Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ



Yüklə 2,46 Mb.
səhifə209/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   205   206   207   208   209   210   211   212   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

12.2 Yanğının ləğv edilməsi
12.2.1 Yanğın baş verərəkən müəssisənin hər bir fəhlə və qulluqçusunun borcudur:
-dərhal yanğın dəstəsini çağırmaq;
- yanğın baş verən yerə obyektin rəhbərini çağırmaq;
- ilkin və stasionar yanğınsöndürmə vasitələri ilə yanğının ləğvi üzrə təddbirlər görmək.
12.2.2 Yanğın baş verən yerə gələn obyektin rəhbəri yanğın dəstəsinin çağırılmasına əmin olduqdan sonra aşağıdakılara əməl etməyə borcludur:
-yanğın haqqında dərhal müəssisə rəhbərliyinə xəbər vermək;
- yanğın dəstəsnini qarşılanmasını təşkil etməklə yanğın mənbəyinə yaxınlaşmaq üçün ən qısa yolun seçilməsində və yanğınsöndürmə vasitələrininişə salınmasında kömək etməyə;
-lazım gələrsə, elektrik enerjisini kəsməyə, aqreqatları dayandırmağa və yanğının yayılmasının qarşısını ala bilən digər tədbirləri yerinə yetirməyə;
-obyektin yanğın təhlükəli zonasında yanğınınləğvi ilə əlaqədar işlərdən başqa bütün digər işləri dayandırmağa.
12.2.3 Yanğın dəstəsi gələnə qədər yanğının söndürülməsi üzrə ümumi rəhbərliyi obyektin rəhbəri həyata keçirir, əgər insanların həyatına təhlükə yaransa, obyektin rəhbəri əldə olan qüvvə və vasitələrdən istifadə edərək onların qorunmasını və köçürülməsini təşkil etməlidir.
Yanğının söndürülməsi işlərinə rəhbərlik edən şəxsin borcudur:
- lazım gələrsə, stasionar yanğınsöndürmə vasitələrini işə salmaq;
- yanğının söndürülməsində iştirak edən şəxslərin ala biləcəkləri elektrik zədələnmələrindən, zəhərlənmədən və yanmadan qorunmalarını təmin etmək;
- yanğının söndürülməsi ilə yanaşı texnoloji avadanlıqları və tikinti konstruksiyalarını, yüksək temperatun təsirindən qorunmaq üçün tədbirlər görmək;
-yanğının söndürülməsi zamanı təhlükəsizlik texnikasına əməl etmək.
12.2.4 Yanğın dəstəsi gələnə qədər yanğının söndürülməsinə rəhbərlik edən obyekt rəhbərinin borcudur:
-yanan obyektin xüsusiyyətləri, texnologiyası, texnoloji avadanlıqlara yüksək temperaturun təhlükəli təsiri, təhlükəli zonada olan aparat və tutumlardakı məhsullar və s. haqqında məlumat vermək;
- yanğınsöndürmə rəhbərinin göstərişinə əsasən kommunikasiyaların kəsilməsi və dəyişdirilməsi üzrə işləri təmin etmək;
-yanğının söndürülməsi ilə bağlı işlərin yerinə yetiriləsində fəhlə və MTİ-in qüvvəsindən istifadə edilməsini təmin etmək;
-yanğının söndürülməsi və yayılmasının qarşısının alınması üzrə işlrin yerinə yetirilməsi üçün avtonəqliyyat və texnika ilə təmin etmək;
-yanğının söndürülməsi işləri ilə məşgul olan xidmət və ayrı-ayrı şəxslərin hərəkətlərini tənzimləmək.
12.2.6 Müdriyyət obyektdə baş vermiş hər bir yanğının baş verməsi və yayılması səbəblərini və şəraiti araşdırmalı, lazımi profilaktik tədbirlər həyata keşirməlidir.



Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   205   206   207   208   209   210   211   212   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə