Azərbaycan respublikasi əlyazması hüququnda


Cədvəl 10  Abşeron göllərinin dib çöküntülərinin zərərli maddələrlə



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə18/31
tarix11.09.2023
ölçüsü1,95 Mb.
#121629
1   ...   14   15   16   17   18   19   20   21   ...   31
Avtoreferat - Hediyye Xelilova (azerb)

Cədvəl 10 
Abşeron göllərinin dib çöküntülərinin zərərli maddələrlə 
çirklənməsi 
№ pH 
Çirkləndiricilər (mq/kq) 
SO
4
NO
3
ÜNK 
Ni 
Co 
Pb 
Mn 
Cr 
Zn 
Cu 
Cd 


8.2 332 
98 
1809 
44.7 18.4 18.9 136.4 11.9 20.4 14.9 33.0 3.3 

8.0 168 
113 
918 
3.0 
9.6 
7.0 
155.0 16.1 20.1 12.9 TO* 3.0 

7.1 210 
120 11928 36.4 
7.6 
6.9 
213.4 11.3 16.9 58.9 17.8 1.8 

7.8 220 
95 
1737 
15.2 10.9 
6.9 
162.0 14.9 21.0 14.8 
TO 
3.2 

8.0 211 
108 
2850 
13.2 
9.8 
6.3 
159.1 18.4 20.3 13.6 
TO 
2.1 

7.8 194 
179 
546 
50.1 19.9 12.1 636.0 23.9 30.0 13.1 29.8 6.9 

8.6 215 
113 
780 
44.6 
9.8 
9.6 
351.0 16.9 86.8 83.1 28.4 4.0 

8.3 188 
146 
1710 
52.1 25.0 10.9 546.0 20.6 32.3 11.0 29.4 8.9 

8.2 183 
210 
495 
49.6 24.6 11.3 513.2 23.9 29.6 10.6 
1.0 
9.3 
10 8.2 168 
203 
570 
46.8 21.0 11.6 596.0 25.1 28.3 12.9 31.0 5.7 
11 8.0 510 
468 13458 15.8 12.1 
7.0 
169.3 15.9 21.9 16.1 
TO 
3.4 
12 8.1 534 
312 11058 13.4 11.3 
6.8 
156.8 13.8 19.8 15.4 
TO 
2.4 
 
Qeyd:*
TO-təyin olunmayıb, elementin miqdarı cihazın ölçü həddındən aşağıdır. 
Cədvəl 11 
Lay suları nümunələrində radioaktiv elementlərin miqdarı 
Dənizdə 
U, q/l·10
-5
Ra, q/l·10
-9
Th, q/l·10
-3
Sr, q/l·10
-3

1.55 
2.40 
2.48 
3.17 

1.33 
2.51 
2.32 
3.40 

1.40 
2.55 
2.55 
3.68 

1.89 
2.15 
1.54 
3.36 

2.33 
2.18 
2.05 
3.43 

2.37 
2.25 
1.86 
3.40 

4.25 
1.95 
3.45 
3.65 

3.83 
2.07 
3.36 
3.72 

3.70 
2.20 
3.33 
3.17 
Quruda 

4.22 
1.56 
3.95 
4.20 

4.31 
1.63 
4.46 
3.54 

4.10 
1.47 
4.85 
4.05 

2.30 
1.90 
4.27 
4.85 

2.28 
2.37 
4.20 
4.70 

2.32 
2.49 
4.15 
3.97 


31
Tədqiqat müddətində səth suları nümunələrində radionuklidlər-
lə çirklənmə müşahidə olunmamışdır. Analizlər yalnız bir neçə nü-
munədə Th və K-un olduğunu göstərmişdir. Nəticələr göl sularında 
Th, Ra və Rn-un olmadığını göstərir. Yalnız Hocahəsən gölündən 
götürülmüş su nümunəsində Ra-un kiçik miqdarı aşkar olunmuşdur. 
Bəzi Abşeron göllərinin radioaktivliyi K-la əlaqəlidir [34]. Tədqiqat 
zamanı K-un miqdarının əksər göllərin sularında 0,2 q/l olmaqla
0,0-1,40 q/l arasında dəyişdiyi müşahidə olunmuşdur. 
Abşeron göllərinin neft və neft məhsulları ilə çirklənməsi on-
larda radionuklidlərin qeyri-normal şəkildə paylanmasına və çox gü-
man ki, dib çöküntülərində toplanmasına gətirib çıxarmışdır. Bu nöq-
teyi-nəzərdən, göllərin dib çöküntülərində radionuklidlərin miqdarı-
nın öyrənilməsi böyük maraq kəsb edir. 
Tədqiq etdiyimiz göllərin dib çöküntülərində 
137
sezium və 
60
ko-
balt (nüvə sınağının məhsulları) izotopları tapılmamışdır. Qala-2 gölü 
istisna olmaqla, digər bütün göllərin dib çöküntülərində K-un olduğu 
müəyyən edilmişdir. K-un miqdarının çöküntülərdə Klark səviyyə-
sindən aşağı olmasına baxmayaraq, bu fakt K-un ətraf sahələrdən da-
vamlı surətdə bu göllərə daxil olduğunu göstərir.
Abşeron yarımadasında su hövzələri və dib çöküntülərinin zərər-
li tullantılarla çirklənməsi üzrə aparılan tədqiqatlar əsasında aşağıdakı 
nəticələr əldə olunmuşdur: 
1.
Abşeron yarımadasının bir çox gölləri də daxil olmaqla, təd-
qiq olunan ərazilərin su hövzələri uzun müddət müxtəlif antropogen 
tullantıların təsirinə məruz qalaraq neft, neft məhsulları, ağır metal-
lar, SSAM və digər kimyəvi maddələrlə çirklənmiş, ekosistem üçün 
ciddi təhlükə mənbələrinə çevrilmişlər.
2.
Xüsusilə neft yataqlarının yerləşdiyi ərazidə, səth suları, də-
niz suyu və dənizin dib çöküntülərində benzo(a)piren, xrizen, fenant-
ren və digər PAK-lə yüksək çirklənmə səviyyəsi aşkar edilmişdir. 
Tədqiqatlar zamanı su nümunələrində PAK-in miqdarı 1,3 - 20690,0 
nq∕l intervalında qeydə alınıb.
3.
Dəniz suyu və dib çöküntüləri nümunələrində karbohidrogenlə-
rin miqdarı YVH-i 3-dən 20 dəfəyə qədər aşır. Bəzi hallarda dənizin 
dib çöküntüsündə karbohidrogenlərin miqdarı eyni nöqtədən götürül-


32
müş səth suyuna nisbətən xeyli çox olur. Hətta dənizin sahildən xeyli 
uzaq hissəsində (şelf zonasında) dib çöküntülərində karbohidrogenlərin 
toplanması müşahidə olunmuşdur. Bu çirkab sularının atıldığı kanalın 
ərazidə böyük sahənin çirklənməsinə səbəb olduğunu təsdiq edir. 
4.
Ərazidə neftlə çirklənmə torpağın və qruntun buferlik xassə-
lərindən yüksəkdır. Dərinlikdən asılı olaraq qrunt sularında karbohid-
rogenlərlə çirklənmə dərəcəsinin YVH-dən 3-4 dəfə artıq olması qey-
də alınmışdır. Tədqiqatlar neftin yüngül fraksiyalarının torpağın də-
rin qatlarına nüfuz edərək qrunt sularında və aşağı qatlardakı suxur-
larda toplanmasını göstərir.
5.
Hövsan aerasiya zonasının qrunt və qrunt sularının ağır meta-
larla çirklənməsinin tədqiqi göstərdi ki,bütün dərinliklərdə tədqiq olunan 
qrunt nümunələrində Cd, Zn, Cr və Ni-in orta miqdarı onlar üçün təyin 
olunmuş YVH-dən uyğun olaraq 3, 5, 10 və 9 dəfə yüksəkdir. EF və E
i
indekslərinin hesablanmış qiymətləri ərazinin qrunt nümunələrində ağır 
metallarla çirklənmə səviyyəsinin “tükənmə-mineral zənginləşmə” və 
“zəif potensial ekoloji risk” kateqoriyalarına uyğun gəldiyini təsdiq edir. 
6.
Tədqiq olunan metalların əksəri kationogen elementlər qru-
puna daxil olduğu üçün onların mütəhərrikliyi turş mühitdə artır. La-
kin, ərazidə pH-ın qiyməti 7,5-8,0-dən yuxarı olduğundan suxurlarda 
adsorbsiya olunmuş ağır metallar çox az mütəhərrikliyə malik olub 
qrunt sularını çirkləndirmirlər. 
7.
Abşeronun Böyükşor, Hocahəsən, Bülbülə və Qırmızı göl ki-
mi təbii göllərinin tədqiqi uzun müddət zərərli tullantılarla çirklən-
mələri onların ekoloji tarazlığının pozulmasına, özünü təmizləmə qa-
biliyyətlərinin tamamilə itirilməsinə gətirib çıxardığını göstərir.
8.
Radionuklidlərlə çirklənmənin tədqiqi nəticəsində dənizdə 
və quruda neftçıxarma zamanı lay sularının tərkibində ətraf mühitə 
U, Ra, Th kimi radioaktiv elementlərin atıldığı müəyyən edilmişdir. 
Analizlər ərazidəki səth sularının dib çöküntülərində müəyyən miq-
darda radioaktiv elementlərin olduğunu təsdiq edir. Tədqiqatlar ərazi-
nin ümumi radio-ekoloji vəziyyətinin radiasiya təhlükəsizliyi üzrə tə-
yin olunmuş normalardan yüksək olmadığını, müəyyən sahələrdə 
texnogen xarakterli anomaliyalar olduğunu göstərir. 
Abşeron sənaye bölgəsində səth sularının ekoloji vəziyyətinin 


33
qiymətləndirilməsindən əldə olunan nəticələr su ekosistemlərinin tə-
bii keyfiyyətlərində ciddi dəyişikliklər olduğunu göstərir. Su sistem-
lərinə düşən toksiki PAK və metallar kimi təhlükəli çirkləndiricilər 
suda yaxşı həll olmadıqları üçün dib çöküntülərində toplanaraq onla-
rın flora və faunasına mənfi təsir edirlər. Əvvəlki illərdə aparılmış 
tədqiqatlar göstərir ki, vaxtilə Abşeronda rast gəlinən bəzi nadir ba-
lıqların və digər fauna nümayəndələrinin sayı kəskin azalmış, hətta 
tamamilə yox olmuşdur. Qeyd olunanlarla yanaşı, Abşeronun su ehti-
yatlarının məhdudluğu sənaye müəssisələrində alınan tullantı suları-
nın düzgün idarə olunmasını və bütün mərhələlərdə azaldılmasını tə-
ləb edir. Bu baxımdan, tullantı sularının təmizlənərək yenidən prose-
sə qaytarılması və digər məqsədlərlə istifadəsinə əsaslanan ekoloji 
təmiz texnologiyaların işlənib tətbiq olunması vacibdir. 
Abşeron yarımadasının 4 böyük gölünün fiziki-kimyəvi xüsusiy-
yətlərini öyrənmək üçün aparılmış tədqiqatlar bu hövzələrin çirklənmə 
dərəcəsinin böhran səviyyəsinə çatdığını göstərir. Çirklənmiş göllərin 
bərpası və zərərsizləşdirilməsi Azərbaycan dövləti və mütəxəssislərinin 
ciddi narahatlığına səbəb olur. Azərbaycan Prezidentinin 28 sentyabr 
2006-cı il tarixli Fərmanı ilə qəbul olunmuş “2006-2010-cu illərdə 
Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə 
tədbirlər planı” nda Abşeron yarımadasının yüksək dərəcədə çirklənmiş 
göllərinin ləğv olunması nəzərdə tutulur. Yaxın illərdə, Qırmızı göl da-
xil olmaqla, Abşeronda bəzi təbii və süni göllər torpaqla doldurulub 
ləğv olundu. Böyükşor və Hocahəsən göllərinin doldurulması üzrə geniş 
işlər aparılır. Bərpaolunma işlərinə göllərin yerində yaşıllıqların salın-
ması, parkların, istirahət zonalarının və idman komplekslərinin yaradıl-
ması daxildir. Lakin, kimyəvi çirkləndiricilərin əksəriyyəti uzun müddət 
parçalanmadan ətraf mühitdə qalır və böyük əraziyə yayılırlar. Abşeron 
torpaqları əsasən qumlu-gilli və əhəngdaşı tərkibli suxurlardan ibarətdir. 
Yuxarıda qeyd olunduğu kimi, gilli torpaqlar və orta ölçülü qumlar mü-
əyyən miqdarda neft məhsulları adsorbsiya etmək qabiliyyətinə malik-
dir.
9
Torpağın dərin qatlarında karbohidrogen birləşmələrinin bioloji 
parçalanmasına şərait olmadığı üçün gələcəkdə onlar müəyyən kimyəvi 
9
Алекперов А.Б. Абшерон: проблемы гидрогеологии и геоэкологии. Баку: 
Азербайджанская Государственная Книжная Палата, 2000, 484 с.


34
çevrilmələr və yaxud təbii proseslər nəticəsində ekosistem üçün təhlükə 
mənbəyinə çevrilirlər. Doldurulmuş ərazilərdən zərərli maddələrin süzü-
lərək yenidən torpaqları, səth və qrunt sularını çirkləndirməsi ciddi hadi-
sələrlə nəticələnə bilər. Buna görə də, Abşeron yarımadasında ekosiste-
mi gələcəkdə baş verə biləcək fəlakətlərdən qorumaq üçün elmi cəhət-
dən əsaslandırılmış tədbirlər işlənib həyata keçirilməlidir.

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə