdən ibarətdir. Şuranın 6 üzvü Azərbaycan Respublikasının Prezidenti tərəfindən, 6 üzvü Azərbaycan Respublikası Milli Məclisinin sədri tərəfindən, 6 üzvü isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri tərəfindən təyin edilir. Şuranın səlahiyyətləri qanunla təsdiq edilən Əsasnamə ilə müəyyən edilir. «Azərbaycan Respublikasının Dövlət Qulluğunun İdarəetmə Şurası haqqında» Əsasnaməsi 29 mart 2002-ci il tarixdə təsdiq edilmişdir. Şura dövlət orqanı deyil və onun üzvləri öz səlahiyyətlərini ictimai əsaslarlahəyata keçirirlər. Şuranın qəbul etdiyi qərarların məcburiliyi müvafiq dövlət qulluqçuları üçün uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin sədri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri tərəfindən təmin edilir.
Onun əsas vəzifəsi isə müasir dövlət idarəetməsinin tələblərinə cavab verən, dövlət qulluğunun təşkilinin və fəaliyyət göstərməsinin təmin edilməsindən ibarətdir. Şuranın iclasları ildə altı dəfədən az olmayaraq keçiriləcək və qarşısına qoyulan vəzifələri öz iş reqlamentinə uyğun olaraq yerinə yetirəcəkdir.
Şura vahid dövlət kadr siyasətinin formalaşdırılmasında, dövlət hakimiyyəti orqanlarında dövlət qulluğunun vəziyyətinin və səmərəliliyinin təmin edilməsində, kadr təminatının proqnozlaşdırılmasında, dövlət hakimiyyəti orqanlarının dövlət qulluğu və kadr xidmətlərinin metodik işinin əlaqələndirilməsində, dövlət qulluqçularının şikayətlərinə baxılmasında, onların peşə hazırlığının və ixtisasının artırılması üçün təkliflər hazırlanmasında, dövlət qulluqçuları üçün qanunla müəyyən olunmuş məhdudiyyətlərin və təminatların yerinə yetirilməsinə nəzarətin təşkilində iştirak edəcəkdir. Şura öz vəzifələrini və funksiyalarını həyata keçirmək üçün müvafiq dövlət hakimiyyəti orqanlarından zəruri materialları almaq, dövlət qulluğu ilə əlaqədar normativ hüquqi aktların və metodik göstərişlərin layihələrini hazırlamaq, dövlət qulluğunun səmərəli təşkilinin vəziyyətini təhlil etmək, dövlət qulluğu haqqında qanunvericiliyin tətbiqini öyrənib ümumiləşdirmək və bununla əlaqədar tədbirlər hazırlamaq hüququna malikdir. Əsasnamədə qeyd olunmuşdur ki, şuranın qəbul etdiyi qərarların məcburiliyi müvafiq dövlət qulluqçuları üçün respublika Prezidenti, Milli Məclisin və Konstitusiya Məhkəməsinin sədrləri tərəfindən təmin ediləcəkdir.
Təbiidir ki, şura üzvlərinin əksəriyyəti bilavasitə öz işlərində çalışdığına görə şurada kargüzarlıq işlərini aparmaq və digər məsələləri həll etmək, cari və texniki işləri yerinə yetirmək üçün katiblik yaradılacaq, bu qurum ona həvalə olunmuş işləri yerinə yetirəcəkdir. Azərbaycan Respublikasının Dövlət Qulluğunun İdarəetmə Şurası aşağıdakı əsas funksiyaları həyata keçirir:
1. vahid dövlət kadr siyasətinin formalaşdırılmasında iştirak;
2. dövlət hakimiyyəti orqanlarında dövlət qulluğunun vəziyyətinin və səmərəliliyinin təhlil edilməsi;
3. dövlət qulluğunun kadr təminatının proqnozlaşdırılması və planlaşdırılması işinin həyata keçirilməsi;
4. dövlət qulluğunun təşkili və həyata keçirilməsi ilə bağlı normativ hüquqi aktların və metodiki göstərişlərin layihələrinin hazırlanması və həmin sənədlərin hazırlanmasında dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin əlaqələndirilməsi;
5. dövlət hakimiyyəti orqanlarının dövlət qulluğu və kadr xidmətlərinin metodiki işinin əlaqələndirilməsi;
6. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş hallarda dövlət qulluqçularının şikayətlərinə baxılması;
7. dövlət qulluqçularının peşə hazırlığı, təcrübə, yenidənhazırlanma və ixtisasartırma keçmə sahəsində işlərin təhlili və bununla bağlı təkliflərin hazırlanması;
8. dövlət qulluqçularına dair məhdudiyyətlərin və təminatların yerinə yetirilməsinə nəzarət edilməsi;
9. dövlət qulluğunun təşkili və səmərəliliyinin artırılması məsələləri ilə əlaqədar beynəlxalq əməkdaşlığın həyata keçirilməsində iştirak.
"Dövlət qulluğu haqqında" Qanunda Dövlət Qulluğunun İdarəetmə Şurasının öz funksiyalarını həyata keçirmək məqsədilə aşağıdakıların təmin edilməsi qeyd edilmişdir:
1.1. müvafiq dövlət hakimiyyəti orqanlarından zəruri materialları sorğu edir və alır;
1.2. dövlət qulluğunun təşkili və həyata keçirilməsi ilə bağlı normativ hüquqi aktların və metodik göstərişlərin layihələrini hazırlayır, müvafiq dövlət hakimiyyəti orqanlarının nümayəndələrini, alimləri və mütəxəssisləri bu işə cəlb edir;
1.3. dövlət hakimiyyəti orqanlarında dövlət qulluğunun vəziyyətini və səmərəliliyini təhlil edir;
1.4. əmək qanunvericiliyinin və dövlət qulluğu haqqında qanunvericiliyin tətbiqi, o cümlədən əmək intizamının pozulması və əmək mübahisələri ilə bağlı vəziyyəti öyrənir və ümumiləşdirir;
1.5. dövlət qulluqçularının fəaliyyətinin səmərəliliyinin artırılması yollarını araşdırır və bununla bağlı tədbirlər (təkliflər) hazırlayır;
1.6. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq, dövlət qulluqçularının şikayətlərinə baxır.
2. Şuranın fəaliyyətinə rəhbərliyi və işinin təşkilini Şuranın sədri həyata keçirir. Şuranın sədri onun tərkibindən Şura üzvlərinin sadə səs çoxluğu ilə seçilir.
3. Şuranın iclasları mütəmadi olaraq, lakin iki ayda bir dəfədən az olmayaraq keçirilir. Zərurət olduqda Şuranın fövqəladə iclasları çağırıla bilər.
Şuranın iclasları onun üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir. Şuranın müzakirə etdiyi məsələlərə dair qərarları Şuranın iclasında iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı xüsusi rəyi olan Şuranın üzvü öz rəyini qəbul edilmiş qərara əlavə edə bilər.
4. Şura özünün Reqlamentini təsdiq edir.
5. Şurada kargüzarlığın təşkili məqsədi ilə katiblik yaradılır. Şuranın katibliyinin işini Şuranın iclasında Şura üzvlərinin sadə səs çoxluğu ilə seçilən katib təşkil edir. Katibliyin fəaliyyəti dövlət büdcəsi hesabına maliyyələşdirilir.
6. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 5.3-cü maddəsinə uyğun olaraq, Şuranın qəbul etdiyi qərarların məcburiliyi müvafiq dövlət qulluqçuları üçün Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin sədri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri tərəfindən təmin edilir.
7. Şuranın üzvləri özlərinin fəaliyyətində müstəqildirlər.


İstifadə olunmuş ədəbiyyat siyahısı
1. Səfərov R.A. Dövlət qulluğu. Dərs vəsaiti. Bakı: “İqtisad Universiteti” Nəşriyyatı, 2014. - 228 s.
2. Rzayev Ə. Dövlət qulluğunun hüquqi əsasları Bakı: Elm, 2011.
Yüklə 84,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə