Azərbaycan respublikasi əMƏk və ƏhaliNİn sosial müdafiƏSİ naziRLİYİNİn kollegiyasi


Paltarbiçən 5-ci dərəcə İşin xüsusiyyəti



Yüklə 111,27 Kb.
səhifə6/13
tarix28.11.2023
ölçüsü111,27 Kb.
#136361
1   2   3   4   5   6   7   8   9   ...   13
document hrclubaz 178

Paltarbiçən
5-ci dərəcə
İşin xüsusiyyəti. Müxtəlif çeşidli palto, kostyum və paltarların ölçülərinin götürülüb biçilməsi və onların təmiri zamanı yenidən biçilmə. Məmulatların fasonlarının seçilməsi, aktyorların əyninə ölçülməsi və biçilməsi. Hazır məmulatların müvafiq qaydada təhvil verilməsi.
Bilməlidir: tələb olunan məmulat çeşidinin biçimi, tikilişi və təmirinin əsaslarını; istifadə olunan parçaların xüsusiyyətlərini; əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə norma və qaydalarını.
İlk peşə-ixtisas təhsili və 2 ildən az olmayaraq peşəsi üzrə əmək stajı tələb olunur.


Paltarbiçən

6-cı dərəcə


İşin xüsusiyyəti. Tarixi kostyumların, xəzdən üst geyimlərinin ölçülərinin götürülüb biçilməsi və onların təmiri zamanı yenidən biçilmə.
Bilməlidir: biçimin qabaqcıl üsullarını; biçimin, tikilişin, təmirin texnologiyasını; istifadə olunan parçaların və xəzlərin (o cümlədən süni) xüsusiyyətlərini; əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə norma və qaydalarını.
İlk peşə-ixtisas təhsili və 1 ildən az olmayaraq 5-ci dərəcəli paltarbiçən peşəsində əmək stajı tələb olunur.


Teatr kostyumlarının tikilişi üzrə dərzi

4-cü dərəcə


İşin xüsusiyyəti. Alt və yataq dəstlərinin, korsetlərin, önlüklərin tikiş maşını ilə tikilişi. Düymələrin, furniturların əl ilə tikilişi. Məmulatların ütülənməsi və gözənməsi.
Bilməlidir: tikişin və ütüləmənin üsullarını; istifadə olunan parçaların növlərini və xüsusiyyətlərini; tikiş işinin texnologiyasını; tikiş maşınının işində xırda qüsurların aradan qaldırılması üsullarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə norma və qaydalarını.
Əmək stajına tələb qoyulmadan ilk peşə-ixtisas təhsili tələb olunur.
Teatr kostyumlarının tikilişi üzrə dərzi

5-ci dərəcə


İşin xüsusiyyəti. Müxtəlif çeşidli palto, kostyum və paltarların tikilişi, ütülənməsi, təmiri, bədii gözənməsi.
Bilməlidir: tikişin, ütüləmənin və təmirin üsullarını; teatr geyimlərinin tərkib hissələrini və detallarını; tikişin texnologiyasını; əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə norma və qaydalarını.
İlk peşə-ixtisas təhsili və 2 ildən az olmayaraq peşəsi üzrə əmək stajı tələb olunur.



Yüklə 111,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə