Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ



Yüklə 2,46 Mb.
səhifə215/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   211   212   213   214   215   216   217   218   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

Əlavə 4


Dəniz neft qaz mədən obyektlərində fəhlə, qulluqçu
və MTİ ilə yanğın-texniki minimumu üzrə
keçiriləcək məşğələlərin təxmini


PROQRAMI

Yanğın texniki minimum proqramı üzrə məşğələlər 20-22 saata hesablanmışdır. Onlar hər il bilavasitə obyektdə keçirilməlidir.


Yanğın texniki minimumun keçirilməsinə müəssisənin mütəxəssislərini və Dövlət Yan­ğın Nəzarəti Xidmətinin yerli (ərazi üzrə) bölməsi ştatda olan işçilərini cəlb etmək lazımdır.
Yanğın texniki minimum məşğələlərdə aşağıdakı mövzular üzrə dərslər keçirilməlidir:
Mövzu 1 (4-6 s). «Obyektdə yanğın təhlükəsizliyi tədbirləri».
Dəniz neft qaz obyektlərində texnoloji prosesin qısa xarakteristikası və yanğın təhlükəsi.
Qaz, neft və reagentlərin yanğın təhlükəsi: neft və neft məhsulları buxarlarının öz-özünə alışma və alışma temperaturu, qazın, neft və neft məhsulları buxarlarının hava ilə qatışığının partlayış təhlükəli qatılığının əmələ gəlməsi.
Yanğınların əsas əmələ gəlmə səbəbləri barəsində ümumi anlayış: neft və qaz təzahürlərinin, açıq fontanların əmələ gəlməsi; istehsalat avadanlığının, aparatların, çənlərin və boru kəmərlərinin nasazlığı və zədələnməsi; elektrik avadanlıqlarının, elektrik işıqlandırılmasının nasazlığı və onların istismarı qaydalarının pozulması; isitmə və qızdırıcı cihazların nasaz olması və istismar qaydalarının pozulması; təmir işləri zamanı polad alətlərin toxunmasından əmələ gələn qığılcım; odla ehtiyatsız davranma və rejim qaydalarının pozulması; qaynaq və od təhlükəli işlərin aparılması; kükürdlü neft qalıqlarının, reagentlərin, yağa batmış silgi materiallarının, xüsusi geyimlərin və s. öz-özünə alovlanması; statik elektriklənmənin boşalmaları; ildırımın, təkrar təzahüri.
Dəniz şəraitinin, neft və qazın küt quyular vasitəsilə çıxarılmasının, eyni zamanda qazıma işlərinin aparılmasının və quyuların istismarının yanğının əmələ gəlməsinə və yayılmasına təsiri.
İşçi meydançalarının, estakadaların, özülün yuxarı tikilisinin təxliyyə yollarının, ventilyasiya və kanalizasiya sistemlərinin, qaz analizatorlarının, yanğının söndürülməsində istifadə olunan su təchizatı mənbələrinin saxlanılması qaydaları.
İstehsalatın texnoloji proseslərinin və yanğına qarşı qaydaların pozulduğunu aşkar etdikdə, müəssisədə və ya DDÖ-də (ÜQQ) qəza rejimini elan etdikdə MTİ, fəhlələr və qulluqçuların hərəkəti.
Yanğın təhlükəsizliyi məsələləri üzrə təlimat və əmrlər.
KYMD-nin, qəza partiyalarının və qrupların təşkili və işinin aparılması qaydası.
Mövzu 2 (6-7 s). «İş yerində yanğın təhlükəsizliyi tədbirləri».
Qazıma, neft və qazın çıxarılması, nəqli proseslərində yanğın təhlükəsizliyi tədbirləri və bu zaman istifadə olunan avadanlıq, aqreqat və qurğular. Qazın, neft və qazın çıxarılması və nəqli proseslərində rejim pozulmalarının qarşısını alınmasında xidməti heyətin hərəkəti. Qazıma aqreqatlarının və qurğularının neft və qazın istismarının, nəqlinin iş rejimi pozulduqda, neft və neft məhsulları kipgəclərdən, aparat və boru kəmərlərinin birləşdiyi yerlərdən sızdıqda xidməti heyətin hərəkətləri.
Yanğın, neft qaz təzahürü, açıq fontan, qəzalar və partlayış təhlükəsi zamanı xidməti heyətin hərəkətləri: istehsalat qurğu, aqreqat və boru kəmərlərinin işə salma və dayandırma qaydaları, cərəyan altında olan qurğuları dövrədən açmaq, qəza xidmətinin çağırılması və s.
Tullanışa və fontana qarşı qurğuların istifadə edilməsi qaydaları.
Dəniz Neft və Qazçıxarma obyektlərində və təlimatlandırılan şəxsin iş yerində yanğına qarşı rejim.
MTİ, qulluqçular və fəhlələr üçün qoyulmuş (qəbul edilmiş) yanğın təhlükəsizliyi qayda və təlimatları.
Yanğının qarşısını almaq məqsədi ilə işin əvvəlində, işin gedişi zamanı və iş qurtardıqdan sonra yanğın təhlükəsizliyi tədbirləri.
Mövzu 3 (1 s). «Dövlət Yan­ğından Mühafizə Xidmətinin yerli (ərazi üzrə) bölmələrinin çağrılması və xidməti heyətin təxliyyəsinin təşkili».
Obyektdə (sexdə) olan rabitə və siqnalizasiya vasitələri, telefon aparatlarının, xəbəredicilərin, yanğın elektrik siqnalizasiyasının, yanğın həyacanının səs siqnal vasitəsi ilə verilməsini təmin edən apartların yerləşdiyi yerlər. Bu vasitələrdən yanğın baş verdiyi halda istifadə edilmə qaydaları, telefon (radiostansiya) vasitəsilə xəbər vermək qaydaları.
DDÖ-dən (ÜQQ) xidməti heyətin təxliyyəsinin üsul və yolları.
Açıq fontan və yanğın zamanı DDÖ-dən (ÜQQ) təxliyyənin təşkili.
Mövzu 4 (4 s) «Yanğın texnikası və fərdi mühafizə vasitələri».
Yanğısöndürmə vasitələri haqqında ümumi anlayış (su, hava-mexaniki köpük, köpükəmələgçtirici, odsöndürən toz, karbon qazı, xladonlar, buxar və s.).
Obyektdə olan yanğınsöndürmə texnikasının adı, təyinatı və yerləşdiyi yer (odsöndürənlər, daxili yanğın kranları, şlanqlar, əl və lafet lülələri, içərisində su olan çəlləklər, qumla dolu qutular, bellər, linglər, baltalar, azbest parçalar). Sprinkler və drençer avadanlığı haqqında ümumi anlayış.
Avtomatik və stasionar yanğınsöndürmə qurğuları.
Hava-köpük yanğınsöndürmə vasitələri və cihazları köpük qatışdırıcı, hava-köpük lülələri, çənlərin üstündəki stasionar köpük kameraları.
Yay və qış mövsümündə obyektdə olan yanğın texnikasının saxlanılması qaydası.
Yanğını söndürmək məqsədilə odsöndürən vasitələrdən, yanğın alət, inventar və avadanlığından istifadə edilməsi qaydaları.
Mövzu 5 (4 s). «Yanğın və qəza zamanı hərəkətlər (fəaliyyət).
Neft və qaz təzahürlərini, açıq fontanları, neft və neft məhsullarının tökülməsi nəticəsində qəzaları, binaların tüstülənməsini, alovlanma və yanğını aşkar edən MTİ, qulluqçu və fəhlələrin hərəkətləri.
Yanğın haqqında yanğın təhlükəsizliyi xidmətinə, fontana qarşı və digər qəza xidmətlərinə xəbər verilmə qaydası. Yanğınsöndürmə gəmilərinin (avtomobillərin) qarşılanmasının təşkili.
Lazım gələrsə texnoloji avadanlıqların, komunikasiyaların, elektrik qurğularının, ventilyasiyanın dayandırılması, siyirtmələrin bağlanması, qonşu tikililərin və qurğuların qorunmasının təşkili. Obyektdə olan yanğınsöndürmə vasitələri ilə yanğının söndürülməsi, stasionar yanğınsöndürmə sistemlərinin işə salınma qaydası, insanların, maddi dəyərlərin köçürülməsi. Açıq fontan və yanğın zamanı xidməti heyətin DDÖ-dən (ÜQQ) təxliyyəsi qaydaları. MTİ, qulluqçu və fəhlələrin Dövlət Yan­ğından Mühafizə Xidmətinin bölmələrinin gəlməsindən sonra hərəkəti. (şlanq xətlərinin çəkilməsinə, yanğınsöndürmə vasitələrinin gətirilməsinə və ya daşınmasına, siyirtmələrin açılıb-bağlanmasına, neft və neft məhsullarının bir yerdən başqa yerə vurulmasına köməklik göstərmək və yanğının söndürülməsinə rəhbərlik edən, cavabdeh şəxsin digər sərəncamlarını yerinə yetirmək).
Qeyd: Yanğın-texniki minimumun mövzularını öyrənərkən bu və ya başqa obyektlərdə baş vermiş yanğınların ən səciyyəvi xüsusiyyətlərindən danışmaq lazımdır. Materialların yaxşı mənimsənilməsi üçün yaxşı olardı ki, müxtəlif təlim eksponatlarından, fotoşəkillərdən, video materiallardan, partlayış və yanğın təhlükəli obyektlərin ayrı-ayrı qovşaqlarının maket və plakatlarından istifadə edilsin.
1 və 2 saylı mövzuları öyrənərkən hazırki Qaydaların və obyektin texnoloji reqlamenti üçün təlimatın müvafiq bölmələri öyrənilməlidir. Fəhlə və qulluqçuları bir sexdən başqasına keçirdikdə yanğın-texniki minimumun 2, 4 və 5 saylı mövzuları təkrar öyrənilməlidir.


Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   211   212   213   214   215   216   217   218   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə