Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Yararsız vəziyyətə düşən yanğınsöndürmə vasitələrinin və avadanlıqlarının hesabdan silinməsi ümumi əsaslar üzrə aparılmalıdır. 11.3.10



Yüklə 2,46 Mb.
səhifə206/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   202   203   204   205   206   207   208   209   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

11.3.9 Yararsız vəziyyətə düşən yanğınsöndürmə vasitələrinin və avadanlıqlarının hesabdan silinməsi ümumi əsaslar üzrə aparılmalıdır.
11.3.10 Odsöndürənlərin, yeşiklərin, su çənlərinin, vedrələrin, inventar üçün şit və şkafların, bel və balta saplarının, keçə üçün futlyarların rənglənməsi müvafiq QOST-un tələblərinə uyğun aparılmalıdır.
11.3.11 Obyektdə olan səyyar (daşınan) odsöndürənlərin yeri göstərici lövhələrlə qeyd edilməlidir. Lövhə döşəmədən 2-2,5m hündürlükdə, yaxşı görünən yerdə asılmalıdır.
11.3.12 Doldurulmuş köpüklü odsöndürənlərin köpükəmələgətirici maddəsinin yararlığı ildə bir dəfə yoxlanılmalıdır. Köpükəmələgətirici maddənin yararlığının yoxlanılması və odsöndürənlərin yenidən doldurulması «İnstruküiə po zapravke, perezapravke i gkspluataüii pennıx oqnetuşiteley» təlimatının tələblərinə uyğun həyata keçirilməlidir.
11.3.13 Köpüklü odsöndürənlərin gövdəsinin möhkəmliyə hidravlik sınağı yenidən doldurmaqla aşağıdakı müddətdə aparılmalıdır:
25% odsöndürənlər istismara veriləndən bir il sonra;
50% odsöndürənlər istismara veriləndən iki il sonra aparılır. Sonrakı istismar müddəti üçün odsöndürənlərin hamısı (100%) ildə bir dəfə hidravlik sınaqlan keçirilir.
Qoruyuculu odsöndürənlər 0,2 MPa, qoruyucusu olmayan odsöndürənlər isə - 2,5 MPa təzyiqə qədər sınaqdan keçirilməlidir.
11.3.14 Qış aylarında köpüklü odsöndürənlərin saxlanılması və təhlükəsiz istismarını təmin etmək üçün onlar donma temperaturunu aşağı salan etilenqlikol və digər mayelər qatmaqla hazırlanmış köpükəmələgətirənlə doldurulmalıdır.
11.3.15 Temperatur mənfi 1oC aşağı olduqda odsöndürənlər qızdırılan otaqlara keçirilməli və orada: “Odsöndürənlər buradadır” sözləri yazılmış lövhə asılmalıdır. Bu yazı odsöndürənlərin yay vaxtı saxlandığı yerlərdə də asılmalıdır.
11.3.16 Karbonqazlı odsöndürənlərin dolu olması 3 aydan bir, 20 qr-a qədər dəqiqliklə çəkmə yolu ilə yoxlanılmalıdır.
11.3.17 İstismara verilən hər odsöndürənə sıra nömrəsi qoyulmalı, bu nömrə ağ rənglə odsöndürənin gövdəsinə yazılmalı və qeydiyyat vərəqəsində qeyd olunmalıdırur.
11.3.18 Qeydiyyat vərəqəsində istehsal ili və ya sınaqdan keçirilmə tarixi göstərilməyən odsöndürənlər doldurulmazdan əvvəl mütləq hidravlik sınaqdan keçirilməlidir. Hidravlik sınaqdan çıxmayan odsöndürənlər istismara yararsız sayılır.
11.3.19 Bağlı otaqlarda yanğın karbon qazlı odsöndürənlərlə söndürüldükdən dərhal sonra, boğulma və zəhərlənmənin baş verməməsi üçün otaqların havası dəyişdirilməlidir. Yadda saxlamaq lazımdır ki, karbon qazının qara bənzər kütləsi insan bədəni ilə təmasda olan yerində donma halı yaranır.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   202   203   204   205   206   207   208   209   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə