Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Könüllü yanğından mühafizə dəstəsinin bölmə rəisinin vəzifələri



Yüklə 2,46 Mb.
səhifə213/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   209   210   211   212   213   214   215   216   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

5. Könüllü yanğından mühafizə dəstəsinin bölmə rəisinin vəzifələri

5.1 Könüllü yanğından mühafizə dəstəsinin bölmə rəisinin borcudur:


- öz növbəsində sexdə yanğına qarşı rejimə əməl olunmasına və bütün yanğından mühafizə vasitələrinin işə hazırlığına nəzarət etmək;
- növbənin sonunda sexin yanğına qarşı vəziyyətini yoxlamaq, aşkar edilmiş nöqsanları aradan qaldırmaq üçün tədbirlər görmək və sexin yanğından mühafizə vasitələrini (sex bir neçə növbədə işləyərsə) işə başlayan könüllü yanğından mühafizə dəstəsinin bölmə rəisinə təhvil vermək;
- işə başlayan zaman döyüş hesabı cədvəlinə əsasən könüllü yanğından mühafizə dəstəsinin bölmə üzvlərinin qeydiyyatını aparmaq;
- könüllü yanğından mühafizə dəstəsinin bölmə üzvlərinin məşğələlərdə iştirakını təmin etmək;
- bölmədə könüllü yanğından mühafizə dəstəsi üzvlərinin öz vəzifələri üzrə biliklərini yoxlamaq;
- yanğın baş verərkən, yanğın komandası və ya könüllü yanğından mühafizə dəstəsinin rəisi gələnə qədər yanğının söndürülməsinə rəhbərlik etmək.


6. Könüllü yanğından mühafizə dəstəsi üzvlərinin vəzifələri

6.1 Könüllü yanğından mühafizə dəstəsinin üzvlərinin borcudur:


- sexdə və iş yerində yanğına qarşı rejimi bilmək, rejimə əməl etmək və işçilər tərəfindən əməl olunmasını tələb etmək;
- döyüş hesabı cədvəli üzrə öz vəzifə borclarını bilmək və yanğın baş verərkən, onun söndürülməsində fəal iştitak etmək;
- sexdə olan ilkin yanğnsöndürmə vasitələrinin işə hazırlığına nəzarət etmək, aşkara olunmuş nasazlıq barədə bölmənin könüllü yanğından mühafizə dəstəsinin rəisinə məlumat vermək və imkan daxilində bu nasazlıqları aradan qaldırmaq;
- dəstə üzvlərinə həvalə edilmiş vəzifələri, dəstə (bölmə) rəisinin sərəncamlarını yerinə yetirmək və cədvəl üzrə məşğələlərdə iştirak etməklə öz yanğın-texniki biliklərini artırmaq.

Əlavə 3
Dəniz neft - qaz - mədən obyektlərində könüllü yanğından
mühafizə dəstələrinin şəxsi heyətinin təxmini hazırlıq

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   209   210   211   212   213   214   215   216   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə