Azərbaycan respublikasi əlyazması hüququnda OĞuz türkləRİNİn məNƏVİ MƏDƏNİYYƏt leksikasi



Yüklə 311,65 Kb.
səhifə10/40
tarix08.06.2023
ölçüsü311,65 Kb.
#116136
1   ...   6   7   8   9   10   11   12   13   ...   40
oğuz qrupu türk dillərində maddi mədəniyyət leksikası

Od kultu ilə bağlı leksemlər



Od kultu qədim dövrdən bugünə kimi qorunub saxlanmışdır. Demək olar ki, türk xalqlarında atəş “ailə”ni simvolizə edir. “Qədim türklərdə ailənin davamlılığının, əbədiliyinin təminatçısı olan atəşin cinsiyyətinin kişi olduğu və çox qədim zamanlardan bəri ən kiçik oğul ecen ya da odçiginin simasında böyük bir din adamının olduğu düşünülür. Bu oğul ata evini tərk etməyəcək və imperatorluq ya da ailə mallarının tamamı ona miras qalacaq. Ancaq hazırki dövrdə Sibirdə və heterodoks türk toplumlarında odçigin anlayışı yox olmasa da, bir çox bölgədə atəş tanrısı qadındır (dişi)” və “Atəş ana”, “Kadın ata” adlanan rahibəsi var” [220, s.84]. Hər hansı bir ailənin var olması həmin evin ocağının yanması ilə birbaşa bağlıdır. Məsələn, Azərbaycan türkləri birinə alqış edən zaman ona “ocağın sönməsin”, “ocağın daim olsun” kimi ifadələr işlədirlər. Atəş ilk dövrlərdə təmizləyici funksiya daşıyırdı. Qədim türklər atəş vasitəsi ilə evlərin pis ruhlardan təmizlənməsi, xəstələrin sağalması, yırtıcı heyvanlardan qorunmasında istifadə edirdilər. Qədim türk xalqlarının hər birində atəş müqəddəs hesab edilmişdir. Keçmişdə oğuzların inancına görə, ölmüş ataların canları yanan ocaqda yaşayar. Bununla bağlı bir ailədə ocağın daimi olaraq yanması həmin ailənin xoşbəxt və davamlı olduğunu, atalarının ruhunun atəş yandığı müddətdə onları qoruduğunu bildirirdi. Qədim oğuz türklərində olduğu kimi, müasir oğuzlarda da atəş kultunun izləri qorunub saxlanılır. Azərbaycanda, Türkiyənin Diyarbəkir, Ağrı, Elazığ, Ərzincan bölgələrində günəş batdıqdan sonra ocağa su tökmənin, gecə evdən qonşuya atəş vermənin evə ziyan gətirəcəyinə inanılır. Azərbaycan türkləri Novruz bayramında sonuncu çərşənbədə yanan ocağın üzərindən üç dəfə “ağırlığım bu ocaqda qalsın” deyib atlanır və ocağın həmin insanda olan pislikləri, xəstəlikləri yandıracağına, təmizləyəcəyinə inanırlar. Atəşlə təmizlənmə və xəstəliklərdən qorunma hal-hazırda Anadoluda da qorunub saxlanılır. Türkiyənin Aydın bölgəsində yaşayan Taxtaçı türklərində ata evlənən oğlu üçün yeni ev tikir, yeni evlənənlər bu evə gəlirlər. O zaman ata qurban kəsər və “ocağı əbədiyyən tütsün deyə” illlk atəşi-ocağı yandırar. Buna “Yeni ocaq oyandırma” adəti deyilir [138, s.71]. Azərbaycanda təndirə yapılmış çörək oda düşərsə, ocaq iyəsinə/yiyəsinə bir sədəqə olaraq onu ocaqdan götürməzlər. Oğuz türklərində ocaqla bağlı bir sıra atalar sözləri, ifadələr vardır: “ocağı sönmək”(ailəsi dağılmaq),“ocağı tütmək”(nəslinin davam etməsi),“ocağına düşmək”(birinə sığınıb kömək istəmək), “ocağına incir (darı) dikmək”(birinə bir daha ayağa qalxa bilməyəcəyi qədər zərbə vurmaq),“ocaq başında oturtmaq”(gözdən düşürmək, sevməmək) [114, s.348];“Od külle saglanur”,“od imandadır”,“od qoyub otluğa Allah-Allah dime”,“od görsen, varma, köpek ünin eşitsen, var”,“od ile pambuğun ne oyunı var, et ile bıçağın ne oyunu vardır” [282, s.81].
Oğuz türklərində, əsasən, Türkiyə və Azərbaycan türklərində mart ayında keçirilən yaz bayramının (Ergenekon bayramında) son çərşənbəsində hər bir evin önündə quru otlardan//ağaclardan “tonqal” qalayırlar. Həmin tonqalın üzərindən atlanaraq “Ağırlığım/ağrım, uğurluğum/uğrum odda yansındeyib üzərlərindəki xəstəliyin, pisliklərin odda yanmasını diləyirlər. “Tonqal” leksik vahidi kiçik fonetik fərqlə əksər türk dillərində işlənir: “tonqal/tonkal/tonkar/tonkur” və s. Türk dilinin lüğət tərkibində atəş kultu ilə bağlı bir sıra oyun və xalq rəqs adlarına da rast gəlinir: Oyun: “Sin Sin”(Çorum), “Sim Sim”(Amasya), “Sin Sine”(Şərqi Anadolu); Rəqs: “Gavur oyunu” (Zonguldak), “Çayda çıra” (Elazığ), “Kabem”(sini çevirməsi) (Safranbolu), “Samah çırpma oyunu”(Antalya) və s. [113, s.39].



Yüklə 311,65 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə