Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ



Yüklə 2,46 Mb.
səhifə210/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   206   207   208   209   210   211   212   213   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

13. Sertifikatlaşdırma

Sertifikatlaşdırma Azərbaycan Respublikası Nazirlər Kabinetnin 1993-cü il, 01 iyul tarixli, 343 saylı Qərarına əlavə olunan «Yanğın təhlükəsizliyi sahəsində məcburi qaydada sertifikatlaşdırılan məhsulun və xidmətlərin siyahısı» üzrə aparılmalıdır.Əlavə 17




14. Yanğın təhlükəsizliyi sahəsində işlərin görülməsi
və xidmətlərin göstərilməsi üçün razılıq

Obyektlərdə yanğın təhlükəsizliyi sahəsində işlərin görülməsi və xidmətlərin göstərilməsi FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətindən alınmış razılıq əsasında həyata keçirilir.



Ə L A V ƏL Ə R və CƏDVƏLLƏR
Əlavə 1


Sənaye müəssisələrində yanğın-texniki komissiyalar haqqında


ƏSASNAMƏ


Ümumi qaydalar

1. Sənaye müəssisələrinin fəhlə heyyəti, mühəndis-texniki işçiləri və qulluqçuları tərəfindən yanğına qarşı profilaktiki tədbirlərin həyata keçirilməsində iştirakı və fəal mübarizənin aparılması məqsədilə müəssisədə yanğın-texniki komissiyalar təşkil edilir.


2. Yanğın-texniki komissiya müəssisənin işçilərindən təşkil edilir.
Komissiya müəssisə rəhbərliyinin əmri ilə aşağıdakı tərkibdə yaranır:
Baş mühəndis (Sədr), yanğın təhlükəsizliyi xidmətinin rəisi, mühəndis-texniki işçilərdən-energetik, texnoloq, mexanik, təhlükəsizlik texnikası üzrə mütəxəssis və müəssisə rəhbərliyinin təyin etdiyi digər şəxslər. Komissiyanın tərkibinə müəssisənin həmkarlar təşkilatının da nümayəndələri daxil edilir.
3. Yanğın-texniki komissiya öz praktiki işində FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti ilə mütəmadi əlaqə saxlamalıdır.


Yanğın-texniki komissiyanın əsas vəzifələri və iş qaydaları
4. Yanğın-texniki komissiyanın əsas vəzifələri:
- istehsalatda aparılan texnoloji proseslərdə, aqreqatların, qurğuların, laboratoriyaların, emelatxanaların, anbarların, bazaların və s. işində yanğın, partlayış və ya qəzaya səbəb ola biləcək nöqsanların və nasazlıqların aradan qaldırılması üzrə müvafiq tədbirlər işləyib hazırlamaq;
- istehsalat sexlərində, anbarlarda, inzibati və yaşayış binalarında yanğına qarşı rejimin və yanğın profilaktikasına dair işlərin təşkilində və yernə yetirilməsində yanğından mühafizə dəstələrinin fəaliyyətinə nəzarət etmək;
- yanğın təhlükəsizliyi sahəsində ixtiraların və səmərəli işlərin həyata keçirilməsi;
- fəhlə, qulluqçu və mühəndis-texniki işçilər arasında yanğına qarşı qayda və rejimə əməl edilməsi məsələləri üzrə kütləvi-izahat işlərini aparmaq.
5. Yanğın-texniki komissiyasının borcudur:
- müəssisənin yanğın təhlükəliliyi dərəcəsindən asılı olaraq, istehsalat proseslərində, aqreqatlarda, laboratoriyalarda, elektrik təsərrüfatında, isitmə və ventilyasiya sistemlərində və s. yanğın təhlükəsizliyi baxımından nöqsanların aradan qaldırılması üzrə müvafiq tədbirlər nəzərdə tutmaq və onların yerinə yetirmə vaxtını müəyyən etmək;
- fəhlə, qulluqçu və mühəndis-texniki işçilərlə yanğına qarşı mövzular üzrə mühazirələr və məşğələlər aparmaq;
- istehsalat tullantıları vı yerli həmkarlar təşkilatında müəssisənin yanğına qarşı vəziyyətinin müzakirəsini təşkil etmək;
- müəssisənin sexlərində, anbarlarında, laboratoriyalarında və digər obyektlərində yanğın təhlükəsizliyinin təmini üzrə qayda və təlimatların işlənib hazırlanmasında aktiv iştirak etmək;
- müəssisədə yanğından mühafizə üzrə mütəxəssislərin, elmi işçilərin və fəhlələrin iştirakı ilə ümummüəssisə və onun ayrı-ayrı sahələrində, yanğın təhlükəsizliyi məsələləri üzrə yanğın-texniki konfranslar keçirmək;
- müəssisənin sexlərində, anbarlarında, yaşayış binalarında yanğına qarşı vəziyyətin və KYMD-nin hazırlığının texniki yoxlamasını keçirmək, həmçinin FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən müəyyən edilmiş yanğına qarşı tədbirlərin yerinə yetirilməsini yoxlamaq.
- yerli şəraitdən asılı olaraq, müəssisənin rəhbərliyi yanğın-teniki komissiyaya yanğın təhlükəsizliyinin təmini üzrə digər tədbirlərin aparılmasını tapşırmaq.
6. Mühüm istehsalat müəssisələrində ümumobyekt yanğın-texniki komissiysından başqa sexlər üzrə yanğın-texniki komissiya hər bir sexin yanğın-texniki komissiyasının işinə nəzarət və rəhbərlik edir, müəssisənin yanğına qarşı hazırlığının vəziyyətinin yaxşılaşdırılması və texnoloji proseslərin daha yüksək təhlükəli sahələrində yanğının qarşısının alınması üçün tədbirlər işləyib hazırlayır.
7. Yanğın-texniki komissiyanın yanğına qarşı verdiyi bütün tədbirlər akt şəklində tərtib olunur və müəssisənin rəhbərliyi tərəfindən təsdiq edilir, müəyyən edilmiş müddətdə yerinə yetirilir.
FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti yazılı sərəncamında göstərilmiş tədbirlərin ləğv edilməsinə və ya dəyişdirilməsinə yanğın-texniki komissiyanın hüququ yoxdur. Komissiyanın mühafizəsinə əsasən bu tədbirlərin dəyişdirilməsi və ya ləğv edilməsi zərurəti yarandıqda, bu FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmalıdır.


Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   206   207   208   209   210   211   212   213   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə