Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Əlavə 2 Sənaye müəssisələrində və digər obyektlərdə könüllü



Yüklə 2,46 Mb.
səhifə211/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   207   208   209   210   211   212   213   214   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

Əlavə 2


Sənaye müəssisələrində və digər obyektlərdə könüllü
yanğından mühafizə dəstələri haqqında


ƏSASNAMƏ


1. Ümumi qayadalar

1.1 Sənaye müəssisələrinin, tikintilərin, bazaların, anbarların və digər obyektlərin yanğından mühafizə tədbirlərinin keçirilməsi məqsədilə fəhlələrdən, mühəndis-texniki işçilərdən və qulluqçulardan ibarət könüllü yanğından mühafizə dəstələri yaradılır.


1.2 İdarə tabeli yanğın təhlükəsizliyi xidmətinin mövcudluğundan asılı olmayaraq obyektlərdə könüllü yanğından mühafizə dəstələri yaradılır.
1.3 Könüllü yanğından mühafizə dəstələrinin təşkili, onların fəaliyyətinə rəhbərlik edilməsi və fəhlələr, qulluqçular, mühəndis-texniki işçilər arasında kütləvi-izahat işlərinin aparılması obyektlərin rəhbərlərinə həvalə olunur.
1.4 Könüllü yanğından mühafizə dəstələri obyektlərin miqyasından, quruluşundan və xüsusiyyətindən asılı olaraq, ümumobyekt və ya sexlər üzrə yaradılır.
Könüllü yanğından mühafizə dəstələrinin rəisləri obyektin (sexin) rəhbərinə tabedir və öz vəzifələrini idarətabeli yanğın təhlükəsizliyi xidməti rəisinin rəhbərliyi altında yerinə yetirir.
1.5 Könüllü yanğından mühafizə dəstələrinin rəisləri, onların müavinləri və bölmə rəisləri obyektin (sexin) rəhbərliyi tərəfindən təyin edilir.


2. Könüllü yanğından mühafizə dəstələrinin vəzifələri
2.1 Könüllü yanğından mühafizə dəstəsinə həvalə edilir:
- obyektdə (sexdə) yanğına qarşı rejimə riayət olunmasına və yerinə yetirilməsinə nəzarət etmək;
- obyektdə (sexdə) yanğına qarşı rejimə əməl olunmasının vacibliyi haqqında fəhlələr və qulluqçular arasında izahat işlərinin aparılması;
- ilkin yanğınsöndürmə vasitələrinin vəziyyətinə və istifadəyə hazırlığına nəzarət etmək;
- yanğın baş verərkən yanğın dəstələrini çağırılması və obyektdəki (sexdə) yanğından mühafizə vasitələri ilə baş verən yanğının söndürülməsi üçün təxirəsalınmaz tədbirlərin görülməsi.
2.2 Zəruri hallarda, könüllü yanğından mühafizə dəstəsinin üzvləri yağın avtomobillərini, motopompaların, digər səyyar və stasionar yanğından mühafizə vasitələrinin döyüş hesabı tərkibində iştirak edə bilər, sexlərdə və digər obyektlərdə növbə çəkə bilər.



Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   207   208   209   210   211   212   213   214   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə