Azərbaycan respublikasi əlyazması hüququnda



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə19/31
tarix11.09.2023
ölçüsü1,95 Mb.
#121629
1   ...   15   16   17   18   19   20   21   22   ...   31
Avtoreferat - Hediyye Xelilova (azerb)

Beşinci fəsildə 
Abşeron yarımadasında ətraf mühitin yaxşılaş-
dırılması sahəsində işlənmiş yeni üsullar təqdim olunur. 
 
Neftlə çirklənmiş suların adsorbsiya üsulu ilə təmizlənməsi 
üçün yeni üsulun işlənməsi. 
Abşeronun su hövzələrinin tədqiqi neft və 
neft məhsullarının onların başlıca çirklənmə mənbəyi olub su sistemləri-
nin flora və faunasının inkişafına mənfi təsir etdiyini göstərir. Buna görə 
də, neftlə çirklənmiş suların təmizlənməsi üçün yeni ekoloji təmiz üsulla-
rın istifadəsi ətraf mühit problemlərinin həllində böyük rol oynayır.
Neftlə çirklənmiş suların təmizlənməsi üçün təklif olunan üsul 
Sumqayıt etilen-propilen istehsalı zavodunda aralıq məhsul kimi alınan 
tsiklopentadienin xətti oliqomerindən (TPDO) ibarət 4000-5000 mole-
kul kütləsinə malik adsorbentin istifadəsinə əsaslanır [19,24]. Adsorbent 
tsiklopentadienin Lyuis turşularından ibarət katalitik sistem iştirakında
oliqomerləşdırılməsi vasitəsilə sintez edilmişdir. Oliqomerin su keçir-
məməsi və digər lazımi xassələrə malik olması üçün 5%-li polinorborni-
lakrilat məhlulu ilə işlənmişdir. Prosesin optimal şəraitinin müəyyən 
olunması üçün TPDO-in adsorbsiya qabiliyyəti və neftin adsorbsiyası-
nın müxtəlif parametrlərdən asılılığı tədqiq olunmuşdur.
Cədvəl 12-də suyun neftdən təmizlənməsinin adsorbentin miqda-
rından asılılığı verilir.
Tədqiqatın nəticələrinə görə demək olar ki, 1 mq adsorbent distil-
lə suyundan təxminən 5, adi içməli sudan 6, dəniz suyundan isə 7 mq 
neft adsorbsiya edir. Suyun neftdən təmizlənmə dərəcəsinin neftin miq-
darından asılılığı üzrə aparılmış tədqiqatlar göstərdi ki, adsorbentin miq-
darını (1q) sabit saxlamaqla neftin miqdarının 2 q-dan 7 q-a qədər artı-
rılması adsorbsiya dərəcəsini dəyişmir və neftin udulması 99,4% təşkil 
edir. Adsorbent laboratoriya şəraitində neftqaz yataqları ərazisindən top-
lanmış su nümunələrinin təmizlənməsində sınaqdan keçirilmişdir. Neft-
lə çirklənmiş su nümunələri neft-qaz yataqları ərazisindəki tullantı sula-


35
rın axıdıldığı kanallardan, göllərdən və Xəzər dənizinin sahil zonaların-
dan toplanmışdır. Təcrübələr zamanı bütün su nümunələrinin təmizlən-
məsi üçün 2 mq adsorbentdən istifadə olunmuşdur. Laboratoriya sınaq-
larının nəticələri cədvəl 13-də verilir. Cədvəldəki qiymətlərdən məlum 
olur ki, tullantı sularının tərkibindəki neftin miqdarından asılı olaraq 
TPDO ilə müxtəlif dərəcədə təmizlənməyə nail olmaq və səmərəli nəti-
cələr əldə etmək mümkündür.

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə