Azərbaycan respublikasi əlyazması hüququnda


Neft sənyesinin tullantılarından istifadə etməklə Abşeronun



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə21/31
tarix11.09.2023
ölçüsü1,95 Mb.
#121629
1   ...   17   18   19   20   21   22   23   24   ...   31
Avtoreferat - Hediyye Xelilova (azerb)

Neft sənyesinin tullantılarından istifadə etməklə Abşeronun 
daş karxanalarında tozlanmanın qarşısının alınması. 
Əvvəlki fəsillər-
də qeyd olunduğu kimi, Abşeron yarımadasında daş karxanaları ətraf mü-
hitin toz və hissəciklərlə çirklənməsinin əsas mənbələrindəndir. Tozşəkilli 
hissəciklərin ekosistemə, xüsusilə insan sağlamlığına, mənfi təsiri daş kar-
xanalarında tozlanmanın qarşısının alınması üçün yeni səmərəli üsulların 
işlənməsini tələb edir [38]. 
Respublikanın neft sənaye müəssisələrində böyük həcmli tullantıla-
rın əmələ gəlməsi təbii neft turşuları duzlarının istifadəsinə əsaslanan yeni 
texnologiyaların işlənib tətbiq olunması üçün geniş imkanlar yaradır. 
Dissertasiyada təklif olunmuş yeni üsul neft sənayesinin tullantıla-
rının daş karxanalarında atmosferin tozla çirklənməsinin qarşısının alın-
ması məqsədilə istifadəsinə əsaslanır [31]. Tozun zərərsizləşdirilməsinin 
istifadə olunan məhlulun qatılığından, ötürücünün meyl bucağından, 
konveyerin intensivliyindən və digər amillərdən asılılığı tədqiq olunaraq 
prosesin optimal şəraitləri müəyyən edilmişdir. Şəkil 6-da təbii neft 
turşusunun Na duzu (RCOONa) məhlulunun daş karxanasında tozlan-


37
manın qarşısının alınmasında istifadə edilməsi üzrə aparılmış təcrübələ-
rin nəticələri verilir.
Şək. 6. Daşın kəsilməsi prosesində müxtəlif parametrlərin RCOONa 
məhlulunun qatılığından asılılığı 
 
Şəkildən göründüyü kimi, səthi-aktiv natrium duzu məhlulunun 
isladıcı kimi istifadəsi tozun tutulması və istifadə olunan avadanlığın is-
tismar müddətini artırmaqla yanaşı, eyni zamanda, daşın kəsilməsinə 
sərf olunan vaxtı azaltmaqla enerji qənaətinə şərait yaradır [41]. 
Tədqiqatların başlıca istiqamətlərindən biri proses zamanı alınan 
məhsulun kənd təsərrüfatında gübrə kimi istifadəsi məqsədilə aqrokimyə-
vi xassələrinin öyrənilməsi idi. Tədqiqatlar Abşeron yarımadasının qərb 
hissəsində yerləşən Güzdək daş karxanasında aparılmışdır. Nəticələrin 
təhlili daş karxanalarında tozlanmanın qarşısının alınması və proses 
zamanı alınan qarışığın kənd təsərrüfatında gübrə kimi istifadəsi üçün 
optimal şəraitin 0,13-0,15% qatılığa malik naftenat məhlulu ilə ötürücü-
nün 13° meyl bucağı altında 80-180 dövr∕dəqiqə intensivliyi olduğunu 
göstərir [36, 37].
Abşeron yarımadasında ətraf mühitin yaxşılaşdırılması üsulla-
rının işlənməsi üzrə aparılmış tədqiqatlardan aşağıdakı nəticələr əldə 
olunmuşdur:
1. Neftlə çirklənmiş suların adsorbsiya üsulu ilə təmizlənməsi-
nin tədqiqi göstərir ki, TPDO əsasında hazırlanmış adsorbent çirk-
0
50
100
150
200
250
300
350
400
450
0,05
0,1
0,2
0,3
0,4
0,5
daşın kəsilmə 
müddəti,dəq
tozun
yayılması,sm
mişarın istismar 
müddəti,gün

RCOONa


38
lənmiş sulardan öz həcmindən 7 dəfə artıq neft adsorbsiya etmək qa-
biliyyətinə malikdir. Alınmış nəticələr əsasında prosesin optimal re-
jimlərini müəyyən etmək üçün reqressiya modeli qurulmuşdur. 
2. Daş karxanalarında tozlanmanın qarşısının alınması məqsə-
dilə aparılmış tədqiqatlar daşın təbii rütubətliliyinin havanın tozla 
çirklənmə dərəcəsinə təsir edən əsas amillərdən olduğunu göstərir. 
Rütubətliliyin artması ilə havanın tozla çirklənməsi azalır. Daş karxa-
nalarında suvarma qurğusunun tətbiqi tozlanmanın şirin su ilə suva-
rılma zamanı 75%, dəniz suyu ilə suvarılma zamanı 86,6% azalması-
na imkan verir.
3. Neft sənayesinin tərkibində təbii neft turşularının duzları olan 
tullantılarından istifadə etməklə Abşeronun daş karxanalarında tozlan-
manın qarşısının alınması üçün aparılmış tədqiqatlar bu duzların istifa-
dəsinin ətrafa yayılan tozun miqdarını xeyli azaltmaqla yanaşı, eyni za-
manda daşın kəsilməsinə sərf olunan enerjiyə qənaət olunmasına şərait 
yaratmaqla prosesin səmərəliliyini artırdığını göstərir. 

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə