Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Könüllü yanğından mühafizə dəstələrinin təşkili qaydaları və işi



Yüklə 2,46 Mb.
səhifə212/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   208   209   210   211   212   213   214   215   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

3. Könüllü yanğından mühafizə dəstələrinin təşkili qaydaları və işi

3.1 Könüllü yanğından mühafizə dəstəsinin say tərkibi obyektin (sexin) rəhbəri tərəfindən müəyyən edilir.


3.2 Könüllü yanğından mühafizə dəstələri könüllü olaraq, obyektin (sexin) fəhlələri, mühəndis-texniki işçiləri və qulluqçularından, yaşı 18-dən az olmayan şəxslərdən təşkil edilir.
3.3 Könüllü yanğından mühafizə dəstəsinə qəbul olunanların və sonradan heyətin tərkibinin dəyişdirilməsi obyekt (sex) üzrə əmrlə elan edilir.
3.4 Könüllü yanğından mühafizə dəstəsinn üzvləri aşağıdakı səbəblərə görə dəstədən kənar edilir:
-yanğına qarşı rejimi pozduqda;
- dəstə rəisinin göstərişinə əməl etmədikdə;
- öz arzusu ilə;
- işdən azad edildikdə.
3.5 Könüllü yanğından mühafizə dəstəsi elə komplekləşdirilməlidir ki, dəstədə hər sexdən və növbədən üzv olsun.
3.6 Könüllü yanğından mühafizə dəstəsinin üzvlərinin döyüş hesabı tərkibində hərəkət cədvəli sexdə, görünən yerdə asılmalıdır.
3.7 Könüllü yanğından mühafizə dəstəsinin məşğələləri obyektin (sexin) rəhbərliyi tərəfindən təsdiq edilmiş cədvəl üzrə, qeyri iş vaxtı, ayda 4 saatdan çox olmayaraq keçirilməlidir.
3.8 Könüllü yanğından mühafizə dəstəsinin üzvlərinin qeyri iş vaxtı yanğından mühafizə üzrə növbəyə cəlb edilməsi qaydaları Nazirlik və ya idarə tərəfindən müəyyən olunur.


4. Könüllü yanğından mühafizə dəstəsinin rəisinin vəzifə borcu

4.1 Könüllü yanğından mühafizə dəstəsinin rəisinin borcudur:


- obyektdə yanğına qarşı rejimə riayət olunmasına nəzarət etmək;
- obyektdə (sexdə) yanğına qarşı ilkin yanğınsöndürmə vasitələrinin işə hazırlığına nəzarət etmək və bu vasitələrin digər məqsədlər üçün istifadə edilməsinə yol verməmək;
- yanğın təhlükəsizliyi tələbləri üzrə fəhlə və qulluqşular arasında izahat işləri aparmaq;
- könüllü yanğından mühafizə dəstəsinin şəxsi heyəti ilə məşğələlər keçirmək (ayrı-ayrı hallarda məşğələ keçirmək üçün obyektin yanğın təhlükəsizliyi xidməti cəlb edilə bilər);
- könüllü yanğından mühafizə dəstəsinin bölmə rəislərinin işinə rəhbərlik etmək və sexlərin komanda heyətinin işə hazırlığını yoxlamaq;
- yanğın bölməsi gələnə qədər obyektdə (sexdə) yanğının söndürülməsinə rəhbərlik etmək;
- yanğına qarşı rejimin pozulması haqqında obyektin (sexin) rəhbərinə məlumat vermək.
4.2 Könüllü yanğından mühafizə dəstəsinin rəisi obyektdə (sexdə) olmadıqda, onun bütün vəzifə borclarını müavinləri yerinə yetirirlər.



Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   208   209   210   211   212   213   214   215   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə