Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ



Yüklə 2,46 Mb.
səhifə214/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   210   211   212   213   214   215   216   217   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

PROQRAMI


Könüllü yanğından mühafizə dəstəsinin (KYMD) şəxsi heyətinin hazırlıq proqramı təxminən 24 saata hesablanmışdır. KYMD-nin üzvləri ilə dərslərin aparılması, KYMD-nin rəisindən başqa obyektin (sexin) rəhbərləri tərəfindən xüsusi olaraq seçilmiş, mühəndis-texniki heyətdən olan şəxslərə həvalə edilir. KYMD-nin şəxsi heyətinin hazırlığı üzrə dərslərdə aşağıdakı mövzuların öyrənilməsi tövsiyyə olunur:
Mövzu 1 (2 s) «Könüllü yanğından mühafizə dəstələrinin xidmətinin təşkili».
Nazirlik və idarələrin sənayə müəssisələrində və başqa obyektlərində KYMD haqqında təsdiq olunmuş əsasnamə. Neft sənayesində KYMD-nin təşkili üzrə əmr və sərəncamlar.
Mövzu 2 (8 s) «Obyektdə (sexdə) yanğına qarşı rejimə əməl edilmə qaydaları; obyektdə (sexdə) yanğının əmələ gəlməsinin mümkün səbəbləri və xəbərdar etmə tədbirləri».
İstehsalatın texnoloji prosesinin yanğın təhlükəsi və qısa xarakteristikası, o cümlədən DDÖ-də (ÜQQ) yanğının əmələ gəlmə və yayılma şəraiti.
Neft və reagentlərin (neft məhsullarının və kimyəvi maddələrin) yanğın təhlükəsi. İstehsalatın yanğın təhlükəli sahələri. Aqreqatların, qazıma qurğularının, istismar quyularının iş rejimləri.
Dəniz şəraitinin, yatağın qrup halında işlənməsinin, eyni zamanda quyuların qazılması və neftin çıxarılmasının DDÖ-də qəzanın yaranması və yanğının yayılması şəraitinə təsiri.
Qaz və neft kəmərləri, çənlər, ventilyasiya qurğuları, aparatlar və başqa istehsalat avadanlıqları.
Qazılan quyuların tullanışa qarşı və istismar olunan quyuların fontana qarşı avadanlıqlarının qəzaların, partlayışların və yanğınların xəbərdar edilməsində əhəmiyyəti. Qaynaq və odlu işlərin yanğın təhlükəsi və bu işlərdə yanğın təhlükəsizliyi tədbirləri.
Elektrik avadanlıqlarının və elektrik işıqlandırılmasının yanğın təhlükəsi.
Elektrik xətlərinin və elektrik qurğularının qısa qapanmalarının və həddən artıq yüklənməsinin yanğın təhlükəsi. Onların saxlanılmasına və istismarına olan yanğın-profilaktiki tələblər. Obyektdə (sexdə) yanğına qarşı rejim, keçidlərə, çıxışlara, körpülərin meydançaların girişlərinə və xilasetmə qayıqlarına minmə yerlərinə, iş yerlərinin saxlanılmasına olan tələblər.
Od təhlükəli maddə və materialların saxlanması və istifadəsi qaydaları.
Obyektdə, DDÖ-də (ÜQQ) yanğına qarşı rejimi müəyyən edən əmr, sərancam, təlimatlar və qəbul olunmuş yanğın qaydalarının yerinə yetirilməsi üçün xəbərdaredici yazı və plakatlar. Yanğına qarşı rejim pozulan zaman rejim profilaktikasının aparılmasında KYMD üzvlərinin işi. Yanğınların xəbərdar edilməsində Dövlət Yan­ğın Nəzarəti Xidmətinin yerli (ərazi üzrə) bölməsi ilə qarşılıqlı iş. Yanğınların, qaz təzahürlərinin və açıq fontanların əmələ gəlməsi səbəbləri haqqında ümumi məlumatlar.
Yanğına qarşı rejimin pozulması nəticəsində əmələ gələn alovlanma və yanğın halları.
DDÖ-də (ÜQQ) açıq fontan, yanğın zamanı təxliyyənin yolları və üsulları.
Mövzu 3 (6 s). «Obyektin qorunması üçün istifadə olunan yanğınsöndürmə texnikası».
Odsöndürənlər, əl yanğınsöndürmə alət və inventarı, qumla dolu qutular, su ilə dolu çəlləklər.
Odsöndürənin (köpük, karbon qazlı, tozvari və s.) quruluşu, doldurulan maddənin tərkibi, işləmə prinsipi haqqında anlayış.
Yanğın kranının quruluşu haqqında anlayış. Kran avadanlıqları, yanğınsöndürmə şlanqları və onların ləvazimatları, eyni zamanda əl və lafet lülələri haqqında əsas məlumat. Obyektdə (sexdə) odsöndürənlərin, yanğın siqnalizasiyasının, tefefonların yerləşdirilməsi. Onların işə salınma qaydası. İşləmə qaydası. Nasazlıqlar və onların aradan qaldırılması. Qulluq etmə, saxlanılması.
Avtomatik və stasionar yanğınsöndürmə vasitələri-karbon qazlı, köpük, su (drençer, sprinkler) qurğuları, onların quruluşları, iş prinsipləri, işə salınma qaydası, sazlığına nəzarət etmə. DDÖ-də (ÜQQ) olan yanğın texniki silahla KYMD üzvlərinin praktiki işi.
Mövzu 4 (4 s). «Döyüş hesabı cədvəli üzrə KYMD üzvlərinin vəzifələri».
Döyüş hesabı cədvəli: KYMD üzvləri arasında və qəza partiyasının (qrupunun) tərkibində döyüş hesabı cədvəli üzrə vəzifələrin bölünməsi. Əl və lafet lülələrilə, odsöndürənlərlə və insanların xilası üzrə işləyən KYMD üzvlərinin vəzifələri; yanğınsöndürənlərin çağırlması və qarşılanması işinə təyin edilən KYMD- üzvlərinin vəzifələri; yanğın baş verdiyi halda yanğınsöndürmə bölmələrinin çağırılma üsulları.
DDÖ-nin (ÜQQ) obyektində KYMD-nin döyüş hesabının yanğınsöndürmə vasitələri ilə birlikdə açılması.
Döyüş hesabına əsasən KYMD üzvlərinin vəzifələrinin işlənilməsinin praktiki təlimi.
Mövzu 5 (4 s). «Yanğının söndürülməsinin əsas qaydaları».
Yanğın və yanğın taktikası haqqında ümumi məlumat. Yanar maddələrin alovlanması üçün şərait. Alovun dayandırılması üsulları. Obyektdə, DDÖ-də (ÜQQ) dənizin səthində yanğın zamanı alovun yayılmasının mümkün yolları haqqında anlayış.
Yanğınların söndürülməsinin, açıq neft qaz fontanlarının alovlanma halının xəbərdar edilməsinin, insanların xilas edilməsinin, konstruksiyalarının açılmasının və sökülməsinin əsas qaydaları. Konkret döyüş şəraitində yanğın-texniki məsələlərin və epizodların həlli üzrə praktiki məşğələlər.



Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   210   211   212   213   214   215   216   217   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə