29
Tədqiqat zamanı ağır metallarla yüksək çirklənmə dərəcəsi sənaye
tullantı sularından götürülən nümunələrdə (S1 stansiyası) qeydə alınıb.
Toksiki metallardan Zn, Pb və Cd-un miqdarı müvafiq olaraq YVH-dən
70, 19 və 44 dəfə artıq olmuşdur [28,57]. Bundan əlavə, xloridlərin miq-
darı YVH-dən 4-30 dəfə artıqdır. S2 və S3 stansiyalarından götürülmüş
nümunələrdə ammoniumun yüksək miqdarı qeydə alınmışdır. Bütün nü-
munələrdə asılı hissəciklərin miqdarı xeyli çoxdur. pH-ın
qiymətinin
8,7-9,3 arasında olması göldəki şəraitin su sistemlərində yaşayan bəzi
canlı orqanizmlərin reproduktivliyi baxımından əlverişsiz olduğunu gös-
tərir.
Göllərin bioloji sistemlərinə antropogen təsirin qiymətləndiril-
məsi üçün onların dib çöküntülərində neft, ağır metallar, sulfat (SO
4
)
və nitratların (NO
3
) miqdarı təyin olunmuşdur. Cədvəl 10-da
verilən
məlumatlar göstərir ki, göllərin dib çöküntülərində böyük miqdarda neft
karbohidrogenləri və metallar toplanıb. Karbohidrogenlərin miqdarı qə-
bul olunmuş fon səviyyəsindən xeyli yüksəkdir. Əksər nümunələrdə
ağır metalların, xüsusilə Cd, Cr, Cu və Zn-in, miqdarı onların respubli-
kada qəbul olunmuş yol verilən səviyyələrindən artıqdır.
Böyükşor və
Bülbülə göllərinin dib çöküntülərinin ağır metallarla çirklənməsinin
göl ekosistemi üçün yaratdığı potensial riskin qiymətləndirilməsi məq-
sədilə ZF, İ
geo
. və E
i
hesablanmışdır [43, 44]. Hesablamalar qeyd olu-
nan göllərin dib çöküntülərində müəyyən metalların miqdarının YVH-
dən
yüksək olduğunu göstərsə də, onların yaratdığı potensial risk çox
da təhlükəli deyil.
Ümumilikdə, tədqiqatlarımızın nəticələri göllərdə zərərli tullantı-
larla çirklənmənin çox yüksək olduğunu, ekoloji tarazlığın pozulduğu-
nu göstərir.
Neft hasilatı zamanı neftlə birlikdə yer səthinə çıxan lay suları-
nın tərkibindəki radionuklidlər ətraf mühitin radioaktiv elementlərlə
çirklənməsinə səbəb olur [6, 26]. Dördüncü fəslin radionuklidlərlə
çirklənmənin tədqiqinə həsr olunmuş bölməsində dənizdə və quruda
neftçıxarma zamanı alınan lay sularının,
Abşeron göllərinin, Zığ-
Hövsan və BYZ ərazilərinin səth suları və dib çöküntülərinin radio-
nuklid tərkibinin öyrənilməsi üzrə aparılmış tədqiqatların nəticələri
təqdim olunur. Radioaktiv elementlərin paylanması üzrə apardığımız
30
tədqiqatlar dənizdə və quruda neftçıxarma zamanı alınan lay suların-
da U, Ra, Th və Sr-un yüksək miqdarının
olduğunu təsdiq etmişdir
(cədvəl 11) [33].
Dostları ilə paylaş: